Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlle Tuktaş
İlle Tuktaş (çuvaş Илле Тукташ; 29 iyul 1907 və ya 3 (16) avqust 1907 – 20 yanvar 1957, Çeboksarı) — XX əsrin görkəmli çuvaş şairi, nasiri, folklorçu, Çuvaş Yazıçılar Birliyinin sədri (1945-1946), Çuvaş Respublikasının dövlət himninin müəllifi İlya Semyoniviç Tuktaş 29 iyul 1907-ci ildə Çuvaş Respublikasının Alikovo rayonunun Böyük Tuktaş kəndində çuvaş türkü ailəsində anadan olmuşdur. İbtidai məktəbi Böyük Tuktaş kəndində, səkkiz illik məktəbi Krasnoçetayskda bitirmişdir. On beş yaşında ikən gəncllər hərəkatında fəal iştirak etmişdir. 1925-ci ildə Alikovoda komsomol komitəsinin katibi olur. 1926-1928-ci illərdə İlleTuktaş Çeboksarı partiya məktəbində oxumuşdur. Sonra “Gənc kəndli” (Çамрăк хресчен) qəzeti və “Hazır ol” (Хатĕр пул) jurnalının redaksiyasında işləmişdir. 1930-1932-ci illərdə Samara şəhərində çıxan "Kolxozçu" qəzetinin məsil katibi olmuşdur. İlya Semenoviç, M. İsayev, İ.V.Viktorov və V.Z. İvanov-Paymen ilə birlikdə, “Orta Volqa” (Вăтам Атӑл) antologiyasının nəşrinə böyük əmək sərf etmişdir. Daha sonra Çuvaş Kitab Nəşriyyatında, Çuvaşiya Elmi-Tədqiqat İnstitutunda çalışmışdır. 1942-1944-cü illərdə II Dünya savaşı cəbhələrində hərbi müxbir olmuşdur.
İrle Xan
İrle Xan - türk və altay mifologiyasında ölülər ilahı. Yeraltında yaşayır. Yeraltındakı evi qırx köşelidir. Evinin qarşısındakı doqquz şam ağacına doqquz oğlu atlarını bağlar. Bəzən Erlik Xan ilə eyni tanrı olaraq düşünülər. Özünə qonur (qəhvəyi) rəngli bir atla qonur (qəhvəyi) rəngli bir inək qurban edilir. Altay inancına görə pis ruhlar daim yer altında yaşayırlar və yer üzünə isə ancaq qara bir tülkü kimi çıxa bilərlər. Bu pis ruhların ən məşhuru da İrle xanın qızıdır. Bu qız, ovçu və döyüşçüləri arxasına taxaraq onları müxtəlif fəlakətlərə sürüyən şeytanı bir varlıqdır. Ovçular saatlarla ov arxasınca qaçıb yorularlar və sonunda özləri ovlanarlar.
İşle (Auırqazı)
İşli (başq. Ишле, rus. Ишлы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 19 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 43 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (89%) üstünlük təşkil edir. Qatfan Qizetdinoviç Safin (20 may 1920–2012) — BMSSR-nin Auırqazı rayonundakı "Uzian" kolxozunun kompleks briqadasının traktor operatoru, Sosialist Əmək Qəhrəmanı, Böyük Vətən Müharibəsi iştirakçısı. Abdulla-Əmin Fəhirəyev Zubairov (18 mart 1891 – 23 may 1963) — Başqırd Dövlət Dram Teatrının aktyoru, BASSR (1935) xalq artisti, RSFSR xalq artisti (1949).
İnle gölü
İnle Gölü —Myanmadakı (Birma) Şan Təpələrinin bir hissəsi olan Şan əyalətinin Nyaunqşve qəsəbəsində yerləşən şirin su gölüdür. İnle gölü təxminən Myanmanın ikinci ən böyük gölü və 2900 fut (880 m) yüksəklikdə ən yüksək göllərdən biridir. Quru mövsümdə suyun orta dərinliyi 7 fut (2,1 m),ən dərin nöqtəsi isə 12 fut (3,7 m) təşkil edir. Yağışlı mövsümdə bu fut (1,5 m) arta bilər. Myanmanın ən gözəl yerlərindən biri olan İnle Gölü Cənub-Şərqi Asiyanın Venesiyası kimi tanınan göl şəhəridir. Ölkənin ikinci ən böyük şirin su gölü olan İnle gölü təqribən 115 km² ərazini əhatə edir. Yağışlı mövsümdə orta dərinlik təxminən 4 metr,quru mövsümdə isə 2 metrdir.Su üzərində həyatın davam etdiyi İnle gölündə əksəriyyəti İntha etnik qrupundan olan təxminən 150.000 insan su üzərində yaşayır, əkinçilik və əl toxuması ilə məşğul olur. İnle Gölü bölgəsi Myanmanın ən çox ziyarət edilən yerlərindən biridir. Yalnız bu göldə 9 növ balıq və 20 növ ilbiz yaşayır.Gölün böyük hissələri üzən bitkilərlə örtülüdür. Onun şəffaf və bir qədər qələvi suları ( pH 7.8-8) müxtəlif faunaya və dünyanın başqa heç bir yerində rast gəlinməyən bir çox növə ev sahibliyi edir.
Salix idae
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Tameo İde
Tameo İde (27 noyabr 1908 - ?) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Dle Yaman
"Dle Yaman" (erm. Դլե Յաման) — erməni ənənəvi melodiyası. Bu, iki insanın faciəvi sevgi macərasından bəhs edir. Melodiyanı Komitas Ermənistan yaylasında kəndlərə səyahəti zamanı aşkar etmişdir. O, fortepiano üçün sözləri və musiqini yenidən aranjeman etmişdir. "Dle Yaman" çox vaxt düdük ilə hazırlanmış solo bitlərlə şərh olunur. Zamanla mahnı xalq arasında hər il 24 apreldə anılan Erməni soyqırımının himnlərindən birinə çevrilmişdir.
İde Loo-Talvari
İda Loo-Talvari (est. Ida Loo-Talvari), ilk evliliyində İda Aav-Loo (est. Ida Aav-Loo), Rusiya imperiyasında İda Yuxonovna Aav-Loo (rus. Ида Юхоновна Аав-Лоо; 19 iyun 1901, Narva, Sankt-Peterburq quberniyası[d] – 29 iyun 1997) — Estoniya müğənnisi (soprano). İda Loo-Talvari vokal təhsilini Estoniyada almış, sonra Berlin, Milanda və Vyanada bacarıqlarını təkmilləşdirmişdir. 1926–1944-cü illərdə Estoniya Opera və Balet Teatrının solisti olmuşdur. 1944-cü ildən İsveçdə yaşamışdır. 1926–1937-ci illərdə bəstəkar Evald Aav ilə evli olmuşdur. 1938–1979-cu illərdə Yohannes Aleksandr Talvari ilə evli olmuşdur.
Celal ile Ceren
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. == Mövzu == 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
(G)I-DLE
(G)I-dle (hanqıl: (여자)아이들; YR: Yeoja Aideul; oxunuşu Aydl) – "Cube Entertainment" tərəfindən 2018-ci ildə yaradılmış Cənubi Koreya qız qrupu. Qrup beş üzvdən ibarətdir: Miyon, Minni, Soyon, Uqi və Şuhua. Qrup yaradılarkən 6 üzvdən ibarət olsa da, Sucin 14 avqust 2021-ci ildə qrupdan ayrılmışdır. Qrup musiqililiyinə, çoxistiqamətliliyinə və stereotipləri qırdığına görə bəyənilmişdir. Qrup buraxdığı mahnıların çoxunu özü yazması və bəstələməsinə görə tanınır. Debüt etdikləri vaxtdan etibarən Cənubi Koreyanın ən uğurlu qız qruplarından biri hesab olunur. "(G)I-dle" 2 may 2018-ci ildə "I Am" minialbomu və "Latata" mahnısı ilə debüt etmişdir. Bir neçə orta dərəcədə uğurlu olan buraxılışlardan sonra 2022-ci ildə "I Never Die" albomu ilə buraxılmış "Tomboy" mahnısı qrupa şöhrət gətirmişdir. Mahnı Circle Digital hit-paradında birinci yerə yüksəlmişdir. Qrupun növbəti mahnısı olan "Nxde" də hit-paradda birinci yeri tutmuşdur.
İle-Alatau Milli Parkı
İle-Alatau Milli Parkı (qaz. Іле Алатауы ұлттық табиғи паркі) — Qazaxıstan Respublikasının Almatı vilayətində yerləşən milli park. 1996-cı ildə yaradılmışdır. Ərazisi 199703 hektardır.
2 ((G)I-dle albomu)
2 – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ikinci studiya albomu. 29 yanvar 2024-cü ildə buraxılmışdır və 8 mahnıdan ibarətdir. Alboma öncədən buraxılmış "Wife" mahnısı və əsas sinql "Super Lady" daxildir. Albomun B-tərəfində yer alan "Fate" və "Revenge" mahnıları Cənubi Koreyanın striminq platformalarında uğur qazanmışdır. == Buraxılması == 8 yanvar 2024-cü ildə "Cube Entertainment" "(G)I-dle"ın "2" adlı ikinci studiya albomunun buraxılacağını açıqlamışdır. Dörd gün sonra geri döyüş treyleri yayımlanmışdır. 18 yanvarda alboma daxil olan treklerin siyahısı və əsas sinql olan "Super Lady" açıqlanmışdır. 21 yanvarda "Wife" mahnısının tizeri, növbəti gün mahnının özü və klipi buraxılmışdır. 24 yanvarda "Super Lady" üçün qısa film yayımlanmışdır. Albom 29 yanvarda buraxılmışdır.
Heat ((G)I-dle minialbomu)
Heat – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ilk ingiliscə minialbom. 5 oktyabr 2023-cü ildə buraxılmışdır. İlk dəfə olaraq qrup üzvləri albom mahnılarının hazırlanmasında iştirak etməmişdir. 5 trekdən ibarət olan alboma "I Do" və "I Want That" sinqlları daxildir.
Lion ((G)I-dle mahnısı)
Lion (azərb. Şir‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən "Queendom" şousu üçün buraxılmış mahnı. 25 oktyabr 2019-cu ildə şounun "Queendom Final Comeback" minialbomu üçün buraxılmışdır. Mahnının sözləri Soyon tərəfindən yazılmışdır. "(G)I-dle" bu mahnı ilə şouda üçüncü yeri tutmuşdur. Mahnı 6 aprel 2020-ci ildə qrupun "I Trust" minialbomuna daxil edilmişdir. Mahnı tənqidçilər tərəfindən bəyənilmiş, onu "ilin mahnısı", qrupu isə "gənc şir" adlandırmışdırlar. "Lion" qrupun imza mahnılarından birinə çevrilmişdir. "Melon" tərəfindən Bütün dövrlərin top 100 K-pop mahnısından biri seçilmişdir. == Buraxılması == 24 oktyabr 2019-cu ildə Mnet "Queendom" verilişinin final epizodu üçün ilkin baxış yayımlamışdır.
Moon ((G)I-dle mahnısı)
Moon (azərb. Ay‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış mahnı. Mahnı Minni tərəfindən bəstələnmiş, sözləri qrupun lideri Soyon tərəfindən yazılmışdır. 11 yanvar 2021-ci ildə "I Burn" albomunun üçüncü treki kimi buraxılmışdır. == Buraxılması == "(G)I-dle" verdiyi bir müsahibədə "Moon" mahnısı hisləri gizlətmək mövzusuna toxunduğunu bildirmişdir. Mahnını bəstələmi Minni mahnının insanların başqalarına göstərə bilmədiyi səmimi hisləri ehtiva etdiyini açıqlamışdır: "Mən şəxsən bunu çox sevirəm". Minni mahnını bəstələyərkən Aydan ilhamlanmışdır: "Ay o qədər parlaq olur ki, mən öz əksimi görürəm, özümü kədərli hiss etdiyim üçün öz hislərimi və qorxularımı gizlədirəm". O, mahnının sözlərinin Soyon tərəfindən yazılmasını bəyənmişdir. == Musiqi və sözlər == "Moon" pop janrında olan mahnıdır. Mahnı Ayın parlaq olduğu gecədə qaranlığın uzaqlaşdığı və səmimi hislərin üzə çıxdığı vəziyyəti təsvir edir.
Senorita ((G)I-dle mahnısı)
Senorita (azərb. Senyorita‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış mahnı. 26 fevral 2019-cu ildə "I Made" minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının yapon dilində olan versiyası 26 avqust 2020-ci ildə qrupun ikinci Yaponiya minialbomu olan "Oh My God" ilə buraxılmışdır. == Buraxılması == Mahnın sözləri Soyon tərəfindən yazılmışdır. O, mahnının "ispanca" hissəsini daha yaxşı vurğulamaq üçün braziliyalı televiziya şəxsiyyəti Karlos Qorito ilə işləmişdir. Soyon "Senorita" mahnısını 2017-ci ildə buraxılmış "Despacito" mahnısından təsirlənərək yazmışdır. Mahnı 26 fevral 2019-cu ildə kliplə buraxılmışdır. Qrup üzvləri klip üçün "Kaja" kosmetika brendi ilə əməkdaşlıq etmişdir. == Musiqi və sözlər == "Senorita" latın və rəqs-pop janrlarında olan mahnıdır.
IDE disklər
IDE (“Intelligent Drive Electronic” – Ağıllı Elektron İdarəetməsi) – ATA interfeysinə malik olan sərt disk növü. Məlumatların paralel ötürülməsini təmin edən ATA standartı ilə uyğunlaşdırılan ucuz IDE elektronikası sərt disklər istehsal etməyə imkan verir. Həm də yaddan çıxarmaq lazım deyil ki, ATA xarici qurğuların qoşulması üçün nəzərdə tutulmayıb və 60sm-dən artıq uzunluqda kabelləri dəstəkləmir. Daha doğrusu, belə ATA kabellərini almaq olar, sadəcə onların istifadəsi məsləhət deyil. 1 ATA portu diskin 2 cür – master və slave qoşulmasını təmin edir. Çox vaxt demək olar ki, həmişə insanlar 1 porta sərt diski master olaraq, digər bir qədər yavaş qurğuları, məsələn CD-ROM kimi disk sürücülərini isə slave olaraq qoşurlar. Lakin bilirik ki, IDE hər zaman portda yalnız 1 qurğuya müraciət edə bilər, beləliklə, ümumilikdə sistemin məhsuldarlığı azalır. Prinsipcə slave qoşulmadan istifadə etməmək daha yaxşı olar. Hal-hazırda bütün anakartlarda 2 ədəd IDE portu vardır, hətta bəzilərində 4-ə bərabər olur (ABIT BX-133 RAID tipli). Sərt diski birinci əsas porta master olaraq DVD və ya CD-ROM-u isə ikinci köməkçi porta master olaraq qoşmaq lazımdır.
Last Dance ((G)I-dle mahnısı)
Last Dance (azərb. Son rəqs‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış mahnı. 29 aprel 2021-ci ildə "Universe" tətbiqi üçün tanıtım sinqlı kimi buraxılmışdır. Mahnının sözləri Soyon və Kriz tərəfindən yazılmışdır. == Buraxılması == 2020-ci ilin noyabrında "NCSoft" və filialı "Klap" K-pop əyləncə tətbiqi olan "Universe"i buraxacağını açıqlamışdır. 16 noyabrda "(G)I-dle" bu platforma qoşulan beşinci sənətçi olmuşdur. Tətbiq 28 yanvar 2021-ci ildə buraxılmışdır. "(G)I-dle" platforma üçün 19 aprel 2021-ci ildə "Last Dance" tanıtım sinqlını buraxacağını açıqlamışdır, lakin "Universe" mahnını mart ayından etibarən qrupdan ayrılmaq ərəfəsində olan Sucin olmadan buraxmağa qərar vermişdir. Mahnı və mahnının klipi fevralda hazırlandığından Sucin də ilkin mahnı və klipdə yer alırdı. Bu səbəbdən mahnının kompozisiyası və sözləri dəyişdirilmiş, musiqi klipi yenidən işlənmişdir.
1905-ci ildə
1905-ci ildə — 1931-ci ildə Azərbaycan dramaturqu Cəfər Cabbarlının Qafqazda Erməni-Azərbaycan müharibəsi dövründə azərbaycanlı Baxşı və erməni Sonanın məhəbbət hekayəsi üzərində yazdığı pyes. Pyes ilk dəfə səhnədə 1931-ci ildə Bakıda nümayiş olunub. Əsər tarla müşayiət olunan "Sarı Gəlin" xalq mahnısının ifası ilə başlayır. Əsəri rus dilinə İqor Peçenev tərcümə edib. == Yaranma tarixi == Cəfər Cabbarlının 1905-ci ildə Erməni-Azərbaycan müharibəsinin siyasi cəhətdən çox kəskin və kompleks mövzusunu bədii şəkildə əhatə etməsinə səbəb olan həlledici fakt, azərbaycanlı dramaturqunun Maksim Qorki ilə görüşü idi və onun Qorkinin "Sovetlərin Birliyi haqqında" kitabı ilə dərin maraqlanması idi. Cəfər Cabbarlı etiraf edirdi ki, "1905-ci ildə" pyesini yazarkən, o "1905-ci ildə Bakıda baş verən bütün inqilabi hadisələri" əhatə etmək vəzifəsini özü üçün əsas qoymamışdı. Onun sözlərinə görə, "bu mövzu hələ də bədii həllini gözləyir". 1929-cu ildə Cabbarlı Zaqafqaziya xalqlarının mədəni birliyi ayı ərzində Gürcüstana və Ermənistana səfər etmişdir. O, bu səfərdən sonra "1905-ci ildə" pyesini yazdı. Pyesin yaranma tarixi haqqında Cəfər Cabbarlı Ədəbiyyat qəzetinin 1934-cü il 30 may nəşrində yazırdı: == Səhnələşdirilmə tarixi == Azərbaycan səhnəsində pyes ilk dəfə 1931-ci ilin oktyabr ayında (1931-1932-ci il mövsümü) nümayiş etdirilib.
Black Isle Studios
Black Isle Studios (əvvəlki adı: Dragonplay) — videooyun istehsalçısı və yayımçısı "Interplay Entertainment" şirkətinin rol videooyunları üzrə şöbəsi. Studiya digər istehsalçılardan da bir neçə oyun satışa çıxarmışdır "Black Isle Studios" studiyasının baş qərargahı ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində yerləşir. Şöbə 1996-cı ildə "Dragonplay" adı ilə qurulmuş, sonradan 1998-ci ildə "Black Isle Studios" adını almışdır. Studiyanın adı qurucu Ferqus Urkhartın əslən olduğu Şotlandiyanın Blek-Ayl yarımadasından gəlir. Studiya "Fallout" seriyasındakı ilk iki videooyun üzərində işləməklə yanaşı, "Planescape: Torment" ilə də tanınır. Studiya "Icewind Dale" və sadəcə yayım sahəsində iştirak etdiyi "Baldur's Gate" rol videooyun seriyası ilə də uğur qazanmışdır. 1999-cu ildə "IGN" saytını "RPG Vault" layihəsi studiyanı "İlin istehsalçısı" mükafatına layiq görmüşdür. Bir müddət sonra "Interplay" şirkəti maddi çətinliklərlə üzləşmiş, nəticədə isə "Black Isle Studios" 2003-cü ilin sonunda bağlanmışdır. "Interplay" eyni ad altında yeni rol videooyunları satışa çıxarmaq məqsədilə studiyanı 2012-ci ilin avqustunda yenidən açmışdır. "Black Isle Studios" 2021-ci ilin may ayında "Baldur's Gate: Dark Alliance" videooyununun remaster edilmiş versiyasını satışa çıxarmışdır.
Dilə (Astara, İran)
Dilə (fars. ديله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (12 ailə).
Bir ildə həyat
Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi. == Məzmun == Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir. Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Adel
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adler
== Şəxslər ==
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri). Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Dinle
Dinle (türk. Dinle) — 1997 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə təmsilçiləri Şəbnəm Paker və Grup Etnic tərəfindən türk dilində səsləndirilən mahnı. Mahnının sözləri Mehtap Alnıtemizin, musiqisi isə Levent Çokerindir. "Dinle" 3 may 1997-ci ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində 121 xal toplamış və 25 mahnı arasında 3-cü yeri tutmuşdur. Bu 3-cülük, 2003-cü ilə qədər Türkiyənin müsabiqədəki ən yaxşı nəticəsi hesab olunur. Mahnı Şəbnəm Pakerin 1997-ci ilin avqust ayında buraxılan və müğənninin ilk və yeganə albomu olan "Dinle"yə daxil edilib.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Xanım sincab ilə
"Xanım gəlincik ilə" (it. Dama con l'ermellino) — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir. Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. Bu portretin Qalleraninin təsviri ilə identifikasiyası ən yeni dövrə aiddir. Hələ 1877-ci ildə Leonardo yaradıcılığının tədqiqatçıları yazırdılar: Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir.
İnterpolyasiya ilə axtarış
İnterpolyasiya ilə axtarış (ing. Interpolation search) — Artan və ya azalan sıra ilə düzülmüş massivdə verilmiş elementin tapılması alqoritmidir. Eyni ilə ikili axtarış alqoritminin sxemi üzrə qurulur. Yeganə fərq ondan ibarətdir ki, massiv hər addımda ikiyə tən ortadan deyil, cari intervalın uclarındakı qiymətlərdən asılı olaraq xətti interpolyasiya ilə tapılmış mövqedən bölünür. Hesablamaya sərf olunan vaxt baxımından intervalın ikiyə ortadan bölunməsi ilə interpolyasıyanın hesablanması arasında fərq ciddi olmadığı üçün, bu intervalın daha böyük sürətlə yığılmasına gətirir. Massivdəki elementlərin sayı N olarsa, bir elementin mövqeyinin tapılması üçün orta hesabla l o g ( l o g ( N ) ) {\displaystyle log(log(N))} müqayisə sərf edilər. Ən pis halda (məsələn verilənlər eksponsional xarakter daşıdıqda) tələb edilən əməliyatların sayı O ( N ) {\displaystyle O(N)} -ə çata bilər.
Poladın izi ilə
Poladın izi ilə — Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan sənədli film. "Poladın izi ilə" sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb. Filmin təqdimat mərasimi 4 may 2022-ci ildə, Nizami Kino Mərkəzində keçilirmişdir.
HALE
HALE, "High Altitude Long Endurance" sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Eqle Qabrenayte
Eqle Qabrenayte (24 sentyabr 1950, Moskva, RSFSR, SSRİ) — Litva altrisası. == Həyatı == Eqle Qabrenayte 24 sentyabr 1950-ci ildə Moskvada anadan olmuşdur. 1972-ci ildə Litva konservatoriysının "Aktyorluq" fakültəsini bitirmişdir. 1972-1990-cı illərdə Litava Dövlət Dram Teatrında işləmişdir. 1990-cı ildə Vilnüs Kiçik Teatrının aktrisasıdır.
Erməni dili
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. == Erməni dilinin tarixi == Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər) Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Even dili
Even dili (lamut dili) öz adlandırılması evedı toren — evenlərin dili, evenk, nanay, udegey dillərinə yaxındır. Tunqus-mancur dilləri qrupuna aiddir. == Əsas məlumatlar == Evenk dilinin qərb ləhcəsinə yakut, Kamçatka ləhcəsinə isə koryak dili təsir edib. XVII əsrdən evenk dilinə rus dili sözləri daxil olmağa başalyıb. 17 200 nəfər evenkdən ancaq 7 mini bu dilə bağlıdır. Əsasən Oxot dənizi ətrafında və Yakutiya və Maqadan vilyətində yaşayırlar. == Orfoqrafiyası == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Дуткин Х. И. Краткий словарь-разговорник для изучающих эвенский язык. Якутск, 1992. Лебедев В. Д.Язык эвенов Якутии. Л., 1978.
Evenk dili
Evenk dili, evenki dili (köhnə — tunqus dili) — evenklərin dili. Rusiyada, əsasən Şərqi Sibirdə — Yenisey çayının sol sahilindən Saxalin adasına qədər yayılıblar (4,8 min nəfər 2010), həmçinin Çinin şimalında Daxili Monqolustanda, Sinyan-Uyğur muxtar vilayətində və Monqolustan yaşayan 9 min nəfər solonlar da evenklərə aiddir. Even dili və negidal dili ilə yanaşı tunqus-mancur dillərinin şimal qrupuna aiddir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == İstinad == Эвенгус — сайт о языке: учебники, словарь, разговорник. Эвенкийский для начинающих — Электронная онлайн-версия обучающей программы на сайте электронного журнала "Языки и фольклор народов Сибири". (Access denied!) == Mənbə == Болдырев Б. В. Эвенкийско-русский словарь (Эвэды-лучады турэрук). — Новосибирск: Изд-во СО РАН, филиал "Гео", 2000. — Ч. 2: Р—Я. — 484 с.
Ezop dili
Ezop dili — üstüörtülü, müəmmalı, rəmzli dil. Bu ifadə qədim Yunanıstanda öz fikirlərini açıq, müstəqil deyə bilmədiyi üçün məcazi təmsillər yazan frakiyalı kölə Ezopun (e.ə VI-V əsrlər) adı ilə bağlıdır. Müasir dövrdə də məcburiyyət nəticəsində fikirlərin işarələrlə, dumanlı şəkildə, üstüörtülü kinayə ilə verilməsi ezop dili adlanır.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Fin dili
Fin dili (suomi), Finlandiyada və bəzi digər Şimali Avropa ölkələrində danışılan Ural dilləri ailəsinə aid bir dildir. Fin dili, təxminən 5.4 milyon insan tərəfindən danışılır və Finlandiyada rəsmi dildir. Dil həmçinin Avropa Birliyinin rəsmi dillərindən biridir. == Tarixi == Fin dilinin tarixi qədim dövrlərə dayanır və dilin inkişafı müxtəlif mədəni və tarixi təsirlərlə zənginləşmişdir. Fin dilinin yazılı ədəbiyyatı 16-cı əsrdə Mikael Agricola tərəfindən Latın əlifbasının qəbul edilməsi ilə başlamışdır. === Qədim Fin dili === Qədim Fin dili dövrü, əsasən şifahi ənənələrə və folklora əsaslanır. Bu dövrdə Fin dilinin yazılı mətnləri çox az idi və dil, əsasən danışıq dili olaraq istifadə edilirdi. === Orta Fin dili === Orta Fin dili dövrü, 16-cı əsrdə Mikael Agricola tərəfindən İncilin tərcüməsi ilə başlamışdır. Bu dövrdə dilin qrammatikası və leksikası inkişaf etmiş və standartlaşmışdır. === Müasir Fin dili === Müasir Fin dili dövrü, 19-cu əsrdə Fin dilinin rəsmi dil olaraq tanınması və təhsil sistemində geniş yayılması ilə başlamışdır.
Finikiya dili
Finikiya dili — Finikiyalıların dilidir. Eradan əvvəl II-I minilliklərdə işlənib. Sami dillərinin Kənani yarımqrupuna mənsubdur.
Fiqurnaya dili
Fiqurnaya dili — qumdan təşkil olunmuş dil Taymır yarımadasının sahillərində qərarlaşır. Laptevlər dənizi akvatoriyasına daxildir. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Xatanqa inzibati vahidliyinə tabedir. == Coğrafiya == Dil yarımadanın şərqində qərarlaşır. Çvetkova çayında 1 km şimal-şərqdə, Çvetkova burnu ilə Dlinnaya dili arasında yerləşir. Dilin sahəsi 0,2 km², maksimal hündürlüyü isə 10 metrdir. Dlinnaya dilindən qumlu dayazlıqla ayrılır. Uzunluğu 2 km, eni isə 250 metrdir. Dil Rudiyanın daxili rayonlarının sərhədində qərarlaşır.
Adəl
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.