Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aygün Kazımovanın ifaları (albom)
Aygün Kazımovanın ifaları – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomu. Alboma 41 mahnı daxildir. Albom Xalq artisti, bəstəkar Eldar Mansurovun prodüsserliyi ilə işıq üzü görmüşdür. Albomdakı Bir Payız Gecəsi mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan "Erməni işıqları" adlı albomuna daxil etmişdir. Albomdakı Xatirə mahnısı Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun bəstələri daxildir. Albomda 1988-ci ildən 2016-cı ilə qədər Aygün Kazımovanın ifasında Eldar Mansurovun bəstələri yer almışdır. Albomda Vahid Əziz, Piruz Dilənçi, Bəxtiyar Vahabzadə, Baba Vəziroğlu, Xanım İsmayılqızı, Tufan Tərlanoğlu, İkram Əliyev, Münəvvər Mansurova, İsmayıl Dadaşov, Kəmalə Qasımova, Pənah Rüstəm, Natiq isalı, Elçin İmanov, Namiq Qaraçuxurlu kimi şairlərin şeirlərindən istifadə olunmuşdur. Pop Diva Aygün Kazımova albomdakı "Bu Sevgi", "Gecələr Keçir", "Mən Aydan Gəlmişəm", "Uzaqlıq", "Vokaliz", "Xatirə" mahnılarına klip çəkmişdir. Albomdakı "Bu sevgi" mahnısı ilə Aygün Kazımova 1989-cu ildə Latviyada keçirilən "Yurmala" mahnı müsabiqəsində çıxış etmişdir.
İmfal
İmfal - Hindistanın Manipur ştatında şəhər. Həmçinin bu ştatın paytaxtıdır. == İqlimi == İmfal Hindistanın ən şərqində yerləşir. Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik iqlimə malikdir. Qışları mülayim, qurudur. Ən isti ay iyun, ən soyuq ay isə yanvardır. Şəhərə hər il ortalama 1320 mm yağıntı düşür. Ən yüksək temperatur 35.6 °C 22 may 2009-cu ildə, ən aşağı temperatur isə −2.7 °C 10 yanvar 1970-ci ildə qeydə alınmışdı. == Əhalisi == 2011-ci ilin əhalinin siyahıyaalınması məlumatlarına görə İmfalın əhalisi 264 986 nəfər olmuşdur. Bunlardan 128 931 nəfəri kişi və 136 055 nəfəri isə qadındır.
İqal
İqal — Macarıstanın Şomod medyesində yerləşən rayon. İqal Zamardinin 43 km cənubunda yerləşir. İqal spa macəra elementləri olan 12 hovuza malikdir.
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Seyfəddin İnal
Malik Əşrəf Seyfəddin Əbu Nasir İnal əl-Əlai əz-Zahiri Nasiri əl-Əcrud (Səyfəddin İnal ya da Seyfəddin Aynal; 1380, Qahirə – 26 fevral 1461, Qahirə) — 1453–1461-ci illər arasında Misirin 13-cü Burci Məmlük sultanı. Seyfəddin İnal 1381-ci ildə Qahirədə çərkəz tacir ailəsində anadan olmuşdur. Əvvəlcə ona "əl-Əlai" adını verən tacir Ələddin tərəfindən alınmışdır. Sonra isə Burci xanədanının qurucusu Sultan əz-Zahir Barquqa satdı. Barquq ilə xidmət etdiyi müddətdə İnal hərbi hazırlıq keçdi.
Çərkəz İnal
Çərkəz İnal, Şahzadə İnal və ya gürcü mənbələrinə görə Möhtəşəm İnal (çərkəzcə: Инал) — çərkəzlər və abxazlar tərəfindən şahzadələrin şahzadəsi adlandırılır, bunun səbəbi bütün çərkəz qəbilələrini birləşdirib Çərkəz dövlətini quraraq, bölgədəki güclü dövlətlərdən biri halına gətirməsidir. Bu dövlət onun ölümünün ardından müxtəlif hissələrə parçalanmışdır. İnaldan sonrakı dövrdə çərkəzlər Rus-Çərkəz müharibəsinə qədər birdə heç vaxt birləşə bilmədilər. İnanca görə, İnal Kabarda, Besleney, Çemguy və Hatıkuay qəbilələrinin atasıdır. İnalın ləqəbinin (Nef/Nexu) qaynağı dəqiq bilinməsə də, bəziləri bir gözünün kor olduğunu, bu səbəblə də şərq çərkəzcəsində kor mənasını verən Nef kəlməsindən gəldiyini, bizləri isə qərb çərkəzcəsində ziyalı mənasını verən sözdən gəldiyini iddia etmişdir. == Həyatı == İnaldan əvvəl Çərkəz bölgəsində bir çox ağanın bölgə hakimiyyəti, özlərinə aid suveren sinifi vardı və təşkilatlı struktur inkişaf etmişdi. Teymuri-Çərkəz döyüşlərini çərkəzlər qazansa da, bu müharibənin nəticəsində Çərkəz bölgəsi böyük dağıntılara məruz qalmışdı.Taman yarımadasında torpaq sahibi olan İnal özünə əsasən Hegayk qəbiləsindən ibarət olan ordu qrup 1400-cü illərdə məqsədinin bir çox dövlətlərə bölünmüş çərkəzləri birləşdirmək olduğunu açıqladı və mərkəzi Çərkəz bölgəsinə doğru yola çıxaraq öz dövlətini qurduğunu elan etdi, digər dövlətləri isə tək-tək himayəsinə aldı.Çərkəz zadəganları və şahzadələri İnalın yüksəlişinə mane olmaq istəsələr də, Mzımta çayı sahilindəki döyüşdə 30 çərkəz ağası İnan və dəstəkçiləri tərəfindən məğlub edildi. On ağa edam edildi, geri qalan qismi isə tabe olacaqlarına and içdikdən sonra azad edildilər. Qərb çərkəzlərinə hökm edən İnal 1434-cü ildə şərq çərkəzləri üzərinə təşkil edilən edərək, 1438-ci ildə Kuban çayının şimalına təşkil edilən hücumla Krım tatar boylarını Ten çayına qədər qovduğu səfərlər başda olmaqla, çərkəzlər yaşayan yerlərin tamamını və ya böyükbir qismini bir dövlətin hakimiyyəti altında birləşdirməyi bacardı.Dövləti 40 bölgəyə ayıran İnal hər bölgəyə bir hakim təyin etdi. İnal tərəfindən qurulan bu yeni çərkəz dövlətinin paytaxtı İnalın doğulub-böyüdüyü Taman bölgəsindı yerləşən Şencir şəhəri idi.
Hou İfan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
İFL Çempionşip
İngiltərə Futbol Liqası Çempionşipi (ing. English Football League Championship, tez-tez qısa olaraq Çempionşip (ing. Championship) və ya sponsor adının vurğulanması üçün Skay Bet Çempionşip (ing. Sky Bet Championship) də deyilir və 2004-2016-cı illərdə Futbol Liqası Çempionşipi (ing. Football League Championship) kimi tanınırdı) ― İngiltərə Futbol Liqasının (İFL) ən yüksək divizyonu və Premyer Liqadan sonra İngiltərə futbol liqası sistemində səviyyəcə 2-ci futbol liqası. İngiltərə və Uels komandalarının yarışdıqı liqada ilk iki yeri tutan klublar birbaşa, 3, 4, 5, 6-cı yerləri tutan klublar isə aralarında pley-off oynayaraq Premyer Liqaya yüksəlirlər. Sezon sonunda son üçüncü yerdə qərarlaşan klublar isə İngiltərə 1-ci Liqasına enirlər.
İmfal Beynəlxalq Hava Limanı
İmfal Beynəlxalq Hava Limanı (BMAT: IMF, BHNA: VEI) - şimal-şərqi Hindistanın ikinci ən böyük hava limanı. İmfal şəhərindən 8 km cənubda yerləşir. İmfal Beynəlxalq Hava Limanı şimal-şərqi Hindistanı Banqalor, Dehli, Kəlkətə, Mandalay kimi ölkənin böyük şəhərləri ilə birləşdirir. İmfal Beynəlxalq Hava Limanı şimal-şərqi Hindistanın ikinci ən böyük hava limanıdır. == Texniki məlumatlar == Hava Limanı dəniz səviyyəsindən 775 metr hündürlükdə yerləşibdir. Qalxma-enmə zolağının uzunluğu 2746 metr olub, asfalt örtüyə malikdir. İmfal Beynəlxalq Hava Limanı çoxlu müasir qurğulara sahibdir. Buna görə də gecə vaxtı da xidmət vermə imkanına malikdir. Hal-hazırda hava limanında 2 gəliş və 2 gediş qapısı mövcuddur. Gəliş hissəsi 60000, gediş hissəsi isə 35000 sərnişinə xidmət edə bilər.
AZAL
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
Afan
Afan — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Afan Saatlı rayonunda kənd, Mil düzündədir. Rayonun Novruzlu kəndindən çıxmış yeddi ailə tərəfindən Afan adlanan yerdə salınmış bu kənd əvvəllər Təzə Novruzlu, Yeddievlər, Gəlmələr də adlanırdı. Azərbaycan dilinin dialektlərində afan "zəif, gücsüz" mənasında işlənir. Toponim "gücsüz yer" mənasını ifadə edir.
Afaq
Afaq — qadın adı və təxəllüs. Afaq Bəşirqızı - teatr və kino aktrisası Afaq Hüseynova - Azərbaycan rəssamı Afaq Gəncəli - televiziya aparıcısı və sənətçi. Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Şıxlı - həkim, şairə, publisist, tərcüməçi Afaq Məlikova - Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Rüstəmova - fəlsəfə elmləri doktoru Afaq Sultanova - Azərbaycanlı para-cüdoçu Afaq Nəbiqızı - yazıçı.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Ağal
Baal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur. == Xarici keçidlər == Baal - Canaanite Sun God Baal Baal Phoenician God Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bifax
Bifax (lat. Bifax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Məmmədov — Azərbaycan Bayrağı Ordeni (1994), Vətən uğrunda (25.06.2008) medallı Qarabağ müharibəsi iştirakçısı. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Difai
Difai partiyası, Difai firqəsi (az.-əbcəd دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əbcəd دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi. Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
Fayl
Fayl (informatika)
Fiat
Fiat S. p. A. (Fiat Qrupu olaraq da tanınır) avtomobil istehsalçısı, maliyə və sənaye qrupu. 1899-cu ildə Giovanni Agnelli Tərəfindən Torinoda qurulmuşdur. Adını "Fabbrica İtaliana Automobili Torino" sözlərinin baş hərflərindən götürmüşdür.
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508-507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Amal Alişanlı
Amal Seyfəddin oğlu Alişanlı (11 fevral 2001, Qabaqdibi, Yardımlı rayonu – 8 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Alişanlı 2001-ci il fevralın 11-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Alişanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Alişanlı oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amal Qarayev
Amal Ədalət oğlu Qarayev (23 yanvar 2001, Yardımlı rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Qarayev oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amal Əhmədov
Amal Rauf oğlu Əhmədov (3 may 1996, Tver – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Əhmədov 1996-cı il mayın 3-də Rusiya Federasiyasının Tver şəhərində anadan olub. 2002–2013-cü illərdə Gəncə şəhərində C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub, 2014-cü ildə isə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. Subay idi. == Hərbi xidməti == Amal Əhmədov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Amal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Əhmədov oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
FIFA
FİFA (fr. Fédération Internationale de Football Association - azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı. FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir. İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir. == Tarixi == FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi. 1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər.
Ənfal
8-ci surə əl-Ənfal (Qənimət) surəsi (Mədinədə nazil olmuşdur, 75 ayədir.
Аfаk
Afak (ərəb. عفك‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər. Əhalisi 75,000-dir. Qədim şəhər olan Afak'ın təməli 1715-ci ildə qoyulub.