Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlikliqaya
İlikliqaya — Ordubad rayonunun Tivi kəndindən cənub-şərqdə, оval, uzunsоv təpənin üzərində yaşayış yeri.Abidənin yerləşdiyi ərazi xalq arasında "Bənövşəqumluğu adlanır" Abidənin sahəsi 150 m²-dən artıqdır. Tikinti qalıqlarına əsasən demək оlar ki, binalar yоnulmamış qaya parçalarından inşa оlunmuşdur. Mədəni təbəqənin qalınlığı 0,5–1 m arasındadır. Mədəni təbəqə kül qarışıq tоrpaq laylarından ibarət оlub keramika, sümük qalıqları ilə zəngindir. Yerüstü materiallar arasında keramika məmulatı üstünlük təşkil edir. Keramika məmulatı çəhrayı və bоz rəngdə bişirilmiş gil qabların parçalarından ibarətdir. Arxeоlоji materiallara əsasən yaşayış yerini e.ə. II-I minilliklərə aid etmək оlar. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 205.
İlikliqaya nekropolu
İlikliqaya nekropolu — Ordubad rayonunun Tivi kəndi ərazisində, eyni adlı qədim yaşayış yerindən qərbdə, Dəmyələr nekropolunun yaxınlığında yerləşən nekropol. Sahəsi 0,5 hektara yaxındır. Yerləşdiyi ərazi zəngin bitki örtüyünə malikdir. Nekropol qumluq ərazidə, yamacda yerləşdiyindən güclü təbii aşınmaya məruz qaldığından onların planını çıxarmaq çətinlik törətmişdir.. Aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində abidədən boz və çəhrayı rəngli gil qablar toplanılmışdır. Nekropoldan əldə olunmuş maddi-mədəniyyət nümunələri son tunc-erkən dəmir dövrü üçün (e.ə. II minilliyin sonu-I minilliyin əvvəli) xaraktеrik olub, abidənin həmin dövrə aid olduğunu göstərir.
İlikliqaya yaşayış yeri
İlikliqaya yaşayış yеri — Ordubad rayonunun Tivi kəndi ərazisində, kənddən şərqdə, Dəmyələr nеkrоpоlundan qərbdə, qumluq ərazidə yеrləşir. Abidənin yеrləşdiyi yеr хalq arasında «Bənövşə qumluğu» adı ilə tanınır. Yaşayış yеrində aparılan arхеоlоji araşdırma zamanı müəyyən оlunmuşdur ki, buradakı yaşayış еvlərinin çохu dağılmışdır. Оnların yеrində daş yığınları, tоrpaq qarışıq təpəciklər, üzərini оtlar örtən dördkünc fоrmalı çalalar qalmışdır. Abidədəki yaşayış binalarının bir qismi оvalvari fоrmalı təpənin üzərindəki düzənlik ərazidə salınmış, bir qismi isə dərənin qırağında, bulağın yanında tikilmişdir. Yaşayış yеrinin sahəsi 2 hеktardan artıqdır. Оrada mədəni təbəqə çох az miqdarda (0, 5-1m qalınlığında) saхlan-mışdır. Mədəni təbəqə kül qarışıq tоrpaq laylarından ibarətdir. Abidədən əldə olunmuş arxeoloji materiallar Sоn Tunc-Еrkən Dəmir dövrünə aid bоz və çəhrayı rəngli kеramika məmulatlarından (küpə, kasa, çölmək və b. tipli gil qablar), daş əmək alətlərindən (dən daşı, sürtgəc, dəstə) ibarətdir.
Alik
Alik (erm. Ալիք) - İranın paytaxtı Tehran şəhərində gündəlik nəşr olunan erməni dilli qəzet. Alik, İranda nəşr olunan ilk və yeganə erməni icmasına məxsus qəzetdir. Qəzetin nəşrinə 1931-ci ilin mart ayında başlanmışdır. İlk vaxtlarda həftədə 1 dəfə olmaqla nəşr edilən Alik, 1935-ci ilin əvvvələrindən etibarən həftədə 2 dəfə olmaqla nəşr edilmişdir. 1941-ci ildən etibarən isə gündəlik nəşrə keçmişdir. Hal-hazırda baş redaktoru Terenik Melikyandır.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Tlik
Tlik - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
İlek
İlek ve ya Ellak (Qədim türkcə (hunca): İlig — padşah, hökmdar; yun. Έλλακ; 425, Avropa Hun İmperiyası[d] – 454, Pannoniya) — Avropa Hunlarının 12-ci xaqanı, Atillanın oğlu və varisi. Nedao Müharibəsində öldürülmüşdür. Yerinə vəliəhdi və qardaşı Dengizik Xan keçmişdir.
İlis
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarakötük kəndinin əhalisinin faktiki sayı 165 nəfər, qeydiyyatdakı əhalinin sayı 172 nəfər təşkil edirdi.
İliç
İliç — Ərzincanın 9 ilçəsindən biri. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 7.625 nəfər yaşayır.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. == Toponimikası == Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. === 2011-ci il === 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Deborım(İlin ilk bədrlənmiş ay günü)
Conqvol Deborım və yaxud Deborım ay təqvimi ilə yanvarın 15-i keçirilir, bəzən "Ogiil", "Sanqvon" da deyirlər. Ay təqvimi ilə yeni il keçdikdən sonra ayın ilk bədrləndiyi gündür. Deborımdan 1 gün əvvəl ay təqvimi ilə yanvarın 14-ü yeni illə bağlı müxtəlif adət-ənənələr həyata keçirilirdi. Conqvol yeni ilin ilk başladığı ay olduğu üçün onu həm də həmin ili quran bir ay kimi qəbul edirdilər. Yanvarın 15-i Deborım günü fala baxılırdı. Bəzi mənbələrdə " Conqvol səma, torpaq və insanın birləşdiyi bir ay" kimi qeyd olunur və eyni zamanda Conqvol bütün qəbilələrin göyün iradəsinə uyğun olaraq birləşdiyi bir ay hesab olunurdu. == Koreya adətləri == Koreyada Deborım ay təqvimi ilə keçirilən yeni il kimi vacib bayram hesab olunurdu. Hər bölgə özünəməxsus fərqliliklər daşısa da, əsasən Deborımdan bir gün əvvəl və bir gün sonra kəndin əmin amanlığı üçün müxtəlif ayinlər keçirilirdi. Deborımda Ogokbap bişirib yeyirlər. Səhər tezdən burom(qoz-fındıq və s.
Alik Musayev
Alik Rafiq oğlu Musayev (7 avqust 1987, İmişli rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Musayev 1987-ci il avqustun 7-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. == Hərbi xidməti == Alik Musayev 2011-2017-ci illərdə DİN Daxili Qoşunlarının, 2017-ci ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş çavuşu olan Alik Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alik Musayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alik Nəcəfov
Alik Nəcəfov (tam adı: Alik Malik oğlu Nəcəfov; 1 iyul 1957, Şamaxı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksiyalar nəzəriyyəsi" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Alik Malik oğlu Nəcəfov 1957-ci il iyul ayının 1-də Şamaxı şəhərində anadan olmuşdur. 1964-cü ildə C.Cəbrayılbəyli adına 5 №-li məktəbin birinci sinfinə daxil olmuşdur. 1969–1974-cü illərdə S.M. Qənizadə adına 1 №-li orta məktəbdə oxumuş və bitimişdir. 1979-cu ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstksiya Bürosunda riyaziyyatçı-proqramçı vəzifəsində, 1983-cü ildən indiyə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat" kafedrasında baş lobarant vəzifəsindən professor vəzifəsinə kimi işləyir. 1996-cı ildə "Qarışıq törəmələri dominant olan funksiyların parametrli fəzası" mövzusunda namizədlik, 2008-ci ildə "Morri tipli fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə AzMİU-nun "Ali riyaziyyat" kafedrasının dosenti, 2014-cü ildə professor elmi adını almışdır. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışır. 70-dən çox elmi əsərin, 1 dərs vəsaitinin və birneçə metodiki vəsaitlərin müəllifidir.
Alik İsayev
Alik Şakir oğlu İsayev (23 fevral 2001, Xızı rayonu, Azərbaycan – 20 oktyabr 2020, Şuşa) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Şakir oğlu İsayev 2001-ci il fevralın 23-də Xızı rayonunda anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstan Respublikasının Dmanisi rayonu) Hamamlı kəndindən olan Alik İsayevin ailəsi ötən əsrin sonlarında Xızı rayonunda məskunlaşıblar. Alik İsayev 2001-ci il fevralın 23-də — Xızıda anadan olub. Subay idi. == Hərbi xidməti == Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük İkinci Qarabağ müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə də "Canavar" ləqəbli Alik gizirlərlə birlikdə irəli atılıb. Şuşa yolunda 32 erməni quldurunu öldürüb.
Alik İsmayılzadə
Alik Ismail-Zadeh (1961, Azərbaycan) (tam adı: Ali Tofiq oğlu İsmayılzadə) — elm xadimi. == Həyatı == Ali İsmayılzadə (Alik Ismail-Zadeh) 1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini, 1983-cü ildə M. Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakultəsini, 1990-cı ildə REA Yerin Fizikası Şmitt İnstitutunun Riyazi-geofizika üzrə elmlər namizədi (PhD) dərəcəsini, 1997-ci ildə Rusita Elmlər Akademiyasının (REA) Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun (İEPTMG), Geofizika üzrə elmlər doktoru (DSc) dərəcəsini bitirmişdir. 1992-ci ildən 2022-ci ilə qədər Rusiya Elmlər Akademiyası IEPTMG Seysmik və Vulkanik Təhlükə Riskinin Modelləşdirilməsi qrupunun rəhbəri, Baş elmi işçi / Professor-tədqiqatçı kimi faəliyyət göstərib. 2001-ci ildən Professor İsmayılzadə Almaniyanın Karlsrue Texnologiya İnstitutunda (KIT) baş elmi işçi vəzifəsində çalışır. == Fəaliyyəti == === Mükafatları === 1993 – Beynəlxalq Elm Fondu mükafatı, Nyu York, ABŞ; 1995 – Avropa Akademiyası mükafatı və medalı, London, Birləşmiş Krallıq; 1995 – İtaliya Təhsil Nazirliyi Tədqiqat Burosu mükafatı, Roma, İtaliya; 1996-1997 – İsveç İnstitutu Tədqiqat Təqaüdü Mükafatı, Stokholm, İsveç; 1999 – Rusiya prezidenti Yeltsin Təqaüdü mükafatı, Moskva, Rusiya; 2000 – Kral Cəmiyyəti Tədqiqat Təqaüdü mükafatı, Cambridge Universiteti, Böyük Britaniya; 2001 – Alexander von Humboldt Tədqiqat Təqaüdü Mükafatı, Almaniya; 2007 – Ən çox istinad edilən sənəd 2004-2007 Elsevier mükafatı; 2007 – Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Baş Katibi seçilib; 2009 – Beynəlxalq Mükafatı (International Award), Amerika Geofizika İttifaqı (AGU); 2011 – Geofiziki Risk və Davamlılıq üzrə İttifaq Komissiyasının fəxri üzvü, Beynəlxalq Geodeziya və Geofizika Birliyi; 2012 – Axford Görkəmli Mühazirə mükafatı, Asiya Okeaniya Geoelmlər Cəmiyyəti (AOGS); 2013 – Kral Astronomik Cəmiyyətinin (Royal Astronomical Society) Fəxri Üzvü; 2017 – Avropa Elmlər Akademiyasının (Academia Europaea) Həqiqi Üzvü; 2018 – Beynəlxalq Elmi Şuranın (International Science Council) Baş Katibi seçilib; 2019 – Geodeziya və Geofizika Beynəlxalq Birliyinin (IUGG) Fəxri Üzvü; 2019 – Amerika Geofizika İttifaqının (AGU) Fəxri Üzvü; 2019 – Səfir Mükafatı (Ambassador Award), AGU; 2022 – Beynəlxalq elmi şurasının (International Science Council) Fəxri Üzvü. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === 1983-1986 – Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Kiçik tədqiqatçı; 1987-1990 –Rusiya Elmlər Akademiyası, O.Şmitt adına yerin fizikası İnstitutu, Aspirant; 1990-1998 – Rusiya Elmlər Akademiyası, Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu, Baş elmi işçi; 1995-1996 –Triyest Universiteti, Tətbiqi Geofizika şöbəsi, Post-doc, İtaliya; 1995 –Vrije Universiteti, Yer Elmləri Fakültəsi, İştirakçı alim, Amsterdam, Niderland; 1996 –Universität Mainz, Institut für Geowissenschaften, İştirakçı alim, Mainz, Almaniya; 1996 – Elmin İnkişafı Avropa Birliyi – EUROSCIENCE, Təsisçi üzv; 1996-1999 – Kral Texnologiya İnstitutu, Paralel Kompüterlər Mərkəzi, dəvət olunmuş alim, Stokholm, İsveçrə; 1998-2000 – Uppsala Universiteti, Yer Elmləri Bölməsi, dəvət olunmuş alim, Uppsala, İsveçrə; 1999 – "La Sapienza" Roma Universiteti, Fizika Bölməsi, Dəvət olunmuş professor, Roma, İtaliya; 1999 – Hebrew University of Jerusalem, Yer Elmləri İnstitutu, Dəvət olunmuş professor, İsrail; 2000 – Kembric Universiteti (U. Cambridge), Teorik Geofizika İnstitutu, DAMTP, Kral Cəmiyyəti iştirakçı təqaüdü, Kembric, Birləşmiş Krallıq; 2001-2002 – Karlsruhe Universiteti, Geofizika İnstitutu; 2001-2015 – Abdus Salam Beynəlxalq Teorik Fizika Mərkəzi, İştirakçı müəllim, seminar direktoru, Triyest, İtaliya; 2002-2003 – Heidelberg Elmlər Akademiyası, WSM Layihəsi, Baş tədqiqatçı, Almaniya; 2003, Kaliforniya Universiteti (UCLA), Yer və Kosmos Elmləri Bölməsi, Dəvət olunmuş professor, Los-Anceles, ABŞ; 2003-2012 – Karlsruhe Texnologiya İnstitutu/ Karlsruhe Universiteti, Geofizika İnstitutu, Baş alim, Layihə direktoru, Karlsruhe, Almanya; 2005-2016 – Institut de Physique du Globe de Paris, Professeur intive, Paris, Fransa; 2006-2007 – Tokio Universiteti, Zəlzələ Araşdırma İnstitutu, Dəvət olunmuş professor, Tokio, Yaponiya; 2014 – Çin Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Dəvət olunmuş professor, Pekin, Çin.
Bilik Günü
Bilik Günü — Azərbaycanda və bir sıra ölkələrdə məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu == İslamda elmə münasibət == Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhalələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. == Azərbaycanda elmə münasibət == Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Bilik bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik - predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.Bilikləri üç böyük qrupa bölmək mümkündür.
Bilik fondu
Bilik iqtisadiyyatı
Bilik iqtisadiyyatı — postsənaye iqtisadiyyatı və informasiya cəmiyyəti və ya bilik cəmiyyəti ilə xarakterizə olunan yenilikçi iqtisadiyyatın ən yüksək inkişaf mərhələsi; eyni zamanda — dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatı və cəmiyyətinin böyük inkişafının növbəti mərhələsi. İndiyə qədər bilik iqtisadiyyatı ABŞ tərəfindən və qismən AB tərəfindən yaradılmışdır. == Terminin mənası == Bilik iqtisadiyyatı termini çox vaxt yenilikçi iqtisadiyyatın sinonimi kimi istifadə olunur. Lakin, bilik iqtisadiyyatı yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bilik cəmiyyətinin və ya informasiya cəmiyyətinin əsası, təməlidir. Bilik iqtisadiyyatı, inkişafın əsas amillərinin bilik və insan kapitalı olduğu bir iqtisadiyyatdır. Belə bir iqtisadiyyatın inkişaf prosesi insan kapitalının keyfiyyətinin yüksəldilməsindən, həyat keyfiyyətinin yaxşılaşdırılmasından, yüksək texnoloji biliklərin, innovasiyaların və yüksək keyfiyyətli xidmətlərin istehsalından ibarətdir. Sosiologiyada: Gündəlik Texnoloji İnqilabın İqtisadiyyatı. Bilik iqtisadiyyatı post-sənaye iqtisadiyyatı və yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bu səbəbdən ABŞ, Almaniya, Böyük Britaniya, Koreya Respublikası və Yaponiya kimi ən inkişaf etmiş ölkələr üçün ən xarakterikdir.Ədəbiyyatda inkişaf etmiş və gələcək cəmiyyətlərin və iqtisadiyyatların digər tərifləri mövcuddur. Vurğulamaq lazımdır ki, bilik iqtisadiyyatı ilə innovasiya iqtisadiyyatı arasındakı əsas fərq, ilk bilik vəziyyətində bazara çıxarıla bilən daxili bir əmtəə halına gəlməsidir. İkincisi vəziyyətində, bilik yeniliklərin yaradılması üçün zəruri şərtdir, bununla birlikdə bu tip iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi məhz yeni texnologiyalar, iqtisadiyyata daima yenilikçi istehsal metodlarının tətbiqi, yeniliklərin və texnologiyaların satışı və alınmasıdır.
Qazaxlı Alik
Arif Fuad oğlu Muradov (ləqəbi: Qazaxlı Alik; 12 fevral 1958, Dağ Kəsəmən, Ağstafa rayonu) — Birinci Qarabağ müharibəsinin Azərbaycan tərəfindən iştirakçısı, ehtiyatda olan polkovnik. == Həyatı == Arif Fuad oğlu Muradov (Qazaxlı Alik) 1958-ci ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. === Döyüş yolu === 1987-ci il noyabrın 25-dən ermənilərə qarşı fəaliyyət göstərməyə başlamışdır. İlk dövrlərdə 15–20 nəfərlik dəstəyə rəhbərlik etmişdir. İlk hərbi əməliyyatlarını isə düşmən arxasına təşkil etmişdir. 1991-ci ilin noyabr ayında hərbi hissə yaradılmış və Qazaxlı Alikin hərbi dəstəsi rəsmi qaydada vuruşmağa başlamışdır. Mayor rütbəsi alan Qazaxlı Alikin döyüşdüyü hərbi hissədə hərbi qulluqçuların sayı 930 nəfər çatmışdı.Onun komandanlıq etdiyi dəstə ilk şəhidini Xocalı soyqırımından sonra vermişdir. 1992-ci il martın 14-də ermənilərin daha böyük dəstə ilə Qazax tərəfdən, Aşağı Əskipara Xeyrimli kəndinin üstündən baş tutan hücumunun qarşısını alarkən Qazaxlı Alik özü yaralanmış, onun dəstəsindən olan Rasim Bayramov isə yaralı halda ermənilər tərəfindən ələ keçirilmiş, sonradan da şəhid edilmişdir.Ağstafa, Tovuz, Qazax, Kəlbəcər, Laçın, Goranboy, Gədəbəy və Qarabağın bir çox bölgələrindəki hərbi əməliyyatlarda iştirak etmişdir.
Qutadqu-bilik
Qutadqu-bilik və ya Qutadğu bilig — Yusif Xas Hacib Balasaqunlunun əsəri. == Haqqında == Bu kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun əhli olub, əsərini Qaşqarda bitirmişdir, yazıb Qaraxani sultanı Satıq Buğra xana təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür. Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır. Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan "Şahnamə"yə bənzədiyi üçün iranlılar onu "türk Şahnaməsi" də adlandırmışlar. Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsir altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir.
Sanya İliç
Aleksandar "Sanya" İliç (serb. Aleksandar "Sanja" Ilić, Александар "Сања" Илић; 27 mart 1951, Belqrad, Serbiya Sosialist Respublikası[d], Yuqoslaviya SFR – 7 mart 2021, Belqrad) — Serbiya musiqiçisi və bəstəkarı. O, 1998-ci ildə Balkanika qrupunu yaratmışdır. İliç məhz Balkanika qrupu ilə birlikdə "Nova deca" mahnısı ilə Serbiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == İliç 27 mart 1951-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. Onun atası bəstəkar, qardaşı Draqan isə Generacija 5 qrupunda musiqiçi olaraq fəaliyyət göstərir. İliç serbiyalı aktrisa və model Zlata Petkoviç ilə ailə həyatı qurmuşdur. Petkoviç 2012-ci ildə dünyasını dəyişmişdir. Onların 1984-cü ildə anadan olan bir övladları var. İliç musiqi karyerasına hələ 12 yaşında ikən başlamışdır.
İlie Ketereu
İlie Ketereu (rum. Ilie V. Cătărău, doğulduğunda soyadı Katarov, 1888, Orhey[d], Bessarabiya quberniyası[d] – 1952, Transilvaniya) Bessarabiyada doğulan siyasi macəraçı, əsgər və casus idi. Həyatının bir hisssini Rumıniyada keçirmişdir. O, Rumıniya ilə Avstriya-Macarıstan arasındakı gərginliyin artmasına yönəlmiş iki terror hücumunun əsas günahkarlarından hesab edilir. Ketereu Katarov Rusiya imperiyasının və Rumıniyanın xüsusi xidmətləri üçün işləyən ikili agent idi. == Bioqrafiya == Ketereu Katarovun mənşəyi və erkən həyatı hələ müəyyən deyil. O, Rusiya İmperiyasının Bessarabiya əyalətində yerləşən Orxey — yaxud yaxınlıqdakı Markauti kəndindən idi. Qeydlər göstərir ki, onun doğulduğu il 1888, valideynləri isə Vasily Konstantinoviç və Aleksandr idi. Rumıniya qaynaqları isə Ketereunun Rumıniya cəmiyyətinin üzvü deyil, daha çox Bessarabiya Bolqarı olduğunu iddia edir. Ketereu və bir çox bacısı erkən yaşda yetim qaldı.
İlin Vikimediyaçısı
İlin vikimediaçısı — 2011-ci ildə Vikipediya təsisçisi Cimmi Ueyls tərəfindən yaradılan illik mükafat. Vikimedia hərəkatının ən böyük nailiyyətlərini vurğulamaq üçün Vikimaniyada ənənəvi olaraq təqdim olunur. Mükafatı qazanan vikimediaçılara Rauan Kenzhexanlı, Demmy, Remi Matis, İhor Kostenko, Emily Temple-Vud, Rosi Stephenson-Qudnayt, Feliks Nartey və Fərhad Fatkullin aiddir. Əsas mükafatla yanaşı, yeddi "Fəxri qeyd" mövcuddur.
İlin adamı
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
İlin fəsilləri
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
İlin günləri
Təqvim ili qriqorian və yulian təqvimlərində qısa ildə 365, uzun ildə 366 sutkaya bərabərdir.
İlin mövsümləri
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 267 nəfərdir. == Həmçinin bax == Rvarud Orand Nücü Təngəbin == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə).Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Klık adası
Klık adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında yerləşir. Cekson adasında yerləşən burundan 3,5 km qərbdə qərarlaşır. Öz növbəsində hündürlüyü 33 m olan bir qayadır.