Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnhisar
İnhisar və ya monopoliya (yun. μονο — tək; πωλέω — satıram) – müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi hal. Başqa sözlə inhisar, bazarda bir satıcının və çoxlu sayda alcının olduğu bazardır. Bu bazar rəqabətin və əvəzedici əmtəələrin yoxluğu, eləcə də yüksək mənfəət əldə etməyə imkan verən və marjinal xərclərdən çox yüksək olan inhisar qiyməti ilə xarakterizə edilir. Bundan əlavə inhisarlar qiymətə təsir edəcək qədər böyük bazar gücünə malikdirlər. İnhisar dedikdə ilk növbədə insanın ağlına bir çox qitədə fəaliyyət göstərən transmilli korporasiyalar, dövlət tərəfindən yaradılan böyük şirkətlər gəlir, amma inhisar qismində kiçik firmalar da ola bilər. Məsələn, uzun bir yol üzərində cəmi bir yanacaqdoldurma stansiyası olduğunu fərz edək. Bu zaman yolda qalmaq istəməyən şəxs məcburən buradakı qiymətlərlə razılaşmalı olacaq. Məlum olduğu kimi, bazarın geniş miqyasda inhisarlaşması XIX–XX əsrlərin hüdudlarında (qovuşağında) baş vermişdir. Azad rəqabət İngiltərədə, klassik kapitalizm dövründə müəyyən qədər özünü göstərmişdir (XIX əsrdə).
İnhisar qiyməti
İnhisar qiyməti — oliqopoliya, inhisarçı rəqabət və inhisarçılıq şəraitində mükəmməl rəqabətin bazar qiymətindən kənara çıxan malların qiyməti. Firmanın öz məhsullarının qiymətinə təsir etmək qabiliyyətinə bazar gücü deyilir. Bazar gücünə malik olan firmalara qiymət istehsalçıları deyilir. Bazar gücündən istifadə edərək, inhisarçı hazır məhsulun qiymətlərini rəqabətqabiliyyətli qiymətlərdən yuxarı, onların istehsalı üçün xammalın qiymətini rəqabətqabiliyyətli qiymətlərdən aşağı təyin etməklə inhisar mənfəəti əldə edir. Bazar hakimiyyəti rəqiblərin inhisarlaşdırılmış bazara daxil olmasına mane olan təbii və ya hüquqi (lisenziya, ixtira patentləri və elmi-texniki inkişaf) maneələrin yaranması nəticəsində rəqabət aparan firmaların yığılması (almaq, sənaye holdinqlərinin yaradılması, trestlərin təşkili) yaranır və müxtəlif üsullarla həyata keçirilir: qiymət razılaşması (künc, kartel), məhv və ya satınalma. İnhisar qiymətləri siyasəti bazar mexanizmlərinin deformasiyasına və iqtisadi səmərəliliyin və vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır: inhisarçı tərəfindən malların tədarükü azdır və onların qiymətləri mükəmməl rəqabət şəraitində olduğundan daha yüksəkdir. Buna görə də dünyanın demək olar ki, bütün ölkələrində dövlətin antiinhisar qanunları əksər bazarların inhisarlaşdırılmasını qadağan edir. Rusiyada antiinhisar iqtisadi, inzibati və qanunvericilik tədbirlərinin həyata keçirilməsi və antiinhisar qanunlarına riayət olunmasına nəzarət funksiyaları Federal Antiinhisar Xidməti tərəfindən həyata keçirilir.
İntiqam Abbasov
İntiqam Abdullayev
İntiqam Atakişiyev
İntiqam Vahid oğlu Atakişiyev (7 aprel 1974, Tüntül, Qutqaşen rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. 7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub. Ailəlidir, iki övladı var. O, xeyirxah bir insan, vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbçi kimi tanınır. Təhsil aldığı məktəbin önündə Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş, maddi və mənəvi köməyini əsirgəməmişdir. İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb. O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib. 1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib. 1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.
İntiqam Ağayev
İntiqam Bəşirov
İntiqam Camaləddinov
İntiqam Hacılı
İntiqam Hacılı, (d.24 fevral 1978, Biləsuvar) — Azərbaycanlı kino rejissoru, prodüseri və ssenaristi. 2017-ci ildə rejissoru olduğu "Göllərin arasında" ("Между озерами", "Among The Lakes") sənədli film layihəsi Riqada keçirilən "Artdocfest" Sənədli Filmlər Festivalının pitçinq bölməsində iştirak edib. Kinoprodüser kimi 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalının (Fransa), 2021-ci ildə isə "Moskovskaya premyera" Kino Festivalının (Rusiya) iştirakçısı olub. 2021-ci ildə Mədəniyyət Nazirliyinin Bakıda təşkil etdiyi QİTİS-in (Moskva Teatr Sənətləri İnstitutu) teatr prodüserliyi laboratoriyasında iştirakçı olaraq, QİTİS-in və Mədəniyyət Nazirliyinin sertifikatını alıb. 2022-ci il 2 avqustda - Milli kino günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən "Müstəqil kinonun inkişafındakı xidmətlərinə görə" nominasiyasında mükafatlandırılıb. Uzunömürlü Məcid Ağayevin nəvəsi olan İntiqam Hacılının ata-anası Lerik rayonun Tikəband kəndindən ilk əvvəl Lənkəran şəhərinə, bir müddət sonra isə Salyan rayonuna, oradan isə 1975-ci ildə Biləsuvar rayonuna gəliblər. İntiqam Hacılı 1978-ci il fevral ayının 24-də Biləsuvar rayonun İran sərhədi yaxınlığında yerləşən kolxoz düşərgəsində anadan olub. 1996-cı ildən 2022-ci ilin may ayına qədər Bakıda yaşayaraq kino və teatr sahəsində fəaliyyət göstərib. 2022-ci ilin may ayından 2024-cü ilin fevral ayına qədər Lənkəran Dövlət Dram Tetarında direktor müavini və direktor vəzifəsini icra edib. Onun dövründə teatrın idarəçiliyində və yaradıcılğında böyük dəyişiklər olub.
İntiqam Hacıyev
İntiqam Kərimov
İntiqam Mahmudov
İntiqam Mehdizadə
İntiqam Mehdizadə (14 fevral 1945, İsmayıllı – 8 iyun 2022) — yazıçı-publisist, jurnalist, ssenarist. İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib. 5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır.Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatıdır. Hal-hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyir. Evlidir, iki övladı, dörd nəvəsi var.
İntiqam Mənsimli
İntiqam Rövşən oğlu Mənsimli (5 iyun 1998; Kəngərli, Tərtər rayonu, Azərbaycan — 17 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşdur. O, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, İntiqam Mənsimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Mənsimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Mənsimli 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
İntiqam Qasımov
Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən).
İntiqam Qasımzadə
Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən).
İntiqam Soltan
İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan; 12 aprel 1965, Nürgüt, Ordubad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının direktoru. İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan) 12 aprel 1965-ci ildə (rəsmi 11 may) Ordubadın Nürgüd kəndində anadan olub. İncəsənət İnstitutunun dram-kino aktyorluğu ixtisasında təhsil alıb (1986-1990). İrəvan Teatrında (1988-1995), Gənclər Teatrında (1995-2002) aktyor işləyib. 2002-ci ildən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəridir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2019-cu ildə müəllifi olduğu "Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə" adlı metodik vəsaitin təqdimatı keçirilib. Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri. Mingəçevir Dövlət Dram Teatrının direktoru. Evlidir.
İntiqam Səfərov
İntiqam Yaşar
İntiqam Yaşar (azərb. Cavanşir İntiqam Yaşar oğlu‎; d. 3 oktyabr 1990-cı il, Gədəbəy rayonu) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2015), Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri (2019), Prezident təqaüdçüsü. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi (2021). Cavanşir İntiqam Yaşar oğlu 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997–2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd kəndində orta məktəbdə, 2008–2012-ci illərdə isə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. İntiqam Yaşar mətbuatda müxtəlif məzmunlu yazılarla çıxış edir. Yazıları "Ulduz", "Yazı" jurnallarında, "Ədəbiyyat", "Aydın yol", "525-ci qəzet", "Kaspi" kimi qəzetlərdə mütəmadi olaraq dərc olunur. Şairin 2012-ci ildə "İlk görüş" adlı şeirlər kitabı çapdan çıxıb.
İntiqam Zairov
İntiqam Zairov (21 aprel 1985, Bakı) — Azərbaycanı təmsil edən ağır atlet. Karyerası ərzində İntiqam Zairov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Karyerası ərzində İntiqam Zairovun beynəlxalq turnirlərdə qeydə alınan ən ciddi uğuru 2009-cu ildə Buxarest şəhərində (Rumıniya) baş tutan Avropa Çempionatınıda gümüş medala sahib olmaq oldu. Əfqan Bayramov həm də Azərbaycanı 2 dəfə olimpiadalarda təmsil elədi. 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında İntiqam Zairov ümumi nəticədə olimpiadanı 361 (166+195) nəticə ilə doqquzuncu pillədə başa vurdu. Dörd il sonra, 2012-ci ilin avqustunda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında isə İntiqam Zairov ümumi nəticədə 397 (182+215) nəticə ilə olimpiadanı altıncı pillədə başa vurdu. 2017-ci ilin yanvarında Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2008 və 2012-ci illərdə olimpiadalar zamanı götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən İntiqam Zairov olimpiadalarda mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi. Həmçinin onun 2013-cü il Avropa Çempionatı və 2015-ci il Dünya Çempionatında göstərdiyi nəticələrdə ləğv edildi.
İntiqam İsmayılov
İntiqam əlbisəsi
İntiqam əlbisəsi Uels şahzadəsi Diananın 1994-cü ildə Serpentin qalereyasında(en) şam yeməyinə geydiyi ziyafət paltarı idi. Paltar, o vaxt Uels şahzadəsi olan əri Çarlzın televiziyada xəyanət etdiyini etiraf etdiyi üçün Diana tərəfindən "intiqam almaq üçün" geyindiyi kimi şərh edilmişdir.
İnhisar icarəsi
Rəqabətin olmadığı şəraitdə əmtəə satıldıqda inhisar icarəsi (renta) yaranır. Bu zaman satıcı qiyməti artırmaq üçün özünün xüsusi bazar şərtlərindən (məhsulun unikallığı, müxtəlif ehtiyatlar və s.) istifadə edir. İqtisadi ədəbiyyatda bütün mümkün alternativ xərcləri üstələyən “artıq mənfəət” adlanır. Eyni zamanda, texnoloji renta elmi-texniki tərəqqi (yeni materiallar, resursların yeni emalı üsulları və s.) nəticəsində meydana çıxan inhisar rentasının bir növüdür. İnhisar icarəsi — muzdlu işçilərin əməyinin istifadəsi nəticəsində yaranan və son nəticədə torpağın sahibi tərəfindən mənimsənilən kapitalist torpaq rentasının bir növüdür. Dəyərindən bir neçə dəfə yüksək qiymətə satıldıqda formalaşır. İnhisar icarəsi kənd təsərrüfatında, şəhər torpaqlarında və mədən sənayesində mövcuddur. Kənd təsərrüfatında müəyyən xüsusiyyətlərə malik olan torpaq sahələrində icarə inhisarı yaranır və bunun sayəsində onlarda tələbatı və qiyməti adi haldan xeyli yüksək olan nadir məhsullar və xüsusi məhsul növləri yetişdirilə bilər. Экономика : (Экономическая теория) : учеб. пособие / под рук.
İnhisar mənfəəti
İnhisar mənfəəti — inhisar şəraitində yaranan xüsusi iqtisadi mənfəət növü var. Bu mənfəət inhisarçının istehsalı tənzimləmək qabiliyyəti sayəsində istehsalı məhdudlaşdırmaq və məhsulun qiymətinə öz xeyrinə təsir göstərmək qabiliyyəti ilə bağlıdır. Biz bir tərəfdən qeyri-müəyyənlik və inhisarçılıq, digər tərəfdən mənfəət arasında həm səbəb əlaqəsini, həm də aydın fərqi müşahidə edə bilərik. Səbəb mexanizmi ondan ibarətdir ki, sahibkar inhisar hakimiyyətinə nail olmaqla qeyri-müəyyənliyi azalda bilər və ya ən azı onun təsirlərini yumşalda bilər. Mükəmməl rəqabət şəraitində hər bir firmanın mənfəəti orta bazar səviyyəsinə bərabərdir, yəni inhisarçı şirkətlər orta səviyyədən yuxarı mənfəət əldə edirlər. Əgər inhisar bu və ya digər formada mövcuddursa, o, iqtisadi səmərənin son mənbəyidir. İnhisar mənfəətinin əldə edilməsinin şərtlərindən biri firmanın qiymətlərə təsir göstərə bilməsi və onların onun üçün maksimum fayda ilə müəyyən edilməsini təmin etməsidir. Bu zaman o, əlavə gəlir kimi deyil, məhsulların daha baha satılması nəticəsində formalaşır.
İntiqam Şirəliyev
Iniidae
İnilər (lat. Iniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.