İntiqam Bəxtiyar oğlu Şirəliyev (3 noyabr 1997; Göyçay rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İntiqam Şirəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Potu, Göyçay, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Potu, Göyçay, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 2020 |
İntiqam Şirəliyev 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun baş əsgəri olan İntiqam Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İntiqam Şirəliyev sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Şirəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Şirəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]