İntiqam İlqar oğlu İsmayılov (24 dekabr 1996; Xanabad, Yevlax rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İntiqam İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xanabad, Yevlax rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Xanabad |
Vətəndaşlığı | Azərbaycan |
Atası | İlqar İsmayılov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
İntiqam İsmayılov 24 dekabr 1996-cı ildə Yevlax rayonunun Xanabad kəndində anadan olmuşdur.[1] Yevlax rayon Xanabad kənd tam orta məktəbində təhsil almışdır. Boks ilə məşğul olur və boks üzrə müxtəlif səviyyəli yarışlarda iştirak edirdi.[2]
İntiqam İsmayılov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra eyni hərbi birləşmələrin sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirirdi.
Azərbaycan Ordusunun əsgəri olan İntiqam İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam İsmayılov 9 noyabr 2020-ci ildə[3] Şuşa istiqamətində[4] döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Yevlax rayonunun Xanabad kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş İntiqam İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[9]