Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İndore
İndore (hind. इंदौर) — mərkəzi Hindistanda yeləşən Madhya-Pradeş ştatının ən böyük şəhəri və iqtisadi merkəzidir. Indore Madhya Pradesh vilayətinin paytaxtı olan Bhopal şəhərindən 190 km qərbdə yerləşir.Hindistanın 2011-ci ildə olan siyahıya alınmasına ğörə Indore şəhərinin əhalisi 1.516.918-dir. İndore şəhəri əhalisinə görə Hindistanın 15-ci böyük şəhəridir. 2009-cu ilin siyahısına əsasən İndore şəhəri əhalisinə görə Dünya şəhərləri arsınsa 147-ci yerdədir. İndore şəhəri Hindistanın Madhya Pradesh vilayətinin İndore bölgəsinin mərkəzi şəhəridir. "Maratha İmparatorluğu" devrində "Deccan" bölgəsi və Dehli şəhəri arasındakı əsas yol İndore şəhərindən keçirdi. Maratha İmparatoru "Madhavrao Peshwa" öləndən sonra "Maratha İmparatorluğu" süqut etdi və parçalandı. Maratha İmparatorluğunun bir bölgəsində Holkar Dövləti quruldu və İndore şəhəri dövlətin paytaxtı seçildi. Sonra Holkar Dövləti hökümdarı Rani Ahilyabai Holkar dövlətin paytaxtını Maheshvar şəhərinə çökürtdü.
İnquri
İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Uzunluğu 213 km, hövzəsinin sahəsi 4060 km². Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür.
İnquri çayı
İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Uzunluğu 213 km, hövzəsinin sahəsi 4060 km². Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür.
Aleksey İnauri
Aleksey Nikolayeviç İnauri (gürc. ალექსი ნიკოლოზის ძე ინაური; 12 may 1908, Qori, Tiflis quberniyası – 23 iyun 1993, Tbilisi) — sovet hərbçisi və dövlət xadimi. 1954–1988-ci illərdə Gürcüstan SSR Nazirlər Soveti yanında DTK-nın sədri. General-polkovnik (1967). Sovet İttifaqı Qəhrəmanı (1985). == Həyatı == Aleksey Nikolayeviç İnauri 1908-ci il aprelin 29-da (yeni üslubla 12 may) Tiflis quberniyasının Qori şəhərində vaqon işçisi ailəsində anadan olub. 1924-cü ildən Aleksey fəhlə, 1925-ci ilin may ayından Qoridəki konserv zavodunda çəkicçi, 1926-cı ildən Tiflisdəki vaqon deposunda çəkicçi işləyib. 1926-cı ildə Qoridə axşam orta məktəbini bitirib, növbəti il ​​Tiflisə köçüb. 1927-ci ilin avqustunda İnauri Qırmızı Ordu sıralarına çağırıldı. 1931-ci ildə o, Krasnodarda Şimali Qafqaz Dağ Millətləri Süvari Məktəbini bitirib.
İnquri SES
İnquri su-elektrik stansiyası — Qafqazın ən böyük su-elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür. Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir. == Tarixi == XX əsrin 60-cı illərinin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi və dövlət başçısı Nikita Xruşşov əvvəlcə Bzib çayında əsas bənd və su-elektrik stansiyası tikmək təklifini verdi. Çünkü, ora onun ən sevimli kurortu Pitsunda çayının mənsəbinə yaxınlıqda yerləşirdi. Lakin bununla belə mütəxəssislər, Bzib çayı üzərində qurulan bir bəndin Pitsunda çimərliyinə ziyan vuracağına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağını təxmin etdilər. Bu səbəbdən onlar Bzib əvəzinə bəndin dəniz sahilindən xeyli uzaqda dağlardan axan İnguri çayı üzərində inşa edilməsi təklifini verdilər. 1960-cı illərin əvvəllərində "Hidroproyekt" İnquri SES-in tikintisini layihələndirdi. İnquri bəndinin inşasına 1961-ci ildə başlanıldı.
Takeşi İnoue
Takeşi İnoue (30 sentyabr 1928 - 5 aprel 1992) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
İndre Girdauskayte
Şumpey İnoue
Şumpey İnoue — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
İnoue Enryo
İnoue Enryo (井上 円了, 18 may 1858 – 6 iyun 1919, Dalyan, Yaponiya imperiyası) – Yaponiya filosofu, buddist mütəfəkkiri və pedaqoqu. Fəlsəfənin populyarlaşdırılması ilə məşğul olmuş, Toyo Universitetinin əsasını qoymuşdur. == İlk illəri == İnoue Enryo 1858-ci ildə indiki Niiqata prefekturasında doğulmuşdur. Ailəsi buddizmin Codo Şin sektasına mənsub idi. Tadanori İşiqurodan Çin klassikləri dərsi almış, Naqaoka İngilis Məktəbində ingilis dilini öyrənmişdir. İnoue Honqan məbədi tərəfindən Tokio Universitetində təhsil almağa göndərilmiş, 1885-ci ildə universiteti bitirmişdir. Universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. Universitetdə oxuduğu vaxt 1884-cü ildə Tetsuqukayı təsis etmişdir. == Fəaliyyəti == İnoue 1887-ci ildə Toyo Universitetinin sələfi olan fəlsəfə institutu Tetsuqakukanı qurmuşdur. Qautama Budda, Konfusi, Sokrat və İmmanuel Kant kimi filosofların fikirlərinin sintezini yaratmağa çalışmışdır.
İnoue Tetsuciro
İnoue Tetsuciro (井上 哲次郎, 25 dekabr 1856 və ya 1856, Dazayfu[d], Çikuzen əyaləti[d] – 9 noyabr 1944 və ya 1944, Koişikava-ku[d], Tokio) – Yaponiya filosofu, şairi və pedaqoqu. Şintayşi hərəkatının qabaqcılı olmuş, alman idealizmini müdafiə etmişdir. == Həyatı == İnoue Tetsuciro 1856-cı ildə Yaponiyanın Çikuzen əyalətində (indiki Fukuoka prefekturası) doğulmuşdur. Tokuzan Nakamuranın rəhbərliyi altında Çin klassiklərini oxumuş, 1875-ci ildə Tokio Kaysey Məktəbinə daxil olmuşdur. 1880-ci ildə Tokio Universitetinin fəlsəfə fakültəsindən məzun olmuşdur. 1882-ci ildə Tokio Universitetinin dosenti olmuşdur. Həmin il "Şintayşişo" poeziya kitabının həmmüəlliflərindən biri olmuş, Toyama Masakazu və Ryokiçi Yatabe ilə birlikdə Şintayşi hərəkatının qabaqcıllarından biri olmuşdur. 1884-cü ildə təhsil almaq üçün Almaniyaya getmişdir. 1890-cı ildə Tokio Universitetinin professoru olmuşdur. Bütün akademik karyerasını 1923-cü ilə qədər Tokio Universitetində fəlsəfə dərsi verməklə keçirmişdir.
İnquri Su Elektrik Stansiyası
İnquri su-elektrik stansiyası — Qafqazın ən böyük su-elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür. Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir. XX əsrin 60-cı illərinin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi və dövlət başçısı Nikita Xruşşov əvvəlcə Bzib çayında əsas bənd və su-elektrik stansiyası tikmək təklifini verdi. Çünkü, ora onun ən sevimli kurortu Pitsunda çayının mənsəbinə yaxınlıqda yerləşirdi. Lakin bununla belə mütəxəssislər, Bzib çayı üzərində qurulan bir bəndin Pitsunda çimərliyinə ziyan vuracağına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağını təxmin etdilər. Bu səbəbdən onlar Bzib əvəzinə bəndin dəniz sahilindən xeyli uzaqda dağlardan axan İnguri çayı üzərində inşa edilməsi təklifini verdilər. 1960-cı illərin əvvəllərində "Hidroproyekt" İnquri SES-in tikintisini layihələndirdi. İnquri bəndinin inşasına 1961-ci ildə başlanıldı.
İndre-Veydefiorden Milli Parkı
İndre-Veydefiorden Milli Parkı (norv. ) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının mərkəzi şimal hissəsində yerləşən milli park. Milli park ərazisi 1127 km²-dir. Bunun 745 km² quru və 382 km² su səthi sahəsi daxildir. Park 9 sentyabr 2005-ci ildə təşkil olunmuşdur. Veydefiordun cənub sahillərində yerləşir.
Injera
Injera — Efiopiyanın etnik, ənənəvi əsas qidası. Teff bitkisinin unundan hazırlanan yastı çörək növü.
İnarə Babayeva
Babayeva İnarə Əhməd qızı — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti. İnarə Əhməd qızı Babayeva 1977-ci il Aprel ayının 14 Bakı şəhərində anadan olmuşdur.. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almış və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirmişdir.Opera və kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirmişdir.İnarə Babayeva akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayır.O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer” , F.Leqarın - “Şən dul qadın”, Q.Qarayevin- “Çılğın qasqonçu”, Ü.Hacıbəylinin-“ O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa etmişdir. İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli Humay- «İntizar» F.Əlizadə Zoluşka-«Zoluşka» L.Vaynştey Cırtdan- «Cırtdan» N.Əliverdibəyov Rozina- «Sevilya bərbəri» C.Rossini Serpina -“Hammı elə edir” V.Mozart Adina -“Sevgi şərbəti” Donizetti Süzanna -“Don-Juan” V.Mozart Oskar-“Bal-Maskarad” D.Verdi Pamina-“Sehirli-tetək” V.Mozart Dilbər-“Sevil”F.Əmirov Amur-“Orfey və Evredika” Gluk Məhsəti-“Məhsəti” P.Axundova Cilda- «Riqoletto» C.Verdi Violetta- “Traviata» C.Verdi Muzetta- «Boqema» C.Puççini Mikaella-«Karmen»,J.Bizen və s Rolların öhdəsindən özünəməxsus gələrək,yüksək professionallıqla ifa edir. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək,Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür: Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994);Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000);“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002);Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006);Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); *Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildən, Yaponiya,Çin,İngiltərə,Fransa,İtaliya, Almaniya,Gürcüstan,Belorusiya,Kazakistan,Qırgızıstan,Makidoniya, Serbiya,Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi 2013 cü ildən baş müəllimi,2019- cu ildən isə Kafedaranın dosentidir.O,vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş vermişdir.
İnarə Quliyeva
İnarə Quliyeva (4 yanvar 1950, Moskva) — Rusiyanın tanınmış teatr və kino aktrisası, Rusiyanın Əməkdar Artisti (1994) İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilmişdir. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib. O, bir sıra bədii filimlərdə çəkilib.
Inje (Vanya Radovanoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
Inje (Vanya Radovinoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.