Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Önləmə təyyarəsi
Önləmə təyyarəsi (İngiliscə: Interceptor aircraft), düşmən təyyarələrinin vəzifələrini yerinə yetirməsinə maneə olmaq üçün yaradılmış olan təyyarə növüdür. Xüsusilə də, kəşfiyyat təyyarəsi və bombardmançı kimi müdafiəsiz təyyarələrə qarşı istifadə edilirlər. Çox yüksək performans üçün yaradılmış olan yüngül önləmə təyyarələri və hər bir hava şəraitində, gecə və uzun mənzildə xidmət edə bilən daha ağır önləmə təyyarələri olmaqla iki fərqli dizayn fəlsəfəsi ilə yaradıla bilər.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnçəyi-Qədim
İnçəyi-Qədim (fars. اينچه قديم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (93 ailə).
Dəniz inəyi
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır. Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır. Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır. Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır. Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.
Hilmi Cem İntəpə
Hilmi Cem İntəpə (türk. Hilmi Cem İntepe; 19 may 1992, Muğla ili) — Türkiyə aktyoru.
Arxası qibləyə (film, 2009)
Üzü küləyə (film, 1977)
Üzü küləyə — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. Film çoxplanlıdır. Burada dənizin çirklənməsi, Xəzərin balıq problemi və bir də quşların dövlət tərəfindən qorunması məsələlərinə toxunulmuşdur. Filmdə müasirlərimizin xarakterlərindən, onların mənəvi kamilliyindən, bir-birilərinə münasibətlərindən də söz açılır. Filmin qəhrəmanları gənclərdir. Onları inkişafımızın sabahı və gələcəyi düşündürür. İstər insanlara, istərsə də təbii sərvətlərə qayğı ilə yanaşan bu gənclər xalq malını dağıdanlara qarşı barışmazdırlar. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Fikrət Əhədov Bəstəkar : Aqşin Əlizadə Səs operatoru : Vladimir Savin Montaj edən : Gülşən Səlimova Rejissor : Rafiq Yüzbaşov Operator : Amin Novruzov Adil İsgəndərov-Fərman Elxan Əhədzadə-Ramiz Tanilə Əhmərova-Nərgiz Muxtar Maniyev-Əbülfəz Əli Zeynalov-Əhməd dayı Kamal Xudaverdiyev-İlyas Məmmədov Həsən Məmmədov-Əlibala Zemfira Sadıqova-Nazlı xanım Kamil Məhərrəmov Zilli Namazov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Azərbaycan Respublikası əhalisinin illərə görə sayı
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. == Rəsmi coğrafi kod == INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. == Sosial sığorta nömrəsi == Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
İnese
İnese — ad. İnese Libina-Eqnere — latviyalı dövlət və siyasi xadim. İnesu Emiko Takeoka — keçmiş Yaponiya qadın futbolçusu.
İneke Botter
Karlos Xuan Finley
Karlos Xuan Finley(d. 3 dekabr 1833-cü il - ö. 20 avqust 1915-ci il) - sarı sətəlcəm araşdırmalarının edən kubalı elm adamı. Fransız və şotland əsilli olan Juan Carlos Finlay, Barres adıyla Kubanın Puerto valisində (hal-hazırda Kamagüey ) doğulmuşdur. Sonrakı həyatında Carlos Finlay adı ilə tanınıb. 1855-cü ildə Pensilvaniya əyalətinin Philadelphia şəhərində yerləşən Jefferson Tibb Kollecinin məzunu olur. Təhsilini Havana və Parisdə tamamlamışdır. Bundan sonra Finlay Havanada tibb mərkəzi açmışdır. Peşə həyatının ilk iyirmi ili ərzində davamlı sürən tibbi müzakirələrin mərkəzində idi. Havana əhalisi daima sarı sətəlcəm epidemiya xəstəliyi ilə mübarizə edirdi.
İneke van Şoor
İneke van Şoor (d. 6 noyabr 1995) — Belçikanı təmsil edən akrobatika gimnastı. İneke van Şoor 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həmdə 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. İneke van Şoor 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Kaat Dumarey və Julie van Qelder ilə birgə üç qızıl medal qazandı.
İnese Libina-Eqnere
İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini. İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu. İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu. 2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.
İnle gölü
İnle Gölü —Myanmadakı (Birma) Şan Təpələrinin bir hissəsi olan Şan əyalətinin Nyaunqşve qəsəbəsində yerləşən şirin su gölüdür. İnle gölü təxminən Myanmanın ikinci ən böyük gölü və 2900 fut (880 m) yüksəklikdə ən yüksək göllərdən biridir. Quru mövsümdə suyun orta dərinliyi 7 fut (2,1 m),ən dərin nöqtəsi isə 12 fut (3,7 m) təşkil edir. Yağışlı mövsümdə bu fut (1,5 m) arta bilər. Myanmanın ən gözəl yerlərindən biri olan İnle Gölü Cənub-Şərqi Asiyanın Venesiyası kimi tanınan göl şəhəridir. Ölkənin ikinci ən böyük şirin su gölü olan İnle gölü təqribən 115 km² ərazini əhatə edir. Yağışlı mövsümdə orta dərinlik təxminən 4 metr,quru mövsümdə isə 2 metrdir.Su üzərində həyatın davam etdiyi İnle gölündə əksəriyyəti İntha etnik qrupundan olan təxminən 150.000 insan su üzərində yaşayır, əkinçilik və əl toxuması ilə məşğul olur. İnle Gölü bölgəsi Myanmanın ən çox ziyarət edilən yerlərindən biridir. Yalnız bu göldə 9 növ balıq və 20 növ ilbiz yaşayır.Gölün böyük hissələri üzən bitkilərlə örtülüdür. Onun şəffaf və bir qədər qələvi suları ( pH 7.8-8) müxtəlif faunaya və dünyanın başqa heç bir yerində rast gəlinməyən bir çox növə ev sahibliyi edir.