Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. == Həyatı == Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
İordan çayı
İordan çayı (ivr. ‏נָהָר הַיַרְדֵּן‏‎, ərəb. نهر الأردن‎) — Yaxın Şərqdə Böyük Rift vadisindən keçən və Lüt gölünə axan bir çaydır . Uzunluğu 251 kilometrdir.
Qış sarayının İordan pilləkəni
İordan pilləkəni və ya İmperator pilləkəni (rus. Иорданская лестница) - Sankt-Peterburqdakı Qış sarayının əsas təntənəli eniş pilləkənidir. Epifaniya bayramı zamanı çar təntənəli şəkildə İordan pilləkəni adlandırılan bu pilləkəndən aşağı enər və "Suya xeyir-dua verilməsi" mərasimində iştirak edərdi. Sarayın bu hissəsi XVIII əsr Rastrelli rokoko stilinin saxlandığı nadir nümunələrdəndir. Lakin, burada nəhəng boz qranit sütunlar XIX əsrdə əlavə edilmişdir. == Tarixi == 1837-ci ildə Qış sarayında baş vermiş yanğın pilləkənin ciddi zədələnməsinə səbəb olsa da, Çar I Nikolay, sarayın bərpa olunmasına cavabdeh olan memar Vasili Stasova pilləkəni Françesko Bartolomeo Rastrellinin orijinal planı əsasında bərpa etməyi tapşırmışdı. Bərpa zamanı Stasov yalnız iki kiçik dəyişikliyə yol vermişdi: O, orijinalda qızıl suyuna çəkilmiş tuncdan olan sürahiləri ağ mərmərlə əvəzləmiş və çəhrayı sütunların yerində boz qranit sütunlar ucaltmışdı. Rəsmi qəbullar və ziyafətlər zamanı İordan pilləkəni gələn qonaqların qarşılandığı əsas yer funksiyasını yerinə yetirirdi. Mərkəzi həyətdən səfirlər keçidi vasitəsiylə saraya daxil olduqdan sonra, qonaqlar sütunlu İordan zalından keçərək İordan pilləkəni ilə Dövlət zallarına qalxırdılar. 1902-ci ildə Qış sarayında keçirilən baldan sonra Suzerlend hersoginyası yazırdı: "Saray pilləkənlərini xüsusi uniformalı kazaklar qoruyurdu, mən heç vaxt belə gözəl məkan, işıqlı, nəhəng otaqlar, izdiham və görünüşü demək olar ki barbarsayağı edən musiqi görməmişdim." == Memarlıq xüsusiyyətləri == Tavanında XVIII əsrə aid Olimp tanrıları təsvirləri olan pilləkən otağı Mixail Terebenev (1795-1866) tərəfindən alabastrdan hazırlanmış "Hikmət" və "Ədalət", Aleksandr Ustinov tərəfindən (1796-1868) hazırlanmış "Əzəmət" və "Zənginlik", İvan Leppe tərəfindən hazırlanmış "Sədaqət" və "Bərabərlik", Apollon Manyulov tərəfindən hazırlanmış Merkuri və Mars heykəlləri ilə bəzədilmişdi.
İordan çayının qərb sahili
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
2011-ci il İordaniya iğtişaşları
İordaniya paytaxtında hökumət tərəfdarları ilə islahat tələb edən nümayişçilərin toqquşması ilə etiraz aksiyaları zorakı xarakter alıb. Şahidlər hökumət tərəfdarlarının nümayişçilərə hücum etməsi nəticəsində səkkiz adamın yaralandığını deyirlər.Yüzlərlə adam bu gün paytaxt Əmmanda islahatlar tələbi ilə nümayişə çıxıb. Bu nümayişlər ərəb dünyasında baş qaldıran inqilab dalğası fonunda keçirilir. İordaniyalılar konstitutsional islahatlar və Kral Abdullahın səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edirlər. İordaniya kralı Abdulla ölkədə ümumi narazılıq fonunda xalqın hökumətdə rolunun artırılmasına imkan vermək üçün ən tez zamanda əsl siyasi islahatlar keçirilməsinə çağırıb. Kral Abdulla hökumət rəsmiləri, hakimlər və qanunvericilərə deyib ki, o, korrupsiyaya qarşı mübarizə səylərinin artırılmasını istəyir. İordaniyada yanvar ayından siyasi və iqtisadi dəyişikliklərin edilməsi məqsədilə nümayişlər keçirilir. İordaniyada minlərlə adam hökumətdə islahatlar və parlament seçkiləri tələbi ilə etiraz aksiya keçirib. Bu ölkədə etirazlar həftələrdir ki, səngimək bilmir. Amerikanın səsinin Əmmandakı müxbirinin bildirdiyinə görə, nümayişçilər "insanlar seçilmiş parlament tələb edir" şüarı səsləndirib.
Azərbaycan-İordaniya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–İordaniya futbol matçları
== Kişilər ==
Azərbaycan–İordaniya münasibətləri
Azərbaycan–İordaniya münasibətləri — Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin fevral ayının 13-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Vəsadət Əzizov olmuşdur. 4 mart 2016-cı il tarixindən Nəriman Əliyev işçi qrupunun rəhbəridir.
Daki İordanov
Daki İordanov (bolq. Даки Йорданов; 13 sentyabr 1893 və ya 1 (13) sentyabr 1893 – 5 aprel 1978, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Daki İordanov bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Əsas elmi işləri sistematika, geobotanika, floristika, ekologiya və Bolqarıstanın və digər Balkan yarımadası ölkələrinin ali bitkilərinin öyrənilməsinə həsr edilmişdir. Daki İordanov 120-dən artıq elmi işin müəllifidir. Silene velcevii növünü təsnif etmişdir. == Şərəfinə adlandırılmış taksonlar == Myosotis jordanovii Verbascum jordanovii Anthemis jordanovii Poa jordanovii Vicia jordanovii Brassica jordanovii == İstinadlar == == Ədəbiyyat == Jordanow, Daki. In: Taschenlexikon Bulgarien, Bibliographisches Institut Leipzig 1983, Seite 87.
Edvard İordanesku
Edvard İordanesku (rum. Edward Iordănescu, Rumınca tələffüz: [ˈedu.ard jordəˈnesku]; 16 iyun 1978, Buxarest) — bəzən Iordănescu Jr. kimi tanınan, yarımmüdafiəçi kimi oynamış rumıniyalı keçmiş futbolçu və Rumıniya milli komandasının hazırkı meneceri.
Salam, İordaniya (1981)
== Məzmun == Film İordaniyada Azərbaycan mədəniyyəti günlərinə həsr edilmişdir. Kinolentdə xalqlar dostluğu tərənnüm olunur.
Salam, İordaniya (film, 1981)
== Məzmun == Film İordaniyada Azərbaycan mədəniyyəti günlərinə həsr edilmişdir. Kinolentdə xalqlar dostluğu tərənnüm olunur.
İordaniya
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية‎‎; ərəb. الأردن‎‎) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır. == Dövlət quruluşu == İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.
İordaniya 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
İordaniya - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
İordaniya Futbol Federasiyası
İordaniya Futbol Federasiyası və yaxud qısaca JFA, (ing. Jordan Football Association, ərəb. الاتحاد الأردني لكرة القدم‎) İordaniyada futbola nəzarət edən qürum.
İordaniya Haşimilər Krallığı
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية‎‎; ərəb. الأردن‎‎) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır. == Dövlət quruluşu == İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.
İordaniya Kral Şahinləri
İordaniya Kral Şahinləri (ərəb. لصقور الملكية الأردني‎) İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1976-cı il 7 noyabr tarixində yaradılmışdır. Hal-hazırda uçuşlar üçün Extra-330 LX təyyarələri istifadə olunur. == Tarixi == 1976-cı ildə yaradılan komanda 2 ədəd Pitts Special-S2A təyyarəsi istifadə edirdi. Daha sonra komandaya 3-cü təyyarə əlavə olundu. 1976-cı ildən komanda dünyanın bir çox ölkəsində, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, İsveçrə, Almaniya, Belçika, İspaniya, Norveç, Avstriya, Lüksemburq və Hollandiyada çıxış edib. 1982-ci ildə 4 ədəd Pitts Special-S2S təyyarəsi komandanın ixtiyarına verildi. 1992-ci ilə qədər uçuşlar zamanı bu təyyarələr istifadə olundu. 1992-ci ildən bu təyyarələr 5 ədəd Extra-300 təyyarəsi ilə əvəz olundu.
İordaniya Kralı
== Kralların siyahısı ==
İordaniya Kralı II Abdullah
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
İordaniya Kralı I Abdullah
I Abdulla (2 fevral 1882, Məkkə, Hicaz vilayəti – 20 iyul 1951[…], Qüds) — İordaniya kralı. Hicaz əmiri Hüseyn ibn Əli əl-Haşimi (Şərif Hüseyn) oğlu Abdulla, ingilislərin dəstəyi ilə 1921-ci ildə Maverai İordaniya Əmirliyinin başçısı oldu. Əvvəlcə Paeke Paşa, sonra isə Qlubb Paşa üçün təşkil etdiyi "Ərəb legionu" Kərkük-Hayfa neft kəmərinin qorunmasını təmin etdi. II Dünya Müharibəsi zamanı əmirlik sərhədindən xaricə də müdaxilə etmişdi. 1946-cı ildə İngiltərə ilə ittifaqdan sonra ölkə müstəqil oldu və 1949-cu ildə ilk İordaniya kralı olaraq tacqoyma mərasimi keçirdi. Suriya və Livanı daxil edəcək bir dövlət qurmağa çalışarkən öldü. Əmir Abdulla Əfəndi ömrü boyu ingilislərin sadiq bir dostu olaraq qaldı. Sarayında çərkəzləri mühafizəçi olaraq yerləşdirmiş və oğlunun problemsiz hakimiyyətdə qalmasını təmin etmişdi. Haşimi nəslindən olması iddiası bu günə qədər sübut edilməyib. Qardaşı Faisal ingilis dostları sayəsində İraq Əmiri oldu.
İordaniya Premyer Liqası
İordaniya Premyer Liqası (ərəb. دوري المناصير الأردني للمحترفين‎) — İordaniyada futbol üzrə ən yüksək diviziondur. == Tarixi == İordaniya Premyer Liqasının tarixi 1944-cü ildən başlayır.
İordaniya Universiteti
İordaniya Universiteti (ərəb. الجامعة الأردنية‎) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan universitet İordaniyanın ən böyük və ən yaşlı ali təhsil müəssisəsidir. Universitet ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir. Universitet Ammanın Universitet rayonunun Cübəyha bölgəsində yerləşir. Hazırda universitetin 1400 işçisi və 37 min tələbəsi var. == Tarixi == Universitet 1962-ci ildə kral sərəncamı ilə yaradılmışdır. Universiteti əhatələyən bölgə Ammanın mərkəzi hissələrindən biridir və Universitet rayonu adlanır. == Tədris == İordaniya Universiteti 20 fakültə və institutda bakalavr və magistr təhsili təqdim edir. == Mərkəzlər və institutlar == İnstitutlar: Arxeologiya institutu [1] Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine Başqa dildə danışanlar üçün beynəlxalq ərəb dili öyrətmə institutu [2] Sosial işlər institutu [3] Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine Kənd təsərrüfatı araşdırmalarının təkmilləşdirilməsi və tədrisi institutu Müasir Dünyada İslamın Tədrisi İnstitutu == Universitet xəstəxanası == Universitet xəstəxanası 1973-cü ildə yaradılmışdır.
İordaniya bayrağı
İordaniya bayrağı — İordaniyanın Dövlət bayrağı
İordaniya coğrafiyası
İordaniya coğrafiyası — İordaniya dövləti Cənubi-Qərbi Asiyada Aralıq dənizinin şərqində yerləşmişdir. == Sahəsi və sərhədləri == Ərəbcə Məmləkə-Əl Ürdüniyyə adlanan İordaniya dövləti Cənubi-Qərbi Asiyada Aralıq dənizinin şərqində yerləşmişdir. Sahəsi 89,2 min kvadrat km-dir. Sahəsinin böyüklüyünə görə dünya dövlətləri arasında 110-cu yeri tutur. Ölkə Suriya, İraq, Səudiyyə Ərəbistan və İsraillə həmsərhəddir. Əslində İordaniyanın Fələstinlə də dövlət sərhədi olmalı idi. BMT-nin müstəqil Fələstin dövləti üçün hələ 1947-ci ildə ayırdığı torpaqları İsrail zəbt etdiyindən hələlik bu sərhəd rəsmi dövlət səviyəsində mövcud deyil. Ölkənin cənubdan kiçik məsafədə Qırmızı dənizin Əqəbə körfəzinə çıxışı var. == İordaniyanın relyefi == İordaniyanın təbiəti ilk baxışda yeknəsəq görünsə də onun özünəməxsus çalarları, gözəllikləri və qəribə təzadları vardır. Ölkə ərazisinin çox hissəsini əsasən şərqə doğru alçalan səhra və yarımsəhralar tutur.
İordaniya dinarı
İordaniya dinarı (JOD, qeyri-rəsmi JD) — İordaniyanın pul vahidi.
Jordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…], Stenford[d], Kaliforniya) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Aleksis Jordan
Klod Toma Aleksis Jordan (29 oktyabr 1814[…], Lion – 7 fevral 1897[…]) — fransız botaniki, nəbatət alimi. Görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyo Jordan həkimi nəbatət və Dərviş Məstəli şah cadukuni məşhur" komediyasında Müsyo Jordan obrazının prototipi. == Jordanın şərəfinə adlandırılmış taksonlar == Thalictrum jordani F.W.Schultz ex Jordan Centaurea jordaniana Gren. et Godr. Viola jordani Hanry Rosa jordani Déségl. Asperula jordani E.P.Perrier et Songeon ex Nyman == Filmoqrafiya == Dərviş Parisi partladır (film, 1976) == Mənbə == Надир Мамедов. Реализм М.Ф. Ахундова. Баку: Маариф, 1982.
Ceremi Cordan
Ceremi Maykl Cordan (ing. Jeremy Michael Jordan; 20 noyabr 1984, Korpus Kristi, Texas) — ABŞ teatr, film və televiziya aktyoru və müğənnisi. O, daha çox "Smeş" və "Supergörl" teleseriallarındakı rolları ilə tanınır. == Həyatı == Ceremi Maykl Cordan 20 noyabr 1984-cü il tarixində ABŞ-nin Texas ştatında yerləşən Korpus-Kristi şəhərində anadan olmuşdur. Cordan Nyu-York ştatının İtaka şəhərində yerləşən İtaka Kollecindən musiqili teatrda təsviri incəsənət üzrə bakalavr ilə məzun olmuşdur. == Karyerası == Ceremi Cordan Brodvey teatrında müxtəlif müzikllarda rol almışdır. Cordanın ən məşhur ekran işlərinə "NBC" telekanalında yayımlanan "Smeş" və "The CW" telekanalında yayımlanan "Supergörl" teleseriallarıdır. == Şəxsi həyatı == Ceremi Cordan 2012-ci ildən bəri aktrisa Eşli Spenser ilə evlidir. Onların qızı Klara 2019-cu ildə anadan olmuşdur.
Cordan Agiye
Cordan Agiye (14 noyabr 1994) — Sent-Lüsiyalı üzgüçü. Cordan Agiye Sent-Lüsiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Cordan Agiye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.28 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Cordan Larson
Cordan Larson – 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. == Karyerası == Hal-hazırkı komandası Əczacıbaşıdır. O, bu klubda hücumçu mövqeyində çıxış edir. Əczacıbaşı klubuna 2014-cü ildə Dinamo Kazan. Dinamo Kazanda 2013-14 sezonunda CEV Qadınlar Çempionlar Liqasını başı üzərinə qaldıran bacarıqlı voleybolçu mövsüm bitmədən türk klubu ilə anlaşmış, 2014-15 sezonunu başlamımışdan isə müqavilə imzalamışdı.
Cordan Piterson
Cordan Bernt Piterson (12 iyun 1962, Edmonton) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir. O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir. Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.
Cordan Sloan
Gillermo Cordan
Jordan Peterson
Cordan Bernt Piterson (12 iyun 1962, Edmonton) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir. O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir. Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.
Jordan Qalland
Jordan Qalland (2 yanvar 1980, Farminqton[d]) — Amerika Birləşmiş Ştatlarının pop müğənisidir (estrada artistidir). == Həyatı == Jordan Qalland 2 yanvar 1980-ci ildə Nyu-Yorkda anadan olub.
Kamil Jordan
Kamil Jordan Mari Enmon (5 yanvar 1838[…], Lion – 22 yanvar 1922[…], Paris) — Fransız riyaziyyatçı; cəbr, funksiyalar nəzəriyyəsi, topologiya və kristalloqrafiya üzrə əsərlərin müəllifi. == Həyatı == Kamil Jordan 5 yanvar 1838-ci ildə Lyonda anadan olub. 22 yanvar 1922-ci ildə Parisdə vəfat edib.
Maykl Cordan
Maykl Cordan (17 fevral 1963[…], Bruklin, Nyu-York ştatı[…]) — Amerikalı basketbolçu. MBA-nın keçmiş oyunçusu. == Həyatı == Mayklın valideynləri Ceyms Cordan və Deloris Pipls 1956-cı ildə (Şimali Karolina ştatının) Uollas şəhərində basketbol oyununda olarkən tanış olublar. Ceyms həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrində xidmət edirdi. Deloris isə Tuskegee İnstitutunda təhsil alırdı. Onlar tanış olduqdan sonra tez bir zamanda evləndilər.Mayklın iki qardaşı və iki bacısı var. 1970-ci ildə onlar ailəlikcə Vilminqton şəhərinə köçdülər. Orta məktəbdə oxuyarkən o dərslərini yaxşı oxumurdu və məktəbdə nizam-intizam qaydalarına riayət etmirdi. Cordon bir çox idman növü ilə məşğul idi, lakin ən çox o, beysbolu sevirdi. Beysbol üzrə Maykl uşaqlar arasında müəyyən uğurlar əldə etdi.
Pablo Cordan
Cordan Henderson
Cordan Henderson (17 iyun 1990[…], Sanderlend) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
An Fienup-Riordan
Ann Fienup-Riordan (13 oktyabr 1948, Denver) — ABŞ arxeoloqu. Ən çox Alyaskada yaşan Yupik xalqları ilə maraqlanmışdır. Onun bu xalq haqqında çoxlu işləri vardır. == Mükafatları == 1991–2001: İlin tarixi (Alyaska Assosiasiyası tərəfindən) 2001: Hörmətli humanitar müəllim (Alyaska Assosiasiyası tərəfindən) 2001: Denali mükafatı (Alyaska Assosiasiyası tərəfindən) == İşləri == 1983 : The Nelson Island Eskimo: Social Structure and Ritual Distribution. Anchorage, AK: Alaska Pacific University Press. 1986 : "When Our Bad Season Comes: A Cultural Account of Subsistence Harvesting & Harvest Disruption on the Yukon Delta". Alaska Anthropological Assn. 1990 : Eskimo Essays: Yup'ik Lives and How We See Them. New Brunswick, NJ: Rutgers University Press. 1991 : The Real People and the Children of Thunder: The Yup'Ik Eskimo Encounter With Moravian Missionaries John and Edith Kilbuck.
Ann Fienup-Riordan
Ann Fienup-Riordan (13 oktyabr 1948, Denver) — ABŞ arxeoloqu. Ən çox Alyaskada yaşan Yupik xalqları ilə maraqlanmışdır. Onun bu xalq haqqında çoxlu işləri vardır. == Mükafatları == 1991–2001: İlin tarixi (Alyaska Assosiasiyası tərəfindən) 2001: Hörmətli humanitar müəllim (Alyaska Assosiasiyası tərəfindən) 2001: Denali mükafatı (Alyaska Assosiasiyası tərəfindən) == İşləri == 1983 : The Nelson Island Eskimo: Social Structure and Ritual Distribution. Anchorage, AK: Alaska Pacific University Press. 1986 : "When Our Bad Season Comes: A Cultural Account of Subsistence Harvesting & Harvest Disruption on the Yukon Delta". Alaska Anthropological Assn. 1990 : Eskimo Essays: Yup'ik Lives and How We See Them. New Brunswick, NJ: Rutgers University Press. 1991 : The Real People and the Children of Thunder: The Yup'Ik Eskimo Encounter With Moravian Missionaries John and Edith Kilbuck.
David Star Cordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…], Stenford[d], Kaliforniya) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Dolores O'Riordan
Dolores Mary Eileen O'Riordan 6 sentyabr 1971 – 15 yanvar 2018[…], Meyfer[d], London, Birləşmiş Krallıq irlandiyalı musiqiçi, müğənni və mahnı müəllifi idi. O, alternativ rok qrupu The Cranberriesin vokalisti və söz müəllifi kimi tanınırdı.
Yan Petr Jordan
Yan Petr Jordan (alm. Jan Petr Jordan‎; 15 fevral 1818 – 20 may 1898, Vyana) — Sorb alimi, filosofu və publisist. == Bioqrafiya == 15 fevral 1818-ci ildə Sorbiyanın Çejketsı kəndində anadan olub. 1831-1837-ci illərdə o, Vend seminariyasının şagirdi kimi Praqadakı Kiçik Şəhər Gimnaziyasında oxumuş, burada 1837-1838-ci illərdə fəlsəfə və ilahiyyat, 1838-1840-cı illərdə isə slavyanşünaslıq üzrə təhsil almışdır. 1837-ci ildə sorblar haqqında ilk məqaləsini, 1841-ci ildə Yuxarı Sorb-Vendt dilinin qrammatikasını nəşr edir. Hələ tələbə ikən İordaniya sorblar haqqında məlumat verən məqalələr dərc etdirir və özünü rus ədəbiyyatına həsr edirdi. Mütərəqqi və slavyanpərəst münasibətinə görə o, 1842-ci ildə Praqadan qovulmuş və Leypsiqə köçmüş və 1843-cü ildə doktorluq dərəcəsi almışdır. Orada o, 1848-ci ilə qədər Leypsiq Universitetində slavyan dilləri və ədəbiyyatı üzrə müəllim işləmiş. Əvvəlcə təkbaşına və daha sonra 1848-ci ildən Yan Arnost Smoler ilə birlikdə slavyan ədəbiyyatı, incəsənəti və elmi üçün məcmuələri nəşr etdirmişdir. 1848-ci ilin aprelində o, Praqaya qayıdır.
Maykl Bakari Cordan
Maykl Bakari Cordan — amerikalı aktyor. Ryan Kuqlerin yazıb idarə etdiyi Fruitvale Station (2013) adlı dram filmindəki vurulan Oscar Qrant, Creed-də boksçu Adonis Creed (2015) və Qara Panterada (2018) Erik Killmongerin filmindəki rolları ilə tanınır. Jordan Creed II (2018) və Creed III (2023) filmlərində Creed rolunu təkrarladı; Sonuncusu həm də onun rejissorluq debütü idi. Cordan HBO kriminal dram serialı The Wire-in (2002) ilk mövsümündə Uolles rolunda televiziya debüt etdi. Daha sonra o, ABC serialında "All My Children" (2003-2006) filmində Reggie Montgomery və NBC idman dramında "Firday Night Light's-da (2009-2011) filmində Vince Howard obrazlarını canlandırdı. Onun digər peşəkar karyerasına Bryan Stevenson rolunda "Chronicle" (2012), "That Awkward Moment" (2014), "Fantastic Four" (2015) və "Just Mercy" (2019) daxildir. O, həmçinin HBO-nun "Fahrenheit 451" (2018) filmində rol aldı və prodüser oldu, bu filmə görə Ən Yaxşı Televiziya Filmi üçün "Primetime Emmy" Mükafatına namizəd oldu. Cordan 2020 və 2023-cü illərdə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 adamından biri seçilib. Həmçinin 2020-ci ildə o, yaşayan insanların ən seksual adamı seçildi və The New York Times onu 21-ci əsrin 25 ən böyük aktyoru siyahısında 15-ci yeri tutdu. Cordan həmçinin İngiltərə Premyer Liqasında çıxış edən AFC Bornmut futbol klubunun tərəfdaşıdır.
Cordan (Formula-1 komandası)
Cordan ( ing. Jordan Grand Prix) 1991-ci ildən 2005-ci ilədək Formula 1 iştirakçısı olmuşdur. Komanda İrlandiyalı iş adamı və təsisçisi Eddie Jordan adına layiq görülmüşdür. == Tarixi == 80-ci illərin ortalarından etibarən komanda "kiçik" formulaların müxtəlif çempionatlarında uğurlu çıxışlara başladı. Yarışlara Camel şirkəti sponsorluq edirdi. 1989-cu il komanda üçün uğurlu oldu, nə vaxt ki, Jan Alezi, Eddie Jordan Racing yarışında Formula-3000 qalibi oldu. Cordan və komandası 1990-cı illərdə Formula 1-ə xüsusi rəng və xarakter qatmağı ilə tanınmışdı. Komanda, İngiltərənin Silverstone şəhərində idi, lakin İrlandiya lisenziyası ilə yarışırdı. 2005-ci ilin əvvəlində qrup Midland Group-a satıldı, 2006-cı ildə Hollandiyalı avtomobil istehsalçısı Spyker-ə satılaraq, 2007-ci ildə Spyker F1 adını aldı. Daha sonra yenidən satıldı və Force India adını aldı.
Ordan-burdan (film, 1987)
== Məzmun ==
Cortan
Cortan, Cortdan və ya Cotdan — Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar. Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər. Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar. Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Cozdan
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Dordon
Dordon (fr. Dordogne, oks. Dordonha) — Fransanın Yeni Akvitaniya inzibati rayonunda, Dordona çayı ərazisindən keçdiyinə görə adı — Dordon adlandırılmışdır. İbtidai insanların kəşf edilmiş yerlərinin yüksək sıxlığı səbəbindən Dordona əvvəllər "Bəşəriyyət beşiyi" adlanırdı. == Coğrafiyası == Dordona, Akvitaniyanın inzibati bölgəsinin bir hissəsidir və Fransanın (Fransanın Avropa hissəsində) departamentləri arasında üçüncü yeri tutur. Departamentin ərazisin 45%-i meşəlik, bu göstərici üçün Dordona da Fransa departamentləri arasında 3-cü sırada iştirak edir Dordona Yuxarı Vyenna, Korrez, Lo, Lo və Qaronna, Jironda, Maritime Şaranta və Şaranta departamentləri ilə məhdudlaşır. Dordonanın ən yüksək binaları kommunada yerləşir. == İqlimi == Dordona iqlimi mülayim okeanik, mülayim qış və isti yay ayları hökm sürür. Departamentin şimal-şərq və cənub-qərb istiqamətlərində temperaturda əhəmiyyətli dərəcədə dəyişkənlik olur ki, bu da 5 °C-ə çatır. == İqtisadiyyatı == Dordonada ikinci ən çox iş yeri meşə və ağac sənayesi sektorudır.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Kürdan
Loryan
Loryan — Fransada şəhər.
Qorqan
Qorqan (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Qorğan
Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 575 nəfər təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.