İordan

coğ. Jourdain m

ionosfer
İordniya
OBASTAN VİKİ
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
İordan çayı
İordan çayı (ivr. ‏נָהָר הַיַרְדֵּן‏‎, ərəb. نهر الأردن‎) — Yaxın Şərqdə Böyük Rift vadisindən keçən və Lüt gölünə axan bir çaydır . Uzunluğu 251 kilometrdir.
Qış sarayının İordan pilləkəni
İordan pilləkəni və ya İmperator pilləkəni (rus. Иорданская лестница) - Sankt-Peterburqdakı Qış sarayının əsas təntənəli eniş pilləkənidir. Epifaniya bayramı zamanı çar təntənəli şəkildə İordan pilləkəni adlandırılan bu pilləkəndən aşağı enər və "Suya xeyir-dua verilməsi" mərasimində iştirak edərdi. Sarayın bu hissəsi XVIII əsr Rastrelli rokoko stilinin saxlandığı nadir nümunələrdəndir. Lakin, burada nəhəng boz qranit sütunlar XIX əsrdə əlavə edilmişdir. 1837-ci ildə Qış sarayında baş vermiş yanğın pilləkənin ciddi zədələnməsinə səbəb olsa da, Çar I Nikolay, sarayın bərpa olunmasına cavabdeh olan memar Vasili Stasova pilləkəni Françesko Bartolomeo Rastrellinin orijinal planı əsasında bərpa etməyi tapşırmışdı. Bərpa zamanı Stasov yalnız iki kiçik dəyişikliyə yol vermişdi: O, orijinalda qızıl suyuna çəkilmiş tuncdan olan sürahiləri ağ mərmərlə əvəzləmiş və çəhrayı sütunların yerində boz qranit sütunlar ucaltmışdı. Rəsmi qəbullar və ziyafətlər zamanı İordan pilləkəni gələn qonaqların qarşılandığı əsas yer funksiyasını yerinə yetirirdi. Mərkəzi həyətdən səfirlər keçidi vasitəsiylə saraya daxil olduqdan sonra, qonaqlar sütunlu İordan zalından keçərək İordan pilləkəni ilə Dövlət zallarına qalxırdılar. 1902-ci ildə Qış sarayında keçirilən baldan sonra Suzerlend hersoginyası yazırdı: "Saray pilləkənlərini xüsusi uniformalı kazaklar qoruyurdu, mən heç vaxt belə gözəl məkan, işıqlı, nəhəng otaqlar, izdiham və görünüşü demək olar ki barbarsayağı edən musiqi görməmişdim." Tavanında XVIII əsrə aid Olimp tanrıları təsvirləri olan pilləkən otağı Mixail Terebenev (1795-1866) tərəfindən alabastrdan hazırlanmış "Hikmət" və "Ədalət", Aleksandr Ustinov tərəfindən (1796-1868) hazırlanmış "Əzəmət" və "Zənginlik", İvan Leppe tərəfindən hazırlanmış "Sədaqət" və "Bərabərlik", Apollon Manyulov tərəfindən hazırlanmış Merkuri və Mars heykəlləri ilə bəzədilmişdi.
İordan çayının qərb sahili
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
2011-ci il İordaniya iğtişaşları
İordaniya paytaxtında hökumət tərəfdarları ilə islahat tələb edən nümayişçilərin toqquşması ilə etiraz aksiyaları zorakı xarakter alıb. Şahidlər hökumət tərəfdarlarının nümayişçilərə hücum etməsi nəticəsində səkkiz adamın yaralandığını deyirlər.Yüzlərlə adam bu gün paytaxt Əmmanda islahatlar tələbi ilə nümayişə çıxıb. Bu nümayişlər ərəb dünyasında baş qaldıran inqilab dalğası fonunda keçirilir. İordaniyalılar konstitutsional islahatlar və Kral Abdullahın səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edirlər. İordaniya kralı Abdulla ölkədə ümumi narazılıq fonunda xalqın hökumətdə rolunun artırılmasına imkan vermək üçün ən tez zamanda əsl siyasi islahatlar keçirilməsinə çağırıb. Kral Abdulla hökumət rəsmiləri, hakimlər və qanunvericilərə deyib ki, o, korrupsiyaya qarşı mübarizə səylərinin artırılmasını istəyir. İordaniyada yanvar ayından siyasi və iqtisadi dəyişikliklərin edilməsi məqsədilə nümayişlər keçirilir. İordaniyada minlərlə adam hökumətdə islahatlar və parlament seçkiləri tələbi ilə etiraz aksiya keçirib. Bu ölkədə etirazlar həftələrdir ki, səngimək bilmir. Amerikanın səsinin Əmmandakı müxbirinin bildirdiyinə görə, nümayişçilər "insanlar seçilmiş parlament tələb edir" şüarı səsləndirib.
Edvard İordanesku
Edvard İordanesku (rum. Edward Iordănescu, Rumınca tələffüz: [ˈedu.ard jordəˈnesku]; 16 iyun 1978, Buxarest) — bəzən Iordănescu Jr. kimi tanınan, yarımmüdafiəçi kimi oynamış rumıniyalı keçmiş futbolçu və Rumıniya milli komandasının hazırkı meneceri.
Salam, İordaniya (1981)
Film İordaniyada Azərbaycan mədəniyyəti günlərinə həsr edilmişdir. Kinolentdə xalqlar dostluğu tərənnüm olunur.
Salam, İordaniya (film, 1981)
Film İordaniyada Azərbaycan mədəniyyəti günlərinə həsr edilmişdir. Kinolentdə xalqlar dostluğu tərənnüm olunur.
İordaniya
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية‎‎; ərəb. الأردن‎‎) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır. İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.
İordaniya 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
İordaniya - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
İordaniya Futbol Federasiyası
İordaniya Futbol Federasiyası və yaxud qısaca JFA, (ing. Jordan Football Association, ərəb. الاتحاد الأردني لكرة القدم‎) İordaniyada futbola nəzarət edən qürum.
İordaniya Haşimilər Krallığı
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية‎‎; ərəb. الأردن‎‎) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır. İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.
İordaniya Kral Şahinləri
İordaniya Kral Şahinləri (ərəb. لصقور الملكية الأردني‎) İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1976-cı il 7 noyabr tarixində yaradılmışdır. Hal-hazırda uçuşlar üçün Extra-330 LX təyyarələri istifadə olunur. 1976-cı ildə yaradılan komanda 2 ədəd Pitts Special-S2A təyyarəsi istifadə edirdi. Daha sonra komandaya 3-cü təyyarə əlavə olundu. 1976-cı ildən komanda dünyanın bir çox ölkəsində, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, İsveçrə, Almaniya, Belçika, İspaniya, Norveç, Avstriya, Lüksemburq və Hollandiyada çıxış edib. 1982-ci ildə 4 ədəd Pitts Special-S2S təyyarəsi komandanın ixtiyarına verildi. 1992-ci ilə qədər uçuşlar zamanı bu təyyarələr istifadə olundu. 1992-ci ildən bu təyyarələr 5 ədəd Extra-300 təyyarəsi ilə əvəz olundu.
İordaniya Kralı
İordaniya Kralı II Abdullah
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
İordaniya Kralı I Abdullah
I Abdulla (2 fevral 1882, Məkkə, Hicaz vilayəti – 20 iyul 1951[…], Qüds) — İordaniya kralı. Hicaz əmiri Hüseyn ibn Əli əl-Haşimi (Şərif Hüseyn) oğlu Abdulla, ingilislərin dəstəyi ilə 1921-ci ildə Maverai İordaniya Əmirliyinin başçısı oldu. Əvvəlcə Paeke Paşa, sonra isə Qlubb Paşa üçün təşkil etdiyi "Ərəb legionu" Kərkük-Hayfa neft kəmərinin qorunmasını təmin etdi. II Dünya Müharibəsi zamanı əmirlik sərhədindən xaricə də müdaxilə etmişdi. 1946-cı ildə İngiltərə ilə ittifaqdan sonra ölkə müstəqil oldu və 1949-cu ildə ilk İordaniya kralı olaraq tacqoyma mərasimi keçirdi. Suriya və Livanı daxil edəcək bir dövlət qurmağa çalışarkən öldü. Əmir Abdulla Əfəndi ömrü boyu ingilislərin sadiq bir dostu olaraq qaldı. Sarayında çərkəzləri mühafizəçi olaraq yerləşdirmiş və oğlunun problemsiz hakimiyyətdə qalmasını təmin etmişdi. Haşimi nəslindən olması iddiası bu günə qədər sübut edilməyib. Qardaşı Faisal ingilis dostları sayəsində İraq Əmiri oldu.
İordaniya Premyer Liqası
İordaniya Premyer Liqası (ərəb. دوري المناصير الأردني للمحترفين‎) — İordaniyada futbol üzrə ən yüksək diviziondur. İordaniya Premyer Liqasının tarixi 1944-cü ildən başlayır.
İordaniya Universiteti
İordaniya Universiteti (ərəb. الجامعة الأردنية‎) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan universitet İordaniyanın ən böyük və ən yaşlı ali təhsil müəssisəsidir. Universitet ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir. Universitet Ammanın Universitet rayonunun Cübəyha bölgəsində yerləşir. Hazırda universitetin 1400 işçisi və 37 min tələbəsi var. Universitet 1962-ci ildə kral sərəncamı ilə yaradılmışdır. Universiteti əhatələyən bölgə Ammanın mərkəzi hissələrindən biridir və Universitet rayonu adlanır. İordaniya Universiteti 20 fakültə və institutda bakalavr və magistr təhsili təqdim edir. İnstitutlar: Arxeologiya institutu [1] Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine Başqa dildə danışanlar üçün beynəlxalq ərəb dili öyrətmə institutu [2] Sosial işlər institutu [3] Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine Kənd təsərrüfatı araşdırmalarının təkmilləşdirilməsi və tədrisi institutu Müasir Dünyada İslamın Tədrisi İnstitutu Universitet xəstəxanası 1973-cü ildə yaradılmışdır.
İordaniya bayrağı
İordaniya bayrağı — İordaniyanın Dövlət bayrağı
İordaniya coğrafiyası
İordaniya coğrafiyası — İordaniya dövləti Cənubi-Qərbi Asiyada Aralıq dənizinin şərqində yerləşmişdir. Ərəbcə Məmləkə-Əl Ürdüniyyə adlanan İordaniya dövləti Cənubi-Qərbi Asiyada Aralıq dənizinin şərqində yerləşmişdir. Sahəsi 89,2 min kvadrat km-dir. Sahəsinin böyüklüyünə görə dünya dövlətləri arasında 110-cu yeri tutur. Ölkə Suriya, İraq, Səudiyyə Ərəbistan və İsraillə həmsərhəddir. Əslində İordaniyanın Fələstinlə də dövlət sərhədi olmalı idi. BMT-nin müstəqil Fələstin dövləti üçün hələ 1947-ci ildə ayırdığı torpaqları İsrail zəbt etdiyindən hələlik bu sərhəd rəsmi dövlət səviyəsində mövcud deyil. Ölkənin cənubdan kiçik məsafədə Qırmızı dənizin Əqəbə körfəzinə çıxışı var. İordaniyanın təbiəti ilk baxışda yeknəsəq görünsə də onun özünəməxsus çalarları, gözəllikləri və qəribə təzadları vardır. Ölkə ərazisinin çox hissəsini əsasən şərqə doğru alçalan səhra və yarımsəhralar tutur.
İordaniya dinarı
İordaniya dinarı (JOD, qeyri-rəsmi JD) — İordaniyanın pul vahidi.
İordaniya himni
İordaniya Krallığının dövlət himni (ərəb. السلام الملكي الأردني‎‎) — İordaniya 1946-cı ildə müstəqillik alandan sonra rəsmi dövlət himni olub. Sözləri yazan Abdul Monem Al-Refai olub, müsiqini - Abdul Qadir al-Tanir.
İordaniya Media İnstitutu
İordaniya Media İnstitutu — Jurnalistika və Yeni Media üzrə magistr JMI iki institut arasındakı akademik müqaviləyə uyğunlaşdırılmışdır. İordaniya Universiteti ilə əməkdaşlıq edən jurnalistika və Yeni Media üzrə praktiki magistr dərəcəlidir . JMI-nin tədris dili ərəb dili olsa da, bəzi dərslər və qonaq mühazirələri ingilis dilində olunması təklifi yer alıbdır . Akeed Kral II Abdullah İnkişaf Fondunun , Demokratik Gücləndirmə Proqramının bir hissəsidir. Yerli media orqanları tərəfindən dərc olunan xəbərləri yoxlamaq üçün bir sıra meyarlar qəbul edir.
İordaniya kürdləri
İordaniya kürdləri — İordaniyada doğulmuş və ya yaşayan kürdəsilli insanlar. İordaniyanın kürd əhalisi təxminən 30.000 nəfərdir və onlar əsasən Əmman, İrbid, Salt və Zərkə şəhərlərində yerləşir. Təxminən 100 yaşı olan icma demək olar ki, tamamilə İordaniya cəmiyyətinə inteqrasiya olunmuşdur. Kürd icmasının inteqrasiyası səbəbindən onların İordaniya parlamentində yerləri yoxdur. Kürdlər İordaniyada 1173-cü ildən, Səlahəddinin Əyyubilər sülaləsinin qurulmasından bəri yaşayırlar. Osmanlı ordusunda xidmət edən kürdlər sonralar Soltada məskunlaşmışdılar. 1920-ci və 1930-cu illərdə Türkiyədə kürdlərin qətliama uğraması nəticəsində kürdlər İordaniyaya qaçmış, 1948-ci ildə və sonradan 1967-ci ildə Fələstindən köçlər zamanı daha çox kürd İordaniyaya gəlmişdir. Körfəz müharibəsindən sonra İordaniya iraqlı kürdlərin, həmçinin İran İslam İnqilabından qaçqın düşmüş bir çox iranlı kürdlərin evidir.
İordaniyadakı kürdlər
İordaniya kürdləri — İordaniyada doğulmuş və ya yaşayan kürdəsilli insanlar. İordaniyanın kürd əhalisi təxminən 30.000 nəfərdir və onlar əsasən Əmman, İrbid, Salt və Zərkə şəhərlərində yerləşir. Təxminən 100 yaşı olan icma demək olar ki, tamamilə İordaniya cəmiyyətinə inteqrasiya olunmuşdur. Kürd icmasının inteqrasiyası səbəbindən onların İordaniya parlamentində yerləri yoxdur. Kürdlər İordaniyada 1173-cü ildən, Səlahəddinin Əyyubilər sülaləsinin qurulmasından bəri yaşayırlar. Osmanlı ordusunda xidmət edən kürdlər sonralar Soltada məskunlaşmışdılar. 1920-ci və 1930-cu illərdə Türkiyədə kürdlərin qətliama uğraması nəticəsində kürdlər İordaniyaya qaçmış, 1948-ci ildə və sonradan 1967-ci ildə Fələstindən köçlər zamanı daha çox kürd İordaniyaya gəlmişdir. Körfəz müharibəsindən sonra İordaniya iraqlı kürdlərin, həmçinin İran İslam İnqilabından qaçqın düşmüş bir çox iranlı kürdlərin evidir.