Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi. Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.
İqbal
İqbal — kişi adı.
Daryuş İqbali
Daryuş İqbali - Müğənni == Həyatı == 1951-ci il fevralın 4-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb. 1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib. İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-də məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib. Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib. Daryuş İran inqilabından əvvəl bir müddət narkotik maddələrə qurşandığına etiraf etsə də, sonralar narkomanlıqdan qurtardığını, bu bəlaya qarşı ictimai fəaliyyət aparıb.
Məhəmməd İqbal
Məhəmməd İqbal (Urduca: محمد اقبال, Hindcə: मुहम्मद इक़बाल; 9 noyabr 1877[…], Sialkot, Pəncab[d], Britaniya Hindistanı – 21 aprel 1938[…], Lahor, Pəncab[d], Britaniya Hindistanı) — Pakistan şairi, filosofu, siyasətçisi. == Həyatı == Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində sufi ailəsində anadan olmuşdur. İlk təhsilini dini elmlər və Qurani Kərim üzrə almışdır. Mədrəsə təhsilini bitirdikdən sonra , ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən Iqbal Lahurda ali təhsilini başa vurduqdan sonra Şərq dilləri fakültəsində müəllim işləmişdir. Məhəmməd İqbalın ilk şerlərinin dərci də bu illərə təsadüf edir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən Iqbal Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil etmişdi. Burada olduğu müddətdə hüquq təhsilini də başa vuraraq prokururluq diplomunu aldıqdan sonra Almaniyanın Münhen şəhərinə gedən Məhəmməd Iqbal fəlsəfə üzrə doktorantura pilləsini də tamamlamışdı. 1908-ci ildə Hindistana gedən və orada böyük heyranlıq və coşğu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak etmiş və xalqını bu məsələdə maariflənməsi və istiqamətlənməsi yolunda böyük işlər görmüşdür. Onun bu məsələdə şüarı " Siyasət – çalışmaq , izzət və şərəfə dəvətdir." idi. Məhəmməd İqbalın " Müsəlman hind mücahidləri " təxəllüsü ilə yazdığı şerləri Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan vermiş, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə dolayı olaraq stimul olmuşdur.
İqbal (Sayınqala)
İqbal (fars. ‎اقبال‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 713 nəfər yaşayır (157 ailə).
İqbal (qəzet)
İqbal — gündəlik qəzet. == Tarixi == 1912-1915-ci illərdə Bakıda, Azərbaycan dilində nəşr edilmişdir. 1023 nömrəsi çıxmışdır. Onlardan 459-u Sənətulla Eynullayev-İbrahimovun (6.3.1912-20.9.1913), 299-u Seyid Hüseyn Sadıqzadənin (22.9.1913-8.10.1914), 265-i isə Məhəmmədəli Əbdüləziz və Məhəmməd Əmin Rəsulzadələrin (9.10.1914-27.4.1915) naşirliyi və baş müəllifliyi ilə buraxılmışdır. "İqbal"ın əsas müəllifləri Sənətulla Eynullayev-İbrahimov, Seyid Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Hacı İbrahim Qasımov, Nəriman Nərimanov, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi, Xəlil İbrahim, Əkbər Əkbərov və b. idi. == Fəaliyyəti == Qəzetin məqsəd və məramı onun birinci sayında dərc edilmiş baş məqalədə şərh olunmuşdur: ""İqbal" qəzetəsi millətimizin maddi və mənəvi səadətinə, iqbalına xidmət arzusu ilə nəşrə başlamışdır". Müstəmləkəçi imperialist dövlətlərin Yaxın və Orta Şərqdə törətdikləri təxribatların, Rusiya İmperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasətinin tənqidi, milli dirçəliş ideyalarının təbliği, milli ədəbiyyatın inkişafı, ana dilinin müstəqilliyi və yad təsirlərdən təmizlənməsi, qadın azadlığı, maarifin xalqa yaxınlaşması və milliləşməsi ― "İqbal"ın toxunduğu əsas mövzular idi. Qəzet müxtəlif problemləri ivahid məqsəd ətrafında birləşdirir, milli müstəqillik ideyalarının təbliğinə xidmət göstərirdi.
İqbal Astanlı
İqbal İlqar oğlu Astanlı (10 avqust 1997; Biləsuvar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Talış kəndi Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003–2014-cü illərdə N. Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2015–2019-cu illərdə Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında Ballıqaya istiqametində və Mingəçevir rayonunda yerləşən N saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçmişdir. İqbal kiçik yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olmuş, respublikada keçirilən idman yarışlarında uğurla iştirak etmiş, dəfələrlə yeniyetmələr arasinda keçirilən Azərbaycan birinciliyinin qalibi olmuşdur, müxtəlif diplom və medallarla təltif olunmuşdur. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Astanlı İqbal Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərman və diplomlara layiq görülmüşdür. == Hərbi xidməti == İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş , Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına həlak olmuşdur. Şəhid İqbal Astanlı 29 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu məzarıstanlığında dəfn olunmuşdur.
İqbal Ağazadə
İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd. == Həyatı == İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərin] === Ailəsi === Evlidir, 2 övladı var. == Siyasi fəaliyyəti == Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.
İqbal Babayev
İqbal Alıcan oğlu Babayev (7 avqust 1964, Yardımlı rayonu) — Gömrük xidməti general-mayoru, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavini (2018), "Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyası"nın təsisçisi və prezidenti, texnika elmləri doktoru, professor. == Həyatı == İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur. 1981–1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) "İnformasiya texnologiyaları" fakültəsində təhsil almışdır. 1986–1987-ci ildə KİMMU-nun "İstehsal prosesslərinin avtomatlaşdırılması" kafedrasında müəllim işləmişdir. 1987–1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya daxil olmuş və eyni zamanda pedoqoji fəaliyyətini davam etdirmişdir. Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə "İlin ən yaxşı ixtiraçısı" adına və Kiyev şəhərinin rəhbərliyi tərəfindən məktəblərdə informatika fənninin tədrisinə görə "Ən yaxşı müəllimlik fəaliyyətinə" görə diplomuna layiq görülmüşdür. 1986–1991 illərdə Kiyev şəhərində kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə "POİSK" şirkətini təsis etmiş və həmin şirkətin bazasında Kiyev şəhəri üzrə gənclər mərkəzinə rəhbərlik etmişdir. === Ailəsi === Evlidir, iki övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1990-cı ildə Kiyevdə 05.13.07 — "Texnoloji Proseslərin Avtomatlaşdırılmış İdarəetmə Sisitemi" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi işi mürəkkəb texnoloji proseslərin modelləşdirilməsi, idarəedilməsi və mürəkkəb layihələrin və proseslərin idarəetmə alqoritminin obyekt-yönümlü üsullarla yazılışı ilə bağlı idi.
İqbal Məmmədov
Məmmədov İqbal Nəriman oğlu (6 yanvar 1965, Rəzgov, Lerik rayonu) — Milli Məclisin deputatı. == Həyatı == Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir. 1996-cı ildə "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib. Asif Məmmədovun qardaşıdır. == Siyasi fəaliyyəti == 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis(VIçağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir. == Təltifləri == Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.
İqbal Məmmədəliyev
İqbal Vamiq oğlu Məmmədəliyev (23 sentyabr 1978, Bakı) — Azərbaycan kino rejissoru və prodüseri. == Həyatı == İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub. 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini, 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib. Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır. == Fəaliyyəti == 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb. 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub. 2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb.
İqbal Bayramov
İqbal Əhmədağa oğlu Bayramov (4 iyul 1977, Hirkan, Lənkəran rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub. 1984-1994-cü illərdə Hirkan qəsəbəsində A. Quliyev adına tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) "Energetika" ixtisası üzrə ali təhsil alıb. Kafedra hərbi olduğu üçün 1998-ci ildə "leytenant" hərbi rütbəsi alıb. == Hərbi xidməti == İqbal Bayramov 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib. 2005-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-də təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb. 2008-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsinə xidmətini davam edib.
İqbal Hacıyev
İqbal Hacıyev - Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin Rumıniya üzrə vitse-prezidenti, Heydər Əliyev Fondunun Rumıniya Numayəndəliyinin direktoru, AZƏRTAC-ın Rumıniya üzrə xüsusi müxbiri == Həyatı və fəaliyyəti == İqbal Vahid oğlu Hacıyev 1983-cu il yanvarın 4-də Bakı şəhərində anadan olmuşdur. 1989-1999-cu illər Bakı şəhəri, 72 saylı orta məktəbdə təhsil almışdır 1999-2000-ci illər Rumıniyanın Konstansa şəhərində yerləşən Konstansa Ovidius Dövlət Universitetində rumın dilinin öyrədilməsi hazırlıq kursunun tələbəsi olmuşdur 2000-2004-cu illərdə isə Buxarest Dövlət Universitetinin Siyasi Elmlər fakültəsinin ingilis dili bölməsinin tələbəsi olmuşdur 2004-2008-ci illər Konstansa Ovidius Dövlət Universitetinin rumın dili bölməsinin doktorantı olmuşdur 2008-ci il sentyabrın 29-da Rumıniyada tarix elmləri doktoru dərəcəsini almış, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 2010-cu il 23 fevral qərarı ilə Tarix üzrə Fəlsəfə Doktoru dərəcəsinə layiq görülmüşdür 2001-ci il dekabrın 11-dən Rumıniyada təsis olunmuş Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədridir 2003-cü ildən isə Rumıniyada çıxan “Geopolitika” jurnalının əməkdaşıdır 2006-cı ilin martından Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür 2007-ci ilin martından Avropa Azərbaycanlıları Konqresinin Rumıniya uzrə vitseprezidenti 2007-ci dekabrından - 2015-ci ilin dekabrına kimi Heydər Əliyev Fondunun Rumıniya Numayəndəliyinin direktoru vəzifəsində çalışmış 2013-cü ilin sentyabr ayından AZƏRTAC-ın Rumıniya, Bolqarıstan, Yunanıstan və Xorvatiya üzrə xüsusi müxbiri vəzifəsində çalışır Evlidir, iki övladı var == Təltifləri == 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. == Kitabları == 2006-cı ildə Rumıniyada ingilis dilində “İpək Yolunun dirçəlməsi və Azərbaycan” 2010-cu ildə isə Rumıniyada rumın dilində “Azərbaycan Respublikasının Mərkəzi Asiya ölkələri ilə əlaqələri 1991-2003- cu illər” kitabları nəşr olunmuşdur.
İqbal Hacızadə
Hüseynabad-i İqbal
Hüseynabad-i İqbal (fars. حسن اباداقبال‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Mərkəz bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 54 nəfər yaşayır (25 ailə).
Yeni iqbal (qəzet)
Yeni İqbal — 1915—1917-ci illərdə Bakıda çap olunmuş gündəlik ictimai, iqtisadi və siyasi qəzet. == Haqqında == “Yeni iqbal” 1915-ci il aprelin 27-də nəşri dayandırılan “İqbal” qəzetinin davamı kimi fəaliyyətə başlamışdı. “Yeni iqbal” gündəlik “türk qəzeti” idi və sistemli olaraq millətçilik, türkçülük ideyalarını təbliğ edirdi. Gündəlik “ictimai, iqtisadi, siyasi türk qəzetəsi” olan “Yeni iqbal” şənbə günü istisna olmaqla həftənin bütün günləri çıxırdı. Bəzən bu müntəzəmlik pozulur, qəzet 2 gündənbir, bəzən də 3 gündənbir nəşr olunurdu. Bu hal bayram günlərində daha çox nəzərə çarpırdı. Bundan əlavə 1915-ci ilin noyabr-dekabr aylarında Orucov qardaşlarının mətbəəsində tətil baş verdiyi üçün qəzet 10 gün nəşr olunmamışdı. “Yeni iqbal” əsasən 4 səhifədən ibarət idi və A2 formatında çıxırdı. Lakin bunlar da sabit deyildi. Bəzən səhifələrin sayı azalır, 2 olur, bəzən də artır, 6 olurdu.
İqbal Babayev (əsgər)
İqbal Zəki oğlu Babayev (10 sentyabr 1995, Xətai rayonu – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Babayev İqbal Zəki oğlu 10 sentyabr 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, 2002–2013-cü illərdə Bakı şəhəri 257 saylı orta məktəbində təhsil alaraq həmin məktəbi bitirmişdir. İqbal 2013-cü ildə Xəzər Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, daha sonra 2015-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iqtisadiyyat fakültəsində təhsilini davam etdirərək, 2018-ci ildə Akademiyanı iqtisadçı ixtisası üzrə bitirmişdir. İqbal 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına kimi Naxçıvanda müdddətli hərbi xidmətdə olmuş və Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə müraciətindən sonra İqbal 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq hərbi təlimlərə qatılmış, müharibənin başlandığı ilk gündə, 27 senytarb 2020-ci il tarixdə döyüş bölgəsinə yola düşmüşdür. İqbal Babayev Füzuli, Cəbrayıl və Xocavəndin işğalçılardan azad edilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş, 25 oktyabr 2020-ci il tarixdə Füzuli şəhərinin və rayonun Seyidəhmədli kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İqbal Babayev 28 oktyabr 2020-ci il tarixdə dədə-baba yurdu olan Qəbələ şəhərində torpağa tapşırılmışdır === Ailəsi === Uzun müddət idarəetmə orqanlarında dövlət qulluqçusu kimi, həmçinin təhsil sahəsində çalışmış Babayev Baba Davud oğlunun və ikinci Dünya müharibəsi veteranı, Azərbaycan SSR Ali Sovetinin V və VI çağırış deputatı, Sosialist əməyi qəhrəmanı Əlimirzəyev Əşrəf Oruc oğlunun nəvəsidir. Atası Babayev Zəki Baba oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimidir. == Hərbi xidməti == İqbal Babayev 2018-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılıb. 2018–2019-cu illərdə Naxçıvanda "N" saylı hərbi hissədə xidmət edib.
İqbal günü (Pakistan)
İqbal günü—9 Noyabrda Məhəmməd İqbalın doğum günüdür. Gün, 2018-ci ildən indiyədək Pakistanın bütün əyalətlərində və federal inzibati bölgələrində dövlət tətili olur. Şair və filosof olan İqbal Pakistan Hərəkatı üçün böyük bir ilham idi. == Tarixi == İqbal günü "Şərqin Şairi" olan Əllama Məhəmməd İqbalın xatirəsi olaraq hər il 9 noyabrda bütün əyalətlərdə təşkil olunur və qeyd olunur. İqbal 9 noyabr 1877-ci ildə Britaniya Hindistanının (indi Pakistan) Pəncab əyalətinin daxilindəki Sialkotda anadan olmuşdur. 21 aprel 1938-ci ildə Britaniya Hindistanının Pəncab, Lahor şəhərində vəfat etdi. Pakistan hökuməti onu rəsmi olaraq xalq şairi elan etmişdir.
Əbülhəsən xan İqbali Azər
Əbülhəsən xan Musa xan oğlu İqbali Azər (1870, Qəzvin ş., Əlvənd k. — 05.02.1971, Təbriz)—Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. == Həyatı == Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə yaşamış, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınmışdır. 1905–1911 illərdə İran inqilabına qoşulmuş, Səttar xan ona "İqbali Azər" adını vermişdir. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu — əta", xüsusilə, "Segah" muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşmışdır. Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur.
Kömək siqnalı
Kömək üçün siqnal və ya məişət zorakılığı halında yardım siqnalı — bir əllə verilə bilən beynəlxalq universal yardım siqnalıdır. Bu jest video zəng zamanı və ya şəxsən bir əllə göstərilə bilər və başqalarına təhlükə hiss etdiyinizi və köməyə ehtiyacınız olduğunu bildirə bilər. Siqnal COVID-19 pandemiyası zamanı tətbiq edilən özünütəcrid tədbirləri ilə bağlı bütün dünyada məişət zorakılığı hallarının artması ilə mübarizə üçün bir vasitə kimi yaradılmışdır. Bir siqnal vermək üçün əlinizi qaldırmalı, baş barmağınızı ovucunuza basmalı, sonra digər dörd barmağını əyərək simvolik olaraq sıxılmış baş barmağını onlarla tutmalısınız. Siqnal, asanlıqla görülə bilməsi üçün bir mövqedə tutulan işarə kimi deyil, əlin tək, davamlı hərəkəti kimi xüsusi hazırlanmışdır."Kömək üçün siqnal" 14 aprel 2020-ci ildə Kanada Qadınlar Fondu tərəfindən təqdim edilmişdir. Tezliklə Beynəlxalq Qadın Maliyyələşdirmə Şəbəkəsi (WFN) tərəfindən tanındı və bütün dünyaya yayıldı. O , artan məişət zorakılığı hallarının müasir həllini təmin etməkdə kömək etdiyinə görə yerli milli və beynəlxalq xəbər təşkilatları tərəfindən bəyənilib. Bu jestdən istifadə edən şəxsi görsəniz, onunla digər kanallar (mətn mesajları və ya e-poçt kimi) vasitəsilə əlaqə saxlamalı və bir sözdən ibarət “bəli” və ya “yox” cavabını tələb edən suallar verməklə problemin nə olduğunu öyrənməlisiniz. ”, və yalnız siqnalçı aydın şəkildə tələb etdikdə təcili yardım xidmətləri ilə əlaqə saxlayın. Təhlükə ilə üzləşən hər kəs üçün vahid həll yolu yoxdur.
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Döyməc
Döyməc və ya Döymac (az-əbcəd. دؤیماج،دؤیمَج‎) Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır. == Lazım olan ərzaqlar == 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq == Hazırlanma qaydası == İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Sönməz
Sönməz — türk soyadı, təxəllüs. Kərim Məşrutəçi Sönməz — İranın nüfuzlu qələm sahiblərindən. Damla Sönməz — Türkiyə aktrisası.
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Albalı
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qubalı
Qubalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qubalı Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim Quba etnotoponimindən va -lı mənsubluq, aidlik bildirən şək.-dən ibarətdir. Yasayış məntəqəsini Qubadan köçüb gələn ailələr salmışlar. Keçmişdə Qubalıkənd, Ağabəyli, həm da Qubalı Bəşirbəy (yaxud Bəşirbayli) də adlanmışdır. Ağabəy vo Bəşirbəy Quba əyalətindən köçürülmüş 15 ailənin sahibləri idi. Onlar 1862-ci ildə Qaragöz adll yerdə oturaqlaşmışdılar. == Əhalisi == 1919-cu il tarixində ermənilər tərəfindən 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq öldürülmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 475 nəfər əhali yaşayır.
İbaxlı
İbaxlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tədqiqatçılar bu oykonimi qədim türk dillərindəki "yüksək yer, yüksəklik" mənalı obux sözü ilə əlaqələndirirlər. Keçən əsrdə Qəbələ rayonu ərazisində Obuxlu adlı kənd qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay vadisində yerləşir. Kəndlə rayon mərkəzi arsında 11 km məsafə var. Kəndin relyefi düzənlik və xırda təpəliklərdən ibarətdir. Kəndin mərkəzindən və şimal-qərb tərəfindən Kürmükçay keçir. Yaz aylarında bu çay daşaraq əhaliyə ziyan vurur. Kənd dörd tərəfdən meşə ilə əhatə olunmuşdur. Məşələrdə əsasən palıd, qovaq, qızılağaz, qoz, yabanı şəkildə bitən zoğal və.s ağaclarına rast gəlinir.
İmralı
İmralı — (türk. İmralı Adası; yun. Βέσβικος; Καλώνυμος; Καλόλιμνος) və ya Kalonilos — Mərmərə dənizində yerləşən ada. Adanın şimaldan cənuba uzunluğu 8 km, eni isə 3 km təşkil edir. Sahəsi 9,98 km² təşkil edir. Ada dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır (Boz boğaz). İstanbulla arasında məsafə 65 km-dir. Makdimal hündürlüyü 217 metrdir (Türk-təpəsi). Adadan şərqdə Qəmlik körfəzi yerləşir. == Tarixi == Antik dönəmlərdə adada yuban əhalisi yaşamış və onlar üzümçülük və Balıqçılıq ilə məşğul olurdular.
Dolmen
Dolmen(bret. taol maen — daş masa) — meqalit kateqoriyalı qədim dəfn və kult tikilisi. == Ümumi məlumat == Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. == Azərbaycanda dolmenlər == Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır. Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədəgünəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
Donex
Balakənd, Doveğ — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. == Əhalisi == 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması. Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr). Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir.
Ağbaşlı
Ağbaşlı — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbaşlı kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.
Kiqali
Kiqali (ing. Kigali) — Ruandanın paytaxtı və ən böyük şəhəri. Əhalisi 2010-cu ilin hesablamalarına görə 1 029 384 nəfərdir. Sahəsi 730 km² təşkil edir. Ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi, əsas nəqliyyat qovşağıdır. Şəhərin əsası 1907-ci ildə alman kolonistləri tərəfindən qoyulmuş və 1962-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra paytaxt statusu qazanmışdır. Ölkənin əvvəlki ənənəvi mərkəzi şəhəri Nyanza, kolonial paytaxtı isə Butare olsa da, müstəqillikdən sonra yeni paytaxt seçilərkən Kiqalinin ölkənin mərkəzi hissəsində yerləşməsi məhz onun seçilməsində həlledici rol oynamışdı.
İqbaliyə
İqbaliyə (digər adları: Sultanabad və ya Sultanabad-i İqbaliyə) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,230 nəfər və 12,082 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.