Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aridlik
Aridlik — sahənin quraq iqlimli olması. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
İrsilik
İrsilik (ing. inheritance, rus. наследование, türk. kalıtım) — obyekt-yönlü proqramlaşdırmada: müəyyən xassələrın sinifdən onun törəmələrinə verilməsi. Məsələn, əgər “tərəvəzlər” sinfinin “yaşıl” və “sarı” xarakteristikaları varsa, onların hər ikisi “tərəvəzlər” sinfinin törəmələrinə – bar, yarpaqlar, yeməlilər və s. veriləcək. Ümumi anlamda irsilik, müəyyən xassələrin ana proqramdan və ya prosesdən yerinə yetirilmək üçün çağrılan başqa modullara ötürülməsi prosesinə də aid edilir. Bu halda irsən alınmış xassələrə ana proqram mühitinin bir, yaxud bir neçə xassəsi və ya özəlliyi (məsələn, artıq açılmış fayllar) aid olur. Aşağıdakı nümunədə Form sinfindən “açıq-aşkar” (“publicly”) irsən alınmış Circle sinfi verilib. Yeni Circle sinfi area atributunu təməl Form sinfindən irsən alıb (area atributu dolayı yolla Circle sinfinin atributudur), ancaq ona birbaşa müraciət edə bilməz.
Birillik bitkilər
Birillik bitkilər — Bu tip bitkilər Ontogenez xüsusiyyətinə malik olaraq toxumdan bitir və çiçəkləmə dönəmoni keçirir. Bundan sonra isə bir canlı olaraq ölür. Birillik bitkilərə misal kimi — noxud, gül kələmi, şüyüd, keşniş və bir sıra alaq və tərəvəz bitkiləri bu qəbildəndir. Bəzi növlərin çiçəklətindən dekarativ məqsədlər üçün istifadə edilir. Bu qəbildən olan ot bitkiləri isə vegetativ yolla çoxalmırlar. Botanik ədəbiyyatda birillik bitkiləri Günəş rəmzi ilə göstərilir. == İstinadlar == == Ədəbiyyat == Peter Sitte, Elmar Weiler, Joachim W. Kadereit, Andreas Bresinsky, Christian Körner: Lehrbuch der Botanik für Hochschulen. Begründet von Eduard Strasburger. 35. Auflage.
Birillik istiot
Birillik süpürgəgülü
Birillik süpürgəgülü (lat. Xeranthemum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin süpürgəgülü cinsinə aid bitki növü.
Birillik xırdaləçək
Birillik xırdaləçək (lat. Erigeron annuus) - xırdaləçək cinsinə aid bitki növü.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Birillik zümrüdçiçəyi
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Dərinlik yarıqları
Dərinlik yarıqları — Yer qabığı və üst mantiyanın iri mutəhərrik bloklarının birləşmə zonası == Haqqında == Dərinlik yarıqları yüz və minlərlə km-lərlə məsafəyə uzanır, eni isə bəzən onlarla kilometrə çatır. Dərinlik yarıqları inkişaf müddəti geoloji dövr və eralarla ölçülür və Yer qabığının ayrı-ayrı iri elementləri arasında sərhəd strukturu rolunu oynayır; üst mantiya və Yer qabığının dərin hissələri ilə Yer səthi arasında əlaqə yaradır. Dərinlik yarıqları böyük dərinliklərdə özünü yüksək axarlıq zonası kimi aparır. Dərinlik yarıqları daxili quruluşu olduqca mürəkkəbdir: onlar üçün ensiz bloklar — qırılmalarla bir-birindən ayrılan, yüksək diferensial mütəhərrik lövhə və pazlar səciyyəvidir. Blokların yüksək mütəhərrikliyi nisbətən kiçik, lakin çox sıxılmış qırışıqların, həmçinin intensiv şistlik və klivajın yaranmasına səbəb olur. Dərinlik yarıqları zonalarında qırılmayanı çökəklər və ensiz qalxıntılar əmələ gəlir. Çox vaxt qalxmış blokların üzərində mərcan rifləri inkişaf edir. Yer səthində dərinlik yarıqları zonaları boyu subparalel qırılmaların sıxlaşması nəticəsində mürəkkəb sistemlər — dərinlik yarıqları qurşaqları yaranır. Bəzən dərinlik yarıqları zonalarında üstəgəlmələr nəticəsində tektonik örtük və pulcüqvari strukturlar əmələ gəlir. Dərinlik yarıqları təkamülündə maqmatizm mühüm yer tutur.
Nurlan Şirinli
Nurlan Qədir oğlu Şirinli (16 oktyabr 1996; Sarov, Tərtər rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Şirinli 16 oktyabr 1996-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. 2002–2013-cü illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Nurlan Şirinli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Şirinli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində mexanik sürücü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Şirinli 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Vüqar Şirinli
Vüqar Tofiq oğlu Şirinli (14 sentyabr 1992) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Vüqar Şirinli 1992-ci il sentyabrın 14-də anadan olub. == Karyerası == Vüqar Şirinli 2016-cı ildə Kazan şəhərində (Rusiya) baş tutan Avropa Çempionatında mübarizə apardı və bürünc medala sahib oldu. 2018-ci ildə gözündə olan problemlərə görə Vüqar Şirinli para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı. Vüqar Şirinli 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Komanda turnirində də o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə qalibi olan Vüqar Şirinli, 2021-ci ilin may ayında həmin turnirin bürünc medalına sahib oldu və il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.2021-ci ilin avqust ayında Vüqar Şirinli Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Vüqar Şirinli Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində Türkiyə nümayəndəsi Rəcəb Çiftçi ilə üz-üzə gəldi. Son Dünya Çempionatının finalçısı olan Rəcəb Çiftçi ilə görüşdə Vüqar Şirinli rəqibinə ipponla qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.
İrsilik kodu
İrsilik kodu (ing. inheritance code ~ ru. код наследования ~ tr. kalıtım kodu) – obyekt-yönlü proqramlaşdırmada: obyektə aid olan və ona törəməsi olduğu sinifdən və ya obyektdən ötürülmüş struktur və prosedur əlamətlərin (atributların) toplusu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əvinlik (Miyanə)
Əvinlik (fars. اونليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,647 nəfər yaşayır (477 ailə).
Birillik zöhrəotu
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.
Erilik Eristiin
Erilik Eristiin (rus. Эрилик Эристиин / Semyon Stepanoviç Yakovlev 12 (24) yanvar 1892 – 6 oktyabr 1942) — Saxa şairi və yazıçısı, Vətəndaş müharibəsi illərində qırmızı partizan, SSRİ Yazıçılar İttifaqının üzvü (1938). Sadə xalq onu Nikolay Ostrovskinin "Polad necə bərkidi" əsərinin qəhrəmanı Pavel Korçaqinin şərəfinə "Yakut Korçakini" adlandırırdı. == Həyatı == Erilik Erisstiin 1892-ci ildə Çurapçı ulusunun Çakır kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqda müstəqil şəkildə Saxa və rus dillərini mənimsəmişdir. Vətəndaş müharibəsi illərində, ağqvardiyaçılar onun anasını, qardaşını və digər qohumlarını öldürmüşlər.Belə ki, 1922-ci ilin yanvarında onun 28 yaşlı qardaşı həlak olmuşdur. Elə həmin ilin iyul ayında anası Yelena İqnatiyevna və altı qohumu qanlı qırğının qurbanı olmuşlar. Kiçik qardaşı 1925-ci ildə vəfat etmişdir. Sonralar Erilik Eristiin üç oğlunun ölüm faciəsini yaşamışdır.Vətəndaş müharibəsindən sonra Yakutsk Mətbəəsində (Yakutsk) Xalq Daxili İşlər Komissarlığının səlahiyyətli nümayəndəsi kimi tipoqraf işləmiş, Yakutsk ASSR Amma ulusu icraiyyə komitəsinin səhiyyə və xalq təhsili şöbəsinin müdiri olmuşdur.Xalq arasında "Yakut Korçakini" adı ilə məşhur olmuşdur. Erilik Eristiin 6 oktyabr 1942-ci ildə Çurapçinsk ulusunun Tolon kəndində vəfat etmişdir.
İkilik ağac
İkilik ağac(binary tree)- – proqramlaşdırmada: hər bir buğumunda (NODE) ən çoxu iki “alt ağac” (sol və sağ) olan ağacşəkilli struktur növüdür. İkilik ağaclardan çox zaman informasiyaları çeşidləmək üçün istifadə edilir: ağacın hər bir buğumu açar olur və bu açardan kiçik olan bütün qiymətlər bir alt ağaca, böyük olanlar isə o biri alt ağaca düşür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik fayl
İkilik fayl (Binary file) – insanın oxuya biləcəyi ASCII kodlaşdırmasında olan mətndən fərqli olaraq, 8-mərtəbəli formatda olan verilənlər ardıcıllığından və ya icra kodundan ibarət olan fayl. İkilik fayllar, adətən, ancaq proqramın “anladığı” şəkildə olur. Çox zaman onlar elə sıxılır və yaxud elə struktura salınır ki, onları yalnız konkret proqramlar asanca “oxuya” bilsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik prefikslər
İkilik prefikslər – ölçü vahidlərinin önündə gələn və onların 2-nin qüvvətinə (daha dəqiqi, 1024=210 ədədinin qüvvətinə) vurulmasını bildirən ön şəkilçilərdir. 1024 və 1000 ədədləri yaxın olduğundan ikilik prefikslər Beynəlxalq Vahidlər Sisteminin standart onluq prefikslərinə uyğun qurulub. Bu prefikslərdən informasiyanın bit və baytların misli olan ölçü vahidlərini düzəltmək üçün istifadə olunur. İkilik prefikslər 1999-cu ilin mart ayında Beynəlxalq Elektrotexnika Komissiyası (INTERNATIONAL ELECTROTECHNICAL COMMISSION, IEC) tərəfindən daxil edilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dirilik Suyu (1991)
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. == Süxur == Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS.Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.
İrnik burnu
İrnik burnu (bolq. нос Ирник, ‘Nos Irnik’ \'nos ir-'nik\) — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimal-qərbdə yerləşən buzlaqlardan azad olan burundur.Burun Bolqar xanlarının adları arasında adı olan İrnik xanın adını daşıyır. == Yerləşməsi == Timblon burnundan 3.5 km cənub-qərbdə, Mezdra burnundan 2 km cənub-qərbdə, Byevoter burnundan 7.4 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.
Dövri ikilik kod
Dövri ikilik kod (cyclic binary code) – ədədlərin ikilik təsvirində hər bir ədədin özündən qabaqkından yalnız bir mərtəbədə fərqlənməsi. İkilik 0 və 1 rəqəmlərinə əsaslansa da, dövri ikilik ədədlər adi ikilik ədədlərdən fərqlənir. Dövri ədədlər Morze koduna çox oxşayan kod əmələ gətirir, adi ikilik ədədlər isə həqiqi qiymətləri ikilik say sistemində göstərir. Dövri ikilik kodda ardıcıl ədədlər yalnız bir mərtəbədə fərqləndiyindən, onlardan ölçü proseslərində xətaları minimuma endirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik-onluq ədəd
== İkilik-onluq ədəd == İkilik-onluq ədəd(Binary-coded decimal)– yuvarlaqlaşdırma və çevirmə xətalarından qaçmaq üçün onluq ədədi ikilik şəklində göstərən kod. Onluq ədədin hər bir rəqəmi o birilərdən ayrıca olaraq ikilik ədədlə kodlaşdırılır. 0-dan 9-a hər bir onluq simvol dörd bitlə ifadə olunur; asan oxunması üçün bu 4-mərtəbəli qrupların arasında boşluq qoyulur. Məsələn, 12 ədədi BCD sistemində 0001 0010 kimi, 96 ədədi isə 1001 0110 kimi göstərilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.