ÇİRKİNLİK

is.
1. Kifirlik, eybəcərlik; çirkin adamın, şeyin və s.-nin halı.
[Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər… H.Cavid.
Hacı Tağı Allahqulunu şirnikdirmək üçün ərə getmək vaxtı çoxdan keçmiş, çirkinlikdə özünə oxşayan təkcə qızını da [nökərə] verməyi vəd etmişdi. Ə.Əbülhəsən.

2. məc. Yaramazlıq, alçaqlıq, pislik, rəzillik.
[Xosrov:] Nə üçün bu bədbəxt məmləkətdə olan bütün çirkinlikləri mənə göstərdin? A.Şaiq.
[Qaraş] inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikdir. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇİRKİNLİK kifirlik — eybəcərlik — iyrənclik — biçimsizlik
  • ÇİRKİNLİK alçaqlıq — rəzillik — əclaflıq — xəbislik
ÇİRKİNLƏŞMƏK
ÇİRKLƏNDİRİCİ

Digər lüğətlərdə