SORE

sore1

n 1. yara, sızanaq; irinlik; 2. yaralı yer

sore2

adj 1. xəstə; a ~ tooth xəstə diş; 2. qəmli, dərdli, kədərli, iztirablı; acınacaqlı; ~ sight acınacaqlı mənzərə; 3. gərgin, ağır; ~ struggle ağır döyüş / toqquşma; ~ news ağır xəbər;

◊ to touch smb. on a ~ place bir kəsin ağrılı yerinə toxunmaq

SORDID
SORELY
OBASTAN VİKİ
Arçana Sorenq
Arçana Sorenq (1996) — Hariadan olan ətraf mühit fəalı. Onun fəaliyyəti iqlim dəyişikliyi haqqında məlumatlılığın artırılmasına, habelə yerli xalqların adət-ənənələrinin və mədəniyyətinin sənədləşdirilməsinə, qorunmasına və təbliğinə həsr olunub. Sorenq təşkilatın gənclər strategiyasının bir hissəsi olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən qurulmuş İqlim Dəyişiklikləri üzrə Gənclər Məsləhət Qrupunun yeddi üzvündən biri seçilir. == Bioqrafiya == Sorenq Hadiya xalqındandır və Odişa ştatının Sundarqarx rayonundakı Rajqanqpure şəhərində böyüyüb. O, atasının ölümündən sonra ətraf mühit fəalı olur. O, həyatı boyu Hindistan Katolik Gənclər Hərəkatının fəal üzvü olmuşdur. O, TISS tələbə birliyinin prezidenti, həmçinin All India Catholic University Federation (AICUF) bir hissəsi olan Adivasi Yuva Chetna Manch kimi tanınan Tribal Commissionin sədri olur. Hal-hazırda Vasundhara Odishada tədqiqatçı kimi çalışır. Təşkilatda o, Bhubaneşvarda təbii ehtiyatların idarə edilməsi, insanların hüquqları və iqlim dəyişikliyi sahələrində siyasət araşdırmaları aparır.
Monodelphis sorex
Monodelphis sorex (lat. Monodelphis sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Sorek mağarası
Sorek mağarası və ya Avşalom mağarası (iv.מערת אבשלום) — İsraildə Ye'ela dağında 5,000 m² sahəyə sahin mağara. Mağara 1968-ci ildə İsraildə Bet Şemeş şəhərinin 3 km şərqində yerləşən Hartuvda karxana işçiləri tərəfindən partlayıcı istifadə edildikdən sonra təsadüfən kəşf edildi. Mağara 83 m uzunluğunda, 60 m genişliyində və 15 m hündürlüyündədir. Mağara adını İsrail-Misir müharibəsində (1967–1970) öldürülmüş israilli əsgər Avşolam Şohamdan götürmüşdür. Avşalom mağarası kəşf edildikdən sonra müharibədə təbii sərvətləri zərər görməsi deyə bir neçə il mövcudluğu gizlədilmişdir. Mağaranın temperaturu il boyunca dəyişməz qalır. 1975-ci ildə bura Təbiət qoruğu elan edilmişdir. 2012-ci ildə mağarada yosunların bitməsinin qarşısını almaq üçün müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mağarada yerləşən bəzi stalaqmitlərin uzunluğu 4 metr və yaşı 300.000 ildir.
Soreq mağarası

Sorevnavaniya adası
Sorevnavaniya adası — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Taymır yarımadasından Ptensovoy laqunu ilə ayrılır. Ada 3,5 km enə və 5 km uzunluğa malikdir. Şimal nöqtəsi — Primetnıy burnu, cənub nöqtəsi — Plavnikovıy burnu. Adanın cənubunda Utinoe gölü yerləşir. Üzəri mamırla örtülmüşdür. Kara dənizində, Markqam adasından 7 km cənubda yerləşir.
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
Sorex minutus
Kiçik qonurdiş (lat. Sorex minutus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü. Azərbaycanda əldə edilmiş 68 fərdin kütləsi 2,5-5,7 qram, bədəninin uzunluğu 44,0-68,0 mm, quyruğu 30,2-40,8 mm, pəncəsi 8,6-12,2 mm olmuşdur. B.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziya heyvanları S.volnuchini ognev formasına aiddir. Avropa, Asiya, Qafqazın meşə və meşə-çöl landşaftlarında yayılmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın meşə zonasında 900-2000 m hündürlükdə rast gəlinir. Kolluqların arasında, çayların kənarında, arxların qırağındakı daş yığınlarında rast gəlinir. Ən yüksək sıxlığı d.s. 1000 - m-ə qədər hündürlükdə qeydə alınmışdır (Quba rayonu Təngəaltı kəndi və Şuşa rayonunun Keçəldağ ərazisində). Sığınacaq kimi müxtəlif təbii yerlərdən istifadə edərək quru bitkilərdən kürəşəkilli yumşaq yuva düzəldir.
Sorex raddei
Radde qonurdişi (lat. Sorex raddei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü. Azərbaycanda əldə edilmiş 19 heyvanın kütləsi 9, 7-10,0 q, bədənin uzunluğu 65-80 quruğu, 43, 6-52,1 mm, pəncəsi 12,0-13,1 mm olmuşdur. Radde qonurdişi Qafqaz endemikdir. Eləcə də Türkiyə ilə həmsərhəd rayonlarda yayılmışdır. Azərbaycanda bu növ yalnız Kiçik və Böyük Qafqazda qeyd alınmışdır. Çox azsaylı, nadirdir. Dağətəyi və dağ meşələrində, kolluqlarda, çayların yanında, daş yığınlarında, arxların kənarında rast gəlinir. Aprelin ikinci yarısından başlayaraq payızın sonuna qədər ildə 2-3 dəfə çoxalır. Bir nəsildə 3-7, çox vaxt 5 bala verir.