Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sibirin istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Sibirin rus istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 28 iyul 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Aspirin
Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.
İsfidin
İsfidin — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,145 nəfər və 759 ailədən ibarət idi.
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.196 nəfər yaşayır (221 ailə).
İzmirin işğalı
İzmirin işğalı (türk. İzmir'in işgali, yun. Κατοχή της Σμύρνης) və ya İzmir Zonası (türk. İzmir Bölgesi, yun. Ζώνης της Σμύρνης) — Birinci Dünya Müharibəsindən sonra Parisdə yığışan beynəlxalq sülh konfransının qərarı ilə İzmir şəhərinin 1919-cu ilin may ayının 15-də Yunanıstan Krallığı tərəfindən işğalı başlayan və 1922-ci ilin Sentyabr ayının 9-da Türkiyə Ordusunun şəhərə daxil olması ilə sona çatan işğalı. İzmirin İşğalı, Antanta ölkələrinin icazəsi ilə Yunanıstan Yüksək Komissarı Aristidis Sterqiyadis əmri altında edilmişdir. Birinci Dünya Müharibəsində Yunanıstan Krallığı ilə Osmanlı İmperiyası arasında hər hansı bir hərbi qarşıdurma yaşanmaması səbəbiylə işğal, Antanta ölkələri arasında da müzakirə mövzusu olmuşdur. İşğala icazə verən Antanta ölkələrinin əsas məqsədi İtaliya Kralığının Anadoludakı torpaq qazanclarını tənzimləmək idi. İtaliya, Birləşmiş Krallıq və Fransa arasında 1917-ci ilin Aprel ayının 26-da edilən Sen Jan de Mauriyenne müqaviləsi Yunanıstan işğalı ilə uyğunlana bilməyib, çünki İtaliya Kralığına söz verilən İzmir bölgəsi Yunanıstan Kralıığı tərəfindən işğal edilmişdir. Yunanların hərəkatları, Türk Qurtuluş Savaşında İtaliya Krallığı-Türk Milli Hərəkatı arasında yaxınlaşmağa səbəb olmuşdur.
İzmirin qurtuluşu
İzmirin Qurtuluşu — Türk Qurtuluş müharibəsinin sonlarında Türk ordusunun, Yunan işğalı altındakı İzmirə girməsini bildirən tarix termindir. II Dünya müharibəsinin sonunda, Antanta Dövlətləri, Osmanlı dövləti ilə 30 oktyabr 1918-ci ildə Mondros Atəşkəs Sazişini imzaladılar və bu müqaviləyə əsaslanaraq Anadolunu işğal etməyə başladılar. Türk milləti işğal hərəkətləri qarşısında vətənini xilas etmək üçün 1919-cu ildə yer yer müqavimət hərəkatlarını başladı. Bu hərəkatlar, 19 may 1919-cu il tarixində Mustafa Kamal Paşanın Samsuna ayaq basması qısa müddətdə mərkəzi xarakter aldı. Bu prosesdə ard-arda qazanılan Birinci İnönü, İkinci İnönü, Aslıhanlar-Dumlupınar və Sakarya Meydan Müharibələri ilə yurdun azad edilməsi yolunda mühüm addımlar atıldı. 26 avqust 1922-ci ildə dəqiqliklə hazırlanan hücum planını həyata keçirtməyi planlaşdırılırdı. 26-30 avqust 1922-ci ildə keçirilən Böyük Hücum, Türk İstiqlal hərbinin son mərhələsidir. 30 avqust "Baş Komandan Meydan Müharibəsi" iştirak bir gün ərzində Yunan ordusunun ən mühüm hissəsi zərərsizləşdirildi. Beləliklə, qəti nəticə beş gün ərzində əldə edilmiş və hazırlanan plan tam uğurla həyata keçirmiş oldu. 31 avqust günü Baş Komandan Mustafa Kamal Paşa, Baş Qərargah Rəisi Fevzini, Qərb Cəbhəsinin Komandanı İsmət İnönünü ordu komandirləri Yaqub Şövqünü və Nurəddin Paşanı qərargahını qurduğu Çal kəndində toplayaraq, qaçan Yunan qüvvələrinin sürətlə təqib edilməsini və İzmir ilə vasitələrindəki qüvvələri birləşməməsi üçün üç qoldan Egey Dənizinə doğru ilərlənməsini qərara aldı.
İzmirin Mühasirəsi
İzmirin Mühasirəsi Türk əsilli Əmir Teymurun 1402-ci ilin dekabrında İzmir limanını və dəniz qalasını Rodosdan olan Malta ordeni cəngavərlərindən almasıdır. Türklər limanı mühasirəyə aldılar və mühasirə avadanlıqları ilə istehkamlara iri daş parçaları atdılar, sayı cəmi 200-ə yaxın olan cəngavərlər isə oxlar və yandırıcı raketlərlə cavab verdilər. Cəngavərlər iki həftə ərzində özlərindən daha güclü rəqibə müqavimət göstərdikdən sonra qalanın xarici divarları lağımlarla dağıdıldı və onları aşmaq mümkün oldu. Qarnizonun bir hissəsi dəniz yolu ilə qaçdı, lakin şəhər və onun sakinləri məhv edildilər. Mühasirənin əsas yazılı mənbələri Teymurun xələflərinin xidmətində yazan ərəb tarixçisi İbn Ərəbşah və fars tarixçiləri Şərəfəddin Əli Yəzdi və Mirhənddir. XVII əsrin əvvəllərində Cakomo Bosio tərəfindən yazılmış Malta ordeni cəngavərlərinin rəsmi tarixi də mühüm mənbədir. Neşri və Künhü'l-Əhbarın yazıları, Gelibolulu Mustafa Əlinin yazıları Osmanlı perspektivindən, Dukas və Laonikos Halkokondilis Bizanslı perspektivindən; Agostino Giustiniani də Genuyalıların perspektivindən hadisəni nəql etmişdir. 1334-cü ildə səlib yürüşündə İzmir alındı və Papa dövlətinin şəhəri oldu. Türklər Kadifekaleni tutdular, ancaq dəniz qalası limanın nəzarətini Səlibçilərdə saxladı. 1374-cü ildən sonra Rodos cəngavərləri dəniz qalasının müdafiəsini öz üzərinə götürdülər.
Misirin dövlət quruluşu
Misir Ərəb Respublikası çoxpartiyalı demokratik bir sistemlə idarə olunmaqdadır. Konstitusiyası 1971-ci il referendum ilə təsdiqlənmişdir. Ölkənin rəhbəri prezidentdir. Konstitusiyaya görə prezident 6 ildən bir seçilməli idi və bu müddət limitsiz də ola bilərdi.Prezident bir və ya daha çox vitse prezident, baş naziri, nazirləri, mülki və hərbi rəsmiləri, diplomatik nümayəndələri təyin edə və ya çıxara bilərdi. O ali baş komandandır. Onun əfv etmə və məhkəmə hökmünü azaltmaq hüququ vardır. O referendum çağıra bilərdi. Xalq Assambleyasını təsdiq edə bilərdi, ancaq yalnız müəyyən edilmiş vaxt üçün fərmanları çap etməyə hüququn qüvvəsi vardır. Məhkəmə qurumunun Ali Şurasına rəhbərlik edirdi. Xalq Assembliyası yalnız referendum və ya hərbi vəziyyətdə buraxa bilərdi.
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir. Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır. Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir. 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb. Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.
Yengi İspiran (Təbriz)
Yengi İspiran (fars. ينگي اسپران‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3.012 nəfər yaşayır (735 ailə).
Əmir Kəbirin islahatları
Əmir Kəbirin islahatları — İranın birinci naziri (atabəyi) olmuş Mirzə Tağı xan Əmir Kəbirin dövlətin modernləşdirilməsi yolunda başladığı islahat. XVIII-ci əsrin 40-cı illərin sonuna doğru daxili siyasi vəziyət gərgin olaraq qalırdı. Tamamilə xəstə və fəaliyətsiz Məhəmməd şah Qacar dövlət işləri ilə məşğul ola bilmirdi. Dövlətdə hərc-mərclik artırdı. Xanların separatizmi artırdı. Ticarət və sənətkar zümrələr İranın köhnə idarə üsulundan narazı idi. İran getdikcə İngiltərə ilə Rusiyanın Yaxın və Orta Şərq uğrunda mübarizələrində oyuncağa çevrilirdi. Ölkənin şimalı sayılan Azərbaycan, Gilan, Mazandaran — daha çox Avropa bazarları ilə əlaqəli olduğuna görə dəyişikliklərdə ehtiyac buralarda daha çox duyulurdu. Bu əyalətlərdə vəziyət getdikcə gərginləşirdi. Bir neçə quraq il, vəba və taun epidemiyaları, Təbrizin və onun ətraf rayonlarının çörək ticarətində əks olunan osmanlılarla çoxillik müharibələr, bir çox tayfaların özbaşınalığı, yollarda quldurluq və elatın törətdiyi yağmalar, eləcə də Azərbaycanın daxili işinə ingilis və rusların üzrsüz müdaxilələri və bununla bərabər Qərbin vəli-əhdin sarayına iqtisadi və siyasi təsirləri, tənzimat keçirən osmanlılarla daha sıx əlaqələr, vəli-əhdin Abbas mirzə kimi sərt siyasət aparmaq bacarığında olmaması, vəli-əhdin əvəz olunması — bütün bu amillər əhaliyə ağır təsir bağışlayırdı, Təbrizdə və başqa şəhərlərdə üsyanlara gətirirdi, kafirlərə və gavurlara müqavimət göstərə bilməyən şah hökumətinə qarşı olan şiə ruhanilərini fəallaşdırırdı.
Sirin Əbdulnur
Sirin Əbdulnur (ərəb. سيرين عبد النور‎; 21 fevral 1977, Abadiyeh[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livanlı müğənni və aktrisadir. Onun ilk albomu 2004-cü ildə çıxıb. 2006-cı ildə ərəb. عليك عيوني‎ adlı ikinci albomunu buraxdı və bu albomda yer alan Gözlərimə baxsan (ərəb. لو بص في عيني‎) mahnısı çox məşhur oldu.
Əli Şirin Şükürlü (Ali Shirin Shukurlu)
Əli Şirin Şükürlü – Fəlsəfə doktoru, şair-esseist, yazıçı, 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Həyat və yaradıcılığı == Əli Şirin Şükürlü 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Müxtəlif dövlət qurumlarında, elm və ali təhsil müəssisələrində işləyib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində işə başlamış, Ali təhsil üzrə sektorun müdiri vəzifəsində çalışmışdır. 2023-cü ildən Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan Abituriyent jurnalı redaksiyasında Yaradıcı qrupun rəhbəri vəzifəsində işləyir. 1986-cı ildən etibarən elmi, 1991-ci ildən elmi-pedoqoji fəliyyətlə məşgul olur. Fəlsəfə doktoru (riyaziyyat – Ehtimal nəzəriyyəsi: təsadüfi proseslərin tədqiqi), fəxri professordur. Hazırda təsadüfi proseslər nəzəriyyəsi və elm fəlsəfəsi üzrə elmi-tədqiqat işlərini davam etdirir.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Mirzə Ələkbər Sabirin heykəli
Mirzə Ələkbər Sabirin heykəli — İçərişəhər divarlarının yaxınlığında, şair Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldılmış heykəl. Heykəltəraşı Cəlal Qaryağdı, memarı Ə. İsmayılov və Q. Əlizadədir. Heykəl 1958-ci ildə yaradılmışdır. Şair əsərdə əlində kitab, oturmuş halda təsvir olunmuşdur.
İşbirzə (Baymak)
İşbirzə (başq. Ишбирҙе, rus. Ишберда) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd İşbirzə kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 56 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 97 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Sirin binti Şamun
Sirin binti Şamun (ərəb. سيرين بنت شمعون‎; VII əsr – VII əsr) — Qibti Pravoslav Kilsəsinə aid olan xristian. İslam peyğəmbəri Məhəmmədin cariyəsi və Həssən ibn Sabitin həyat yoldaşı. Mariyə əl-Qibtiyyənin bacısı. Şirin atasının adı Şamun idi. O, nüfuzlu qibti xristianlarından biri idi. Anası Roma mənşəli olmuşdur. Hicrətin 6-cı ilində (627-628) Məhəmməd peyğəmbər Yaxın Şərqin hökmdarlarına məktublar göndərir, bu məktublarda onları yeni bir inancın yaranmasından xəbərdar edir və onları özünə qoşulmağa dəvət edir. Məktubu Xətib ibn Əbu Balta Misir hökmdarı Mukaukisə çatdırır. Mukaukis məktuba cavab olaraq iki qul qadın (Məryəm və Sirin), Məbur adlı bir qul kişi, minlərlə miskal qızıl, iyirmi atlaz paltar, Daldal adlı bir qatır və Yağfur adlı eşşək də daxil olmaqla hədiyyələr göndərir.
İşığın dispersiyası
İşığın dispersiyası mühitin sındırma əmsalının düşən işığın tezliyindən (dalğa uzunluğundan) asılılığı deməkdir. Ağ işıq şəffaf üçbucaqlı prizmanın yan səthinə düşəndə sınır və bu zaman 7 rəngə ayrılır. Bu rənglər bildiyimiz göyqurşağı rənglərinin eynisidir: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Bənövşəyi işıq ən kiçik, qırmızı işıq isə ən böyük dalğa uzunluğuna malikdir. Ən çox sınan, yəni sındırma əmsalı ən böyük olan bənövşəyi işıq, sındırma əmsalı ən kiçik olan isə qırmızı işıqdır. Vakuumda rəngindən, yəni tezliyindən asılı olmayaraq bütün şüalar eyni sürətlə, yəni c=3*108 m/san sürətlə yayılır. Mühitdə qırmızı işıq ən böyük sürətlə, bənövşəyi işıq isə ən kiçik sürətlə yayılır.
İşığın interferensiyası
İşığın interferensiyası-işıqlı və qaranlıq zolaqların əmələ gəlməsinə səbəb olan işıq dəstələrinin toplanması hadisəsinə deyilir. İnterferensiya zamanı iki işıq dəstəsi toplanarkən bir birini gücləndirməklə bərabər həm də zəiflədə bilir. İşıq sellərin bu xassəsi onların dalğa təbiətli olmasını bilavasitə sübut edir. İşıqlı və qaranlıq zolaqların əmələ gəlməsini dalğa təsəvverləri ilə ilk dəfə Yunq izah etmişdir. Yunqun dalğa haqqında fikirlərini Frenel XIX əsrin I yarısında inkişaf etmişdir. Yunq apardığı təcrübələrdən aşağıdakı iki qanunu kəşf etmişdir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) cüt sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum gücləndirir. △ = ± k λ {\displaystyle \vartriangle =\pm k\lambda } burada k-tam ədəddir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) tək sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum zəiflədir. △ = ± ( 2 k + 1 ) λ 2 {\displaystyle \vartriangle =\pm (2k+1){\frac {\lambda }{2}}} Yalnız eyni fazada və ya sabit fazalar fərqi ilə rəqs edən mənbələr-koherent mənbələr müəyyən qaydada yerləşən interferensiya zolaqlarını verir.
İşığın qayıtması
İşığın qayıtması — iki mühitin (mühitlərdən heç olmasa biri şəffaf olmalıdır) sərhədinə düşdükdə işığın yayılma istiqamətinin dəyişməsi. İşıq mənbəyi olmayan сisimlərin görünməsinə səbəb işığın onların səthindən qayıtmasıdır. Qaytarıcı səth kələ-kötürdürsə, diffuz səpilmə (bütün istiqamətlərdə səpilmə), hamardırsa, güzgü qayıtması baş verir. 1. Düşən şüa, qayıdan şüa və düşmə nöqtəsinlə qaytarıcı səthə çəkilmiş perpendikulyar bir müstəvi (düşmə müstəvisi) üzərindədir. 2. İşıqın qayıtma bucağı (qiymətcə) düşmə bucaqına bərabərdir. İşıq mənbəyi güclü olduqda işığın qayıtması qanunları pozulur. Qayıdan işığın intensivliyi işığın düşmə bucağından, polyarlaşmasından və mühitlərin sındırma əmsallarından asılıdır.
İşığın sürəti
İşığın sürəti (c) vakuumda elektromaqnit dalğalarının yayılma sürətidir, əsas fiziki sabitlərdən biridir. İşıq boşluqda işıq sürəti ilə gedər və bu eyni zamanda kainatda müşahidə edilən ən yüksək sürətdir. İşıq dedikdə hər cür işıq nəzərdə tutulmur. Günəşdən və ya təbii olaraq ulduzlardan və s. gələn işıqlar nəzərdə tutulur. Günəşdə gələn şüaların yerə çatma müddəti 8 dəqiqədir. Əgər özümüzü işıq sürəti kimi təsvir edə bilsəydik Günəşdən çıxdığımız an Yer planetində olardıq amma planetdə hər şeyin dayandığını görərdik hətta saatın , suyun , ürək döyüntüsünün və s. Yalnız 8 dəqiqədən sonra hər şeyin hərəkət etdiyini görə bilərdik. Bu fərziyəni ilk dəfə irəli sürən alimlərdə biridə Albert Eynşteyndir. Sürətlənən cisimə görə zaman bükülərək yavaşlamalıdır.
İşığın sınması
İşığın sınması — iki şəffaf mühitin sərhədindən keçərkən işığın yayılma istiqamətinin dəyişməsi. Hələ Aristotelə məlum olduğuna baxmayaraq sınma qanununu Snellius müəyyən etmiş, riyazi ifadəsini isə Rene Dekart vermişdir. İşıq şüası sıxlıqları müxtəlif olan iki şəffaf mühiti (məsələn, hava-su, hava-şüşə, şüşə-su və s.) ayıran səthə düşdükdə onun bir hissəsi səthdən qayıdır, digər hissəsi isə bu iki mühitin sərhədindən keçərək yayılma istiqamətini dəyişir. • İşıq şüasının bir mühitdən digər mühitə keçərkən bu mühitlərin sərhədində öz istiqamətini dəyişməsi işığın sınması adlanır. Burada, AO – düşən şüa, OB – sınan şüa, CD – düşmə nöqtəsindən (O nöqtəsi) iki mühiti ayıran səthə çəkilən perpendikulyar, α – düşmə bucağı, γ (qamma) – sınma bucağıdır. Suyun sıxlığı havanın sıxlığından böyük olduğundan işıq şüası havadan suya keçərkən öz istiqamətini dəyişir və CD perpendikulyarına yaxınlaşır. Əgər su daha böyük sıxlığa malik mühitlə, məsələn, şüşə ilə əvəz olunarsa, sınan şüa perpendikulyara daha çox yaxınlaşar. İşıq şüası sıxlığı kiçik olan şəffaf mühitdən sıxlığı böyük olan şəffaf mühitə keçdikdə sınma bucağı düşmə bucağından kiçik olur. Sıxlıqları müxtəlif olan iki şəffaf mühiti ayıran sərhədə perpendikulyar düşən işıq şüası ikinci mühitə sınmadan keçir. Aparılan araşdırmadan işığın sınma hadisəsi üçün iki nəticə müəyyən etdiniz: birincisi, hava-su səthinə düşən şüa, sınan şüa və düşmə nöqtəsindən bu iki mühitin sərhədinə qaldırılan perpendikulyar müstəvi lövhə üzərində yerləşir; ikincisi, düşmə bucağını böyütdükdə sınma bucağı böyüyür, düşmə bucağını kiçiltdikdə isə sınma bucağı da kiçilir.
Mirzə Ələkbər Sabirin ev-muzeyi
Mirzə Ələkbər Sabirin ev-muzeyi — Azərbaycanın satirik şairi, ictimai xadimi, filosofu və müəllimi, Mirzə Ələkbər Sabirə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şamaxıda, M. Ə. Sabirin yaşadığı evdə (qədim Şıxminas məhəlləsində) yerləşir. Muzey Azərbaycanın görkəmli şairi M. Ə. Sabir irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. Muzey 1962-ci ildə şairin doğumunun 100 illiyi ilə münasibətilə yaradılmışdır. Muzey ikimərtəbəli binada yerləşir. Muzeyin köhnə binası bir mərtəbədən və 2 ekspozisiya zalıdan ibarət olmaqla yararsız vəziyyətdə idi. Bu bina 1978-ci ildə sökülərək yenidən qurulmuşdur. Yenidənqurma və bərpa işlərindən sonra muzey 1979-cu ildə yenidən ictimaiyyət üçün açılmışdır. Muzey 2017-ci ilin sentyabr ayında divarının uçması nəticəsində bağlanıb və restavrasiyası məqsədi üçün sökülüb. Muzeyin ümumi sahəsi 293 m2-dir.
İşçinin iş vaxtı
Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd "ə"). İşçinin əmək şəraitinin şərtləri anlayışı özlüyündə bir neçə istiqamətdə təsnifləşdirilmişdir. Bura əsasən işçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr daxildir. İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir: 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3.
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.