Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Riyazi isbat
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.
Asqat
Asqat — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan (som) biri.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
İnnab
İnnab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. İnnab Azərbaycanın subtropik rayonlarında – Samur-Dəvəçi ovalığında, Abşeronda, Kür-Araz çayları ətrafındakı rayonlarda qədimdən becərilir. Hazırda innabın Abşeronda "Azərbaycan", "Abşeron", "Şirvan" və "Tacikistan" sortları vardır. Bundan başqa Respublikamızın bir neçə rayonlarında innaba həyətyanı sahələrdə tək-tək olsa da rast gəlinir. İnnab çox faydalı, uzun ömürlü və bəhrəli bitkidir. Onun gövdəsinin aşağıya doğru meyil etmiş budaqları üzərində sıx sürətdə yerləşmiş yarpaqları vardır ki, bu yarpaqlar ağaca xüsusi gözəllik verir. İnnabın yaşıltəhər sarı rəngli gözəl çiçəkləri də vardır. Bunlar ulduzvarı şəkildə yerləşmişdir. İnnabın nəzəri cəlb edən sarı-qırmızı rəngli, şirin dadlı, xoş ətirli meyvələri olur.
İnsan
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
İshaq
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
İsnov
İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İnsayt
İnsayt (ing. insight), aydınlanma — uzun müddət davam edən şüursuz zehni fəaliyyətin nəticəsi olan problemin həllinin qəfil şüurlu tapılması (bax evrika). Psixoterapiyada insayt bir insanın öz vəziyyətinin və ya probleminin səbəblərini dərk etməsinə, aydınlanma və katarsis ilə müşayiət olunmasına aiddir. İnsaytların yaranmasına insan fəaliyyətindəki dəyişiklik, eləcə də həyat stereotipləri kömək edir. Bundan əlavə, şüuru aktivləşdirmək üçün işgüzar oyunlar və beyin fırtınası kimi xüsusi texnologiyalar mövcuddur. Psixodramada insight fəal şəkildə istifadə olunur . İnsayt anlayışı geştalt psixologiyasının ayrılmaz hissəsidir. Bu termin ilk dəfə 1925-ci ildə Volfqanq Köler tərəfindən istifadə edilmişdir. Kölerin insanabənzər meymunlarla apardığı təcrübələrdə, onlara yalnız dolayı yolla həll edilə bilən problemlər təklif edildikdə, meymunların bir neçə uğursuz sınaqdan sonra aktiv hərəkətlərini dayandırdıqları və sadəcə ətrafdakı obyektlərə baxmağa başladıqları, bundan sonra tez bir zamanda düzgün həllə gələ bildikləri göstərildi. Bu konsepsiya daha sonra Karl Dunker və Maks Verteymer tərəfindən insan təfəkkürünün bir xüsusiyyəti kimi istifadə edilmişdir ki, burada həll ətraflı təhlil nəticəsində deyil, bütövün spekulyativ dərk edilməsi ilə əldə edilir.
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. == Bioqrafiyası == Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. == Həyatı == Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Ermənistanda islam
Ermənistanda islam — hal-hazırda bu ölkədə bu dinin ardıcılları azlıq təşkil edir. Ancaq dünya tarixinin müəyyən dövründə indiki Ermənistan ərazisində əhalisinin böyük əksəriyyəti müsəlman olan İrəvan xanlığı adlı dövlət mövcud olmuşdur. Hal-hazırda isə Ermənistanda yalnız az sayda kürd və farslar islam dinində etiqad edir. 2 min nəfərdən ibarət olan kürd-müsəlman icması əsasən Ellər rayonu ərazisində cəmləşmişdir. Rusiya imperiyasının bölgəni ələ keçirməsindən sonra bura çoxlu sayda erməni köçürməsinə baxmayaraq, Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində böyük azərbaycanlı-müsəlman icması yaşayırdı. Bununla belə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi müəyyən dövrlərdə davam etdirilmişdir. Müharibə öncəsi artıq Ermənistanda demək olar ki, azərbaycanlı-müsəlman qalmamışdır. == Ermənistan ərazisində islamın yayılması == İndiki Ermənistan ərazisində islamın meydana gəlməsi VII əsrdəki ərəb fəthləri ilə əlaqədardır. X əsr ərəb müəllifi İbn Havqəl Ermənistan haqda məlumatlar vermişdir Ərəblər bölgədə hakimiyyətlərinini möhkəmlətmək və islamı yaymaq məqsədi ilə bura çoxlu ərəb köçürmüşdür. X əsrdə Mərkəzi Asiyada islamı qəbul etmiş Oğuzlar artıq XI əsrdən bölgədə müşahidə olunmağa başlanmışlar.
Gürcüstanda islam
İslam müasir Gürcüstan ərazisində ərəb istilaları dövründən bəri ikinci ən böyük dindir. 2002-ci ilin son siyahıya alınmasına görə ölkə əhalisinin 9,9% -i (təqribən 0,4 milyon nəfər) islam dininə sitayiş edir. Ölkənin bəzi bölgələrində müsəlmanlar əhalinin nisbi və ya mütləq əksəriyyətini təşkil edirlər. == Milli və məzhəb tərkibi == Respublikanın müsəlman icması çoxmillətlidir. Onların arasında üstülnüyü yerli azərbaycanlılar (onların arasında həm şiələr həm də sünnilər var) Kistlər, ləzgilər və Ahıska türkləri və müəyyən ərazilərdə həm də acarlar, abxazlar və Məhsəti türkləri var, baxmayaraq ki, sonuncu iki qrupa aid müsəlmanların sayı müasir Gürcüstanda minimaldır. Onlardan ən çoxsaylı olanı azərbaycanlı şiələrdir. Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox Acariyalılar ölkədə aparılan aktiv xristianlaşdırma və assimilyasiya siyasəti nəticəsində islam dinini tərk edərək Pravoslav xristianlığını qəbul etdilər. Bəzi tədqiqatçılar həmçinin bunun Gürcüstandakı dini millətçilik təzyiqləri nəticəsində baş verdiyini deyirlər. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Gürcüstanda bir çox yeni məscidlər tikildi. Tbilisidə Sovet dövründən bəri mövcud olan vahid məscid var — şiələr və sünnilər burada birlikdə namaz qılırlar .
II İshaq
II İshaq paşa - cəmi 1 il paşalıq etmiş, daha sonra vəzifədən kənarlaşdırılmışdır.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
İznav
İznav (fr. Izenave) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01191. 2010-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi.
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Insta
Instagram (azərb. İnstaqram) — şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə. Kevin Sistrom və Mayk Kriger tərəfindən qurulan Amerikan foto və video paylaşma sosial şəbəkə xidməti. 2012-ci ilin aprel ayında Facebook Inc xidməti təqribən 1 milyard ABŞ dollarına nağd pul və səhm şəklində əldə etdi. Tətbiq istifadəçilərə filtrlərlə redaktə edilə bilən və hashtaglar və coğrafi etiketləmə ilə təşkil edilə bilən media yükləməyə imkan verir. Yazılar açıq şəkildə və ya əvvəlcədən təsdiqlənmiş izləyicilərlə paylaşıla bilər. İstifadəçilər digər istifadəçilərin məzmununu teqlər və yerlər üzrə nəzərdən keçirə və trend olan məzmuna baxa bilərlər. İstifadəçilər fotoşəkilləri bəyənə və məzmunlarını şəxsi lentə əlavə etmək üçün digər istifadəçiləri izləyə bilərlər. Instagram əvvəlcə məzmunun yalnız o zamankı iPhone ekran eninə uyğun olması üçün 640 piksel ilə kvadrat (1:1) aspekt nisbətində çərçivəyə salınmasına icazə verməsi ilə fərqlənirdi. 2015-ci ildə bu məhdudiyyətlər 1080 pikselə qədər artırılaraq yüngülləşdirilib.
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteist dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan islam tərəfdarlarına müsəlmən deyilir. "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
İşğal
İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi. İşğal adətən Anneksiyadan fəqləndirilir. Məskunlaşmış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi işğal, məskunlaşmamış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi isə anneksiya adlanır. Müvvəqəti missiya ya qeyri müəyyən status Təcavüzə məruz qalan ölkənin vacibliyi Müharibə vəziyyətinin mövcudluğu Ərazinin idarə üsulunun işğalçı tərəfindən öz üzərinə götürülməsi Beynəlxalq qurumlar tərəfindən işğalın tanınması Müharibə şəraitində işğal; IV Haaqa (1907) konfransı, eləcə də Cenevrə konvensiyasına (1949) və ona 1977-ci ildə edilmiş əlavəyə əsasən işğalın rejimi və hüququ bazası xüsusi beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüquq normalarına əsasən hərbi işğal müvəqqəti olaraq bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının mənimsənilməsi deməkdir. İşğalçı tərəf insan haqqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir. İşğalçı ordu dövlətə məxsus pul xəzinəsini, dövlət aktivlərini mənimsəyə bilər, lakin şəxsi və xüsusi, dini icma, mədəni-maarif, elmi və humanitar müəssələrin mülklərinin toxunulmazlığını təmin etməlidir. Buna misal olaraq SSRİ və Avropanın faşist Almaniyası tərəfindən işğalını (1939–1945), Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ərafındakı rayonların işğalını (baxmayaraq ki Cenevrə konvensiyasının hüquqi tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur. Əhali kütləvi qırğınlara və deportasiyaya məruz qalmışdır.
Əsnaf
Əsnaf (ərəbcə — sinif) — orta əsrlərdə termin adətən tacir və sənətkar təbəqəsinə aid edilirdi. Bizim dövrdə termin bir çox hallarda xırda burjuaziya mənasında işlənir.
Əşnas
Əbu Cəfər Əşnas (?-17.10.844)—Abbasilər ordusunun sərkərdəsi. Əşnas bir türk qulamıdır. O, Abbasilərin topladığı türk qulam qvardiyasında xidmət etmişdi. Tez bir zamanda sərkərdə mərtəbəsinə ucalmışdı. Babəkin üsyanı Xəlifə Mötəsim Orta Asiyada, Altay və Tyan-Şan dağlarının ətəklərində yaşayan türklərə istinad etməyə, onlardan ordusunun özəyini yenidən qurmağa məcbur etdi. O, hər ehtimala görə türklərə qarşı qoymaq üçün orduda bərbərlərdən (məğriblilərdən) ibarət alaylar da düzəltdi. Bunun özü isə, Mötəsimin türklərə inanmaması demək idi. Lakin, əsasən türklər fiziki cəhətdən xüsusi olaraq qüvvətli və cəld döyüşçülər yetişdirdiyindən, Mötəsim onarı kütləvi surətdə orduya topladı. İtax, Əşnas Türki, Böyük Buğa, Cəfər əl-Xəyyat, Vasif və s. türk sərkərdələrini Mötəsim şücaətlərinə görə seçib götürmüşdü.
İnşaat
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Estoniyada islam
Estoniyada islam (est. Islam Eestis) — islam dini Estoniya Respublikasının ərazisində. == Müsəlmanların sayı == Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. == Tallin məscidi == Tallin məscidi paytaxt Tallində, Keevise küçəsi 9 ünvanında yerləşir.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
I İshaq
I İshaq II Yusifin oğlu idi. Daima öz əmisi oğlu II Aslan rəqabət edən İshaq 3 dəfə paşa olmuşdu. Osmanlı ordusu ilə dəfələrlə Kartli və Kaxetiyaya yürüşlər təşkil etmişdi. == Ailəsi == İshaq paşanın Əhməd paşa, Yusif paşa, Məzid paşa adlı oğlanları vardı.
Jinnat Ali
Jinnat Ali (1996 – 28 aprel 2020, Çittaqonq) — Banqladeşdəki ən yüksək insan idi. Əli, 1996-cı ildə Banqladeşdə, Coxun Bazar, Ramu Upazila şəhərində anadan olub. Banqladeşdə ən uzun boy olaraq qeyd edilən Əlinin cəsədi on bir yaşında ikən qəfildən qeyri-adi dərəcədə böyüməyə başladı. İnkişafının 23 yaşı olmasına baxmayaraq böyüməyə davam etdi. Boyun həddindən artıq uzanmasının hipofiz bezindəki şiş səbəb olduğu akromegalik gigantizm pozğunluğu səbəb olduğu müəyyən edilmişdir. Nəhayət, uzunluğu 2,49 sm-ə qədər uzadıldı. Ən uzun yaşayan Banqladeş kimi tanınan Jinnat Ali, 28 aprel 2020-ci ildə, 24 yaşında, beyin xərçəngi xəstəliyinə tutulduğu Banqladeşin Chittagong Tibb Kolleci Xəstəxanasında öldü.
Kamil insan
Kamil İnsan — (ərəb. الإنسان الكامل‎) İslam teologiyası, irfanı, sufiliyi və mistikasında geniş yayılmış anlayış. == Terminin məzmunu == İslam baxımından kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İslama görə kainatda ən kamil insan əfəndimiz Hz Məhəmməd (s) ibn Abdullahdır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və dini təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me᾽yarları əsasında formalaşdıra bilərik.