MATERİYA

[alm. Materie; fr. Matière; ing. Matter; lat. Materia, materies; yun. Hyle; osm. tr. madde; ər. آِدّح ] – Dekarta görə maddə məkan tutan hər şeydir. Materiya ruhun əksidir. Maddi olanlar ruhi və mənəvi olanlarla eyni mahiyyətdən deyil. İnsan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurda iniaks etdirilən obyektiv reallıq. Maddə və formanın, reallığın iki ideyası olduğunu irəli sürən təlimə isə Hilemorfizm [alm. Hylemorphismus; fr. Hylèmorphisme; ing. Hylemorphism; yun. Hyle – maddə, morphè - forma] deyilir.
MATERİALİZM
MATRİARXAT
OBASTAN VİKİ
Materiya
Materiya bu mənaları ifadə edə bilər:
Materiya (dəqiqləşdirmə)
Materiya bu mənaları ifadə edə bilər:
Materiya (fizika)
== Cismin çəkisi == Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi — cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir. === Çəkisizlik === Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir.
Materiya (fəlsəfə)
Materiya — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıqdır. Bu istiqamətdə XVII əsr fransız filosofu Pol Anri Holbax ilk uğurlu cəhd etmişdir. O göstərmişdir ki, materiya insan şüurundan kənarda, şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır. XX əsrin əvvəllərində Vladimir İliç Lenin bu tərifə materiyanın hiss üzvləri vasitəsi ilə bizə "bəlli olması" və "dərkedilən olması" keyfiyyətini əlavə etmişdir. Materiya real mövcud obyektlərin və dünya sistemlərinin sonsuz çoxluğunu əhatə edir, hər cür xassələrin və hərəkət formalarının substansial əsasıdır. Materiya yaradılmır və məhv edilmir, zamanca əbədi, özünün struktur təzahürləri etibarilə məkanca sonsuzdur, hərəkətlə qırılmaz bağlıdır. Şüur materiyaya xas inikasın ən yüksək forması kimi çıxış edir. Materiyanın substansiallığı, ümumiliyi və mütləqliyi dünyanın maddi vəhdətini səciyyələndirir. Dünyada elə bir şey yoxdur ki, o, materiyanın müəyyən növü və vəziyyəti, xassəsi və ya hərəkətinin forması, tarixi inkişafının məhsulu olmasın. Dünyanın maddi vəhdətinin etiraf edilməsi bütün ideal konsepsiyaların əksinə fəlsəfi materializmin əsas başlanğıc prinsipidir.
Qaranlıq materiya
Materiyal
Material — hər hansı bir əşyanın hazırlanmasında tətbiq olunan və ya hər hansı bir prosesə təsir edə biləcək maddə və ya maddələr birləşməsidir. Sonuncu halda material köməkçi və ya israf olunan materiallara bölünürlər. Qida, yanacaq və dərmanlar material sayılmırlar, çünki istismar prosesində onlar kimyəvi reaksiyaya girirlər və qismən və ya tamamilə yox olurlar. Qazları da çox vaxt materiallardan çıxarırlar. == Materialın sürüncəkliyi == Materialın sürüncəkliyi — bərk cismin sabit yük və ya sabit mexaniki gərginlik altında zamandan asılı baş verən deformasiyasıdır. Bütün bərk cisimlər bu və ya digər şəkildə sürüncəklik xassəsinə malikdir. Metalların və digər materialların sürüncəkliyinin sistematik tədqiqi XX əsrin əvvəllərinə, əsasən də 40-cı illərinə təsadüf edir. Bu vaxtlar texnikanın inkişafı ilə əlaqədar buxar və qaz turbinləri pərlərinin, reaktiv mühərrik və raketlərin, müxtəlif konstruksiyaların disk elementlərinin sürüncəklik məsələlərinin həlli çox vacib idi. Detalların uzun müddət yüksək temperatur şəraitində yükə davamlı olmaları üçün yeni materiallar tələb olunurdu. Hesab edilirdi ki, sürüncəklik yalnız yüksək temperaturda baş verə bilər.
Materiyalizm
Materializm (lat. materialis — maddi) — materiyanı (obyektiv reallığı) mövcudluğun əsası, başlanğıcı, ideal təsəvvürü (anlayış, iradə, ruh, hisslər) isə törəmə olduğunu iddia edən fəlsəfi baxış. Materializm ancaq materiyanı qəbul edir, şüur və şüurla bağlı olan hər şeyi isə materiya subyektlərinin münasibətləri prosesi kimi baxır. Fəlsəfədə materiyanın daimi opponenti kimi idealizm tərəfdarları çıxış edirlər. "Materializm" terminini elmə alman filosofu Qotfrid Leybnits daxil etmişdir. == İcmal == Materializm monist ontologiyası sinfinə aiddir və bu baxımdan dualizm və ya plüralizmə əsaslanan ontoloji nəzəriyyələrdən fərqlənir. Fenomenal reallığın individual izahına görə, materializm idealizm, neytral monizm və spiritualizmə ziddiyyət təşkil edir. Materializm həmçinin fenomenalizm, vitalizm və ikili-təzahür monizm fəlsəfi düşüncələri ilə ziddiyyətdə ola bilər. Çoxsaylı fəlsəfi cərəyanlar və onların nüanslarının mövcud olmasına baxmayaraq, bütün fəlsəfələr bir-birinə əks olan iki əsas kateqoriyadan birinə aid edilə bilər: idealizm və materializm. Bu iki kateqoriyanın əsası reallığın təbiəti ilə əlaqədardır: onlar arasındakı başlıca fərq iki fundamental suala verdikləri cavablardadır - reallıq nədən ibarətdir və o necə ortaya çıxıb.

Digər lüğətlərdə