Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrinli cərrahiyyə
İrinli cərrahiyyə (ing. purulent surgery) — irinli cərrahi infeksiya ilə xəstəliklərin müalicəsi və profilaktikasını öyrənən cərrahiyyə sahəsi. Ocaqların yerləşdiyi yerə görə irinli infeksiyalar yerli və ümumi bölünür. Bədəndə və ya insan bədənində yerləşdiyi yerdən asılı olaraq, irinli infeksiya müəyyən simptomlar və təzahürlərə malik ola bilər. Горюнов С.В., Ромашов Д.В., Бутивщенко И.А. ГНОЙНАЯ ХИРУРГИЯ. АТЛАС /Под редакцией И. С. Абрамова/ М.: БИНОМ. Лаборатория знаний, 2004.
Aminli
Aminli (Nir)
Eminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Çivinli
Çivinli (1991-ci ildən Yeğnacur) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Aleksandropol (Gümrü) qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. 1915–1916-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi Türkiyə ərazisinə sığınmağa məcbur olmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişdir. 1988-ci ildə azərbaycanlı əhali yenidən deportasiya olunmuşdur. Rayon mərkəzindən 27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması "cen"dir) türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə "iv" səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür.
İmirli
İmirli — soyad, təxəllüs. Yaşayış məntəqələri İmirli — Bərdə rayonundakı Əmirli kəndinin digər adı. İmirli (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
İmişli
İmişli – Azərbaycan Respublikasının İmişli rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır. 2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.
Əminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1019 nəfərdir. Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Cinli
Cinli (Ağdam)
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. İnilli (oyk.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12–13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019–2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985–1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014–2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.
Elnur Əzizli
Kuybışev (İmişli)
Ölcələr (əvvəlki adı: Kuybışev) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun Kuybışev kəndi Ölcələr kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 546 nəfərdir ki, onun da 281 nəfəri kişi, 265 nəfəri isə qadındır.
Muradxanlı (İmişli)
Muradxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 4433 nəfərdir ki, onun da 2301 nəfəri kişi, 2132 nəfəri isə qadındır. 1954 - cü ilə qədər köçəri həyat tərzi keçirmiş Muradxanlı, Əlipənahlı, Buludlu və Tanırqullar adlanan tərəkəmə kəndləri birləşdirilərək indiki yerdə daimi məskunlaşmışlar. Kənddə iki tam orta məktəb, mənəniyyət evi və bir 25 çarpayılıq xəstəxana mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq əkinçilik və ovçuluqdur. Muradxanlı kəndi ərazisində Muradxanlı neft yatağı fəaliyyət göstərməkdədir. Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb.
Mürsəlli (İmişli)
Mürsəlli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məhəmmədli (İmişli)
Məhəmmədli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədli (İmişli)
Məmmədli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məzrəli (İmişli)
Məzrəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Məzrəli kəndi İmişli rayonu inzibati yaşayış məntəqələrtindən biridir. Araz çayının sağ sahilində , Mil - Muğan su kanalı boyu, Bakı- Horadiz şose yolunun kənarında yerləşir. Kəndin tarixi XVIII əsrə aiddir. Məzrəli kəndinin əhalisi Cənubi Azərbaycanın Şahsevən tayfaları və Qarabağın Cavanşir, Kəbirli, Bəcrəvan, Otuziki tayfaları ilə əlaqədardır. Nadir şah Əfşar hakmiyyətə gəldikdən sonra onun hakimiyyətini qəbul etməyən bu tayfalar Xorsana və Əfqanıstana sürgün olundu, lakin bəzi nəsillər Araz boyu meşələrə çəkilərək gizli olaraq məskunlaşdılar. Tədricən bu ərazilərdə adının mənşəyi "Məzrə və ya Mezra " kimi formalaşan və mənası "əkin yeri, düzən yer , mənasını verən Məzrəli adı bu cür formalaşdı. Əhalinin burada kütləvi məskunlaşması SSRİ dövründə baş verdi. Kolxoz quruculuğu və sosializm quruculuğu burada geniş miqyasda aparıldı. "Kalinin" kolxozu kimi tanınan Məzrəli kəndi hal hazırda İmişli rayonunun böyük yaşayış məntəqələrindən biridir.[mənbə göstərin] I Qarabağ müharibəsi zamanı 18 nəfər Məzrəli kənd sakini Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oldu: Əliyev Rafael Balamirzə oğlu Qəmbərov Rəmzi Müvəkkil oğlu Süleymanov Azər Fazil oğlu Fətəliyev Sabir Kamil oğlu Nərimanov Mürşüd Nadir oğlu Nağıyev Nəriman Rüstəm oğlu Sadıqov Yaşar Dövlət oğlu Nəsirov Vasif Famil oğlu Sadıqov Valid İsfəndiyar oğlu Xəlilov Yusif Adna oğlu Bağırov Ramil Ənvər oğlu Qasımov Rasif Musavat oğlu Əsgərov Həbib İzzət oğlu Şirinov Qamət Teyyub oğlu Səfərov Nicat [1995-cildə Bakı metrosunda terror aktı nəticəsində həlak olub] Bağırov Ramil Ənvər Mehdiyev Əhliman Rəhman Quliyev Elçin Etibar Kənd əhalisinin sayı 6257 nəfərdir.
Nurlan Şirinli
Oruclu (İmişli)
Oruclu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Oruclu kəndi Ağaməmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oruclu kənd Soveti yaradılmışdır.
Qaralar (İmişli)
Qaralar — Azərbaycan Respublikasının İmişli rayonunun eyni adlı kənd inzibati ərazi dairəsində kənd.
Qaraqaşlı (İmişli)
Qaraqaşlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 3643 nəfərdir ki, onun da 1781 nəfəri kişi, 1862 nəfəri isə qadındır.
Qaravəlili (İmişli)
Qaravəlili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Qaravəlili kəndi Bəcirəvan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlili kənd Soveti yaradılmışdır. Kənd əhalisinin sayı 1020 nəfərdir ki, onun da 502 nəfəri kişi, 518 nəfəri isə qadındır. Bəhram Saffan oğlu Zahidov — AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktorunun elmi işlər üzrə müavini, Hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Şamaxı, Sabirabad və Xəzər (Əzizbəyov) rayonlarının sabiq prokuroru. Zahidov Nazim Asəf oğlu (Nazim Zahid) — rus dili müəllimi, şair, Azərbaycan Yazıçılar birliyinin üzvü. Kənddə "Şıxlar" məscidi dini icması fəaliyyət göstərir.
Qulam Əzimli
Qulam Əzimli — Azərbaycanda elmi psixologiyanın inkişafında böyük xidmətləri olan elm xadimi Professor Q.E.Əzimli 1931-ci ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. O, 1954-cü ildə indiki BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1954-cü ildən 1955-ci ilə kimi, İmişli rayonun 1 saylı orta məktəbində müəllim, 1955-ci ildən 1962-ci ilin avqust ayına kimi İmişli rayonunda komsomol, partiya və hökumət orqanlarında rəhbər vəzifələrdə işləmişdir. Q.E.Əzimli 1970-ci ildə psixologiya ixtisası üzrə nəmizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. 1990-cı ildə professor elmi adına layiq görülmüşdür. 1987-ci ildən 1992-ci ilə kimi ADPU-nun yaş və pedaqoji psixologiya kafedrasının müdiri, 1991-ci ildən 1997-ci ilə kimi pedaqoi fakültənin (qiyabi şöbə üzrə) dekanı vəzifəsində işləmişdir. O, 75-dən çox dərs vəsaiti, proqram, jurnal məqalələri və tezislərin müəllifi, 12-dən artıq monoqrafiya, kitab, kitabça və proqramların elmi redaktoru olmuşdur. Onun elmi yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli psixoloqların diqqətini cəlb etmişdir. Q.E.Əzimli keçmiş SSRİ məkanında (Moskva, Tbilisi, Yerevan və s.) keçirilən qurultay, konfrans və simpoziumlardakı məruzələri ilə respublikamızı layiqincə təmsil etmişdir. 20 ildən artıq bir vaxtda folklor materiallarında və klassik irsimizdə milli etnik hissləri tədqiq etmiş, nəzəri və praktik əhəmiyyətli nəticələr əldə etmişdir.
Xızırlı
Xızırlı — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,746 nəfər və 848 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
İlanlı
İlanlı (Qobustan) — Qobustan rayonunda kənd. İlanlı (Poldəşt) — İlanlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. İlanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. İlanlı — İrəvan quberniyasının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun Daşkənd kəndində dağ. İlanlı — Füzüli rayonu ərazisində dağ.
İmanlı
İmanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 213 nəfərdir. Keçmişdə Cənub zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayı İman xan adlı şəxs olmuşdur. XIX əsrdə həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış kənd də bu ailələrin mənsub olduğu qolun adı ilə imanlı (Kərbəlayı İmanın adından) adlandırılmışdır.
İşıqlı
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
İranlı
İranlılar, İran vətəndaşı ya da İran millətindən olan. İranlı, ölkədəki bütün etnik ünsürləri bir arada toplayan bir termindir. Farsca danışanlara Farsi ya da Pers deyildiyi halda tarixi mənada Ərəb-Fars millətlərini ayırmaq üçün Əcəm adından istifadə edilmişdir. İranlı olaraq tanınan xalqlar adətən İran dillərində danışırlar. == Yaşadıqları ərazilər == Cənub-şərqdə Bəlucistan olaraq tanınan Əfqanıstan sərhəddindən başlayan, xalqlara məxsus coğrafi yaşayış sahəsi, Şimal-qərbdə Qafqaza qədər uzanan ərazidə yayılmışdır. == Kimlikləri == Farslar, Kürdlər, Zazalar, Taciklər, Mazandaranlılar, Giləklər, Lurlar, Bəluclar, Tatlar, Talışlar ve Osetinlər İran xalqlarındandır. Bundan başqa İranda çoxlu türk xalqları yaşayır: Azərbaycanlılar, Türkmənlər, Qaşqaylar, Xələclər kimi sayları müxtəlif olan türk xalqları, çox qədim dövrlərdən bu ərazidə yaşamaqdadırlar.
Kiçik İşıqlı
Kiçik İşıqlı — Laçın rayonu ərazisində dağ. Dağ Qarabağ yaylasındadır. Ermənistanla sərhədin yaxınlığında, Böyük İşıqlı dağından şimaldadır. Hündürlüyü 3455 m. Böyük İşıqlı dağından (3552 m.) nisbətən alcaq olduğu üçün belə adlandırılmışdır.
Məhəmməd İmanlı
İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor. Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur. 100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.