Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jacmaia
Jacmaia (lat. Jacmaia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Jacmaia incana (Sw.) B.Nord.
Tanais
Tanais (q.yun. Τάναϊς) — Don çayının mənsəbində antik şəhər (e.ə. III əsr — V əsr). Eramızın I əsrində Bosfor dövlətinin tərkibinə daxil idi. Şəhər Rostov-na-Donu şəhərindən 30 km qərbdə, Nedviqovka xutoru yaxınlığında yerləşir. Tanais qoruğu Rusiyanın ən böyük arxeoloji muzey-qoruqlarından biridir. Qoruq ərazisi təxminən 3 min hektardır. Qoruq ansamblına müxtəlif tarixi abidələr, fərqli zamanların mədəniyyət nümunələri, eləcə də paleolitdən tutmuş XIX əsrə kimi müxtəlif xalqların yaşayış məntəqələri daxildir. Tanais qədim yunan sivilizasiyasının ən ucqar şimal məntəqəsi hesab edilir. == Ümumi məlumat == Tanaisin əsası e.ə.
Şamats
Şamats (bosn. Bosanski Šamac, serb. Шамац / Šamac, xorv. Bosanski Šamac) — Bosniya və Herseqovinanın şimal-şərq hissəsində yerləşən şəhər. Eyniadlı icmanın inzibati mərkəzi. Serb Respublikasının Doboy regionuna daxildir. Şəhər Sava çayı üzərində, Bosna çayının töküldüyü yerdə, Xorvatiya ilə sərhəddə yerləşir. == Adı == Bosniya müharibəsindən əvvəl şəhərin adı Bosanski-Şamats idi. Sonradan Serb Respublikasının hökuməti Şamats adını təsdiqlədi.
Anais
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi." Strabon, XI, XIX Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi. Plutarxın sözlərinə görə, Erezdəki Anahit məbədi qədimliyinə və zənginliyinə görə digərlərindən fərqlənirdi.
Ramas
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Armais Aslanov
Armais Əmiroviç Aslanov (erm. Արմաիս Ամիրովիչ Ասլանով; 3 may 1923, Bakı – 12 iyul 1992) — erməni əsilli Azərbaycan-sovet dövlət xadimi. == Həyatı == 1923-cü ildə fəhlə ailəsində anadan olmuşdur, ermənidir, 1945-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Sov.İKP MK yanında Ali Partiya Məktəbi bitirmişdir. 1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır, 1946-cı ildən rayon komsomol komitəsinin şöbə müdiri, birinci katibi, Azərbaycan KP Orconikidze RK-nın şöbə müdiri, katibi, ikinci katibi olmuşdur. 1959-cu ildən Azərbaycan KP MK partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Bakı Məhəlli Sovxoz İstehsalat İdarəsinin partiya təşkilatçısı, Azərbaycan KP MK-nın ispektoru vəzifələrində işləmiş. 1967-ci ildən Bakı Ali Partiya Məktəbində rəhbər partiya və sovet kadrların hazırlığını artırma kurslarının müdiri olmuşdur. 1974-cü ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədridir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavinidir. Azərbaycan KP MK üzvüdür. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Mardakert seçki dairəsi).
Eugenia jambos
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
II Kambis
II Kambiz (qədim farsca. Камбӯджия; e.ə. 559 – e.ə. 522, Ekbatan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu. == Misirin fəthi == II Kir massagetlərlə döyüşdə həlak olduqdan (e.ə. 530) onun oğlu II Kambiz Əhəməni taxt-tacına sahib oldu.
Jacmaia incana
Jacmaia (lat. Jacmaia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Jacmaia incana (Sw.) B.Nord.
Jambosa jambos
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Phoenicoparrus jamesi
Ceyms qızılqazı (lat. Phoenicoparrus jamesi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Syzygium jambos
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Tanais kinoteatrı
Tanais kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Novoçerkassk şəhəri, Platovski prospektində yerləşir. Bina 1903-cü ildə təsis edilmşdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == 1903-cü ildə Novoçerkassk şəhəri, Platovski prospekti, Kondratovların binasında "Pate" adlı kinoteatr fəaliyyətə başlamışdır. Buraya gətirilən texnika Parisdən gətirilmişdi. Texnika fransız "F. və E. Pate" şirkətinə məxsus olduğundan kinoteatrda məds bu cür adlandırılmışdı. Yerli kazax Evdikiya Petrovna Kondratovna binada kinoteatrın quraşdırılmasını təmin etmişdi. Bu şəhərdə kinoteatra uyğun şəkildə inşa edilmiş ilk bina idi.
Mais
Mais — Azərbaycanlı adı. Mais Bərxudarov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Mais Məmmədov — televiziyaçı, jurnalist.
Cennifer Tamas
Cennifer Tamas — keçmiş ABŞ voleybolçusu 1982-ci ildə Kaliforniya ştatında anadan olan voleybolçu 2001-ci ildən milli komandaya çağırılır. 191 sm boyu olan Cennifer Pekin-2008-in gümüş, dünya kubokunun və Panamerika Oyunlarının bürünc medalına sahib olub. Onun ən böyük uğuru bu il keçirilən Dünya Qran-prisinin finalına təsadüf edib və Tamas yığma ilə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amerikalı voleybolçu 2009/2010 mövsümünü Puerto-Riko çempionatında keçirib. O, "Llanares of Toa Baja" klubunun şərəfini qoruyub və komandası ölkə çempionatını 2-ci yerdə başa vurub. 2010-cu ildə Azərreyl Bakı komandasına transfer olub. Son komandası isə daha sonradan bu klubun əsas komandası çevrilən Azəryol olmuşdur. 2013-cü ildə bu klubda karyerasını başa vurmuşdur.
Daewoo Damas
Daewoo Damas — Cənubi Koreyanın kompaniyası olan Daewoonun mikroveni. 1991-ci ildən istehsal olunur və Suzuki Carry avtomobilinə əsaslanmışdır. Hal-hazırda ikinci nəsil Daewoo Damas istehsal olunur. Bəzi yerlərdə Daewoo Damas Daewoo Attivo adı ilə tanınır. Daewoonun GM tərəfindən əldə olunmasından sonra avtomobili Chevrolet CMV adı ilə də satmağa başladılar. Damas avtomobili mexaniki sürət qutusuna, 38 at güclü 0,8 l həcmli mühərrikə malikdir. Həmçinin avtomobil kondisioner ilə də təchiz olunmuşdur. Şəhər rejimində yanacağın sərfiyyatı 100 km-ə 4,1 litr kimidir. Salondakı oturacaqlar 2+3+3 sxemi üzrə üç sırada yerləşdirilmişdir. Yükqaldırma - 560 kiloqramdır.Həmçinin mini-yük maşını Labo da istehsal olunur.
Henry James
Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi. Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir. Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur. Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində Amerika və Avropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir.
Jamal Lasri
Camal Lasri — King Abdulaziz University (Ciddə, Səudiyyə Ərəbistanı) elmi işçisi, kimya elmləri doktoru.
James Adomian
James Haig Adomian (ing. James Adomian; 31 yanvar 1980, Omaha, Nebraska) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
James Ingram
Ceyms İnqrem (ing. James Ingram; 16 fevral 1952, Akron[d], Ohayo – 29 yanvar 2019, Los-Anceles, Kaliforniya) - ABŞ soul musiqiçisi. O daha çox vokalçı kimi tanınsa da, bir çox musiqi alətlərində də ifa edir və musiqi prodüsseri kimi də fəaliyyət göstərir.
James Rollins
Ceyms Rollins (tam adı: James Paul Czajkowski; 20 avqust 1961[…], Çikaqo) — amerikalı yazıçı. Daha çox James Rollins təxəllüsü ilə tanınan amerikalı baytar həkim və baytarlıq təcrübəsindən imtina edərək yazıçılıq fəaliyyətinə başlamışdır. Döyüş, macəra, triller, və texno-triller romanlarının yazıçısıdır. == Əsərləri == Qazıntı (2000) Peruda , And dağlarının aşağı hissəsində , doktor mumiyanı kəşf edir. Cənubi Amerika cəngəlliklərinin dərinliklərində olarkən Conklinin qardaşı oğlu Sem, min illər boyu insan gözündən gizlədilmiş iki zirvə arasında yerləşən əlamətdar bir yerə rast gəlir. Diqqətsiz və şübhəsiz insanları tələyə salmaq üçün dahiyanə tələlər qurulmuşdur və qorxunc naməlumla qarşılaşmaq cəsarəti olanlar üçün təsəvvür edilə bilməyəcək sərvət mükafatı ola bilər. Ancaq bu təhlükəli səyahətin bitdiyi yerdə — nəfəs kəsən nekropolun soyuq, örtülmüş ürəyində — Sam Conklin və onun kəşfiyyat partiyasını başqa bir şey gözləyir. İnsan tərəfindən yaradılan, lakin insan tərəfindən mümkün olmayan bir şey. Möcüzəli bir şey… dəhşətli bir şey… yalnız el Sangre del Diablo kimi tanınan sirli metal(və ya Şeytanın Qanı), yalnız İnkaların ən qədimlərinə məlumdur və sirlərini qorumaq üçün artıq öldürmüş və ölmüş Dominikan keşişlərinin gizli bir sektasıdır.Amazoniya (2002) Dörd il əvvəl Amazon hövzəsinin səhrasında ABŞ-nin tibbi-elmi ekspedisiyası ilə bütün əlaqəbirdən dayandı; 30 nəfərlik komanda itirilmiş və ehtimal ki, ölü elan edildi. İndi onun üzvlərindən biri xristian missiyasına səndələyir, lakin bir neçə saat ərzində ölür.
Janis Joplin
Cenis Coplin (ing. Janis Lyn Joplin; 19 yanvar 1943[…], Port-Artur[d] – 4 oktyabr 1970[…], Hollivud, Kaliforniya) — amerikalı musiqiçi. === Həyatı === == İlk illər: 1943–1961 == 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi. == Kaliforniya Həyatı == 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu.
Karlos Lamas
Karlos Saavedra Lamas — Argentinanın sabiq xarici işlər naziri; Nobel Sülh Mükafatı laureatı (1936) 1936-cı ildə Boliviya ilə Paraqvay arasındakı müharibəni bitirmək üçün mübarizə apardığına görə ona Nobel Sülh Mükafatı verilmişdir. Lamas vəfat edəndən sonra mükafat bir neçə nəfərin əlinə keçir. 1990-cı illərin əvvəllərində isə onu bir amerikalı kolleksiyaçı Cənubi Amerika ölkələrinin birindəki zərgərlik dükanından almışdı. 2014-cü ilin martında isə ABŞ-nin Merilend ştatındakı "Stack's Bowers" auksion evi həmin mükafatını rekord qiymətə - 1,1 milyon dollara satmışdır.
Namis Şirməmmədov
Namis Şirməmmədov (tam adı: Namis Xanmirzə oğlu Şirməmmədov; d. 3 aprel 1962, Ağsu) — Azərbaycanın teatr və kino aktyoru,teatr rejissoru, Sumqayıt Dövlət Dram Teatrının aktyoru. == Həyatı == Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub.1979-1983 -cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyorluğu” fakültəsində təhsil alib.1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008- ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. 2008-ci ildə Prezidentin sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına və 2013-cü ildə “ Tərəqqi” medalına layiq görülüb. Respublikada ilk dəfə olaraq Namis Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırmışdır.
Ramis Alimov
Ramis Alimov (tam adı: Ramis Xarisoviç Alimov; 21 iyul 1958, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1958-ci il iyulun 21-də Bakıda anadan olmuşdur. Milliyyətcə tatardır. 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1973-cü ildən Bakı Boru Kəməri İdarəsində maşın təmiri çilingəri işləmişdir. Ailəli olmuş, Liliya adlı bir qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Həmin gecə evdə qızı ilə yatarkən küçədən səs-küy və kömək çağırışları eşitmiş, buna görə də yaralıları xilas etmək üçün evdən çıxmışdır. Yanvarın 20-si qardaşı Şamil Ramisin meyidini Semaşko xəstəxanasından tapmışdır.Döş qəfəsinin sol tərəfinə dəymiş güllə yarasından həlak olmuşdur. Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, 4-cü mikrorayon, Suvorov küçəsi, ev 216, mənzil 90.
LaManş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
Mamadış
Mamadış (tatar. Мамадыш; rus. Мамадыш) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Camış
Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Qamış
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
Aron Tamaşi
Aron Tamaşi (tam adı: Aron Tamaşi, mac. Áron Tamási; 20 sentyabr 1897, Lupeni[d], Hargita judeçi[d] – 26 may 1966[…], Budapeşt) — Macarıstan yazıçısı. Vətəni Transilvaniyada və Macarıstanda əsl Sekel tərzində yazdığı hekayələrinə görə məşhurdur. == Həyatı == Udvarhey medyesində (indiki Lupeni, Hargita medyesi) Farkaşlakada sekel ailəsində anadan olmuş Tamaşi Babeş-Boyyai Universitetində hüquq və kommersiya ixtisası üzrə təhsil almışdır. 1923-cü ildə ABŞ-yə köçdükdən az müddət sonra Transilvaniya Rumıniyanın tərkib hissəsinə çevrilmişdir. Macar dilində ilk romanlarını da həmin dövrdə yazmışdır. Tezliklə bu əsərlər Kluj-Napokada dərc olunmuş və böyük rəğbət qazanmışdır. Tamaşi 1926-cı ildə evinə qayıtmış və 1944-cü ilədək Transilvaniyada yaşamışdır. Tamaşinin həmin dövrə aid ən məşhur əsərlərindən biri Harqita dağlarında tək yaşayan sekel oğlan, gənc meşəbəyi Abelin macəraları barədə roman trilogiyasıdır. Tamaşi 1944-cü ildə Budapeştə köçmüş və 1966-cı ildə ölənədək orada məskunlaşmışdır.
Jambıl Kukeyev
Jambıl Kukeyev (qaz. Жамбыл Көкеев; rus. Жамбыл Кукеев; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu. == Karyerası == === Klub karyerası === Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil.
Jambıl Kukuyev
Jambıl Kukeyev (qaz. Жамбыл Көкеев; rus. Жамбыл Кукеев; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu. == Karyerası == === Klub karyerası === Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil.
Mamadış rayonu
Mamadış rayonu (tatar. Mamadış rayonı, Мамадыш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində, Kama və Vyatka çaylarının sahilləri boyunca uzanır. Şimaldan Tatarıstanın Kukmara, şimal-qərbdən Teləçe, qərbdən Balık-Bişməse, cənub-qərbdən Çistopol, cənub və cənub-şərqdən Aşağı Kama, şərqdən Alabuqa rayonları ilə, şimal-şərqdən Udmurtiyanın Kizner rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Mamadış şəhəridir. == Coğrafiyası == Sahəsinə görə Tatarıstan respublikasının ən böyük rayonudur. Sahəsi 2600,7 km²-dir. Hündürlüyü 180–200 m arasında dəyişir. == Tarixi == Rayonun ərazisi 1920-ci ilə qədər Mamadış qəzasına, 1920-1930-cu illərdə Mamadış kantonuna daxil idi. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
Amiş
Qəribə geyimləri ilə bərabər modernizmi və texnologiyanı rədd edən Amişlər əcnəbilər üçün maraq obyekti olmaqla yanaşı istər Amerikada, istərsə də dünyada bir çox insan onların varlığından xəbərsizdir. Amişlərin əcdadları 1500-cü illərdə ən başda İsveçrə olmaqla, bir çox Avropa ölkələrində yaşamışdır. Amişlər adlarını "Jacob Amman"-dan (topluluğun banisi) almışdır. Amişlərin dini Xristian dini olmaqla bərabər Protestanlıq məzhəbinə daha yaxındır və Anavaptist (revaptister-təkrar xaç suyuna salınma) qoluna mənsubdurlar. Anavaptistlər dövlət və kilsə bağlantısını rədd edərək ayrıca bir qol müəyyənləşmişdirlər. İlk Amişlər 1700-cü illərdə Pensilvaniya ştatında məskunlaşmışdılar. Daha sonra buradan bütün Amerikada məskən salıblar. Amişlər dini düşüncələrdən irəli gələn "Sadə həyat" anlayışı ilə yaşamlarını davam etdirirlər. Bu gün Amişlərin sayı Amerikada 150.000 və ya 200.000 arasındadır və əksəriyyəti Ohio, Pensilvaniya , İndiana və Lowa ştatlarında yaşayırlar. Amişlər daha çox əkinçiliklə məşğul olur lakin dülgər, faytonçu və açarçılıq kimi peşə nüvləri ilə məşğul olanlarda var. Evlərində isə qaz lampası və XIX əsrdə istifadə edilən ev alətləri istifadə edilir.Həmçinin Amişlər İncil tərs olacağına inandıqları üçün foto çəkdirmirlər.
Amriş Puri
Amriş Puri (22 iyun 1932, Calandhar[d], Britaniya Hindistanı – 12 yanvar 2005, Mumbay) - tanınmış hind aktyorudur. == Seçilmiş filmoqrafiya == 1970: Prem Pucari (film,1970 1984: Üç muşketyor kimi 1986: Okean 1995: Karan və Arcun 1997: Kömür 2005: Mənə ərə gəl (film,2005) == Hәyatı == Amriş Puri firavan ailədə Calandxar şəhəri yaxınlığında kiçik pəncab şəhərcikində dünyaya gәlib. Ailәdә 4 nәfәr olublar. Şımlada humanitar kolleci bitirib. Ximaçal-Pradeş-in hind ştatında, sonra universitetin və 20 ilin siyasi-iqtisadi fakültəsi Əmək Nazirliyində və İndira Qandinin hökumətində Bombeydə işləyib. Hələ məktəb illərində fizikayla maraqlanırdı, kimya, həmçinin fleytada oyunla və həmişə teatr və kinoda oynamağı arzu edirdi.