Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eugenia jutiapensis
Eugenia jutiapensis (lat. Eugenia jutiapensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
JST
Yaponiya standart vaxtı və ya JST (yap. 日本標準時 Nihon Hyōjunji və ya中央標準時 Chūō Hyōjunji) — Yaponiyanın ümümdünya vaxtı 9 saat qabaqlayan standart saat qurşağı. Məsələn, UTC üzrə gecəyarısı (00:00) olarsa, Yapon standart vaxtı ilə saat 09:00 olur.
Jit
JİT (just in time,just-in-time) 1.(“vaxtında” ,“məqamında”) komponentləri anbarda saxlamadan istehsalın təşkili texnologiyası. Başqa sözlə, lazım olan komponentləri dəqiq vaxtda kiçik partiyalarla istehsal yerinə çatdırmaq hesabına aralıq ehtiyatların minimuma endirilməsi. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jur
Jur (pol. żur, żurek; bolq. кісяліца) — sulu yeməkdir. Polyakların və bolqarların milli yeməkləridir. Slavyan xalqlarının mətbəxinə bu yemək Vladimir Monomaxanın dövründə daxil olmuşdur. Əsas tərkibini yulaf unu təşkil edir. == Hazırlanma qaydası == Bu yeməyi hazırlamaq üçün əsas ceja (suda həll olunmuş un) adlı məhlulu hazırlamaq lazımdır. Bunu hazırlamaq yarım və bir neçə sutka vaxt tələb olunur. Cejanı hazırlamaq üçün əsas yulaf unundan istifadə olunmalıdır. Bu unun üzərinə su əlavə edilir (150-250 qr una 1 litr) və isti yerdə saxlanılır.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Qut
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyatverici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə, xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Jüt (lif)
Jüt — eyni cinsdən olan bitkilərdən hazırlanmış təbii tekstil lifi. Bu liflərdən əsasən torbalar, iplər, müdaxilə izolyasiyası istehsal olunur.
Jet Cəmiyyəti
Jet Cəmiyyəti (Türk dilində: Jet Sosyete) Gülsə Birsel tərəfindən qələmə alınmış türk sitkomu. BMM tərəfindən qurulan serialın rejissoru Hakan Algüldür. İlk mövsümdə Star TV-də, ikinci mövsümdə TV8-də yayımlanan serial, üçüncü mövsümdən bəri puhutv-də yayımlanır. Təkrarlamalarsa hər çərşənbə günü Star TV-də yayımlanır. == Mövzu == Özpamuk Tekstilin sahibi Cəngiz Özpamuk, oğlu Ozanı baş ofisdən götürür və şirkətin ən aşağı səviyyəsində işləyən Yaşar Yükseli şirkətin baş meneceri edir. İşdən çıxarılan Ozan Jetset Mansionsdakı baş menecer villasından da çıxır və yan villada yaşayan ailəsinin yanına köçür. Ayazağada bir gecəqonduda yaşayan Yüksel ailəsi, Ozanın çıxdığı villaya məskunlaşır. Yaşar Yüksel moda sənayesində özünü göstərməyə çalışsa da, ailəsi cəmiyyətə girməyi hədəfləyir.
JİT COMPİLER
JİT compiler(JİT ter)-(just-in-time compiler) proqramın ilkin mətnini bilavasitə icradan öncə maşın koduna çevirən kompilyator. Xüsusi halda, JİT-kompilyator aralıq dildə (intermediate language) olan Java- proqramı maşın koduna çevirir ki, nəticədə məhsuldarlıq 10-15 dəfə yüksəlir. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Kut adası
Kut adası-(Ко Кут, Ко Куд, ing. Ko Kud или ing. Koh Kood, tay เกาะกูด)- Siam körfəzinin adası olub, Kambodjı əyalətinə Trat regionuna daxildir. == Coğrafi mövqeyi == Regionun ən az əhali məskunlaşmış adası hesab edilir. Maki adası ilə birlikdə şimalda yerləşir. Adanın əhalisi 2007-ci ilin statistik məlumatlarına görə 1715 nəfərdir. Sahəsi isə 131 кm²-dir. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Leon Juo
Leon Juo (fr. Léon Jouhaux; 1 iyul 1879[…], XV arondisman – 28 aprel 1954[…], XII arondisman) — fransız sosialist və Həmkarlar İttifaqı rəhbəri. Beynəlxalq Əmək Təşkilatının qurucularından biridir. == Həyatı == Leon Juo on altı yaşında olarkən kibrit fabrikində işləməyə başlamışdır. Qısa müddət ərzində inqilabçı Həmkarlar İttifaqı təşkilatlarının öndə gedən təbliğatçılarından biri oldu. 1906-cı ildə Beynəlxalq kibrit işçiləri Həmkarlar İttifaqının katibi, 1909-cu ildən isə Fransa Ümumi Əmək Konfederasiyasının baş katibi oldu. Birinci dünya müharibəsindən əvvəl alman işçi rəhbərləri ilə bir yerə yığışaraq müharibə əleyhdarı hərəkatı təşkilatlandırmağa çalışdı. Buna baxmayaraq, daha sonra Fransanın müharibə səylərini dəstəklədi. 1919-cu ildə Paris Sülh Konfransında iştirak etdi. Konfransda qurulan Beynəlxalq Əmək Qanunları Komissiyasının ən aktiv üzvlərindən biri kimi İqtisadi Şuranın qurulması üçün səy göstərdi.
Lut peyğəmbər
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Mut (Mersin)
Mut (türk. Mut) — Mersin ilinin ilçəsi.
Orta juz
Orta jüz (qaz. Орта жүз) — Mərkəzi və şimal-şərqi Qazaxıstan ərazisində yaşamış qazax tayfaları. XIX əsrin axırı — XX əsrin əvvəli orta jüz qazaxlarının sayı təqribən 1 milyon 350 min nəfər idi. Çində və Monqolustanda yaşayan kereyitlər, naymanlarla birlikdə bu say 1 milyon 500 min nəfərdən çox edir. Orta jüzdən Abay Kunanbayulı, Bögenbay batır, Batır Bayan kimi şəxsiyyətlər çıxıb. == Ədəbiyyat == А. Т. Толеубаев, Ж. К. Касымбаев, М. К. Койгелдиниев, Е. Т. Калиева, Т. Т. Далаева, перевод с казахского языка С. Бакенова, Ф. Сугирбаева. — История Казахстана. Изд-во «Мектеп», 2006 г. — 240 с.
Out (jurnal)
Out — ABŞ-nin homoseksual və biseksual auditoriyasına yönəlmiş, 1992-ci ildə təsis edilmiş populyar qlyants brend jurnal. Maykl Hoff tərəfindən əsası qoyulub. The New York Timesa görə jurnal ən oxunan jurnallar siyahısına daxil edilib. Jurnalın tiraj sayı 190 min nüsxədir.
Pizza Hut
Pizza Hut — 1958-ci ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi.
Put-opsion
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır == Təbii yayılması == Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Jül
Jül (fr. Jules) — ad.
Cüt
Cüt — əkin işində istifadə olunan xüsusi vasitə. Yeri əkmək və şumlamaq üçün xış at, qatır və ya öküzə qoşulurdu. Qoşulan heyvanların sayı çox zaman cüt olduğundan bu əkin vasitəsi cüt adlanırdı. Cüt kəlməsı qoşa mənasındadır və iki heyvanın qoşa xışa bağlanılmasını məna verir.
Jül Borde
Jül Borde (fr. Jules-Jean-Baptiste-Vincent Bordet; 13 iyun 1870[…] – 6 aprel 1961[…], Brüssel) – Belçikalı immunoloq və mikrobioloq. Bordetella bakteriya cinsi onun adını daşıyır. 1919-cu ildə "İmmunitetlə əlaqədar kəşflərinə görə" Fiziologiya və ya tibb üzrə Nobel mükafatını qazanmışdır. == Həyatı == Jül Borde 1870-ci ildə Belçikanın Suan şəhərində anadan olmuşdur. 1892-ci ildə Brüssel Universitetini bitirmişdir. 1894–1901-ci illərdə Parisdəki Paster İnstitutunda işləyirdi. Burada bir neçə ilini İlya Meçnikovun laboratoriyasında keçirdi. 1900-cü ildə Belçikaya qayıtdı və Paster İnstitutuna rəhbərlik etdi. 1907–1935-ci illərdə Brüssel Universitetində Bakteriologiya və Parazitologiya şöbəsinə də rəhbərlik etmişdir; 1935-ci ildən həmin üniversitetin fəxri professoru olmuşdur.
Jül Byanki
Jül Byanki (fr. Jules Lucien André Bianchi 3 avqust 1989[…], Nitsa, Fransa – 17 iyul 2015[…], Nitsa, Fransa) — fransız Formula-1 pilotu, Marussia Formula-1 komandasının əsas üzvü. Jül Byanki müxtəlif avtomobil yarışlarında iştirak etmişdir. Əvvəlcə aşağı dərəcəli avtomobil yarışlarında və kartinqlərdə pilot olan Byanki 2013-cü ildən etibarən Formula-1 pilotu kimi tanınır. 2014-cü ilin 5 oktyabr tarixində Yaponiyanın Suzuki Qran Prisinin 43-cü dövrəsində evakuator ilə toqquşan pilot ağır yaralanmışdır. Səkkiz ay xəstəxanada müalicə olunmasına baxmayaraq pilotun həyatını xilas etmək mümkün olmamışdır və 2015-ci ilin 17 iyul tarixində ailəsi tərəfindən ölüm xəbəri rəsmən elan edilmişdir. Jül Byanki 1994-cü ildə Formula-1 pilotu Ayrton Sennanın San-Marino transında faciəvi ölümünün ardından həlak olan ikinci Formula-1 pilotudur. == Həyatı == Jül Byanki 1989-cu ildə Fransanın Nitsa şəhərində anadan olmuşdur. Avtomobil yarışlarına kartinq ilə başlamış, 2007-ci ildə kartinq yarışlarını Formula-1 yarışları ilə əvəzləmişdir. 2007-ci ildə Formula Renault 2.0 komandası ilə Formula 3 Euro Series yarışlarının qalibi olmuşdur.
Jül Düpüi
Jül Düpüi (fr. Arsène Jules-Émile Juvenal Dupuit; 18 may 1804, Fossano[d], Pyemont – 5 sentyabr 1866, Parisin 16-cı dairəsi[d] və ya Paris) — fransız mühəndis, mexanik və iqtisadçı, marjinalizmin qabaqcıllarından biri. == Bioqrafiyası == Jül 18 may 1804-cü ildə İtaliyada anadan olub (o dövr Napoleon qoşunları tərəfindən işğal edilmişdi). Jül 10 yaşında olanda ailəsi Fransaya köçdü. 1822-ci ildə Parisdə yerləşən Politexnik məktəbini bitirmişdir. Mühəndis olaraq işləyərək yol obyektlərini dizayn etmiş və 1843-cü ildə bu fəaliyyətinə görə Fəxri Legion Ordenini almışdır. == Elmi fəaliyyəti == === Mexanika === 1830-cu illərdə Jül Düpüi, üfüqi müstəviyə yuvarlandıqda radiusu R {\displaystyle R} olan silindrik bir silindirin yaşadığı müqaviməti təyin etmək üçün bir sıra təcrübələr aparmışdır. Bu məlumatları emal edərək 1837-ci ildə yuvarlanan sürtünmə qüvvəsi üçün R {\displaystyle {\sqrt {R}}} ilə tərs mütənasib bir düstur təklif etdi. Bunun ardından Dupuis ilə başqa bir Fransız mexanik - A. Morin arasında canlı və olduqca sərt bir müzakirə (1839-1841) davam etdi, təcrübə məlumatları Kulon düsturunun etibarlılığını inandırıcı şəkildə təsdiqlədi (ona görə yuvarlanan sürtünmə qüvvəsi R {\displaystyle R} ilə tərs mütənasibdir), sonra niyə Düpüinin yuvarlanan sürtünmə üzərində işi uzun müddət unuduldu. Lakin, XX əsrin ortalarında.
Jül Rime
Jül Rime (14 oktyabr 1873 – 16 oktyabr 1956, Süren, İl de Frans) — 1921–1954-cü illərdə FİFA prezidenti Bu mütəxəssis nə az, nə çox düz 33 il FİFA-ya rəhbərlik edib. Rime "Red Star" klubunun da yaradıcısı olub. Bir müddət Fransa Futbol Federasiyasına rəhbərlik edib. Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda keçirilən iclasda Dünya Çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilir. 1930-cu ildə ilk mundial keçirildi. Uruqvaydakı çempionatda elə ev sahibləri qalib gəldilər. Rimeyə idmanın təbliğatındakı xidmətlərinə və müharibə əleyhinə gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Jül Vern
Jül Qabriel Vern (fr. Jules Gabriel Verne; 8 fevral 1828[…], Nant, Fransa metropoliyası[…] – 24 mart 1905[…], Amyen[…]) — fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir. O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır. == Uşaqlığı == 8 fevral 1828-ci il də Fransanın Nant şəhərində doğulub.
Jül Şere
Jül Şere (fr. Jules Chéret; 31 may 1836[…] – 23 sentyabr 1932[…], Nitsa) — fransız rəssamı və qrafikçi. Müasir poster qurucularından biri. == Həyat və fəaliyyəti == Jül Şere mətbuatçı ailəsində anadan olmuşdur. Ailəyə pul lazım idi və Jül 13 yaşındaykən məktəbdən ayrıldı və üç ildir litoqrafistə yazıldı. Sonra Parisdəki Milli Dizayn Məktəbinə qatılıb. Heç bir sistematik təhsil almadan özünü göstərən bir sənətkar idi. Gənc illərində Şere tez-tez Paris muzeylərində olub; Ona ən böyük təsiri, əsasən, Vatto və Fraqonar olan rokoko rəssamları tərəfindən təmin edilmişdir. 1866-cı ildə sənətçi Parisə qayıdıb, burada çap işi və qrafika açıb. İngiltərədə böyük formatlı plakatlar və posterlər çap etmək üçün maşın alıb J. Şere eyni zamanda rəngli litoqrafiyanın texnoloji prosesini sadələşdirdi və bir "daş" dan iki fərqli rəng ilə təzyiqlər etmək imkanı verdi.
Jüst Fonten
Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d] – 28 fevral 2023, Tuluza, Fransa) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı. == Futbolçu karyerası == Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu.
Kiçik Jüz
Kiçik jüz (qaz. Кіші жүз) — qazax tayfalar qrupu, iki tayfadan ibarətdir: Alçinlar və jetiru. XX əsr ərəfəsində sayları təxminən 1 100 000 nəfər olduğu güman edilir. Muxametjan Tınışpayev 1925-ci ildə Daşkənddə dərc etdirdiyi "Qazax xalqının tarixinə dair materiallar" kitabında iddia edir ki, alşanlar (Kiçik Orda) qazaxların beşdə üçünü təşkil edir. == Ədəbiyyat == Роды Малого жуза на «Генеалогии казахов» Arxivləşdirilib 2009-06-25 at the Wayback Machine Информационный ресурс объединения родов Малого Жуза Алимулы Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine == DNK üzrə elmi məlumatlar == ДНК проект С3-M217 ДНК проект потомков Золотой Орды == Müzakirələr == Форум. C3c — алшинский кластер [https://web.archive.org/web/20150621172931/http://www.elim.kz/forum/index.php?s=9da6bca41b0d5dff08d7929459f37344&showforum=14 Arxivləşdirilib 2015-06-21 at the Wayback Machine Форум.