Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kadima
Kadima (ivr. קדימה, az. öncül) — İsraildəki siyasi partiyalardan biridir. Mərkəzçi bir partiyadır və liberal görüşə malikdir. Ariel Şaron tərəfindən qurulan partiyanın hazırkı lideri Şaul Mofazdır. Kadima partiyası başqa bir partiya ilə koalisiyaya girmək istəmir. İsrail sistemini gücləndirmək üçün siyasi sistemdə islahatlara ehtiyac olduğunu bildirir. Bundan əlavə, partiyanın fikrincə, Qüds böyük bir yəhudi yaşayış məskəni kimi İsrailin bir hissəsi olaraq qalmalıdır. Partiyanın ümumi prinsiplərində İsraildə yəhudilərin mütləqiyyətinin təmin edilməsinin vacib olduğu bildirilir. Partiya İsrail-Fələstin probleminin həlli olaraq iki dövlətli həll yolunu görür, bunun üçün də, partiya Fələstin sektorunun terrorizmdən təmizlənməsini, Fələstin xalqının əllərindəki silahların toplanılmasını və hücumların bitməsinin vacib olduğunu bildirir.
Kalema
Kalema - Afrikanın qərb sahilboyunun çox yerində sakit havada bərk ləpədöyməyə deyilir. Güman olunur ki, belə ləpədöymənin səbəbi uzaqlarda – Atlantik okeanında şiddətli dalğalanmanın «əks-sədasıdır».
Kadeş
Kadeş — indiki Suriya ərazisində, qərbdə Orent çayı üzərində salınmış qədim şəhər. Kadeş adına əsasən Kadeş döyüşü ilə əlaqəli səlnamələrdə rast gəlinir. E.ə. 1472 ci ildə qadın firon Hatşepsutun hökümranlığı dövründə Kadeş hakimi Misirin əsas rəqibi olan Mitanni dövlətinin dəstəyi ilə üsyan qaldıraraq şərqi Aralıq dənizi şəhərlərindən təşkil olunmuş Misir əleyhinə koalisiyaya rəhbərlik edir. E.ə. 1468 ci ildə Megiddo yaxınlığında Kadeş hökmdarı III Tutmosis tərəfindən məğlub edilir və e. ə. 1460 cu ildə şəhər yerlə-yeksan edilir. Kadeş hakimi döyüş zamanı həlak olur.
Edo Kayembe
Edo Kayembe (3 avqust 1998) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Kayembe Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 22 noyabr 2016-cı ildə Konqonun Şarks XI klubundan ayrıldıqdan sonra Kayembe Anderlext klubu ilə 4.5 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Kayembe öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 66-cı dəqiqədə Adrian Trebeli əvəz etmişdir. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Kayembe 2017 Frankofoniya Oyunlarında iştirak etmək üçün Konqo DR U-20 millisinə dəvət almışdır. Lakin o, turnirdə heç bir oyunda meydana çıxmamışdır. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Hərbi kadens
Hərbi kadens (ing. Military cadence) — silahlı qüvvələrdə ənənəvi olaraq marş və qaçış zamanı istifadə olunan iş mahnısı. Kadenslər şifahi hərbi folklordur və buna musiqi aləti tələb olunmur.
Madame Monsieur
Madame Monsieur — vokalist Emili Satt və prodüser Jan-Karl Lukasdan təşkil olunan Fransalı musiqi dueti. Onlar "Mercy" mahnısı ilə Fransanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == Emili Satt və Jan-Karl Lukas ilk dəfə 2008-ci ildə tanış olmuş və Madame Monsieur duetini birlikdə yaratmışdırlar. 2015-ci ildə duet Fransız reper Yusufa üçün "Smile" mahnısını bəstələmiş və daha sonra France 2 telekanalında yayımlanan Taratata musiqi şousunda iştirak etmişdirlər. Duetin debüt albomu olan Tandem 2016-cı ilin noyabr ayında işıq üzü görmüşdür. 2018-ci ilin yanvar ayında Madame Monsieur duetinin "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi öz təsdiqini tapmışdır. Seçim turunda onlar yarımfinal mərhələsini uğurla adlayaraq, finala vəsiqə qazanmışdırlar. Finalda duet bir daha öz mahnısını ifa etmiş və nəticədə ən çox xal toplayaraq, yarışmanın qalibləri elan olunaraq, Fransanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdırlar.Fransa Böyük Beşlik ölkələrindən biri olduğu üçün Madame Monsieur 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə duet 26 ölkə təmsilçisinin yarışdığı final şousunda 173 xal toplayaraq, 13-cü yerdə qərarlaşmışdır. == Heyət == Emili Satt (fr.
Yunis Kazembe
Yunis Kazembe (ing. dilində: Eunice Kazembe; 1952 — 28 oktyabr 2013, Yoxanesburq) — Malavi siyasətçisi, sənaye və ticarət naziri (2009—2012), təhsil naziri (2012—2013). Demokratik Tərəqqi Partiyasının üzvü.. == Tərcümeyi-halı == Yunis Kazembe 1952-ci ildə anadan olmuşdur. O, Ottavada, Karlton universitetini bitirərək ticarət sahəsi üzrə bakalavr dərəcəsini, İndiana universitetində təhsil alaraq magistr dərəcəsini almışdır.. 1986—1999-cu illərdə Kazembe kənd təsərrüfatının inkişafı və marketinq Korporasiyasının baş direktoru, 1999—2004-cü illərdə — Çin Respublikasında səfir vəzifəsində çalışmışdır.. 2005—2009-cu illərdə o şəhər quruculuğunun inkişafı məsələləri üzrə prezidentin müşaviri, həmçinin şaxta, energetika və təbii resurslar naziri olmuşdur.. 2009-cu ilin mayında Kazembe Çiradzulu şəhərindən Malavi parlamentinə seçilmişdir.. 15 iyun 2009-cu ildə formalaşdırılan hökumətdə sənaye və ticarət naziri vəzifəsinə təyin edilmişdir.. 26 aprel 2012-ci ildə prezident Coys Bandanın elan etdiyi yeni hökumətin tərkibində Kazembe təhsil naziri vəzifəsini tuturdu..
Besiana Kadare
Besiana Kadare (alb. Besiana Kadare; 1972, Tirana) — Alban diplomatı. Fövqəladə və Səlahiyyətli Səfir. 2021-ci ildən Albaniyanın YUNESKO yanında daimi nümayəndəsi. Keçmişdə Albaniyanın BMT-dəki daimi nümayəndəsi və Kubada qeyri-rezident səfiri (2016–2021), Albaniyanın YUNESKO yanında daimi nümayəndəsi (2011–2016) olmuşdur. == Bioqrafiyası == 1972-ci ildə anadan olub. Yazıçılar İsmayıl (1936-cı il doğumlu) və Helena Kadare adlı yazıçıların (1943-cü il doğumlu) övladıdır. O, Paris IV Sorbonna Universitetində Müasir və Müqayisəli Ədəbiyyat üzrə magistr dərəcəsinə və Müasir İxtisas Ədəbiyyatı üzrə bakalavr dərəcəsinə malikdir. O, Nyu-Yorkda Albaniyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində birinci katib vəzifəsində çalışıb. 2005-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) işləyib.
Adele Noyhauzer
Adele Noyhauzer (alm. Adele Neuhauser‎ d. 17 yanvar 1959, Afina) — Avstriyanın teatr və kino aktrisası, Avstriya Film Akademiyasının üzvü. == Bioqrafiyası == 17 yanvar 1959-cu ildə Afinada anadan olmuşdur. Dörd yaşında ailəsi ilə Yunanıstandan Avstriyanın paytaxtı olan Vyanaya köçür. Valideynlər boşandıqda, yunan əsilli atası Qeorq ilə yaşayır. On yaşında biləyindəki vena damarlarını kəsir. Sonra ailədən qaçır, daha bir neçə intihara cəhdlər edir. Adele gənc yaşda aktrisa olmaq istəyir. 1976-1978-ci illərdə Krauss Teatr Məktəbində təhsil alır.
Casey Kasem
Kemal Amin "Casey" Kasem (27 aprel 1932, Detroyt, Miçiqan – 15 iyun 2014) — amerikalı aktyor və aparıcı. == Həyatı == 27 aprel 1932-ci ildə doğulmuşdur. 15 iyun 2014-cü ildə vəfat etmişdir.
Fanni Kadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Kadam Rəsul
Qadam-e-Rəsul ( ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidi ətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Kader Kamara
Kader Kamara — Qvineya futbolçusu. == Həyatı == Abdul Kader Kamara 18 mart 1982-ci ildə Qvineyanın Konakri şəhərində anadan olmuşdur. == Karyera == Əv­vəl­ki klub­la­rı: Vas­ko de Ko­nak­ri , At­le­ti­ko K. Qvi­ne­ya, Vi­tess, Zuyd-Vest, Serk­le Brüg­ge, Be­rin­gen, Des­sel Sport. 2007-ci il­dən Qə­bə­lədə çı­xış edir. Qvineya milli futbol komandasının da­i­mi üz­vlə­rin­dən bi­ri olub. == Uğurları == Belçika çempionatının ikinci divizionunun qalibi (2003 - Serkle Brügge) Serkle Brügge (2003) və Dessel Sport (2007) klublarının mövsüm ərzində ən yaxşı oyunçusu.
Kadeş döyüşü
Kadeş döyüşü Firon II Ramzesin hökmranlığının beşinci ilində, e.ə. 1274 cü ildə indiki Suriya və Livan sərhəddində, Orentos çayı üzərindəki Kadeş şəhəri uğrunda Qədim Misir və Het çarlığı arasında baş vermiş hərbi toqquşma. Qədim Misir tarixində III Tutmos tərəfindən e.ə. 1457 ci ildə aparılmış Megiddo döyüşündən sonra ikinci böyük hərbi münaqişə. == Döyüş səlnamələri == Kadeş döyüşü hər iki tərəfə aid səlnamələrdə öz əksini tapmışdır. Qədim Misir səlnamələrində II Ramzes tərəfindən hərbi yürüşün başlanmasından və Kadeş döyüşlərindən xəbər verilir: qoşunları tərəfindən tərk edilmiş II Ramzes tanrı Amunun köməyi ilə qələbə çalmış olur. Döyüş haqqında Karnak, Luksor, Ramesseum , Əbu Simbel və Abidos təsvirlərinə əsaslanan üç və əlavə papirus yazılara əsaslanan 13 təssəvvür mövcuddur. Hettlər tərəfindən düyüş təsəvvürü Babil mixi yazılarına əsaslanır. Het dövlətinin paytaxtı Xattusa şəhərinin xarabalığından tapılmış mixi ilə yazılmış gil lövhələr adıgedən döyüşdən xəbər verir. === Döyüş önü === Kadeş şəhəri Qədim padşahlıq dövrünə aid XVIII sülalə zamanında III Tutmosis tərəfindən altı yürüşdən sonra ələ keçirilmiş olur.
Kadeş müqaviləsi
Kadeş müqaviləsi və ya Misir-Het sülhü — eramızdan əvvəl XIII əsrin əvvəlində Misir hökmdarı II Ramzeslə Het hökmdarı Hattuşili arasında imzalanan Kadeş sülhü yazılı tarixdə məlum olan ilk sülh müqaviləsi kimi önəmli yer tutur. Sülh Akkad və Misir dillərində imzalanmışdı. Gümüş lövhə üzərində akkadca cızılan mətn Misirə göndərilmiş, lakin indiyədək o nümunə tapılmamışdır. Lövhə daha sonra Misir dilinə çevrilərək Karnakdakı məbəd divarlarına həkk edilmişdir. Eyni mətnin nümunələri Göbəşyeyən kəndində arxivində tapılmışdır. Bir növ hücum etməmək haqqında bağlanan sülhə görə, hər iki başçı bir-birilərinə qarşı daha savaşmayacaq və lazım gələrsə, ümumi düşmənə qarşı müttəfiq olacaqdı. Günahkarların öz ölkələrinə geri qaytarılması məsələsində də razılığa gəlinmişdi. Bu anlaşmanın Misir və Het nümunələrinin tapılması qədim dövr tarixşünaslığının ən gözəl tapıntılarından sayılır. Sülh müqaviləsi, böyük ehtimal ki, ortaq bir komissiyanın fəaliyyəti nəticəsində ərsəyə gəlmiş və ilk təklifin Het hökmdarından gəldiyi düşünülür. Hattuşili Ramzesə yazırdı: "Qardaşım üçün gümüş lövhə hazırlatdım və ona göndərdim.
Kadom tatarları
Kadom tatarları — Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatar xalqının bir hissəsi kimi etnosinf qrupu. == Tarixi == Kadom tatarları Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatarlardır. Etnik qrup genişlənən Rusiya dövlətinin tərkibinə daxil olan Orda əhalisinin ərazisi əsasında XV-XVIII əsrlərdə xidmət edən tatarlardan formalaşmışdır. Nə ərazi, nə də inzibati cəhətdən onların qonşu Qasım xanlığı (1452-1681) ilə əlaqəsi yoxdur. Lakin onlar hərbi xidməti çox vaxt Qasım tatarları ilə birlikdə keçirdilər. Sərhəd xidməti, bir qayda olaraq, isti mövsümdə növbə ilə iki qrup (“yarım”) tərəfindən həyata keçirilirdi. Hərbi yürüşlərdə hər iki "yarım" qrup eyni vaxtda çağırıla bilərdi. Ayrı-ayrı şəxslər tərcüməçi, katib, səfir kimi xidmət edən "inzibati xidmət"də çalışırdılar.Kadom tatarlarından ruslar Krım, Qazan və Həştərxan xanlıqları ilə danışıqlarda tərcüməçi kimi istifadə edirdilər. Üstəlik, bu fəaliyyət kadom tatarlarına o qədər doğma olub ki, irsi xarakter alıb. Əgər bir tərcüməçi vəfat edirdisə, əsir düşsə və ya qocalığa görə xidmət edə bilməsə, onun yerinə Kadomdan biri təyin edilirdi.
Kaede Nakamura
Kaede Nakamura (d. 3 avqust 1991) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kazem Afradniya
Kazım Əfrəndniya (1945 – 28 Yanvar 2017) — İranlı film aktyoru. Əfrəndniya 28 yanvar 2017-ci ildə 71 yaşında vəfat etmişdir.
Məhəmməd Kasem
Məhəmməd Kasem (3 oktyabr 1993) — Suriyalı cüdoçu. Məhəmməd Kasem Suriyanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Kasem birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 81 kq çəkidə, 1/8 final mərhələsində İordaniyanın nümayəndəsi Baker Əlzidanen üzərində 10:0 hesabı ilə qalib gəlsədə, növbəti mərhələdə Özbəkistanın nümayəndəsi Davlat Bobonov ilə üz-üzə gəldi və rəqibinə 11:0 hesabı ilə uduzdu.
Kadam Rəsul məscidi
Qadam-e-Rəsul ( ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidi ətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Mehmed Siyah Kalem
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XV əsrdə yaşadığı və fars, Çin və ya Orta Asiya mənşəli olduğu güman edilən rəssam. Tarixi mənbələrdə adına rast gəlinməyən bu rəssam haqqında yeganə mənbə Topqapı muzeyində saxlanılan və "Fateh albomu" adlandırılan rəsm kolleksiyasındakı bir neçə rəsmin üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzasıdır. Şərq ölkələrində sənətçinin özünü "ustad" kimi təqdim etməsinə adətən rast gəlinmədiyi üçün bu qeydin sonradan edilmiş ola biləcəyi də güman olunur. Həmin rəsmlər ilk dəfə 1910-cu ildə Münhendə Maks van Berxemin dəstəyi ilə nümayiş etdirilmiş və sonrakı illərdə unudulmuşdur. II Dünya müharibəsindən sonra, o dövrdə Topqapı sarayı muzeyinin direktoru olan Tahsin Öz albomlardan birindəki Fateh Sultan Məhəmmədin 2 ədəd portretinə görə həmin albomu "Fateh albomu" adlandırmışdır. Lakin sonrakı araşdırmalar bu əsərlərin Sultan II Səlimin dövründə Topqapı sarayına gətirilməsi ehtimalını artırıb. Əsərlərin rəssamlıq texnikası baxımından mükəmməlliyi və müəllifin güclü fantaziyası tədqiqatçılar tərəfindən xüsusi vurğulanır. Siyah Qələmin əsərlərində cinlər, əjdahalar, müxtəlif canlılar, şamanlar, dərvişlər və köçərilərin təsvirlərinə çox rast gəlinir və əksər personajlar tünd rənglərlə, xüsusilə də qəhvəyi və göy rənglərlə çəkilib. Bu fantastik fiqurlar adətən bir-birinə qarşı təsvir edilib və heç bir peyzaj və ya ətraf mühitin təsviri yoxdur.
Tiflis Kadet Korpusu
Böyük Hersoq Mixail Nikolayeviç adına Tiflis Kadet Korpusu (rus. Тифли́сский Вели́кого кня́зя Михаи́ла Никола́евича каде́тский ко́рпус) — Rusiya İmperator Ordusunun hərbi təhsil müəssisəsi. 13 noyabr 1871-ci ildə Tiflis Hərbi Gimnaziyası kimi yaradılmışdır. 7 iyul 1875-ci ildə Tiflis Hərbi Gimnaziyasında 200 intern var idi. Vladiqafqaza köçürülmüş gimnaziyanı əvəz edirdi. Tiflis Kadet Korpusu 22 iyul 1882-ci ildə yaradılmışdır. 30 dekabr 1909-cu ildə Böyük Hersoq Mixail Nikolayeviç adına Tiflis Kadet Korpusu adlandırılmışdır.
Adem Kılıççı
Adem Kılıççı (18 aprel 1986) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür.Fənərbaxça TV-də yayımlanan müsahibəsində o, Rusiyadan (Qafqazdan) türk ailəsindən olduğunu bildirib.Anasının Ərzurumlu olduğunu da bildirdi.Onun Qarapapaq Türklərindən olduğu məlumdur. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışır.Hələ boksla məşğul olan Adəm Kılıççı 2019-cu ildə "Sportial" adlı idman zalı açıb. == Nailiyyətlər == 2004-cü ildə Antalyada keçirilən boks üzrə dünya çempionatında gümüş medal qazanmışdır 2007-ci ildə Çikaqoda keçirilən Həvəskar Boks üzrə Dünya Çempionatında bürünc medal qazandı 2008-ci il Yay Olimpiya Oyunları çərçivəsində avqustun 10-da 69 kiloqram çəki dərəcəsində ilk raundda ingilis Billy Joe Saundersə 14-3 hesabı ilə uduzdu. İlk raundda 2-0, 2-ci raundda 6-1, 3-cü raundda isə 11-2 hesablı geridə qalan Kılıçcı matçı da 14-3 hesabı ilə uduzdu 2009-cu ildə Aralıq dənizi Oyunlarında gümüş medal qazanıb.
Adem Lyaiç
Adem Lyaiç (serb. Adem Ljajić; 29 sentyabr 1991) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Serbiya futbolçusu. "Beşiktaş" klubu və Serbiya milli komandasında çıxış edir. Lyaiç karyerasına "Yoşanitsa" klubunda başlamışdır. Daha sonra "Partizan"a transfer olmuşdur və klubla həm Serbiya Superliqasında, həm də Çempionlar Liqasında debüt etmişdir. 2010-cu ilin yanvar ayında onun İngiltərənin "Mançester Yunayted" klubuna keçəcəyi barədə xəbərlər yayılsa da, klub 2009-cu ilin dekabr ayında ondan imtina etdi. 2010-cu ilin yanvar ayında "Fiorentina" 8 milyon avro transfer məbləği ödəyərək oyunçunu heyyətinə qatdı. Florensiyada keçirdiyi üç ildən sonra Lyaiç 4 illik müqavilə imzalayaraq 11 milyon avro qarşılığında "Roma" ya keçid etdi. 2016-cı ilin iyul ayında o, "Torino"ya transfer olundu. Lyaiç milli komanda forması ilə ilk oyununa 2010-cu ildə çıxmışdır.
Adem Yaşari
Adem Yaşari (albanca Adem Jashari, serb-xorvatca Adem Jašari/Адем Jaшари; 28 noyabr 1955 – 7 mart 1998, Kosovo) — Kosovo Alban millətçisi, Kosovo müharibəsinin ən məşhur hərbi xadimlərindən biridir. 1998 ildə Drenitsa rayonundakı Prekaz kəndidə öz ailəsi ilə Serb (o zamankı Yuqoslaviya Federativ Respublikası) polisi tərəfindən qətlə yetirilmişdir. Albaniya və Alban əhalisi əksəriyyəti olan Kosovoda milli qəhrəman, Serbiyada isə terrorçu və quldur kimi tanınır.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş informasiyalara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin mövludu (yaranması) yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərilər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Rabiyə Kadər
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Fadimə (film, 1970)
"Fadimə" filmi — Türker İnanoğlunun rejissoru və prodüseri olduğu 1970-ci ildə çəkilən Türk filmidir. == Rollarda == Filiz Akın . . . Fadimə (səs. Ceyan Mahfi Tözüm ) Qartal Tibet . . . Ərol (səs. Abdurrahman Palay ) Cahangir Qaffari . . . Faruk (səs. Toron Karacaoğlu ) Mansur Türkmen .... Ömər (səs. Saadettin Erbil ) Məhəmməd Motevaselani . . .
Xadimə (film, 2011)
Ev qulluqçusu (ing. The Help) — 2011-ci ildə Teyt Teylorun rejissorluğu və ssenari müəllifliyi ilə, Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ dram filmidir. Filmdə Cekson, Missisipidə, 1963-cü il Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya "Skiter" Felanın iki qara dərili qadın Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter, işlədikləri ağ dərililərin ailələrində rasizmlə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir. Baş rolda Viola Devis, Emma Stoun, Oktavia Spenser, Brays Dallas Hovard, Cessika Çesteyn, Ahna O'Reilly, Kris Louell, Sissi Speysek, Maykl Fogel, Siseli Tayson, LaChanze, Ellison Cenni, Meri Stinbörgen və Anna Kemp oynamışdırlar. DreamWorks Pictures şirkəti tərəfindən istehsal olunan və Touchstone Pictures tərəfindən nümayiş olunan film kinotənqidçilər tərəfindən müsbət rəy qazanmış və cəmi 25 milyon dollar istehsal büdcəsi qarşılığında, 216.6 milyon dollar gəliri ilə dünya səviyyəsində kommersiya uğuru qazanmışdır. Ev qulluqçusu filmində baş rolu ifa etmiş Viola Devis "Ən yaxşı film" və "Ən yaxşı qadın" kateqoriyaları, Cessika Çesteyn və Oktavia Spenser isə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə Oskar mükafatının dörd nominasiyasını qazanmışdırlar. Aktyorların görkəmli ifalarına və yüksək performansına görə, film 29 yanvar 2012-ci ildə Kinoaktyorlar Gildiyasının mükafatını əldə etmişdir. Filmin yaş məhdudiyyatı 0-6 üzəridir. == Məzmun == 1963-cü ildə Missisipi ştatının Cekson şəhərində, qaradərili qulluqçu Eybilin Klark (Viola Devis) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yeganə oğlunun həlak olmasından sonra, öz gələcək həyatını ağ dərili uşaqların böyüdülməsi və tərbiyəsində görür.