Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kardinal
Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsiː Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasında seçilir. Kardinal geyimləri == İstinadlar == Viktor Hüqo — Paris Notr-Dam Kilsəsi, s 9.
Boz kardinal
Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — "pərdə arxasında" qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçi. == Etimologiya == XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdır. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyönü dəvət edir. O tez bir zamanda kral hakimiyyətini gücləndirərək ölkənin inkişafına başlamasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. Kardinal əslində dini bir vəzifə idi-kardinallar katolik kilsəsində Roma papasından sonra ən yüksək vəzifəli şəxslərdir. Roma papasını məhz onlar seçirlər. XIII əsrdən onlara qırmızı papaq və qırmızı geyim geyinmək göstərişi verilmişdir. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi. Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyöyə "qırmızı kardinal" adı verilmişdir.
Kardinal (dəqiqləşdirmə)
Kardinal (quş) — Kardinal (rəng) — Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsi.
Kardinal (quş)
Kardinal (rəng)
Kardinal — rəng çaları. == Ədəbiyyat == The color displayed in the color box above matches the color called cardinal in the 1930 book by Maerz and Paul A Dictionary of Color New York:1930 McGraw-Hill; the color cardinal is displayed on page 33, Plate 5, Color Sample L5.
Kardinal Rişelye
Arman-Jan dyu Plessi de Rişelye (fr. Armand-Jean du Plessis, duc de Richelieu; 9 sentyabr 1585 — 4 dekabr 1642) — Fransa dövlət xadimi, 1624-cü ildən ömrünün sonunadək Fransanın faktiki rəhbəri, Generalissimus. Tarixə "Qırmızı Kardinal" ləqəbi ilə düşmüşdür. == Həyatı və fəaliyyəti == 1585-ci il sentyabrın 9-da Parisdə Puatu əyalətinin Rişelye qəsrində kasıblaşmış zadəgan ailəsində anadan olmuşdur. Onun atası Fransua dyu Plessi Fransada III Henrixin dövründə baş prevo – məhkəmə məmuru olmuşdur, anası Süzanna de la Port Paris parlamentinin vəkilinin ailəsində anadan olub. Ailənin kiçik oğlu olan Arman-Jan markiz dyu Şillunin titulunun varisi kimi 1594-cü ildə Navarr kollecinə daxil olur və hərbçi təhsili alır. 1516-cı ildə III Henrix tərəfindən Plessiyə bağışlanmış La-Roşelye yeparxiyasında dini vəzifə ailənin yeganə gəlir mənbəyi idi.Ailənin ortancıl oğlu monastıra getdiyindən Rişelye ailəsi bu vəzifəyə gənc Armanın təyin olunmasına çalışır. Arman gənc olduğu üçün bu rütbəyə onu Roma Papası V Pavel təsdiq etməli idi. Gənc abbatı qəbul edərkən onun fitri istedadını və hazırlığını görən V Pavel onu bu vəzifəyə 22 yaşında təsdiq etdi. Yepiskop rütbəsi ona kral sarayı mühütünə daxil olmağa imkan verdi.
Kardinal tetra
Paracheirodon axelrodi (lat. Paracheirodon axelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Qırmızı neon və ya kardinal tetra ( lat.Paracheirodon axelrodi ) — xarasinkimilər fəsiləsinin tropik şirin suda yaşayan şüalı balıq növüdür. Ən məşhur və gözəl akvarium balıqlarından biridir. Adını amerikalı ixtioloq Herbert R. Axelrodun şərəfinə almışdır. == Təsviri == Dişilər erkəklərə nisbətən daha iri olub uzunluğu 5 sm-ə, erkəklərin uzunluğu isə 2,5-3,0 sm-ə qədərdir. Belləri zeytuni-bej rəngdədir. Gözlərindən yağ üzgəcinə qədər neon kimi parıldayan parlaq mavi zolaq var, bu zolağın altında isə enli qırmızı zolaq yerləşir. Qarınları ağımtıldır. Dişilər erkəklərdən daha dolğundur və anal üzgəclərinin kənarı daha qabarıqdır.
Kardinal ədəd
Kardinal ədəd — çoxluqlar nəzəriyyəsinin mühüm anlayışıdır. Kardinal ədəd çoxluğu onun elementləri ehtiyatı baxımından xarakterizə edir. Kardinal ədəd çoxluğun elementləri sayı anlayışının sonsuz çoxluqlar üçün ümumiləşməsidir. Bu cür ümumiləşdirmənin maraqlı cəhəti odur ki, eyni bir sonsuz çoxluğu tamamilə müxtəlif cür nizamlamaq olar və bununla əlaqədar Kardinal ədəd transfinit, yəni nizamı müəyyən edən ədəddən kəskin fərqlənir. Sonlu çoxluqlar üçün kardinal ədəd transfinit ədədlərlə eynidir və çoxluğun elementləri sayı ilə üst-üstə düşür. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Yoan Kardinal
Yoan Kardinal (27 mart 1994-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Nitsa === Kardinal Nitsa klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 18 oktyabr 2015-ci ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. == Karyera statistikası == === Klub === 30 Aprel 2017 tarixində yenilənib 1.^ Fransa Kuboku görüşləri daxildir. 2.^ Liqa Kuboku görüşləri daxildir. 3.^ UEFA Avropa Liqası görüşləri daxildir.
Yadigar Hüseynov
Hüseynov Yadigar Yusif oğlu (3 may 1955, Saraçlı, Bolnisi rayonu – 2 dekabr 2016) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Yadigar Hüseynov 1955-ci il mayın 3-də Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. == Təhsili == 1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. == Karyerası == 1977-1981-ci illərdə Qəbələ rayonunda müəllim işləmiş, 1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır. Hazırda həmin kafedranın professoru və kafedra müdiridir.
Yadigar Muradov
Yadigar Muradov (d. 18 dekabr 1958, Ağdam rayonu) — Aktyor, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru. == Həyatı == Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 21 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2024-cü ilin yanvar ayında oqranizmində xərçəng xəstəliyi aşkarlanıb. Ailəlidir, 3 oğlu var.
Yadigar Məmmədli
Yadigar Məmmədli (Yadigar Tarix oğlu Məmmədli) — Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist. == Haqqında == Yadigar Tarix oğlu Məmmədli 29 avqust 1961-ci ildə anadan olub. O, 1978 – 1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan, rus, türk və ingilis dillərini bilir. Evlidir, 2 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == 1996-cı il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı namizədliyi qeydə alınıb. 1996–2018-ci illər ərzində media ilə bağlı müxtəlif beynəlxalq və yerli seminarlarda iştirakcı və təşkilatçı, Ukrayna və Qırğızıstanda keçirilən prezident və parlament seçkilərində isə beynəlxalq müşahidəçi qismində iştirak edib. Yadigar Məmmədli "KİV-in iqtisadi əsasları və menecment problemi" (2002), "Seçki: jurnalistlərin yaddaş kitabı"(2005) kitablarının, media sahəsində yüzlərlə məqalə və yazıların müəllifidir. Slavyan Universitetin, Azərbaycan Dillər Universitetinin və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 2006–2018-ci illərdə müəllim işləyib. ATƏT-in Bakı bürosunun, Avropa Şurasının Bakı ofisinin 2006-cı ildən hazırkı dövrədək media sahəsində bir sıra layihələrində media üzrə ekspertdir.
Yadigar Vahabov
Yadigar Mahir oğlu Vahabov (16 avqust 1996; Ağsu rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yadigar Vahabov 1996-cı il avqustun 16-da Ağsu rayonunun Xatman kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yadigar Vahabov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Vahabov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Yadigar xan
Yadigar xan — Özbək xanlığının ikinci hökmdarı. Şeyban xanın nəslindən gəlirdi. == Hakimiyyəti == Əbülxeyr xanın ölümündən sonra ahıl yaşında özbək əyanları tərəfindən hakimiyyətə gətirilmişdi. Manqıtlardan Musa bəy tərəfindən dəstəklənən Yadigar xan hakimiyyətdə təkcə 1 il qalandan sonra vəfat etdi və Əbülxeyr xanın oğlu Şeyx Heydər tərəfindən əvəz edildi. == Ailəsi == Bureke sultan, Abulek xan, Amenek xan adlı oğulları vardı.
Yadigar İmamverdiyev
Yadigar İmamverdiyev — texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetində kafedra müdiri. Azərbaycanda ilk dəfə E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün modellər işləmişdir. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"nin qalibi olmuşdur. == Həyatı == Yadigar Nəsib oğlu İmamverdiyev 1964-cü ildə anadan olmuşdur. 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir. 1989–1997-ci illərdə müxtəlif tədris müəssisələrində riyaziyyat və informatika müəllimi vəzifəsində işləmişdir. 1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 2011–2012-ci illərdə Cənubi Koreyanın Yonsei Universitetində (Yonsei Univiversity, South Korea) elmi fəaliyyətlə məşğul olmuşdur. Hazırda Azərbaycanda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır. == Elmi fəaliyyəti == 2006-cı ildə "Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 — Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri namizədi adını almışdır.
Yadigar Əliyev
Yadigar Əliyev (rektor)
Yadigar Sadıqlı
Yadigar Sadıqlı (29 sentyabr 1968, Lənkəran) — Müsavat Partiyasının sabiq başqan müavini, başqanlığa sabiq namizədi, azərbaycanlı ictimai-siyasi xadim. == Həyatı == Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000–2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb. == Fəaliyyəti == 2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004–2011-ci illərdə "Müsavat"ın Lənkəran şəhər təşkilatının sədri olub. 2011–2014-cü illərdə "Müsavat"da başqan müşaviri, 2014–2018-ci illərdə isə başqan müavini vəzifələrini tutub. 2014–2019-cu illərdə həmçinin Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib. 7 dekabr 2023-cü il tarixində bir qrup siyasətçi və siyasi fəal ilə birlikdə "Üçüncü Respublika Platforması" Hərəkatının təsis olunduğunu elan edən videoçarx yayımlamışdır. 13 dekabr 2023-cü il tarixində Müsavat Partiyası üzvlüyündən istefa vermişdir. Yüzdən artıq elmi və publisitik məqalələrin müəllifi olan Y. Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)", 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.
Kardinal-infant Ferdinand
Kardinal-infant Ferdinand (isp. Fernando el Cardenal-infante) (16 may 1609[…], Eskorial – 9 noyabr 1641[…], Brüssel[d][…]) – İspaniya kralı III Filippin üçüncü oğlu. Roma-Katolik kilsəsinin kardinalı və Habsburq Niderlandiyasının naibi. == Mənbə == Van Nimwegen, Olaf: The Dutch Army and the Military Revolutions, 1588–1688. Woodbridge: The Boydell Press, 2010. ISBN 9781843835752 Hart, Marjolein: The Dutch Wars of Independence: Warfare and Commerce in the Netherlands 1570–1680. Oxon: Routledge, 2014. ISBN 9781317812548 Thion, Stéphane: French Armies of the Thirty Years' War. Auzielle: LRT Editions, 2008. ISBN 9782917747018 González de León, Fernando: The Road to Rocroi: Class, Culture and Command in the Spanish Army of Flanders, 1567–1659.
Kardinal-infant Lüdovik
Kardinal-infant Lüdovik (isp. Luis Antonio Jaime de Borbón y Farnesio) (25 iyul 1727, Madrid – 7 avqust 1785) – İspaniya kralı V Filippin oğlu, Roma-Katolik kilsəsinin kardinalı. == Mənbə == McWhirter, Ross, McFarlan, Donald, Boehm, David A., and McWhirter, Norris. 1989. 1990 Guinness Book of World Records. Sterling Pub. Co. p. 270. Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans (in French).
Pir Yadigar (Çaypara)
Pir Yadigar (fars. پيريادگار‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (46 ailə).
Yadigar Əliyev (rektor)
Yadigar Vəli oğlu Əliyev — Gəncə Dövlət Universitetinin rektoru (2013), filologiya üzrə elmlər doktoru (2013). == Həyatı == Yadigar Vəli oğlu Əliyev 1969-cu ildə Gəncədə anadan olmuşdur. 1975–1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1996-cı illərdə BDU-da "Türk dilləri" ixtisası üzrə aspirant, 2000–2004-cü illərdə BDU-nun türkologiya kafedrasının doktorantı olmuşdur. 1999-cu ildə "Qədim türk (runik) yazılı abidələrinin dili dialektfövqü (ədəbi) hadisə kimi" mövzusunda namizədlik disertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2013-cü ildə isə "Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə (türkü) keçid dövrü" mövzusunda disertasiya müdafiə edərək filologya üzrə elmlər doktoru adı alıb. Ailəlidir, iki övladı var. 1996–2001 Gəncə Elm Təhsil mərkəzi Dillər kafedrasında müəllim, baş müəllim 2001–2005, GDU-nun Azərbaycan dili kafedrasında müəllim 2005–2011, Azərbaycan dili kafedrasının dosenti 2011–2013, filologiya fakültəsinin dekanı 2013, rektor Apardığı dərslər: Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası, Əski Azərbaycan yazısı, Türkologiyaya giriş TƏDQİQAT SAHƏSİ: Qədim və orta əsrlər türk yazılı abidələri == Əsərləri == Qədim türk (runik) yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı. Bakı, "Nurlan" nəşriyyatı, 2004, 190 səh.
Yadigar Əliyev (çavuş)
Yadigar Səfxan oğlu Əliyev (4 iyun 1994, Qaradağlı, Goranboy rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yadigar Əliyev 1994-cü il iyunun 4-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Yadigar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Əliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mohammad Şaker Karqar
Mohammad Şaker Karqar — Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2014).
Kardinal Alessandro Farnesenin portreti
Kardinal Alessandro Farnezenin portreti (it. Ritratto del cardinale Alessandro Farnese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1511-ci illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Kardinal Alessandro Farnezenin portreti" hal-hazırda İtaliyada, Neapol şəhərində saxlanılır.
Kardinal Alessandro Farnezenin portreti
Kardinal Alessandro Farnezenin portreti (it. Ritratto del cardinale Alessandro Farnese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1511-ci illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Kardinal Alessandro Farnezenin portreti" hal-hazırda İtaliyada, Neapol şəhərində saxlanılır.