Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anamın kitabı
Anamın kitabı — Cəlil Məmmədquluzadənin 4 məclisli dramı. 1920-ci ildə Şuşa şəhərində tamamlanmışdır. Əlyazma nüsxələri AMEA-nın Əlyazmalar İnstitutunun arxivində saxlanılır. Əsər ilk dəfə 15 yanvar 1923-cü ildə Bakıda, Dadaş Bünyadzadə adına Dram Teatrında tamaşaya (rej. A.Şərifzadə, Səməd Vahid - K.Ziya, Məmmədəli - İ.Talıblı, Gülbahar - Y.Olenskaya) qoyulmuşdur. == Əsərin təhlili == İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətənpərvər yazıçını dərindən düşündürürdü. “Xalqın və ölkənin qarşılaşdığı problemləri necə həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən suallara Cəlil Məmmədquluzadə həm publisistik, həm də bədii əsərlərində cavab verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün problemləri təsvir edilmişdir.İdeyaca zəngin olan “Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu ilə də fərqlənir : xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. Qardaşların yaşadıqları evdə baş verənlər, cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış problemləri hərtərəfli əks etdirir.
Bütlər kitabı
Bütlər kitabı Ərəb alimi Hişam ibn əl-Kalbi (737–819) tərəfindən yazılmış "Bütlər" kitabı (Kitab al-Əznəm), İslam əvvəli ərəb dinini, tanrılarını və ibadətlərini təsvir edir . Mətn İslam əvvəli ərəb dininin tənqidini edir və ərəblərin Kəbənin qurulmasından bəri olduqları vəziyyəti dini sui-istifadə məsələsinə aydınlıq gətirir. Kitab, "İslam əvvəli ərəblərin bütpərəstliyi" ilə şirkin (çoxtanrılığın) müəyyənləşdirilməsində təsirli oldu. Misir filoloqu Əhməd Zaki Paşa mətni aşkar etdi; Dəməşqdəki hərracda yeganə əlyazmanı satın aldı və onun geniş kolleksiyasındakı əlyazmalardan olan yazı 1934-cü ildə ölümündən sonra dövlətə bağışlanıb. Zaki Paşa XIV Beynəlxalq Şərqşünaslar Konqresində öz kəşfini açıqladı . == İstinadlar == == Tərcümələr == Faris, Nabih Amin (1952). Hishām Ibn-Al-Kalbi, The Book of Idols or The Kitāb al-Aṣnām. Princeton: Princeton UP. English translation. == Əlavə Ədəbiyyat == H. S. Nyberg. "Bemerkungen zum Buch der Götzenbilder von Ibn al-Kalbi." Lund: Svenska Institut i Rom.
Cəngəlliklər kitabı
"Cəngəlliklərin kitabı" (1894) – Redyard Kiplinqin hekayələr toplusu. Davamı olaraq "Cəngəlliklərin ikinci kitabı" əsəridir. Hər iki kitab özündə ibrətamiz tərzdə olan bir neçə kitabı birləşdirir. Baş qəhrəmanları antropomorf xüsusiyyətlər verilmiş heyvanlardır. Baş qəhrəman cəngəllikdə canavarların arasında böyüyən isə Mauqli adlı oğlan uşağıdır. Digər obrazlara pələng Şir Xan və ayı Balu daxildir. Kitab əsasında dəfələrlə film çəkilmişdir. == Məzmunu == Hekayələr ilk dəfə 1893–1894-cü illərdə çap olunmuşdur. Bir sıra illüstrasiyaların müəllifi Redyard Kiplinqin atası Con Kiplinq olmuşdur. Redyard Kiplinq Hindistanda doğulmuş və uşaqlığının ilk 6 ilini orada keçirmişdir.
Dəyişikliklər kitabı
Dəyişikliklər kitabı (İ Tszin) (çin.易經, sadələşdirilmiş heroqliflə 易经, pinyin: Yì Jīng), yaxud Çjou İ (周易) — e.ə. VIII-VII əsrlərə aid erkən dövr Çin fəlsəfi mətnlərindən biri. == Haqqında == İ-tszin, yaxud da «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur: Tszian (səma) çen (dağ) Li (od) Çjen (ildırım) Su-yun (külək, ağac) Duy (nohur, hovuz) Gün (torpaq) Kan (su) Bu triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfiqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.
Fatimə kitabı
Fatimə kitabı yada Müshəfi Fatimə(ər: مصحف فاطمة), islam peyğəmbərinin qızı Fatimənin kitabı. Kitabda yazılanlar bunlardan ibarətdir: Dünyanın qiyamətə qədər gələcəyinin xəbərləri.övladlarının tale və gələcəkləri.dünyanın hökmdarları və onların eliyəcəkləri işlər. Bu kitab quranın üç qatındadır amma quranla əlaqəli halal haramda daxil heç bir söz yoxdur və sadəcə dünyanın gələcəyindən qiyamətə qədər sözlər var.. Sünni inancına görə belə bir kitab yoxdur, onun haqqında şayiələr uydurmadır. Bundan əlavə, şiə mənbələrində Fatimədə Əlinin və sonra gələcək xəlifələrin adlarını özündə əks etdirən bir səhifə olduğu deyilir. == Kitabın necə yazılması == İslam peyğəmbərinin vəfatında sonra Fatimə çox üzgün və kədərlənmişdir və ondan uzaq qalmaq ona çox çətin gəlirdi. Şiə qaynaqlarına görə peyğəmbərin ölümündən Zəhranın öz vəfatınadək bir mələk ona təsəlli verib onu ovudurdu bu mələyin Ccəbrayıl olduğu məşhurdur.<ref>Kafi,c1,s241.( کافی، جلد ۱، صفحه ۲۴۱.)</ref> Bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən Fatiməyə xəbər verirdi. Peyğəmbərin ölümündZə zəhranın öz vəfatna-dək bir mələk ona təsəlli verib onu ovudu. Bu bu mələyCə cəbrayıl olduğu məşhurdur. bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən fatiməy xəbər verirdi.
Mirdadın kitabı
Bu əsrarəngiz əsər, Livan ədəbiyyatının klassiki Mixail Nüayməyə məxsusdur. O, görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı, filosofu Cibran Xəlilin yaxın dostu olub. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: ""Mirdadın kitabı" mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm". "Mirdadın kitabı" 1948-ci ildə Livanda çap olunub. Kitab Nuh peyğəmbərin gəmisinin seldən sonra gəlib çatdığı quru ərazisində tikib yaratdığı məbəd və bu məbədə qonaq gələn əsrarəngiz ustad haqqındadır. Mahiyyət etibariylə kitab insanın allahla olan ruhi əlaqələrindən bəhs edir. Oşo deyir: "Bu kitaba kim ki həyat bəxş edib, sözlərimə diqqətlə fikir verin, mən demirəm ki, kim ki yazıb, adi insan deyil, heç kimdi. Bunu edən şəxs sadə yazıçı deyil.
Mormon kitabı
Mormon kitabı (ing. The Book of Mormon) — mormonizmin müqəddəs mətnlər toplusu İlk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunmuşdur. "Mormon kitabı" mormonların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.
Məktublar kitabı
Məktublar kitabı — VIII əsrdə tərtib olunmuş epistolyar sənədlər toplusu "Qirk tltos" (Məktublar kitabi və yaxud Müraciətlər kitabı) xristianlığın tarixini gözəl əks etdirir. Bu abidə V–VIII əsrlərdə erməni kilsə və dövlət xadimlərinin qonşu dövlətlərin (Qafqaz Albaniyası, İberiya və Sasanilər) dövlət və kilsə başçıları ilə yazışmalarından ibarətdir. Toplunun V–VII əsrlərə aid olan I hissəsi yunanlar, suriyalılar, albanlar və gürcülərin kilsə başçıları ilə olan yazışmalardan ibarətdir. Məktublar kitabı xristianlığın tarixi, Alban Həvvari Kilsəsinin doqmatik mübahisələrinə aid qiymətli mənbə olmaqla yanaşı həm də alban əlifbasının olduğunu sübut edən qiymətli bir əsərdir.
Süleymin kitabı
Süleymin kitabı və ya əsil adı ilə Ali-Muhəmmədin sirləri — İslam tarixində yazılmış ilk kitab. Süleym ibn Qeysin kitabı İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır. “İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir. Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuş, "Qədim Qala" nəşriyyatı tərəfindən I cild formasında çap olunmuşdur. Daha sonra 2-ci dəfə təkrar nəşr olunmuşdur. Kitab 2015-ci ildə Taleh Abbasov tərəfindən "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuş, "Nurlar" nəşriyyatı tərəfindən çap olunmuşdur.
Təhsil kitabı
Təhsil kitabı — Azərbaycanda kitabxanaçılıq sahəsində əvəzsiz xidmətlər göstərmiş şəxslərdən biri, İbn Sinanın tələbəsi Əbülhəsən Bəhmənyar tərəfindən yazılmış kitab. Əbülhəsən Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Kitabxanada əsas yeri onun öz əsərləri tuturdu. Bu kitablardan "Təhsil kitabı", "Məntiqə dair zinət kitabı", "Gözəllik və səadət kitabı", "Metafizika elminin mövzusu", "Mövcudatın mərtəbələrinə dair traktat" və s. göstərmək olar. "Təhsil kitabı" müəllifinə nəinki Azərbaycanda, hətta bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsərin həcmi 900 səhifədir. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin (MŞM) kitabxanasında saxlanılır. Ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra şəhərlərinin: Beyrut, İstanbul, Qahirə, London, Vatikan kitabxana və universitetlərində saxlanılır.
Ustalar Kitabı
Yaradılış kitabı
Tekvin və ya Yaradılış, Tanax və Əhdi-Ətiqin ilk beş kitabını formalaşdıran Tövratın birinci kitabı. Ümumi olaraq 50 bölümdən ibarətdir. Kitabın adı Qərb dillərinə adı Yunancada "yaradılış, doğuş" mənasında olan Genesis sözündən keçmişdir. Yəhudi ənənəsində isə kitabın adı, kitabın ilk kəliməsi olan "ilk, başlanğıc" mənasına gələn Bişvil Reşit ya da qısaca Bereşit sözündən yaranmışdır. Dünyanın yaradılışını, Adəm ilə Həvvanı, cənnətdən qovulmanı, Habil və Qabili, Nuh Tûfânını, Babil qülləsini və İbrahim, İshaq, Yaqub və Yusif peyğəmbərlərin hekayələrini anladır.
Yer kitabı
SSRİ Dövlət mükafatı laureatı, Kabarda-Balkar xalq şairi Qaysın Quliyevin adı təkcə sovet ölkəsində deyil, sərhədlərimizdən kənarda da hörmətlə, rəğbətlə çəkilir. Onun Balkar dilində yazdığı şeirlər və poemalar Qafqaz dağlarını aşıb uzaq-uzaq dillərə yayılmış, bir çox dillərə tərcümə olunmuşdur. Dağlar kimi vüqarlı, əzəmətli və müdrik, çaylar kimi coşqun olan insanların təbiəti, daxili aləmi, gələcəyə inamı Qaysın Quliyev yaradıcıllığının əsasını təşkil edir.
Yeremiyanın kitabı
Yeremiyanın kitabı (İvr: ספר יִרְמְיָהוּ) — Köhnə Əhdi-Ətiqdə son peyğəmbərlər hissəsinin ikinci kitabı olub, Yeşaya kitabından sonra və Hezekiel ilə On İki kiçik peyğəmbər kitablarından əvvəl gəlir. Müşahidələri köçürüldüyü üçün kitab adını, E.Ə. 7-ci əsrin sonları və E.Ə. 6-ci əsrin əvvəllərində Qüdsdə, Yehuda Krallığı babillilərə məğlub olduğu zamankı kral Yoşiya zamanında yaşamış peyğəmbər Yeremiyadan alır. Kitab, mürəkkəb və poetik olaraq ivrit dilində yazılmışdır (10:11 istisnadır çünki qəribədə olsa aramicə yazılmışdır). Yeremiyanın kitabına aid parçaların bir qismi Kumranda dördüncü mağaradakı Ölü dəniz perqamentlərində tapıldı. Bu mətnlər, həm Masoretik mətn həm də Septuagint mətnlər ilə uyğunlaşmışdır. Bu kəşf, bu iki mətn arasındakı fərqliliklərə işıq tutdu; İlk Xristianlar üçün yunanca yazılan Septuagintin yalnız zəif bir tərcümədən ibarət olduğu ortaya çıxdı. Ölü dəniz çəngələri yayımının stajlı redaktoru Emanuel Tovun yazdığına görə, Masoretik variant ya ivritcə orijinalının yenidən yazılması ilə yaranıb, ya da bundan əvvəl hazırda iki fərqli variant yer almaqda idi. Yeremiyanın kitabının, bu gün Qanunvericiliklər və ya bərabər dini islahatlar gətirən Qanunvercilik yazarları tərəfindən təsirlənib düzəliş edildiyi prizma hakimdir. Bu, həm Qanunvericilikdə həm Yeremiyanın kitabındakı dilin paralelliyi açıq şəkildə ortaya çıxır. Məsələn, həm Qanunvericilik 4:20 həm də Yeremiya 11:4 "dəmir əritmə ocağından" bəhs edir.
Ölülər kitabı
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbirüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur.
Avvakum kitabı
Avvakum kitabı — Yəhudi Bibliyası və Əhdi-ətiqin bir hissəsi olan kitab. Yəhudi Bibliyasında Neviim bölməsində yerləşdirilmişdir. On iki kiçik peyğəmbərin səkkizinci kitabıdır. Kitabın müəllifi olaraq peyğəmbər Avvakum göstərilir və e.ə. VII əsrdə tərtib edildiyi güman olunur. == Müəllif == Kitabın birinci ayəsində Avvakumun bu kitabın müəllifi olduğuna işarə edilir, lakin Avvakumun özü haqqında demək olar ki, heç nə məlum deyil. Mütəxəssislər bu kitabın, xüsusən üçüncü fəslin liturgik xarakterinə əsaslanaraq, ehtimal edirlər ki, Avvakum məbəd peyğəmbəri və ya levili şair ola bilər. Onun adının etimologiyası dəqiq bilinmir və formasının ivrit dilində paraleli yoxdur. Adın Akkad dilində "bağ bitkisi" mənasını verən "xambbakuku" (akkad. 𒄩𒄠𒁀𒄣𒄣, ḫâmbaququ) sözü ilə qohum olması ehtimal olunur.
Vəhy Kitabı
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).
Fəyyum kitabı
Fəyyum kitabı — Misirin Fəyyum regionunu və onun himayədar tanrısı, timsah ilahı Sobeki qeyd edən qədim Misir "lokal monoqrafiyası". Bu, həmçinin ümumi olaraq "Kut topoqrafik kahinlərin dərsliyi" kimi təsnif edilmişdir. Mətn Ptolemey və Roma Misirinə (e.ə. 332–b.e.359) aid bir çox mənbələrdən məlumdur. Bu, ilk növbədə Fəyyumun mifoloji xəritəsi kimi fəaliyyət göstərmişdir. == Mənbə == === İstinadlar === === Ədəbəiyyat === Beinlich, Horst. Das Buch vom Fayum : zum religiösen Eigenverständnis einer ägyptischen Landschaft. Wiesbaden: Harrassowitz, 1991. Klotz, David. “Egyptian Hieroglyphs.” In The Oxford Handbook of Roman Egypt, edited by Christina Riggs, 563 – 580.
Haykus kitabı
Haykus kitabı — Cek Kerouacın haiku şeirləritoplusudur. İlk dəfə 2003-cü ildə nəşr edilmiş və Regina Weinreich tərəfindən redaktə edilmişdir. O, Kerouacın kiçik dəftərlərdə qeyd etdiyi 1000-ə yaxın haykudan ibarət korpusdan seçilmiş 500-ə yaxın şeirdən ibarətdir. Cek dağının zirvəsi — qızıl buludlar tərəfindən Dharma Bumsda da təkrarlanır. Kolleksiyada daha əvvəl nəşr olunmuş bir ovuc hayku da var, məsələn, Səpələnmiş Şeirlər.
Nut kitabı
"Nut kitabı" (əsl adı: "Ulduzların istiqamətinin əsasları") —müxtəlif mifoloji mövzuları əhatə edən qədim Misir astronomik mətnlərinin toplusu. Bu mətnlər dekanların ulduzlarının dövranlarına, Ayın, Günəşin və planetlərin hərəkətlərinə, günəş saatlarına və əlaqəli məsələlərə diqqət yetirir. Bu başlıq kitaba mətnin bəzi nüsxələrində yerin üzərində qövs edən səma ilahəsi Nutun təsvirinə görə verilmişdir. Onu hava tanrısı Şu dəstəkləyir. Nut kitabındakı mətnlərə Misir tarixinin müxtəlif dövrlərinə aid materiallar daxildir. Kitabın orijinal adı – "Ulduzların istiqamətinin əsasları" Aleksandra fon Liven tərəfindən əlyazma fraqmentlərindən birində aşkar edilmiş və 2007-ci ildə nəşr edilmişdir. Marshall Clagett, Ancient Egyptian Science, Volume 2: Calendars, clocks, and astronomy. Philadelphia: American Philosophical Society, 1995 ISBN 0871692147 Jan Assmann: Das Grab der Mutirdis. von Zabern, Mainz 1977, ISBN 3-8053-0042-5. Henri Frankfort: The Cenotaph of Seti I at Abydos (with chapters by Adriaan de Buck and Battiscombe Gunn).
Yeparx kitabı
Yeparx kitabı (yun. Τὸ ἐπαρχικὸν βιβλίον, To eparchikon biblion) — yeparxın yurisdiksiyasında olan Konstantinopol sənətkarlıq və ticarət korporasiyalarının nizamnamələrinin rəsmi toplusu. Qaydalar X əsrdə kodlaşdırılmışdır. Yeparx kitabı Qədim Roma dövründən bəri Yunanıstanda mövcud olan kollegiyalar və sənaye gildiyaları ilə bağlı qaydalar toplusudur. Bütün əməliyyatlar dövlət nəzarətində olduğundan kitab bütün sənətkarlıq sahələrinin fəaliyyətini tənzimləmirdi. Əvəzində, sənəd cəmiyyətin və sahibkarın maraqlarının ən sıx bağlı olduğu və qara bazarın yaranması ehtimalının yüksək olduğu sahə ilə məhdudlaşırdı. A. E. R. Boak, "The Book of the Prefect, " Journal of Economic and Business History, I (1929), 597—619, and E. H. Freshfield, Roman Law in the Later Roman Empire (Cambridge: Bowes & Bowes, 1932). Lopez, Robert S. and Raymond, Irving W. (1951). Medieval Trade in the Mediterranean World. New York: Columbia University Press.
Kitabçı (jurnal)
"Kitabçı" jurnalı — 2014-cü ilin martından rəngli çap olunan aylıq jurnal. == Haqqında == Jurnal Türkiyənin İstanbul şəhərindəki MEGA Basım Mətbəəsində yüksək çap üsulu ilə nəşr olunur. "Kitabçı" jurnalı məzmunu və formatı etibarilə yenilikçi bir sənət və ədəbiyyat dərgisidir. Jurnalın ilk nömrəsində yaradıcılıq nümunələri yer almış müəlliflər sırasında müasir Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı gəncləri vardır. == Heyəti == "Kitabçı" jurnalının baş redaktoru şair Səlim Babullaoğludur. Jurnalın şef-redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli, redaktor-koordinator yazıçı Fərid Hüseyndir. Jurnalda çağdaş ədəbiyyat və sənət mühitinin istedadlı imzaları - Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli kimi yazarların imzası var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtilə "Press fakt" kimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur yaxından iştirak edir. Jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan, Yaponiya kimi ölkələrdən daimi yazı yazanların olacağı nəzərdə tutulur. == İstinadlar == == Həmçinin bax == Səlim Babullaoğlu == Xarici keçidlər == ""Kitabçı" jurnalının yeni sayı gəldi" (az.).
Ginnesin Rekordlar Kitabı
Ginnesin Rekordlar Kitabı (ing. The Guinness Book of Records) — insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuə. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunmuşdur. == Tarixçəsi == "Ginness" pivə zavodunun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşür. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bundan sonra ser Hyu qərara alır ki, belə bir soraqça tərtib etdirsin. İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırır. 1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanır və 1000 nüsxə pulsuz paylanır. Növbəti ilin avqust ayının 27-də isə 197 səhifəlik kitab pulla satılmağa başlayır və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları tutur.
Farneze saat kitabı
Farneze saat kitabı (it. Libro d'ore Farnese, ing. The Farnese Hours) — Romada intibah rəssamı Culio Klovio tərəfindən kardinal Alessandro Farneze üçün hazırlanmış miniatürlü əlyazmadır. Vazarinin sözlərinə görə, kitabın hazırlanmasına rəssam doqquz il sərf etmişdir. Neopolitan muzeyində saxlanan kitab, 1903-cü ildə C.P. Moqran tərəfindən alınmışdır. Əlyazma, kitab miniatürü incəsənətinin ən son nümunələrindən biri olmaqla, intibah dövrünün ən məşhur müvafiq sənət əsəridir. Kitabın unikallığı ondadır ki, o, orta əsrlər yox, manyerizm dövrünə aiddir və kitab nəşri dövründə hazırlandığına görə, faktiki olaraq anaxronizmdir. == Tarixi == Əlyazmanın müəllifi olan Culio Klovio, 1530-cu illərin sonlarından kardinalın xidmətində olmuş və növbəti qırx il ərzində yalnız onun üçün çalışmışdır. XVI əsrin ortalarında, əsərin sifarişçisi Alessandro Farneze ən böyük sənət kolleksiyaçısı və messenat olmuşdur. Əlyazma kardinal Farnezenin vəsiyyətnaməsində ayrıca qeyd edilmiş iki sənət əsərindən biridir: o, əlyazmanın həmişə ailədə saxlanmasını və heç vaxt Farneze sarayından çıxarılmamasını istəmişdir.
Kommunizmin qara kitabı
Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub. == İçindəkilər == Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb. Kitab beş əsas başlıqdan ibarətdir. Dövlət öz xalqına qarşı Dünyəvi inqilab, vətəndaş müharibəsi və terror Şərqi Avropa - kommunizmin qurbanı Asiyanın kommunist rejimləri: "yenidən tərbiyə"-dən tutma qanlı qırğına qədər Üçüncü dünya == Kommunist rejimlərinin qurbanlarının ümumi sayı == Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib Çin Xalq Respublikası - 65.000.000 Sovet Sosialist Respublikaları İttifaqı - 20.000.000 Şimali Koreya - 2.000.000 Kamboca - 2.000.000 Efiopiya - 1.700.000 Əfqanıstan - 1.500.000 Vyetnam - 1.000.000 Şərq bloku - 1.000.000 Latın Amerikası - 150.000 Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır. Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.
Kitabi-Diyarbəkriyyə
Kitab–i Diyarbəkriyyə (fars. کتاب دیاربکریه) — Uzun Həsənin əmri ilə hicri 875–ci (miladi 1470/1471–ci) ildə yazılmağa başlanılmış və onun ölümündən sonra tamamlanmış Ağqoyunlu xanədanlığının tarixi haqqında Əbubəkr Tihrani tərəfindən farsca yazılmış kitab. == Haqqında == Həsən bəy Rumlu Əhsən ət-təvarix, Qazı Əhməd Qaffari Tarix-i cahan ara, Münəccimbaşı Əhməd Dədə Sahaiful-Əxbar, İskəndər bəy Münşi Tarix-i aləm aray-i Abbasi əsərlərində mənbə olaraq bu kitaba istinad etmişdirlər. Kitabın müasir dövrümüzə gəlib çatmış yeganə (qüsurlu) əlyazması hicri 876–cı ilə aid olsa da Həsən bəy Rumlu bu kitaba əsaslanaraq hadisələri miladi 1474–cü ilədək təqdim etdiyindən demək olar ki, yekun əlyazma hicri 878–ci ilə qədərki hadisələrdən bəhs etmişdir. Kitab həmçinin Qaraqoyunlu Cahanşah və Sultan Şahruxun ölümündən Sultan Hüseyn Bayqaranın hakimiyyətinin bərqərar olmasına qədər Teymurilər xanədanlığı haqqında qiymətli məlumatları əks etdirir. Əsərdə girişdən sonra Uzun Həsəndən Adəm peyğəmbərə qədər soy ağacı verilir, daha sonra Qara Yuluq Osman bəy ilə oğul və nəvələrinə dair xəbərlər gəlir və bununla da Ağqoyunlu xanədanlığı tarixi başlayır. Kitabda 1408–1419, 1424–1428, 1429–1433–cü illərə aid hadisələr demək olar ki, işıqlandırılmamış, 1441–1444 və 1446–1450–ci illərə aid hadisələr isə qısa olaraq təsvir edilmişdir. Əsərin hələlik bəlli olan yeganə əlyazma nüsxəsi İraqda, Bəsrə şəhərində Məhəmməd Əmin bəy adlı bir nəfərin şəxsi kitabxanasında saxlanırmış. Faruq Sümər 1950–ci ildən başlayaraq, əlyazmanın Ankaraya gətirilməsi üçün gərgin çalışmalarda bulunmuş və sonda öz məqsədinə çatmışdır. Əlyazmanın unikallığını və mənbəşünaslıq dəyərini nəzərə alan Faruq Sümər onu Necati Lugal ilə birlikdə çapa hazırlamış, 1962–1964–cü illərdə əsərin farsca mətnini iki cilddə geniş ön sözlə Ankarada nəşr etdirmişdir.
Kitabi-Əsgəriyyə
"Kitabi-Əsgəriyyə" — Azərbaycanlı alim və maarifçi Abbasqulu ağa Bakıxanovun 1837-ci ildə yazdığı hekayə. Bu Bakıxanovun Riyazül-Qüdsdən sonra ikinci nəsr əsəridir. "Kitabi-Əsgəriyyə" hekayəsində Bakıxanov sevgi azadlığı haqqında yazırdı və xurafata qarşı çıxırdı. Hekayə ilk dəfə Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə Peterburqda çap olunan "Qəvaidi-Zöviyyə ("Zövi qaydaları") adlı türk dili dərsliyində ixtisarla və bəzi hissələri sadələşdirilərək verilmişdir. Hekayənin Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb. AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılan nüsxəsinin mükəmməl tənqidi mətni ilk dəfə Həmid Araslının transfonoliterasiyası ilə 1946-cı ildə İnstitutun əsərlərinin birinci cildində nəşr olunmuşdur. Azərbaycan ədəbiyyatında Azərbaycan türkcəsi ilə yazılmış ilk hekayə və ya povest (uzun hekayə) sayılan bu əsərdə iki gəncin məhəbbətindən bəhs edilir. Əsərdə, klassik məsnəvilərdə olduğu kimi iki qəhrəmanlı məhəbbət hekayəsi təsvir olunmuşdur. Lakin digər əsərlərdən fərqli olaraq, bu hekayə bir tərəfin və ya hər ikisinin ölümilə nəticələnmir. Burada da aşiq və məşuq bir-birini sevir, lakin onların görüşməsinə mane olan məhəllə sakinləridir.
İlandağ kitabəsi
İlandağ (Haçadağ) kitabəsi — Müasir Naxçıvan Muxtar Respublikası ərazisində Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, İlandağda, digəri Fərhad evi adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır. İlandağ kitabəsi adlana kitabə Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar edilmiş və mixi kitabənin mətni S.Qaşqay tərəfindən tərcümə edilmişdir. İlandağ kitabəsi İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrinndən bəhs edir. Bir metr uzunluğunda kitabənin mətnindən ayıdn olur ki, Işpuini və Menua Arsinie ve Ania torpaqlarını tutmuş, Pluadidə İlahə Haldinin şərəfinə kitabə qoymuş və qurban kəsmişlər. AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevin fikrinəcə kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Tədqiqatçı fikrini Naxçıvan ərazisində Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlilin tapılmaması ilə izah etmişdir. Kitabədən aydın olur ki, Urartu çarları İşpuini və onun oğlu Meniua bu ərazilərə yürüşlər təşkil etmişlər. Kitabədə onların zəbt etdikləri ölkələr arasında üç şəhər dövlətinin adı çəkilmişdir – Arsine, Arsikua, Ayanianu.
Meşa kitabəsi
Meşa kitabəsi, Meşa sütunu, Meşa stelası və ya Moav daşı — təxminən e.ə. 840-cı ilə aid, Moav padşahı Meşanın adına Kənan yazısında yazılmış kitabə. Meşa Moav tanrısı Xamosun öz xalqına qəzəbləndiyini və onların İsrail padşahlığına tabe olmasına icazə verdiyini, lakin nəhayət, onun geri qayıdaraq İsrailin boyunduruğundan qurtulmaq və Moavın torpaqlarını bərpa etmək üçün Meşaya kömək etdiyini izah edir. Meşa bir çox tikinti layihələrini də təsvir edir. Paleoivrit yazısı ilə sıx bağlı olan Finikiya əlifbasının variantında yazılmışdır.. Albright, William F. "Is the Mesha Inscription a Forgery?". The Jewish Quarterly Review. University of Pennsylvania Press. 35 (3). 1945: 247–250.