Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bonsai Kitten
Bonsai Kitten (azərb. Bonsay pişikləri‎) — oxuculara pişik balasını bir bankada necə böyütmək barədə təlimat verdiyini iddia edən yalançı bir veb sayt idi. Düşüncəyə görə böyüdükcı pişik balasının sümükləri bonsay bitkisi kimi qabın şəklini almalı idi. Sayt Michael Wong Chang ləqəbli Massaçusets Texnologiya İnstitutu tələbəsi tərəfindən hazırlanmışdı. Veb sayt bir çox insanın bunu ciddi qəbul etməsi və heyvan hüquqları təşkilatlarına şikayət etməsi ilə qəzəb doğurdu. Miçiqan Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti bildirdi ki, "saytın məzmunu saxta olsa da, apardığı təbliğat heyvanlara qarşı zorakılığa səbəb ola bilər". Veb sayt hazırda fəaliyyət göstərmir. == Veb saytla bağlı narahatlıqlar == 30 oktyabr 2000-ci ildə "BonsaiKitten.com", "Cruel.com" saytında "Günün Qəddar Saytı" kimi təqdim edildi. Şiakryətlərdən sonra bağlantılar silindi. Lakin BonsaiKitten.com saytına olan keçidlər bütün dünyaya yayıldıqdan sonra bir çox heyvansevər Heyvanların Rifahı İnstitutuna və Birləşmiş Ştatların Humanitar Cəmiyyətinə şikayətlər göndərdilər.
Cozef Kotten
Cozef Çeşir Kotten (ing. Joseph Cheshire Cotten; 15 may 1905, Virciniya, ABŞ — 6 fevral 1994, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir. == Erkən həyatı == Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınamışdır. == Orson Uellslə əməkdaşlıq == Cozef Kotten 1930-cu ildə Brodveydə debüt edərkən yaradıcılığa yeni başlamış aktyor və rejissor Orson Uellslə tanış olmuşdur. Sonradan bu tanışlıq onları ən yaxın dosta çevirmişdi. 1937-ci ildə Kotten Uellsin teatr şirkətinə gedir və orada "Başmaqçının bayramı" və "Yuli Sezar" tamaşalarında baş rolları ifa edir. Onların əməkdaşlığı teatrla məhdudlaşmırdı.
Kitçen burnu
Kitçen burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adasının şərqindəki Tirizis adası sahillərindən şərqdə yerləşən qayalardan ibarət burundur. Bransfild boğazından cənub-şərqdə, Kozloduy buxtası və Kruni buxtasından şimalda yerləşmişdir. Burun 1821-1822-ci illərdə Ann dəniz gəmisi ilə Cənubi Şetland adalarına gələn kapitan Cozef Kitçenin adını daşıyır. == Yerləşməsi == Kitçen burnu 62°23′14″ c. e. 59°20′42″ q. u. koordinatlarında yerləşmişdir. Robert burnundan 7.25 km şimal-şərqdə, Batuliya burnundan 1.9 km şimalda, Perelik burnundan 1.56 km cənub-şərqdə, Smirnenski burnundan 2.75 km cənub-şərqdə, Nelson adasında yerləşən Ross burnundan isə 12.33 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir.
Kiten burnu
Kiten burnu və ya Qara-Burun (ukr. Китень) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Arabat körfəzinə daxil olur. Semyonovka kəndi yaxınlığında yerləşir. Ərazisində Kerç şəhərinin mikrorayonlarından biri yerləşir. Cənubdan sahilləri hamar, şimaldan isə sıldırımlı və girintili-çıxıntılıdır.
Akiten
Akvitaniya (fr. Aquitaine, IPA: ​[a.ki'tɛn]) — Fransanın cənub-qərbində yerləşən region. 2016-ci il yanvar ayının 1-dən Yeni Akvitaniya regionun bir hissəsidir. Regionun inzibati mərkəzi ən böyük şəhər olan Bordodur. Regionun sakinləri akvitaniyalılar adlanır. == Coğrafiyası == Akvitaniyanın sahəsi 41 309 km², Fransa metropolisinin regionlar arasında üçüncü sırada, dövlətin isə yüzdə 8 faizini təmsil edir.
Kottec
Kottec (ing. Cottage) — şəhər kənarında, fəhlə qəsəbəsində, və sairədə bir ailəlik kiçik ev. Müasir dövrdə kəndlərdə və istirahət mərkəzlərində rast gəlinir. Azərbaycan dilinə bu söz rus dilindən "коттедж" sözünün alınası ilə keçmişdir. == Etimologiya == Kottec (orta əsr latın cotagium) sözü qədim ingiliscə çarpayı, cote "daxma" və köhnə fransız dilində çarpayısı "daxma, kottec", qədim norsca kot "daxma" sözündəndir və orta aşağı alman dilindəki kottenin (kottec, daxma) sözlərinə aiddir. Buna misal olaraq 15-ci əsrə aid malikanə saraylarında rast gəlmək olar. Kottec evinin Latın dilindəki versiyası: "domus", idi. Kottecin anbarı isə "qranjia" adlanırdı. == Britaniya və İrlandiyada müasir dövrdə istifadəsi == Populyar müasir mədəniyyətdə kottec termini daha ümumi və romantik kontekstdə istifadə olunur və istənilən dövrə aid ola bilər, lakin bu termin adətən müasir olmayan yaşayış evlərinə tətbiq olunur. Köhnə, Viktoriyadan əvvəlki kotteclərin hündürlüyü azdır və əksər hallarda karkas taxtaları görünürdə qalır, bəzən yaşayış sahəsi içinə daxil olur.
Pisten
Vittel
"Vittel" — öz zəngin xassələrini Fransanın şərqindəki dağlardan götürən təbii mineral su. “Vittel” öz mineral duzlarının və makroelementlərinin ideal tarazlaşdırılmış unikal tərkibi sayəsində bizim orqanizmimizə lazım olan maddələrin daxil olmasını təmin edir. “Vittel” orqanizmin kalsium ehtiyatını təmin edə bilən və bununla da insanı hər zaman sağlam tuta bilən təbii mənbədir.1,5 litr “Vittel” suyu günlük kalsiumun 15 faizini bizə bəxş edir. XIX əsrin ikinci yarısından etibarən bütün avropadan insanlar bu suyun canlandırıcı gücünü öz üzərlərində təcrübədən keçirmək üçün gəlirdilər. Bir müddət sonra “Vittelin” adı sözün əsl mənasında dünyanın dörd bir yanında mineral sularla bərabər hallanmağa başladı. “Vittel” istirahət mərkəzi sağlam görünmək istəyən hər kəsin ziyarətgahı oldu. İnsanlar buraya həyat enerjisi tapmaq, stres və yorğunluqdan azad olmaq üçün gəlirlər. Məhz burada idmançıları olimpiyadalara hazırlayan mərkəz və Aralıq dənizi klubu fəaliyyət göstərir. Bundan başqa əlverişli iqlim və məşhur termal qaynaqlar “Vittel” mineral suları rayonunu aparıcı istirahət mərkəzinə çevirmişdir. Bütün bu xarekretirek xüsisiyyətləri özündə cəmləyən “Vittel” gözəl şərablara və ləziz yeməklərə əlavə olunmaqla dünyəvi şöhrət qazanır.
Kition
Kition (q.yun. Κίτιον; lat. Citium; q.misir kꜣṯꜣj; finik. 𐤊𐤕, kt, və ya 𐤊𐤕𐤉, kty) — Kiprin cənub hissəsində Tunc və Dəmir dövrlərinə aid şəhər-dövlət. == Padşahlar == Qədim İranın tabeliyindən bəri Kition padşahları da İdalion kralları titulunu daşıyırdılar. I Baalmilkon. Təqribən e.ə. 475-ci il. Baalromun oğlu Milkyaton., Təqribən e.ə. 392–362-ci illər.
Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır.
Vitte
Vitte — soyad. Karl Vitte — alman hüquqşünas. Sergey Vitte — gürcü mənşəli rus dövlət xadimi Digər Vitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Vitte adası (Yokanqskie adaları) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada.
Hellmut Ritter
Hellmut Ritter (alm. Hellmut Ritter‎; 27 fevral 1892[…], Lichtenau[d], Hessen – 19 may 1971[…], Oberurzel[d], Hessen) — Almaniya şərqşünası. == Həyatı == Hellmut Ritter 27 fevral 1892-ci ildə Lichtenauda doğuldu. Litseyi Kasseldə bitirdikdən sonra Halle Universitetində Karl Brokkelman və Paul Kahledən, Strasburq Universitetində Teodor Nöldeke, Enno Littmann, Landauer və Frankdan şərqşünaslıq və Şərq dilləri öyrəndi; eyni zamanda teologiya və klassik filologiya dərslərinə qatıldı. 1913-cü ildə Hamburq Universiteti Şərq mədəniyyəti və tarixi bölümündə Karl H. Beckerin asissenti olaraq vəzifəyə başladı. Ertesi il Bonn Universitetində “Ein arabisches Handbuch der Handelswissenschaft” adlı dissertasiyasıyla (Isl., VII [1916], s. 1-91) doktorluq müdafiə etdi. Əsgərliyini 1914-1918 savaş illərində İstanbul və İraqda keçirməsi Türkcə və Ərəbcəsini inkişaf etdirməsinə səbəb oldu. Savaşın ardından Hamburq Universiteti Şərq dilləri kafedrasına professor təyin edildi (1919). 1926-cı ildə universitetdəki vəzifəsindən alınan H. Ritter, Hamburqda İran ədəbiyyatı və təsəvvüfünə dair başlatdığı çalışmalarına davam etmək üçün Alman Elm Yardım Dərnəyinin bursuyla İstanbula getdi.
Karl Ritter
Karl Ritter (7 avqust 1779[…], Kvedlinburq – 28 sentyabr 1859[…], Berlin) — alman coğrafiyaçısıdır. O müasir coğrafiyanın yaradıcılarındandır. Qədim və yeni İran haqqında əsas tədqiqatçıdır. == Tərcümeyi-hal == Karl Ritter 1779-cu ildə Saksoniyada akademik ailədə anadan olub. o 6 uşaqdan biridir. Karlın atası həkim idi. O öləndə atasının 2 yaşı var idi. onun 5 yaşı olanda onu Şnepfentalyaya məktəbə göndərdilər. Məktəbi bitirdikdən sonra isə o təhsilini davam etmək üçün Betman-Qolvequnun yanına göndərirlər. Onun yanında işlədikdən sonra sahibinin imkanı daxilində təhsilini davam etdirir.
Kintex (Bolqarıstan)
Kintex — Bolqarıstana məxsus dövlət şirkəti. Bolqarıstan Respublikasının xarici ticarəti ilə məşğuldur. 1965-ci ildə yaradılıb. Şirkətin idarə edilməsi Bolqarıstan İqtisadiyyat Nazirliyinin tabeliyindədir. == Tarixi == Şirkət 1965-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində yaradılıb. Şirkət 1992-ci ilə qədər Bolqarıstan Kommunist Partiyasının gizli xidməti olan Dövlət Təhlükəsizliyi Komitəsinə tabe idi və siqaretdən ağır silahlara qədər hər şeyin satışına nəzarət edirdi. Bolqarıstanda 1992-ci ildə Ticarət hüququ qüvvəyə minir və 1992-ci ildə Kintex, ticarət qanunları ilə tənzimlənən "Qapalı Səhmdar Cəmiyyətə" çevrilir. Şirkətin səhmlərinin hamısı dövlətə məxsusdur. Kintex, Bolqarıstan Ordusu və polisi üçün məhsulların ixracı, idxalı və yenidən ixracı lisenziyasına sahibdir. == Fəaliyyəti == Şirkətin əsas fəaliyyət sahəsi ticarətdir.
Kirsten Danst
Kirsten Karolin Danst (ing. Kirsten Caroline Dunst, d. 30 aprel 1982, Nyu-Cersi, ABŞ) — amerikalı aktrisa, model və müğənni. 12 yaşı olanda "Vampir ilə müsahibə" filmində oynadığı vampir Klaudia roluna görə geniş surətdə insanlar tərəfindən sevilməyə başlayıb və bu roluna görə aktrisa "Ən yaxşı ikinci dərəcəli aktrisa" adı ilə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Həyatı == Kirsten Karolin Danst 30 aprel 1982-ci ildə Amerikada, Nyu-Cersi ştatının Point Plezant qəsəbəsində anadan olub. Kinoaktrisanın atası – əslən Hamburqdan olan Klaus Danst bir tibb şirkətində çalışmış, anası İnez isə əvvəllər Lufthansada stüardessa işləmiş, daha sonra rəssam olmuş, incəsənət qalereyasının təsisçisi və sahibəsi olmuşdur. 1986-cı ildə Kirstenin Kristian adında bir qardaşı dünyaya gəlir. Aktrisa doqquz yaşınadək ailəsi ilə birlikdə Point Plezantda yaşayır. Valideynlərinin boşanmasından sonra Kirsten qardaşı və anası ilə birlikdə Cənubi Karolinaya köçür. == Karyerası == Kirsten Danstın kino karyerasındakı debütü 1989-cu ildə baş tutur.
Kirsten Lavton
Kirsten Lavton (d. 17 noyabr 1980; Hemel Hempstead, Birləşmiş Krallığ) — Birləşmiş Krallığı təmsil edən batut gimnastı. Kirsten Lavton, 2004-cü ildə Birləşmiş Krallığı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Kirsten Lavton, Dünya Çempionatında 1 bürünc medal qazanıb. == Karyerası == Kirsten Lavton, 2004-cü ildə Birləşmiş Krallığın bayrağı altında Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Lavton, 60.20 xal topladı və 16 idmançı sırasında 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Kottej əməliyyatı
Kottej əməliyyatı — ABŞ ordusunun İkinci Dünya müharibəsi zamanı Sakit Okean Kampaniyası dövründə Kiska adasını yapon qüvvələrindən azad etmək əməliyyatı. Əməliyyat 1943-cü il avqustun 15-dən 24-dək baş verir. Bütün yapon qoşunlarının əməliyyat başlamazdan əvvəl adanı tərk etməsinə baxmayaraq, manevrlər və eniş zamanı Amerika qoşunları dost atəşindən onlarla əsgər itirmiş və yaralanmışdır. Əlavə olaraq “Abner Reed” esminesi Yapon minasına toxunaraq zədələnir və partlayış zamanı 71 nəfər həlak olur. == Öncəki vəziyyət == Kiska adası 1942-ci ilin yayında yapon dəniz piyadalarının adaya enərək ABŞ Hərbi Dəniz Qüvvələrinin meteostansiyasını məhv etməsindən sonra Yaponiyanın işğalı altına düşür. Sonradan adada Amerika kəşfiyyatına görə təxminən 10 min nəfər olan əhəmiyyətli bir qarnizon yerləşdirilir. İşğal zamanı yaponlar adada və onun ətrafında 2,5 min insan itirir. Kiskanın tutulması Aleut kampaniyasına son qoymalı idi və Amerika komandanlığı Attu uğrunda qanlı döyüşü xatırlayaraq əhəmiyyətli qüvvələr endirməyi planlaşdırırdı. Adak adasının ərazisində 100-dən çox gəmi cəmlənmişdi, desant qüvvələri 30 min amerikalı piyada və 5,5 min kanadalıdan ibarət idi. Bundan əlavə, iyul ayının sonundan etibarən Kiska hava hücumlarına və dənizdən atəşə məruz qalırdı.
Kristen Bell
Kristen Bell (ing. Kristen Anne Bell; 18 iyul 1980, Hantinqton-Vuds[d], Miçiqan) — ABŞ aktrisası və müğənnisi.
Kristen Dalsqor
Christen Dalsgaard (dan. Christen Dalsgaard) - Danimarkalı rəssam və incəsənət xadimi. == Biografiya == === Erkən həyatı və təhsili === Mülk sahibinin oğlu Kristen Dalsgaard 30 oktyabr 1824-cü ildə Jutland'ın Skive yaxınlığındakı Krabbesholm Manor'da anadan olmuşdur. Bədii istedadın erkən əlamətlərini göstərdi və sənətkarlıq rəssamı olaraq təhsil aldı. 1841-ci ilin yazında ziyarət edən mənzərə rəssamı Niels Rademacher, gənc rəssamı ruhlandırdı və valideynlərini oğlunun istedadına inandırdı. Həmin il sonra Kopenhagenə getdi və 1841-ci ilin oktyabrında Kral Danimarka İncəsənət Akademiyasında (Det Kongelige Danske Kunstakademi) sənətşünaslıq işlərinə başladı. 1841-ci ilin dekabrında rəssam Martinus Rørbye ilə fərdi araşdırmalara başladı. Bu dərslər 1847-ci ilə qədər davam etdi. 1843-cü ildə akademiyanın sərbəst rəssamlıq məktəbində, sonrakı il isə Akademiyanın suvaq məktəbində oxumağa başladı. Yay və tətil zamanı ev eskiz kitabçalarını yerli mənzərə, geyim və həyat tərzi ilə tanış edərək doldurdu.
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Kristen Stüart
Kristen Ceyms Stüart (ing. Kristen Jaymes Stewart; 9 aprel 1990[…], Los-Anceles, Kaliforniya, ABŞ) — amerikalı aktrisa. "Alatoran" filmində oynadığı Bella Svon rolu ilə tanınma qazanmışdır. Aktrisa həmçinin "Panic Room" (2002), "Zathura" (2005), "Müjdəçilər" (2007), "Qadınlar ölkəsində" (2007), "Vəhşi təbiətdə" (2007), "Macəra diyarı" (2009) və "The Runaways" (2010) filmlərində də rol almışdır. == Həyatı == Kristen Stüart Los-Anceles şəhərində doğulmuş və böyümüşdür. Onun atası Con Stüart səhnə yönədicisi və Fox telekanalında televizor prodüseridir. Anası Culs Mənn – Stüart Avstraliyanın Queensland vilayətinin Maroochydore şəhərində əlyazma supervayzeri olmuşdur. Aktrisanın Kameron Stüart adında özündən böyük bir qardaşı var. == Karyerası == Aktrisanın bütün ailəsi (anası, atası və özündən böyük üç qardaşı) kamera arxasında çalışırlar və Kristen Stüart da düşünürmüş ki, o da yazıçı və ya ssenarist olacaq, lakin heç vaxt aktrisa olmağı ağlına gətiməmişdir. "Mən heç vaxt diqqət mərkəzində olmaq istəməmişəm, heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm, lakin həmişə avtoqraf verməyi öyrənməyə çalışmışam, çünki mən qələmləri sevirəm.
Kristen Şaldibin
Kristen Şaldibin (8 avqust 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kristen Şaldibin, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Şaldibin həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Kristen Şaldibin 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Natalie McQiffert və Monika Roxman ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Mariya Vittek
Mariya Vittek (pol. Maria Wittek; 16 avqust 1899 – 19 aprel 1997, Varşava, Polşa) — briqada generalı rütbəsinə layiq görülən ilk polşalı qadın. Bu ad təqaüdə çıxdıqdan sonra 1991-ci ildə verilmişdir. 18 yaşından Polşa ordusunda və müxtəlif hərbi təşkilatlarda xidmət etmişdir. Heç vaxt evlənməmişdir. == Həyatı == === Erkən həyatı === Mariya Vittek Polşanın Rusiya hissəsində anadan olmuşdur. Atası Stanislav Vittek dülgər idi. Polşa Sosialist Partiyasının üzvü olaraq, 1915-ci ildə ailəsi ilə birlikdə rus səlahiyyətliləri tərəfindən həbs olunmamaq üçün Ukraynaya köçür. Mariya hələ məktəbdə olarkən Kiyevdəki kəşfiyyat heyətinə qatılır. Daha sonra Kiyev Universitetinin riyaziyyat şöbəsinin ilk qadın tələbəsi olur.
Marqaret Uitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Marqaret Vitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
JITTER
JITTER ~ дрожание ~ titreme ~ titrəmə-televiziya və kompüter disleylərində: siqnalın dayanıqsızlığı (dəyişkənıiyi)səbəbindən görüntünün azacıq titrəməsi və ya flüktüasiyası. Titrəyiş çox zaman displeyin açılma sətri ilə eyni qalınlığa malik olan üfüqi sətirlərdə yaranır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Kiştəy
Kiştəy - türk və altay mifologiyasında başdan çıxarıcı Tanrıça. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Səkkiz gözü vardır. Qara bir tülküyə çevrilə bilər. İnsanları zina etməyə, evlilik xarici əlaqələr qurmağa itələyər. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Erkədir). == Etimologiya == (Kiş) kökündən törəmişdir. Kişi və kişnəmə sözləriylə eyni kökə malikdir.
Pistən
Vistən
Vistən — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1007 nəfərdir. Oykonim “iyirmilər” mənası ilə və ya küncütə oxşar bitkinin adı ilə əlaqələndirirlər.
Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.