Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Kola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Kolas Yakub
Kolas Yakub (22 oktyabr (3 noyabr) 1882 – 13 avqust 1956[…], Minsk) — belarus yazıçısı, şair, dramaturq, tərcüməçi, siyasətçi, tənqidçi. == Həyatı == Kolas Yakub 3 noyabr 1882-ci ildə Belarusiyanın Akinçitsı xutoru, indiki Minsk vilayətində meşəbəyi ailəsində anadan olmuşdur. O, Nesvijsk müəllimlər seminariyasını bitirmiş və 1915-ci ildə orduya çağırılmışdır. == Əmək fəaliyyəti == Kolas Yakub 1928-ci ildən ömrünün sonuna qədər BSSR EA-nın prezident müavini vəzifəsində çalışmış, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur. == Yaradıcılığı == Kolas Yakub 1906-cı ildən bədii yaradıcılıqla məşğul olmağa başlamış, müasir belorus ədəbiyyatının banilərindən biri kimi tanınmışdır. Ədib müasir belorus ədəbiyyatının yaranması, sosialist məzmunlu, milli formalı sovet belorus mədəniyyətinin inkişafı, ədəbi dilin çiçəklənməsi uğrunda böyük xidmət göstərmişdir. O, "Taras Quşça", "Tamaş Bulava", "Yakub Kolas" imzaları ilə əsərlər yazmış və bir şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmışdır. Yakub Kolasın 1910-cu ildə "Şikayət nəğmələri" adlı şeirlər məcmuəsi, 1912-ci ildə bədii nəsrini əhatə edən "Hekayələr" və 1914-cü ildə "Doğma surətlər" adlı kitabları işıq üzü görmüşdür.Şairin bioqrafik xarakter daşıyan əsərləri 1907-ci ildə "Bunt", 1910-1923-cü illərdə "Yeni torpaq" poeması, 1923-cü ildə "Polesyenin ucqarlarında", 1927-ci ildə "Polesyenin dərinliklərində", 1954-cü ildə "Yol ayrıcında" adlı trilogiyasında öz əksini tapmışdır. Yazıçının "Yeni torpaq" poeması XIX əsr kəndli həyatının ensiklopediyası adlandırılır. Yakub Kolas həmçinin geniş epik əsərlər müəllifi kimi şöhrət qazanmışdır.
Slavko Kolar
Slavko Kolar (xorv. Slavko Kolar; d. 1 dekabr 1891 – ö.15 sentyabr 1963) — Xorvat yazıçı. == Həyatı == Gələcək yazıçının atası müəllim idi. Uşaqlığı Çazma şəhərində valideynləri ilə keçirib. Pojeqa və Zaqreb gimnaziyalarında təhsil alıb. Krijevtsidə kənd təsərrüfatı üzrə təhsil alıb. Birinci Dünya Müharibəsindən sonra öz təhsilini Fransada davam etdirib. Vətənə qayıtdıqdan sonra Krijevtsi, Çazma, Qorni Xruşevets, Petrinya, Slavonski Brod, Pojeqa və Bojyakovinada aqronom işləyib. == Yaradıcılığı == Slavko Kolar Xorvatiya ədəbiyyatında realizm cərəyanının təmsilçilərindən idi.
Dominik Kola
Dominik Kola (fr. Dominique Colas; 14 avqust 1944) — fransız politoloq, Parisdəki Siyasi Araşdırmalar İnstitutunun Siyasi Elmlər üzrə adyunkt-professoru. == Həyatı == === Təhsili === Dominik Kola 1967-ci ildə Sorbonnadan fəlsəfə dərəcəsini (DES) , ardından 1972-ci ildə Paris I Universitetində siyasət elmi dərəcəsi almışdır. 1980-ci ildən bəri D. Kola siyasi elmlər namizədidir. Doktorluq dissertasiyasını "Lenin inqilabi partiyası nəzəriyyəsi və onun siyasi nəticələri" mövzusunda yazmışdır. == Fəaliyyəti == 1970–1981-ci illərdə Orta Təhsil Fəlsəfəsi professoru, Saint-Quentin Texniki Məktəbi, daha sonra Lisey, Thiais-də Qiyam Apolliner. 1990–1995-ci illərdə Paris IX Universitetində professor. 1995-ci ildən IET Paris-də Siyasi Elmlər professoru. Elen Karrera d’Ankosanın yerinə DEA və PhD daxil olan Sovet və Şərqi Avropada aspiranturanın direktoru vəzifəsini icra etdi. 1994–1996-cı illərdə Moskva və Sankt-Peterburqda Fransız Universitet Kollecində müəllim.
Garcinia kola
Garcinia kola (lat. Garcinia kola) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Koka-Kola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Kola (bitki)
Kola (lat. Cola) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Kola (bitki):The Plant List saytında takson barədə məlumat.
Kola (içki)
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") - təbii və ya süni dadlar - vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Kola (şəhər)
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Kola yarımadası
Kola yarımadası (Murman) — Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşir. Barens və Ağ dənizin sahilindədir. Sahəsi 100000 km²-a yaxındır. Yarımadanın qərb hissəsində Xibin (hündürlüyü 1200 m-ə çatır) və Lovozer tundrası (hündürlüyü 1120 m-ə çatır) dağ massivləri var. Şimal hissəsində tundra bitki örtüyünə sahib olsa da, cənub hissəsi meşə-tundra və tayqa zonasına düşür. Əsas gölləri İmandra gölü, Umbozero gölü və Lovozero gölüdür.
Kola şəhəri
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Mekka-Kola
Mekka-Kola (Mecca-Cola) - "Mecca Cola World Company" kampaniyasına əsas məhsulu olan sərinləşdirici qazlı alkoqolsuz içkinin markasıdır. Alkoqolsuz içkinin adı Məkkə şəhərinin adından götürülmüşdür. Mekka-Kola müsəlman ölkələrində istifadə edilir. Bu içki 64 ölkəyə ixrac edilir..
Parlaq kola
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Sivri kola
Sivri kola (lat. Cola acuminata) - kola cinsinə aid bitki növü.
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Yakub Kolas adına Belarus Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası
Yakub Kolas adına Belarus Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası(rəsmi adı — Yakub Kolas adına Belarus Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası Dövlət Təşkilatı, belar. Цэнтральная навуковая бібліятэка імя Я. Коласа НАН Беларусі) — Belarusun əsas elmi kitabxanasıdır. Əsasən elm xadimləri və mütəxəssislərin elmi fəaliyyətinə xidmət edir. Ölkə üzrə 11 filiala malikdir. 2022-ci ildən kitabxananın direktoru tarix elmləri namizədi Yuretski Stanislav Stepanoviçdir. == Tarixi == === Yaradılması === Kitabxana 16 fevral 1925-ci ildə Minskdə Belarus Mədəniyyəti İnstitutunun tərkibində (İnbelkult) təsis edilmişdir. Açılış zamanı kitabxana bir neçə broşuradan və ictimai-siyasi xadim, Belarus teatrının qurucularından A.Burbisin arxivindən ibarət idi. 1925-ci ilin martında kitabxana kolleksiyasına rus filoloqu Yakov Qrotun kitabxanasından kitablar daxil oldu. 1925-ci ildə kitabxana mütəmadi olaraq RSFSR dövri nəşrlərinin məcburi bir nüsxəsini almağa başladı. 1926-cı ilin əvvəlinə qədər kitabxana fondu professor V.İ.Piçeta tərəfindən Varşavadan gətirilmiş Yanka Kupala kolleksiyasından 200 cild, 0İnbelkult heyəti tərəfindən Kiyevdə əldə edilmiş 300 cild kitabla zənginləşdirildi.
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. == Həyatı == 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. === Səfir kimi === ==== Arqun xan dövrü ==== 7 Aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. ==== Keyxatu xan dövrü ==== 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
Boğaz
Boğaz (orqan) — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir.Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
Hoçaz
Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır. == Tarixi == == == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası və iqlimi == Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır. == Əhalisi == Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Kaldaz
Kaldaz xanım - türk və altay mifologiyasında od ilahəsi. Başqa bir görüşə görə mal və iribuynuzlu heyvanların qoruyucusudur. Əmrindəki olan canlılara Kaldazın adı verilər. === Kaldazınlar === Kaldazın - türk və altay xalq inancında atəş cini. Odun içində oynayır. Qısa boyludur. Saqqalı yeddi qarışdır. Saqqalları kirpi oxu kimidir. Sarı bir samura çevrilə bilər. == Taz xanım == Taz xanım - türk və altay mifologiyasında göy tanrıçasıdır.
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.