Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Küləvari
Küləvari (fars. كوله واري‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır. Kənd boşalmadan öncə əhalisini bəxtiyarilər təşkil edirdi.
Behen güləvəri
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.
Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa (0.5 mm uzunluğunda) kəkillidir.
Koçı laləvəri
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. == Botaniki təsviri == Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır.
Qafqaz laləvəri
Qarabağ güləvəri
Qarabağ güləvəri - (lat. Centaurea karabaghensis (Sosn.) Sosn.) Asterkimilər – (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdə 25-35 sm hündürlüyündə, yarpaqlar üst tərəfdən yaşıl, alt hissədən bozumtul keçətüklü; kökətrafı yarpaqlar əsasən uzunsov, lələkvari bölümlü, yumurtavari seqmentli; orta gövdə yarpaqları lələkvari; ən yuxarıdaki yarpaqlar azalmış, liraşəkilli, bütöv və ya bir neçə dişcikli, lansetşəkilli sanki səbəti bürümüşdür. Səbətlər orta böyüklükdə; sarğı yumurtşəkilli silindirvari, 1,5-2 sm enində; sarğı yarpaqları enli yumurtşəkilli, tutqun, kənarları qəhvəyi, ağ saçaqlı; çiçəktünd-qırmızıdır. Çiçəkləmə və meyvə əmələgətirmə iyun-avqsut aylarına təsadüf edir. Kserofit, quru, daşlı yamaclarda rast gəlinir. İşıqsevən, duzlaşmaya davamlı bitkidir. Toxumla çoxalır, müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Acosta arenaria (M.Bieb. ex Willd.) Soják Spilacron crupinoides Cass.
Zaqafqaziya güləvəri
Zaqafqaziya güləvəri (lat. Centaurea transcaucasica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurea transcaucasica subsp. alexandri (Bordz.) Mikheev Centaurea transcaucasica subsp. georgica (Klokov) Mikheev Centaurea transcaucasica subsp.
Şərq laləvəri
Əkin güləvəri
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Külvari evkalipt
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır.
Külvari söyüd
Külvari söyüd (lat. Salix cinerea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır. Yarpaqlarının uzunluğu 4-12 sm, eni 1-3 sm-dir, tərsinə yumurtaşəkilli və ya uzunsov ellipsşəkillidir, qaidəyə tərəf daralmışdır, uc tərəfi sivri, üst tərəfi bulanıq-yaşıl, alt tərəfi boz-yaşıl olub, damarları qabarıq, hər iki tərəfi qısa keçətüklüdür və ya yalnız alt tərəfində damarların yanları tüklüdür, kənarları хırda mişardişlidir. Yeni açılan zaman təхminən 2 sm uzunluqda, ipək kimi, yanları içəri qatlanmışdır.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Şeyx İbrahim Şiləvari
Astara bulvarı
Astara bulvarı — Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən park-bulvar kompleksi. == Tarixi == Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılmış və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. == Ərazisi == Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Astara bulvarı ilə əlaqəli mediafayllar var.
Bakı bulvarı
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. == Tarixi == === İlk işlər === Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.
Banqabandhu Bulvarı
Böyükşor bulvarı
Böyükşor bulvarı və ya Böyükşor parkı – Azərbaycanın Bakı şəhərinin Nərimanov rayonunda, Böyükşor gölünün sahilində yerləşən bulvar tipli park. Açılışı 22 may 2015-ci ildə baş tutub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak edib. Bulvar 2014-cü ildə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və 2013-cü ildə təsdiq edilmiş "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq yaradılıb. Bulvar gölün şərq və cənub sahilində yerləşir. Sahəsi isə 15 hektardan çoxdur. Bulvar neftlə çirklənmiş torpaqların təmizlənməsindən sonra salınıb. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub. Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb.
Gəncə bulvarı
Gəncə bulvarı — Gəncə şəhərində yerləşən park-bulvar kompleksi. == Bulvar haqqında == Bulvarın inşasına 2014-cü ildə başlanılmış və 2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir. Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, ticarət mərkəzi, 3 yaşayış binası, üç kafe, restoran, attraksionlar 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş və monitor quraşdırılmışdır.
Hollivud bulvarı
Hollivud Bulvarı — Kaliforniyanın Los Anceles şəhərinin şərqindən qərbinə qədər uzanan bulvardır. Bulvarının başlanğıcı Hollivud Təpələrinin qərbindən başlayır. Lorel Kanyon Bulvarını keçdikdən sonra Hollivud, Kiçik Ermənistan və Tayland qəsəbəsinin Vermont prospektinə gedən böyük bir magistral yol olaraq şərqə doğru davam edir. Daha sonra Los Feliz məhəlləsindən Sanset Bulvarının şərq terminalına qədər cənub-şərqə doğru uzanır. Bulvarın bəzi yerləri məşhur turistik yerlərdir. Bunlardan bəziləri La Brea prospektinin şərqində yerləşən Hollivud Şöhrət Yolu və Gover küçəsidir. == Tarix == H.J. Whitley tərəfindən əsası qoyulan Hollivud qəsəbəsinin, Los Ancelesə birləşdirildiyi 1910-cu ilə qədər Hollivud Bulvarı, Prospekt Bulvar olaraq adlanırdı. Birləşdirildikdən sonra küçə nömrələri Vermont Bulvarında yerləşən 100 Prospekt Bulvarı, 4600 Hollivud Bulvarı olaraq dəyişdirildi. === 1920 === 1920-ci illərin əvvəllərində dünya tarixində daşınmaz əmlakın ən böyük inkişaf etdiricisi hesab edilən Çarlz Toberman (Hollivudun Atası) Hollivudu inkişaf etmiş bir teatr bölgəsi olaraq təsəvvür etdi . Toberman, Max Factor Binasını, Hollivud Ruzvelt hotelini və Hollivud Mason Məbədini tikərkən 36 layihədə iştirak etmişdir.
Nurjol bulvarı
Nurjol bulvarı (keçmiş Su-Yaşıl Bulvar) — İşim çayının sol sahilində yerləşən Astana şəhərinin (Qazaxıstanın paytaxtı) yeni inzibati və iş mərkəzində piyada zonası olan bina. Bulvar inkişaf etdikdən sonra şəhərin və ölkənin əsas görməli yerlərindən birinə çevrildi. Ətrafında yarımçıq qalmış bir neçə layihə inşa olunur . Bulvar, şəhərin yeni hissəsinin baş planı kimi, memar Kisyo Kurokava tərəfindən dizayn edilmişdir. Bulvar böyük bir hissədə üç səviyyəli bir quruluşdur. Aşağı səviyyədə 400 avtomobil üçün bir dayanacaq var. Orta ikinci səviyyədə mağazalar, xidmət və iaşə mərkəzləri, salonlar, ofislər və digər ictimai təşkilatlar var. Üst səviyyə, xiyabanlar, çiçək yataqları, çəmənliklər, ağaclar, skamyalar, fəvvarələr və kiçik memarlıq formaları ilə uyğun bir piyada zonası var. Altı yerdə (“yaşıl ev” zonaları), yuxarı səviyyə konusvari atriumlar təbii işıqlandırmanın yüngül “quyularını” əmələ gətirir, onların ətrafında səthlərarası pilləkənlər və konservatoriyalar düzülmüşdür. Bir sıra yerlərdə, ikinci səviyyədən örtülü qalereyalar və keçidlər ətrafdakı binalara aparır.
Sumqayıt bulvarı
Sumqayıt bulvarı — Sumqayıt şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. 2016-cı ildə yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin iyulunda Sumqayıta səfəri zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır". Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir. Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı da bulvarın əsas hissələrindən birini təşkil edir. Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur. Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Kaarli bulvarı
Kaarli bulvarı və ya Kaarli puyestee (est. Kaarli puiestee) 1950-1989-cu illərdə isə Aleksandr Suvorov bulvarı adlanan (est. Aleksandr Suvorovi puiestee) — Estoniyanın paytaxtı Tallin şəhərinin mərkəzində küçə. == Coğrafiyası == Bulvar Kesklinn rayonunda yerləşir, Vanalinn və Tınısmyae mikrorayonlarının ərazilərindən keçir. Hərəkəti əks istiqamətdə iki sıra boyunca gedən iki hissədən ibarətdir ki, onların arasında Kaarli kilsəsi və meydanı da var. Bulvar esplanadası Köhnə Şəhər dairəvi yolunun bir hissəsidir. Bulvar Azadlıq meydanından başlayır, Köhnə Şəhər tərəfdən Haryumaqi təpəsi ilə həmsərhəddir. Tumpea və Tonizmaqi küçələri ilə kəsişir. O, Tonismaqi küçəsinin Endla küçəsi və Tumpyestee küçəsi ilə Luyze küçəsi ilə kəsişməsində bitir. Kaarli bulvarının uzunluğu 408 metrdir.
Qış Bulvarı
Qış parkı və ya Qış bulvarı — Bakıda, Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsi və Mirzə Ağa Əliyev küçəsi arasında yerləşən park. Basin yaşayış arealının yerində salınan park 10 may 2013-cü ildə istifadəyə verilmişdir. Açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişdir. Uzunluğu 1 km, eni 150 metr olan park, Heydər Əliyev Sarayından başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanır. Parkın sahəsi 7 hektardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri olmuş Cahangir Qocayevə görə "Qış bulvarı" ideyası "küləkdən gizlənməkdən" deməkdir. Bakı küləklər şəhəri olduğu üçün Dənizkənarı bulvarda ilin soyuq vaxtlarında vaxt keçirmək rahat olmur. Lakin yeni bulvarın tikiləcəyi yerdə isə isə adətən külək olmur. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin qeyd etdiyinə görə, bulvarın salınması ideyası 1924-cü ildə Bakının yeni Baş planı tərtib edilən zaman yaranmış və planda öz əksini tapmışdır. Sonrakı illərdə şəhərin Baş planı bir neçə dəfə yenidən tərtib ediləndə də bu ideya saxlanılıb.