ŞIRILDAMAQ

f. Şırıltı ilə axmaq, tökülmək (su, yağış və s.).
Bulaqların daşdandaşa tökülüb şırıldamağı gözəl bağlara bir ayrı lətafət verirdi. Çəmənzəminli.
Dalbadal şimşək çaxdı və sonra yağış şırıldadı. İ.Əfəndiyev.
[Mələk:] [su] yenə qayaların arasından sızdıqca şırıldayırmı? İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞIRILDAMAQ şarpıldamaq
ŞIRILDAMA
ŞIRILDAŞMA

Digər lüğətlərdə