Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laktasiya
Doğuşdan sonra demək olar ki, bütün dişi məməlilər süd vəzilərindən süd ifraz edərək balalarını qidalandırırlar. Bu dövrə laktasiya, ya da süd ifrazı dövrü deyilir. Əmizdirmə anaların balalarını südlə bəsləməsidir. Demək olar ki, bütün məməli növlərində süd məmə ucundan gəlir, lakin platipuslarda qarın altındakı dərialtı vəzilərdən ifraz olunur. Dyacopterus spadiceus yarasalarında isə laktasiya normal olaraq erkek fərdlərin funksiyasıdır. Süd ifrazının və ya laktasiyanın üç mərhələsi mövcuddur: Mammogenez: Döşlərin böyüməsi və inkişafı; Laktogenez: Süd ifrazının başlanması; Qalaktopoez: Başlanmış süd ifrazının davamlılığıdır. Bu mərhələ prolaktin (PRL) və oksitosin tələb edir. Qalaktoreya hormonal disbalans və ya qeyri-adi fizioloji stimullar nəticəsində bir çox məməli növünün erkək və ya dişilərində süd ifrazıdır.
Erotik laktasiya
Erotik laktasiya, yaxud da erotik əmmə — qadının məməsini və döşünü əmmək yolu ilə yaradılan cinsi oyanmadır. Döşlər və xüsusilə məmə ucları həm kişilər, həm də qadınlar üçün yüksək dərəcədə erogen zonalardırlar. Qadınlarda döş gilələrinin və döş uclarının oyandırılması insanların seksual tərəflərinin demək olar ki, universal aspektidir, lakin kişilərdə döş giləsi o qədər də seksual baxımdan həssas deyildir.
Lavrasiya
Lavrasiya (rus. Лавразия, ing. Lavrasia) — Lavrentyev qalxanı (hazırda –Kanada qalxanı) və Asiya adından] Son Paleozoy- Erkən Mezozoyda Şimali Amerika, Avropa və Asiyanın (Hindistan və Şimal-şərqi Rusiyanın çox hissəsi istisna olmaqla) kontinental bloklarını birləşdirən və Yerin şimal yarım kürəsində mövcud olmuş hipotetik materik olub, cənub yarım kürəsindəki, Hondvana materikindən geniş dəniz hövzələri-Tetis okeanı ilə ayrılmışdır. Sonralar /Mezozoyun ortaları/ L. iki hissəyə parçalanır-Şimali Amerika və Avrasiya, onların arasında isə Atlantik okeanı əmələ gəlir. Avrasiya ilə Şimali Amerika materikləri əvvəllər Lavrasiyanın tərkib hissəsi olmuş və eramızdan 200–135 milyon illər arası bir-birindən ayrılmışdır.
Plantasiya
Plantasiya — Müəyyən kənd təsərrüfatı məhsulu (məs.: şəkər qamışı, pambıq, çay, qəhvə və s.) yetişdirmək sahəsində ixtisaslaşmış iri kapitalist əkinçilik təsərrüfatı.
Latakiya
Əl–Laziqiyyə (ərəb. اللاذقية‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin, məntəqənin və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 84.460 ailədə 195.430 nəfəri kişilər və 188.356 nəfəri qadınlar olmaqla cəmi 383.786 nəfərdir. Türkiyəli bəzi müəlliflərə görə şəhərdə əhalinin təqribən 15%–ni türkmanlar təşkil edir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Əl–Laziqiyyə şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əl–Laziqiyyə şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Xakasiya
Xakasiya (rus. Республика Хакасия, xak. Хакасия Республиказы) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi. Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir.
Akasiya
Akasiya (lat. Acacia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Ağac bitkisi olub, latınca "Acacia" adlanır. "Akaki" yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan "tikanlı ağac" adlanan "Akasiya torsilisin" adından götürülmüşdür. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal arılarını cəlb etdiyinə görə "balverən bitki" adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da kolleksiyada becərilir.
2S3 Akatsiya
2S3 Akatsiya və ya digər adıyla SO-152 1968-ci ildə SSRİ tərəfindən istehsal olunmuş 152.4 mm-lik özüyeriyən artilleriya qurğusu. ABŞ istehsalı 155 mm-lik M109 haubitsasına cavab olaraq hazırlanmışdır. SO-152-nin istehsalı 1968-ci ildə tamamlanmış, 1971-ci ildə isə silahlanmaya qəbul olunmuşdur. Sonradan bu döyüş texnikası GRAU tərəfindən 2S3 adlandırıldı. == Döyüş keçmişi == 2S3 Akatsiya Sovet ordusunun Əfqanıstan müharibəsində çox yaxşı təsir bağışladı və bu müharibədən sonra ən məşhur özüyeriyən artilleriya qurğularından biri hesab olunurdu. Həmçinin, 2S3-lər hər iki Çeçen müharibəsi daxil keçmiş SSRİ ərazisində baş verən bir çox münaqişələrdə kifayət qədər uğurlu şəkildə istifadə olunmuşdur. Bu haubitsanın istifadə olunduğu digər müharibələr aşağıdakılardır: İran-İraq müharibəsi (1980-1988) Körfəz müharibəsi (1991) Birinci çeçen müharibəsi (1994-1996) Rusiya-Gürcüstan müharibəsi (2008) Liviya vətəndaş müharibəsi (2011) Suriya vətəndaş müharibəsi (2011-davam edir) Donbass müharibəsi (2014-davam edir) == Əlavə məlumatlar == Əsas silahı: 152 mm-lik“2A3” yivli topu. Kalibri: 152 mm Qüllənin qalxma bucağı: -4...+60° Üfüqi tuşlama bucağı: 360° Mərmi ağırlığı: 27.67 – 50.8 kq Mərminin çıxış sürəti: 680 metr/saniyə Atəş tezliyi: 6 atəş/dəqiqə Atəş məsafəsi: 24 km Sursat sayı: 46 ədəd Köməkçi silahı: 7.62 mm-lik “PKT” pulemyotu Kalibri: 7.62 mm Mərmi: 7.62x54 mm Atəş tezliyi: 750-800 atəş/dəqiqə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.5 km Maksimal atəş məsafəsi: 4 km Sursat sayı: 1500 ədəd Uzunluğu: 6.97 metr Qüllə daxil olmaqla: 7.76 metr Qüllənin uzunluğu: 5.19 metr Klirens: 0.45 metr Zireh qalınlığı: 30 mm-lik yayılmış polad Zəminə təzyiq: 0.6kq/sm² Dalış dərinliyi: 1 metr Xəndək keçmə: 3 metr Divar dağıtmaq: 0.7 metr Qalxma dərəcəsi: 30° Motor: V-59U dizel At gücü: 520 Maksimal sürəti: 63 kilometr/saat Yanacaq tutumu: 830 litr Mənzili: 500 kilometr Dayandırılması: Hidravlik amortizatorlar və müstəqil burulma bar. Variantları: 2S3 (SO-152) 2S3M (SO-152 M) 2S3M1 (SO-152 M1) 2S3M2 (SO-152 M2) 2S3M2 -155 2S3M3 == İstifadəçiləri == Əlcəzair: 40 Anqola: 48 Azərbaycan: İlk dəfə 2008-ci il hərbi paradında nümayiş olunmuşdur. Ermənistan: 28 Belarus: 168 Gürcüstan: 32 Macarıstan: 18 Qazaxıstan: 150 Rusiya: 931 ədədi hazırda xidmətini davam etdirir, 1600 ədədi ehtiyatda saxlanılır.
Latakiya mühafazası
Əl-Laziqiyyə mühafəzəsi (ərəb. محافظة اللاذقية‎) — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 2,297 km², inzibati mərkəzi Laziqiyyə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.161 milyon nəfərdir. Mühafəzənin ərazisində 265 türkmən kəndi vardır.
Xakasiya Respublikası
Xakasiya (rus. Республика Хакасия, xak. Хакасия Республиказы) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi. Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir.
Xakasiya bayrağı
Xakasiya bayrağı — Rusiya Federasiyası Xakasiya Respublikasının dövlət rəmzidir. Mövcud bayraq 1 oktyabr 2003-cü il tarixli 52 saylı Xakasiya Respublikasının qanunu ilə təsdiq edilmiş və 1327 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasının Dövlət Heraldik Reyestrinə daxil edilmişdir. Xakasiya Respublikasının dövlət bayrağı dörd zolaqdan ibarət düzbucaqlı bir paneldir. Üfüqi şəkildə ardıcıllıqla düzülmüş üç bərabər zolağın üstü mavi, ortası ağ alt hissəsi qırmızıdır. Dördüncü zolaq, yaşıl rəngdə olub, üfüqi zolaqları birləşdirərək, şaquli olaraq, birbaşa şaftda yerləşir. Yaşıl zolağın ortasında qızıl rəngli günəş işarəsi (Kainatın simvolu) var. Horizontal zolaqların hər birinin eni bayrağın eninin üçdə birini təşkil edir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1992-2003-cü illərdə Xakasiya bayrağı müasir versiyası ilə tamamilə eyni görünürdü, lakin üfüqi zolaqların ardıcıllığı fərqli idi (yuxarıdan aşağıya: ağ, mavi, qırmızı). 2003-cü ildə Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının təkidi ilə və Xakasiya Respublikası Prokurorunun Xakasiya Respublikası 25 noyabr 2002-ci il tarixli 68 saylı qanununun 1-ci maddəsinə etirazından sonra "Xakasiya Respublikasının Dövlət Bayrağı haqqında" "zolaqların sırası, "Rusiya Federasiyasının Dövlət Bayrağı haqqında" federal konstitusiya qanunu ilə qadağan olunan Rusiya bayrağındakı zolaqların düzülüşünü təkrarlamamaq üçün dəyişdirildi.
Akasiya mənənəsi
Akasiya mənənəsi-(lat. Aphis craccivora) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Akasiya mənənəsinin qanadsız yetkin formaları, solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5–3 mm-dir. Qanadlı fərdlərdə baş və döş qaradır. Qarıncığı yaşıldlr. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Dözümlü akasiya
Dözümlü akasiya (lat. Acacia retinodes) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, Meksikada rütubətli zonalarda, Hindistan, Madaqaskarda, xüsusən, düzənliklərdə, çay sahillərində, daşlı, qayalıqlı torpaqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m olan həmişəyaşıl ağacdır. Ağacın gövdəsi hamar, tünd boz rəngli qabıqla örtülmüşdür. Cavan zoğları qeyri-hamar, üçtərəfli və ya tilli, boz-yaşıl rənglidir. Yarpaqları növbəli, cüt və yаxud lələkvaridir, topa halda düzülür. Xırda yarpaqları filloidi хatırladır, yаxud tikansız saplağı əvəz edir. Filloidiləri 6–16 sm uzunluğunda və 2–18 mm enində olub, neştər və ya oraqşəkillidir, orta damarı aydın görünür. Keçən ilki filloidilərin qoltuqunda yerləşən 6–18 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Dırmıxşəkilli akasiya
Dırmıxşəkilli akasiya (lat. Acacia acanthoclada) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Hündürlüyü 2 m-ə çatan koldur. Yarpaqlarının uzunluğu 0,2-0,6 sm, eni 1-2 mm olur. Avqust-oktyabr aylarında çiçəkləyir. Təbii arealı Qərbi Avstraliya, Cənubi Avstraliya və Viktoriyadır.
Gümüşü akasiya
Gümüşü akasiya (lat. Acacia dealbata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Gümüşü akasiya Avstraliyanın cənub-şərq sahillərində, Uels, Viktoriya, Tasmaniya adasında, mədəni halda Hindistan, Şri-Lanka, Cənubi Afrika, Aralıq dənizi sahili ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, diametri 1 m-ə çatan, tikanlı və tikansız, həmişəyaşıl, enli çətirli ağac və ya koldur. Cavan budaqların qabığı yaşıl və hamardır, aşağıya getdikcə çoxçatlı və boz rəngdədir, üzərində uzununa qeyri-bərabər çatlar olur, bu çatlardan çox zaman qatran ifraz olunur. Yarpaq düzülüşü növbəli və bəzən topa halındadır. Çох zaman xırda yarpaqcıqları fillodilər şəklindədir və ya tikansız saplağı əvəz edir. Yarpaqları cütlələkvari, gümüşü-yaşıl, yаxud gümüşü-bozdur. Yarpaqları iki sıralıdır. Birinci sırada 8–25 cüt, ikinci sırada isə 30–40 cüt yarpaqcıq yerləşir.
Mirtyarpaq akasiya
Mirtyarpaq akasiya (lat. Acacia myrtifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Oraqvari akasiya
Oraqvari akasiya (lat. Acacia falcata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur. 2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi.
Purpur akasiya
Purpur akasiya (lat. Acacia purpurea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Kalimantan, eləcə də Karib adalarından Venesuelaya qədər yayılmışdır.
Qara akasiya
Qara akasiya (lat. Acacia melanoxylon) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Təbiətdə bu növün yayılma arealı Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatlarında, Cənubi Avstraliyada və Tasmaniya adasında yayılıb. Növ Yeni Zelandiyaya, Cənubi Amerikaya, ABŞ-nin bəzi şatatlarına (Kaliforniya, Florida və Havay) da uyğunlaşdırılıb. . Akasiyanın bu növü əsasən Avstraliyada - Viktoriya, Yeni Cənubi Uels, Cənubi Avstraliya, Tasmaniya adasında yayılmışdır. Hündürlüyü 30 metr olan həmişəyaşıl ağacdır. Boz rəngli çatlayan qabığı gümüşü rəngli mum təbəqəsi ilə örtülmüşdür. Yarpaqları cüt lələkvari, bəzən bütöv və ya bir qədəri filloidlərlə əvəz edilir. Filloidlər dərivari və enli neştərşəkillidir. Çiçək qrupu filloidlərin qoltuğunda yerləşir və seyrəkdir.
Qarışıq akasiya
Qarışıq akasiya (lat. Acacia confusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Çoxillik ağac bitkisidir və 15 m hündürlüyə qədər böyüyür. Növ Tayvanda, eləcə də Malayziyadan Filippinə qədər yayılmışdır. Ağacdan bu günlərdə musiqi alətləri, mebel və vanna kimi yüksək qiymətli ağac məhsullarının istehsalında istifadə edilir. Bitki xalq təbabətində istifadə olunur və Tayvanda bitki mənşəli dərman mağazalarından (草藥店) əldə etmək olar. Buna baxmayaraq, onun tibbi effektivliyini dəstəkləmək üçün heç bir klinik tədqiqat aparılmamışdır. Acacia richii auct.
Qətranlı akasiya
Qətranlı akasiya (lat. Acacia gummifera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sallaq akasiya
Sallaq akasiya (lat. Acacia pendula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sarı akasiya
Sıxçiçək akasiya
Sıxçiçək akasiya (lat. Acacia pycnantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür. Acacia leiophylla "Benth., p.p." Acacia petiolaris Lehm. Acacia pycnantha var. petiolaris H.Vilm.
Yarpaqsız akasiya
Yarpaqsız akasiya (lat. Acacia aphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür.