akarisidlər
akasiyalıq
OBASTAN VİKİ
Akasiya
Akasiya (lat. Acacia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Ağac bitkisi olub, latınca "Acacia" adlanır. "Akaki" yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan "tikanlı ağac" adlanan "Akasiya torsilisin" adından götürülmüşdür. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal arılarını cəlb etdiyinə görə "balverən bitki" adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da kolleksiyada becərilir.
Akasiya mənənəsi
Akasiya mənənəsi-(lat. Aphis craccivora) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Akasiya mənənəsinin qanadsız yetkin formaları, solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5–3 mm-dir. Qanadlı fərdlərdə baş və döş qaradır. Qarıncığı yaşıldlr. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Dözümlü akasiya
Dözümlü akasiya (lat. Acacia retinodes) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, Meksikada rütubətli zonalarda, Hindistan, Madaqaskarda, xüsusən, düzənliklərdə, çay sahillərində, daşlı, qayalıqlı torpaqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m olan həmişəyaşıl ağacdır. Ağacın gövdəsi hamar, tünd boz rəngli qabıqla örtülmüşdür. Cavan zoğları qeyri-hamar, üçtərəfli və ya tilli, boz-yaşıl rənglidir. Yarpaqları növbəli, cüt və yаxud lələkvaridir, topa halda düzülür. Xırda yarpaqları filloidi хatırladır, yаxud tikansız saplağı əvəz edir. Filloidiləri 6–16 sm uzunluğunda və 2–18 mm enində olub, neştər və ya oraqşəkillidir, orta damarı aydın görünür. Keçən ilki filloidilərin qoltuqunda yerləşən 6–18 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Dırmıxşəkilli akasiya
Dırmıxşəkilli akasiya (lat. Acacia acanthoclada) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Hündürlüyü 2 m-ə çatan koldur. Yarpaqlarının uzunluğu 0,2-0,6 sm, eni 1-2 mm olur. Avqust-oktyabr aylarında çiçəkləyir. Təbii arealı Qərbi Avstraliya, Cənubi Avstraliya və Viktoriyadır.
Gümüşü akasiya
Gümüşü akasiya (lat. Acacia dealbata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Gümüşü akasiya Avstraliyanın cənub-şərq sahillərində, Uels, Viktoriya, Tasmaniya adasında, mədəni halda Hindistan, Şri-Lanka, Cənubi Afrika, Aralıq dənizi sahili ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, diametri 1 m-ə çatan, tikanlı və tikansız, həmişəyaşıl, enli çətirli ağac və ya koldur. Cavan budaqların qabığı yaşıl və hamardır, aşağıya getdikcə çoxçatlı və boz rəngdədir, üzərində uzununa qeyri-bərabər çatlar olur, bu çatlardan çox zaman qatran ifraz olunur. Yarpaq düzülüşü növbəli və bəzən topa halındadır. Çох zaman xırda yarpaqcıqları fillodilər şəklindədir və ya tikansız saplağı əvəz edir. Yarpaqları cütlələkvari, gümüşü-yaşıl, yаxud gümüşü-bozdur. Yarpaqları iki sıralıdır. Birinci sırada 8–25 cüt, ikinci sırada isə 30–40 cüt yarpaqcıq yerləşir.
Mirtyarpaq akasiya
Mirtyarpaq akasiya (lat. Acacia myrtifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Oraqvari akasiya
Oraqvari akasiya (lat. Acacia falcata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur. 2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi.
Purpur akasiya
Purpur akasiya (lat. Acacia purpurea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Kalimantan, eləcə də Karib adalarından Venesuelaya qədər yayılmışdır.
Qara akasiya
Qara akasiya (lat. Acacia melanoxylon) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Təbiətdə bu növün yayılma arealı Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatlarında, Cənubi Avstraliyada və Tasmaniya adasında yayılıb. Növ Yeni Zelandiyaya, Cənubi Amerikaya, ABŞ-nin bəzi şatatlarına (Kaliforniya, Florida və Havay) da uyğunlaşdırılıb. . Akasiyanın bu növü əsasən Avstraliyada - Viktoriya, Yeni Cənubi Uels, Cənubi Avstraliya, Tasmaniya adasında yayılmışdır. Hündürlüyü 30 metr olan həmişəyaşıl ağacdır. Boz rəngli çatlayan qabığı gümüşü rəngli mum təbəqəsi ilə örtülmüşdür. Yarpaqları cüt lələkvari, bəzən bütöv və ya bir qədəri filloidlərlə əvəz edilir. Filloidlər dərivari və enli neştərşəkillidir. Çiçək qrupu filloidlərin qoltuğunda yerləşir və seyrəkdir.
Qarışıq akasiya
Qarışıq akasiya (lat. Acacia confusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Çoxillik ağac bitkisidir və 15 m hündürlüyə qədər böyüyür. Növ Tayvanda, eləcə də Malayziyadan Filippinə qədər yayılmışdır. Ağacdan bu günlərdə musiqi alətləri, mebel və vanna kimi yüksək qiymətli ağac məhsullarının istehsalında istifadə edilir. Bitki xalq təbabətində istifadə olunur və Tayvanda bitki mənşəli dərman mağazalarından (草藥店) əldə etmək olar. Buna baxmayaraq, onun tibbi effektivliyini dəstəkləmək üçün heç bir klinik tədqiqat aparılmamışdır. Acacia richii auct.
Qətranlı akasiya
Qətranlı akasiya (lat. Acacia gummifera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sallaq akasiya
Sallaq akasiya (lat. Acacia pendula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sarı akasiya
Sıxçiçək akasiya
Sıxçiçək akasiya (lat. Acacia pycnantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür. Acacia leiophylla "Benth., p.p." Acacia petiolaris Lehm. Acacia pycnantha var. petiolaris H.Vilm.
Yarpaqsız akasiya
Yarpaqsız akasiya (lat. Acacia aphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür.
Şümşadyarpaq akasiya
Şümşadyarpaq akasiya (lat. Acacia buxifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Akasiya dayanacağı (teleserial)
Akasiya Dayanacağı (türk. Akasya Durağı) — Türk komediyası, ailə serialı. Rejissoru Yaşar Sərinər, yayım şirkəti Erler Filmdir. Serial 14 iyul 2008-ci ildə Kanal D-də yayımlanmağa başladı, 29 avqust 2011-ci ildə yayımlanan 134-cü hissəyə qədər burada yayımlanmağa davam etdi və 29 sentyabr 2011-ci ildə yayımlanan 135-ci bölümdə yayım haqları Star TV-ə verildi. 7 fevral 2012-ci ildə Star TV-də yayımlanan 152-ci bölüm ilə final verdi. 7 noyabr 2012-ci ildə yenidən Kanal D-də yayımlanmağa davam etdi. 1 sentyabr 2012-ci ildə 174-cü bölümdə sona çatdı. Cəmi 5 mövsüm davam etdi. == Mövzu == Mövsüm 1 Kamal Günəş (Zəfər Ərgin) varlı bir sənayeçidir. Arvadı Məlahət Günəş (Mələk Baykal) və qızı Tuğçe ilə yaxşı bir həyat yaşayarkən şirkəti iflas etdi və intihar etdi.
Akasiya yalançıçanaqlı yastıcası
Yapışqanlı ağ akasiya
Robinia viscosa (lat. Robinia viscosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü. Şimаli Аmеrikа, Şimаli Kаrоlinаdаn Аlаbаmаyа qədər оlаn ərаzilərdə və Аllеqаn dаğlаrındа bitir. Hündürlüyü 6-10 m-ə qədər, cаvаn budаqlаrı, yаrpаqlаrı, mеyvələri, pаxlаsı yаpışqаnlı, vəzili tükcüklərlə örtülü, еnli çətirli аğаcdır. Yаrpаqlаrı təklələkvаri оlub, 20 sm-ə qədər uzunluqdа, 11-25 ədəd uzunsov-yumru və yа yumurtаvаri yаrpаqcıqlаrdаn ibаrətdir. Yаrpаqcığın uzunluğu 2-5 sm, еni 1-2 sm-dir. Yаrpаqаltlıqlаrı qısа, uzunluğu 4-5 mm оlаn bizvаrı tikаnlаrа çеvrilmiş, bəzən yаrpаqаltlığı yоxdur. Çiçəkləri çəhrаyı, iri, dikdurаn sаlxımlаrdа tоplаnmışdır. Mаy-iyun аylаrındа çiçəkləyir. Pаxlаsı yаpışqаn ifrаz еdən tükcüklərlə örtülüdür.
Ağ akasiya
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü. Robinia Pseudoacacia və ya digər adıyla Yalançı akasiya invaziv növ olub,ana vətəni Kanadadır.Normal şəraitdə 12-30 metr hündürlüyə və 0.61–1.22 m diametr ölçüsünə qədər böyüyə bilən ağacdır.Bəzi yaşlı növlər isə 51 metr hündürlüyə və 1,6 m diametr ölşüsünə qədər böyüyə bilir..Əsasən iqlimi sərin və ya isti olan ərazilərdə rast gəlinir.İnvaziv növ olduğundan bir çox ölkələrdə geniş yayılmışdır. Azərbaycanda Botanika bağında rast gəlinən növdür.Dekoratif bitki kimi istifadəsi genişdir. Hal-hazırda müalicə məqsədi ilə istifadəsi həyata keçirilmir. Robinia Pseudoacacia üçün xüsusi qoruma fəaliyyəti həyata keçirilməsədə hal-hazırda bir çox qorunan ərazilərdə rast gəlinir. Lakin Robinianın toxumları yığılmalı və ex-situ şəraitində çoxaldıla bilmə ehtimalına uyğun olaraq qorunmalıdır. Robinia Pseudoacacia Təbiət Xidmətləri ( Nature Serve ) tərəfindən qlobal miqyaslı təhlükəsiz növ olaraq qiymətləndirilmişdır.İUCN tərəfindən isə ən az təhlukə altında olan növ ( Least Concern ( LC ) ) kimi qiymətləndirilmişdir. == Təbii yayılması == Şimаli Аmеrikаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan çətirli аğаcdır.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Uzunyarpaq akasiya
Uzunyarpaq akasiya (lat. Acacia longifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Acacia longifolia var. latifolia Sweet Acacia longifolia var. longifolia Acacia longifolia subsp. longifolia Acacia longifolia var. typica Benth. Mimosa longifolia Andrews Mimosa macrostachya Poir. Phyllodoce longifolia (Andrews) Link Racosperma longifolium (Andrews) C.Mart.
Yalançı akasiya
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yayılması, Şimali Amerika və Şimali Meksikada bitir.
İkidamarcıqlı akasiya
İkidamarcıqlı akasiya (lat. Acacia binervata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür.
Ətirli akasiya
Ətirli akasiya (lat. Acacia aroma) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Akasiya dayanacağı (teleserial, 2008)
Akasiya Dayanacağı (türk. Akasya Durağı) — Türk komediyası, ailə serialı. Rejissoru Yaşar Sərinər, yayım şirkəti Erler Filmdir. Serial 14 iyul 2008-ci ildə Kanal D-də yayımlanmağa başladı, 29 avqust 2011-ci ildə yayımlanan 134-cü hissəyə qədər burada yayımlanmağa davam etdi və 29 sentyabr 2011-ci ildə yayımlanan 135-ci bölümdə yayım haqları Star TV-ə verildi. 7 fevral 2012-ci ildə Star TV-də yayımlanan 152-ci bölüm ilə final verdi. 7 noyabr 2012-ci ildə yenidən Kanal D-də yayımlanmağa davam etdi. 1 sentyabr 2012-ci ildə 174-cü bölümdə sona çatdı. Cəmi 5 mövsüm davam etdi. == Mövzu == Mövsüm 1 Kamal Günəş (Zəfər Ərgin) varlı bir sənayeçidir. Arvadı Məlahət Günəş (Mələk Baykal) və qızı Tuğçe ilə yaxşı bir həyat yaşayarkən şirkəti iflas etdi və intihar etdi.
Akasiya yalançıçanaqlı yastıcası ( Parthenolecanium corni Bouche)
Koa akasiyası
Koa akasiyası (lat. Acacia koa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Havay adaları üçün endemik növdür. == Sinonimləri == Acacia heterophylla var. latifolia Benth. Acacia kauaiensis Hillebr. Acacia koa var. koa Acacia koa var. latifolia (Benth.) H. St. John Acacia koa var.
Koaya akasiyası
Koaya akasiyası (lat. Acacia koaia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Havay adaları üçün endemik növdür.
Lənkəran akasiyası
Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir. == Botaniki təsviri == Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18–20 m-ə, diametri 30–40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18–25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir.
Seneqal akasiyası
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.

Digər lüğətlərdə