Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lijepa Tena
"Lijepa Tena" (Azərbaycan dilində:”Gözəl tena”) 2009 Avroviziya Mahnı Müsabiqəsində Xorvatiyanı təmsil edən İgor Cukrov və Andrea Susnjaranın oxuduğu mahnıdır. Mahnının sözləri Vjekoslava Huljića aiddir və xorvat dilindədir. Mahnının bəstəkarı isə Tonči Huljićdir. 2009-cu il mayın 14-ü keçirilmiş II yarımfinalda 33 xalla 13-cü oldu. Lakin münsiflərin seçimi ilə finala keçdi. Finalda 45 xal toplayaraq 18-ci oldu.
Lijiang
Litszyan (çin. 丽江市) — Çinin qədim şəhəri. == Tarixi == Deyilənə görə, dağlar və çaylarla əhatə olunmuş Litszyan qəzasını qədimdə çox vaxt "Dayançjen" adlandırırdılar, bu da ona görədir ki, o, formaca iri cəmdəyi xatırladır. Onun keçmişini tədqiq edərkən alimlər müəyyən etmişdilər ki, bu unudulmuş "qədim hökmdarlıqdır". Nasi xalqının əcdadları tsyanlar olmuşlar, onlar cənuba hələ çox qədim zamanlardan köçmüşdülər. Nasilər minillik ağır zəhmətlə öz gözəl doğma yurdlarını salmışlar. Hələ qədimdən buradan əsas nəqliyyat yolları keçirdi. Tacirlər və səyyahlar burada uzun müddətə dayanır, çoxları ailə qurur, bunula da şəhərin genişlənməsinə səbəb olurdular. Şəhər tezliklə məşhur bazara və mühüm mədəniyyət mərkəzinə çevrilmişdi. Belə hesab edilir ki, Litszyanın əsası Sun sülaləsinin sonu və Yuan sülaləsinin əvvəlində qoyulmuşdur.
Senecio lijiangensis
Senecio lijiangensis (lat. Senecio lijiangensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Lej
Lej (fr. Liège) Belçikanın 10 əyalətindən biridir. Limburq, Namyur, Flamand Brabantı, Vallonski Brabanton və Lüksemburq əyaləti (Lüksemburq dövləti), Niderland və Almaniya ilə həmsərhəddir. İnzibati-ərazi vahidi Lej şəhəri. == Coğrafiyası == Vilayətin şərqində Almaniya sərhəddindən Şərqi Kantonlar mövcuddur ki, harada alman azlıqlar yaşayır. Lej şəhərində məşhur kurort Spa və yeganə frankdilli şəhər Niderland sərhəddində yerləşir. 1829-cu ildə Lej və Engis şəhərlərində neandertal insan kəlləsi tapılmışdır. Trou Al’Wesse mağarada yağıntıların təsiri ilə neandertal insanın sümükləri saxlanılmamışdır. Genetiklərin analizləri nəticəsində neandertal insanın DNK sı aşkar edilmişdir. == Əsas göstəriciləri == Sahə: 3862 кm² Ən hündür zirvəsi: Botranj,694 m (Belçikanın ən hündür nöqtəsi) Əsas çayları: Maas, Urt, Verd, Amblev Əhalisi: 1 067 685 nəfər.
Lif
Lif (digər adları "tekstil lifi", "fiber") — hər cür maddəni təşkil edən nazik və uzun hissələr, filament edilir. İplikdəki pambıq lifləri, izolyasiya üçün istifadə olunan şüşə liflər və canlılarda əzələ əmələ gətirən əzələ lifləri bu cür materiallara nümunə ola bilər. Təbii və ya süni yolla əldə edilə bilən liflər müxtəlif bağlayıcılarla birlikdə kompozit materialların istehsalında geniş istifadə olunur. Lifləri bir qəlibə və ya müstəvi üzərinə yerləşdirərək üzərinə epoksi əlavə edib bir kompozit material əldə etmək mümkündür. Həm də güllə keçirməyən zireh hazırlanmasında, polada alternativ olan xam maddənin yaradılmasında, təyyarə və kosmik gəmilərin gövdələrinə və bəzi silahların hissələri üçün istifadə edilə bilər. Pambıq və kətan kimi bitkilərdən alınan liflərə təbii liflər, şüşə lifi və ya şüşə yunu kimi kimyəvi proseslərlə əldə edilən liflərə süni liflər deyilir. Lifli qidalar insan qidalanmasında vacib yer tutur. Həzm sisteminin düzgün işləməsi üçün bu cür qidalar qəbul edilməlidir. Bundan əlavə, bütün qidalar bir unikal lifli quruluşa malikdirlər.
Lil
Lill (fr. Lille [lil] dinlə, pikard Lile, q.flamand Rysel, nid. Rijsel) — Fransada şəhər və kommuna, O-de-Frans bölgəsinin və Nor departamentinin mərkəzi. Şəhər Döl kanalının sol sahilində, Belçika sərhəddinin 14 kilometrliyində yerləşir və son zamanlara qədər Fransa tekstik sənayesinin mərkəzi hesab oolunurdu. == Tarixi == Şəhərin adı Deüle çayındaki bir adadan gəlir: köhnə Fransızca (L'Isle). Lill və ətrafı tarix boyunca romalıların təsirində qalmışdır və latın dilindən istifadə etmişdir. == Əhali == 226 000 nəfərlik əhalisi ilə ətrafındakı ən böyük yaşayış mərkəzidir. Şəhər 2004-cü ildə Avropa Mədəniyyət Paytaxtı seçilmişdir.
Lin
Lin — ad. Lin (Roma papası) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papası. Lin Leyşram — Hindistanlı model və aktrisa. Lin Luder — Koulman Strit Qəyyumluq Klubunun üzvü.
Liu
Liu — Çin adı. Liu Pinq — Çini təmsil edən su poloçusu. Liu Hsian — Tiefu konfederasiyasının şərqdəki son başçısı. Liu Tucuan — Tiefu konfederasiyasının şərqdəki V başçısı. Liu Kuren — Tiefu konfederasiyasının şərqdəki IV başçısı. Liu Luqu — Tiefu konfederasiyasının şərqdəki III başçısı. Liu Çonqvanq Liu Veyçen Antoni Liu — Amerika Samoasından olan cüdoçu.
Ləj
Ləj — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Tarixi == Ləj kəndi və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Haftoni, Talışlı (Karpoviç), Hacıkənd), İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905–1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri lənkəranlı zədəgan Hacı İsaya satır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacı İsanın bütün əmlakı müsadirə olunmaqla sürgün edilir. Ləj kəndinin şimal-qərbindəki, ərazi "Hacı İsa poyn (vırə)" (talış dilindən tərcüməsi Hacı İsa yeri), kəndin şimal-şərqindəki ərazi isə "Bızəyjobə" adlanır. Ləj sözünün mənşəyi talış dilindən azərbaycan dilinə "bataqlıq" və ya "çökəklik" kimi tərcümə olunur. "Bızəyjobə" sözünün mənası "Buzeyirlilərin obası" deməkdir. Kəndin tarixindən də bəlli olduğu kimi burada məskunlaşmış bir sıra tayfalar məhz Lerik rayonunun Buzeyir (aborigen talışların dilində "Bızəy") kəndindən köçmüşlər. == Mədəniyyəti == Haqqında danışılan kəndin tarixi qədim olmasa da kəndə köç etmiş tayfaların özünə məxsusluğu vardır.
Jüt (lif)
Jüt — eyni cinsdən olan bitkilərdən hazırlanmış təbii tekstil lifi. Bu liflərdən əsasən torbalar, iplər, müdaxilə izolyasiyası istehsal olunur.
Kij boğazı
Kij boğazı (rus. Кижский пролив) - Kareliya Respublikası ərazisində Oneqa gölündə yerləşən Klimenes adasını materikdən ayırır. Ən dar yerdə eni 100 m təşkil edir, bu hissə gəmiçilik üçün təhlükəlidir. Uzunluğu 20 km, dərinliyi 10 m təşkil edir.
Lej adası
Lej adası (ing. Liège Island) — Palmera arxipelaqına daxil olan ada. Antarktik yarımadası yaxınlığında yerləşir. Brabant adasından şimal-şərqdə qərarlaşır. Adanın uzunluğu 17 km, eni 6 km təşkil edir. Ada Belçika Antarktika ekspedisiyası zamanı (1897—1899) kəşf edilmişdir. Ekspedisiyaya Andrien Jerlaş]] rəhbərlik etmişdir. Ada Belçikada yerləşən Lej vilayətinin şərəfinə adlandırılmışdır. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map.
Lend-liz
Lend-liz (ing. lend — borc vermək və ing. lease — kirayəyə vermək, müvəqqəti istifadəyə vermək) — İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramı. == Cədvəl == Proqram çərçivəsində ABŞ tərəfindən müttəfiqlərə göndərilmiş məhsul və avadanlıqların ümumi dəyəri.
Liu Bobo
Liu Bobo (381 – 425, Hsia imperiyası) - Kubeyin nəslindən gələn hun qəbilə başçısı. 383-cü ildə atası əsl hakimiyyəti əlinə almağa başlamışdı. Lakin hələ də vassal idi. 391-ci ildə Bobonun qardaşı Liu Çilidi (Ulduz) Şimal Vey imperatoru Daovuya məğlub olmuşdu. Liu Çilidi əsir götürülmüş, Liu Veyçen isə öldürülmüşdü. Bobo əvvəlcə Hsueqan qəbiləsinə, ordan da Sianbi qəbiləsinə qaçdı. == İlk dövrləri == Bundan sonra Hu Qin dövlətinin imperatoru Yao Hsinq tərəfindən general elan olundu. 407-ci ildə Hu Qin və Şimal Veyin sülh imzalaması Bobonu əsəbləşdirdi, çünki onlar atasını öldürmüşdü. Avar hökmdarı Şelun xaqanın Yao Hsinqə göndərdiyi atları oğurladı. Qaopinq şəhərini ələ keçirərək özünü müstəqil elan etdi.
Liu Elutu
Elutu yaxud Tu— 356-cı ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. 358-ci ildə qardaşı Liu Hsiuki tərəfindən devrildi.
Liu Fulun
Liu Fulun - Tiefu konfederasiyasının şərqdəki II başçısı. Atası Kubeyin böyük oğlu olan Liu Menq idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Ölüm tarixi bilinmir.
Liu He
Liu He (III əsr – 310) - Xan Çaonun ikinci imperatorudur. 310-cu ildə hakimiyyətə gəlmiş və 7 gün taxtda qalmışdır. == Hakimiyyəti == Yuanxay hələ hakimiyyətdə olan vaxtı yerinə ən böyük oğlu Heni vəliəhd olaraq təyin etmişdi. Yuanxay Liu Yu, Liu Lonq və Liu Ay adlı digər oğullarına imperatoru qorumağı tapşırdı ancaq vəzifələr ala bilməyən imperatorun dayısı Huyan Yao və digər hun əyanları olan Liu Rui ilə Liu Çenq imperatora digər qardaşlarının onunla mübarizəyə girişə biləcəklərini dedi. İmperator qardaşlarına qarşı ölüm əmri elan etdi. Liu Ay qaçaraq digər qardaşı Liu Konqa xəbər verdi. İki gün sonra Liu Yu və Liu Lonq imperator tərəfindən öldürüldü. Qardaşlarının öldürülməsinə qəzəblənən Liu Konq sarayı mühasirəyə alaraq imperatoru öldürdü və taxta özü çıxdı.
Liu Hsian
Liu Hsian (v. 387) — Tiefu konfederasiyasının şərqdəki son başçısı. Atası Liu Kuren idi. Əmisi Liu Tucuanı öldürərək hakimiyyətə gəlmişdi. == Hakimiyyəti == Hakimiyyətə gələndə müstəqil siyasət yürütməyə başlayan hökmdar, gələcək imperator Toba Quini təhdid olaraq görməyə başlayırdı. Bunu görən Qui əyanların köməyi ilə ana babasının yanına qaçırılmışdı. 386-cı ilin payızında Toba Kuduoya kömək edərək Toba Quini devirməyə çalışdı. Toba Kuduo isə öz növbəsində Hsianın qohumu Liu Veyçen tərəfindən tutularaq edam edildi. Liu Hsian qardaşı Liu Kanqni ilə 387-ci ilədək mübarizə aparsa da Toba Qui tərəfindən məğlub edildilər. Digər qardaşı Liu Peini 386-cı ildə təslim olmuşdu.
Liu Hsin
Liu Hsin Hun dövləti Xan Çaonun son imperatorudur. O atası Yaonun ölümündən sonra imperator olsa da həmin Şi Le tərəfindən tutularaq öldürüldü.Şi Le həmçinin Liu Yin və digər qardaşlarını da öldürdü. Bütün hun əyanlarını edam edən Şi Le Xan Çaonun varlığına son qoydu.
Liu Hsiuki
Hsiuku— 358-cı ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. Sonrakı il qardaşı Liu Veyçen tərəfindən devrildi.
Liu Hu
Hu(v. 341) — 309-cu ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. Toba sülaləsi onu rəqib kimi gördüyündən Toba Yulünün başçılığı ilə 310-cu ildə ona qarşı müharibəyə başladılar. 318-ci ildə ağır məğlubiyyətə uğrayan Hu geri çəkilməyə məcbur oldu. 341-ci ildə Toba Şiyician tərəfindən öldürüldü. Yerinə oğlu Liu Vuhenq gəldi.
Liu Kan
Liu Kan atasının ölümündən sonra taxta gəlmişdi. Oğlunu vəliəhd elan etmişdi. Qaynatası general Yin Çunə bütün dövlət işlərini tapşıran onun məsləhəti ilə qardaşları Ji, Çenq, Maini öldürdü. Yin Çun ən böyük təhlükələrin sovuşduğunu görəndən sonra paytaxta yürüş edərək imperatoru və bütün ailəsini öldürdü. Yin şərq Cin sülaləsi imperatoru Yuana xəbər göndərərək, ordunu göndərməsini xahiş etdi. Lakin bu vaxt Şi Le və Liu Yaonun ordularının arasında qaldı. Liu Yao özünü imperator elan edərək onun bütün nəslini qırdı.
Liu Kenq
Liu Kenq (ing. Liu Kang) - "Mortal Kombat" oyun seriyasında olan əsas personajlardan biridir. Bo Rai Çonun keçmiş tələbələrindən biridir == Xarakteristika == Liu Kenq kiçik yaşlarında Şaolin məbədində təlim almışdır. Həmin vaxtlarda "Ölümcül döyüş" turniri, Şanq Tsunq və Qoro haqqında əfsanələr eşitmişdir. Şaolin məbədi başçıları Liu Kenqi "Ölümcül döyüş" turnirində heyət üzvü sırasında təmsil etmək üçün ona döyüş sənətlərinin sirrini öyrətmişlər. Liu Kenq bu turnirə qatıldıqdan sonra ilk rəqiblərini məğlub edir. Ardınca Kunq Laonu məğlub etmiş və bu qələbəni 500 il qoruyan Qoronu məğlub edir. Şanq Tsunqa qalib gəldikdən sonra "Ölümcül döyüş" turnirinin qalibi olur. Turnirdən sonra Şanq Tsunqun adası məhv olur və Liu Kenq Şaolin məbədinə qayıdır. Lakin Şanq Tsunq sağ qalmışdır.
Liu Konq
Liu Konq Xan Çaonun üçüncü imperatoru idi. Qardaşını devirərək hakimiyyətə gəlmişdi. == İlk dövrü == Liu Konq əslində taxta çıxmaq istəmirdi və taxtı qardaşı Liu Aya təqdim etmişdi lakin Ay bundan imtina etdi. Hun ənənələrinə sadiq qalaraq Qiyan qəbiləsindən bir qızla evləndi. O Cin sülaləsi ilə mübarizəyə davam edirdi. Paytaxtı mühasirəyə çalışırdı. Onun orduları bütün döyüşlərdə asanlıqla qələbə çalsa da şəhərləri saxlaya bilmirdi. 311-ci ilin yazında Şi Le Cin sülaləsinin generalını məğlub etdi, onları mühasirəyə aldı və ordudakı şahzadəni diri-diri yandırdı. Paytaxt müdafiəsiz qalmışdı. Şi Le, Vanq Min və Lui Yao paytaxta girərək imperator Huayı əsir etdilər.
Liu Kuren
Liu Kuren (v. 383) — Tiefu konfederasiyasının şərqdəki IV başçısı. Atası Liu Luqu idi. 320-ci ildə hakimiyyətə gəlmişdi. Öncəki Kin imperatorunun vassalı olaraq hakimiyyətdə idi. == Hakimiyyəti == Hakimiyyəti stabil şəraitdə başlamışdı. Öncəki Kin kralı Fu Ciana tabe olmuşdu. O da öz növbəsində Kureni Tiefu konfederasiyasının şərqdəki rəsmi başçısı olaraq tanımışdı. Konfederasiyanın qərbdəki başçısı isə Kurenin qohumu Liu Veyçen təyin olunmuşdu. Gələcək imperator Toba Qui də onun sarayında yaşayırdı.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Liu Menq
Liu Menq (v. 272) — Kubeyin böyük oğlu idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Üsyana qərar versə də həbs edilərək edam edildi.
Liu Pinq
Liu Pinq (1 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == Liu Pinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Liu Pinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.