Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhkəmə
Məhkəmə — Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Ədalət mühakiməsini həyata keçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət edən, dövlətin ali hakimiyyət orqanı. Azərbaycan Respublikasının Məhkəmə Sistemi Azərbaycan Respublikası ali məhkəməsində, apelyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir: Birinci instansiya məhkəmələri Apelyasiya instansiyası məhkəmələri Kassasiya instansiyası məhkəmələri Birinci İnstansiya məhkəmələri İlkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə Rayon (Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr daxildirlər. Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş mülki və cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə baxılır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir. Maraqlı şəxslərin şikayətinə və prokurorun protestinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq onu dəyişdirmədən saxlayır, yaxud ləğv edərək yeni qərar çıxarır, yaxud iş üzrə icraata xitam verir, yaxud ərizəni baxılmamış saxlayır, yaxud da dəyişdirilməsi barədə qərar qəbul edir. Kassasiya instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda apelyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir.
Hərbi məhkəmə
Hərbi məhkəmə (Azərbaycan) — Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
Məhkəmə (roman)
Məhkəmə (alm. Der Prozess‎) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur. Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914–1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda Birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında teatr və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır.
Məhkəmə baxışı
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.
Məhkəmə hakimiyyəti
Məhkəmə hakimiyyəti — dövlətin və vətəndaşların, vətəndaşların özləri, hüquqi şəxslər arasındakı sosial ziddiyyətləri, habelə qanunların konstitusiyaya uyğunluğunu yoxlamaq üçün qanunlar əsasında fəaliyyət göstərən müstəqil və suveren dövlət hakimiyyətinin qolu. Bəzən məhkəmələr, Avropa Birliyi Ədalət Məhkəməsi kimi, millətlərarası ola bilər. Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq ayrılır. Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir. Apelyasiya məhkəmələri 4 kollegiyadan — mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apelyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Məhkəmə nəzarəti
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.
Məhkəmə presedenti
Hüquqi presedent — müasir dünyada hüququn daha geniş yayılmış mənbəyi. Hüquqi presedentin mahiyyəti, konkret iş üzrə dövlət orqanının (məhkəmə orqanının və ya inzibati orqanın) əvvəllər çıxardığı qərarın sonradan oxşar işlərin həlli zamanı hüquq norması qüvvəsinə malik olmasıdır. Hüquqi presedentin vətəni İngiltərədir. Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Azərbaycanda məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir.
Yuvenal məhkəmə
Yuvenal məhkəmə — yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlər üzrə qərar qəbul etmək səlahiyyəti olan xüsusi məhkəmədir. Əksər müasir hüquq sistemlərində cinayət törətmiş uşaqlar və yeniyetmələr eyni cinayəti törətmiş yetkinlik yaşına çatmış şəxslərdən fərqli mühakimə edilirlər.
Məhkəmə antropologiyası
Məhkəmə antropologiyası antropologiyanın anatomik elminin və onun müxtəlif alt sahələrinin, o cümlədən məhkəmə arxeologiyası və məhkəmə tafonomiyasının hüquqi şəraitdə tətbiqidir. Məhkəmə antropoloqu, təyyarə qəzasında baş verə biləcək qalıqları çürümüş, yandırılmış, şikəst olmuş və ya başqa bir şəkildə tanınmayan ölən şəxslərin müəyyən edilməsinə kömək edə bilər. Məhkəmə antropoloqları soyqırım və kütləvi məzarlıqların araşdırılması və sənədləşdirilməsində də mühüm rol oynayırlar. Məhkəmə patoloqları, məhkəmə diş həkimləri və adam öldürmə müstəntiqləri ilə yanaşı, məhkəmə antropoloqları da adətən məhkəmədə ekspert şahidi kimi ifadə verirlər. Skeletdə mövcud olan fiziki markerlərdən istifadə edərək, məhkəmə antropoloqu potensial olaraq insanın yaşını, cinsini, boyunu və irqini təyin edə bilər. Şəxsin fiziki xüsusiyyətlərini müəyyən etməklə yanaşı, məhkəmə antropoloqları potensial ölüm səbəbini, sınmış sümüklər kimi keçmiş travmaları və ya tibbi prosedurları, həmçinin sümük xərçəngi kimi xəstəlikləri müəyyən etmək üçün skelet anormallıqlarından istifadə edə bilərlər. Bir insanı skeletdən müəyyən etmək üçün istifadə edilən üsullar müxtəlif antropoloqların keçmiş töhfələrinə və insan skeleti fərqlərinin öyrənilməsinə əsaslanır. Minlərlə nümunənin toplanması və populyasiya daxilindəki fərqlərin təhlili vasitəsilə fiziki xüsusiyyətlərə əsasən qiymətləndirmələr edilə bilər. Bunların vasitəsilə bir sıra qalıqları potensial olaraq müəyyən etmək olar. Məhkəmə antropologiyası sahəsi iyirminci əsrdə yetişmiş antropoloqları, eləcə də parçalanma və onun skeletə göstərə biləcəyi təsirlər haqqında məlumat toplayan çoxsaylı tədqiqat institutlarını əhatə edən tam tanınmış məhkəmə tibb ixtisasına çevrildi.
Elektron məhkəmə
Elektron məhkəmə — Azərbaycanda vətəndaşlarının fərdi məlumatlarının kənara sızmasının qarşısının alınması məqsədilə bütün audio və videoyazıların yüksək təhlükəsizlik standartlarına cavab verən ədliyyənin daxili infrastrukturunda saxlanılmasının təmin edildiyi bir elektron sistemdir. == Məhkəmə-hüquq sistemində islahatlar == Ölkəmizin ictimai-siyasi həyatında müsbət rezanons doğuran Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı bu baxımdan həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir. Respublikada həyata keçirilməkdə olan köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla bu strateji sahənin gələcək inkişafı üçün prioritetləri müəyyən edən mühüm əhəmiyyətli sənədin imzalanması bir tərəfdən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, o cümlədən də süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsinə xidmət edirsə, digər tərəfdən də dövlət başçısı tərəfindən cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılması məqsədilə imzalanmış 10 fevral 2017-ci il tarixli Sərəncamda icrası nəzərdə tutulan kompleks institusional, qanunverici və praktiki islahatların keyfiyyətcə yeni mərhələyə keçid etməsinə mühüm təkan verir. Fərman ölkədə biznes mühitinin inkişafını təşviq etməklə Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsində və sürətləndirilməsində mühüm rol oynayır. == Məhkəmə sistemində korrupsiyanın qarşısının alınması == Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi baxımından Məhkəmə-Hüquq şurası tərəfindən müvafiq sahədə məlumatların qəbul edilməsi üçün qaynar xəttin yaradılması, Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi kimi mühüm məsələlər öz həllini tapmışdır. Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ədalət mühakiməsindəiştirak edən prokurorlar tərəfindən insanların hüquq və azadlıqlarının, ictimai maraqların qorunması məqsədilə dövlət ittihamının qanunla verilmiş bütün səlahiyyətlərdən istifadə etməklə yüksək peşəkarlıq səviyyəsində müdafiə olunması təmin edilmiş, ittihamın ictimaiyyət qarşısında açıq məhkəmə prosesində müdafiə edilməsi nəzərə alınmaqla, bu sahədə kadrların seçilib-yerləşdirilməsinə, dövlət ittihamçılarının bilik və peşə hazırlığı səviyyəsinin, eləcə də hüquq mədəniyyətinin artırılmasına xüsusi diqqət yetirilmişdir. Müasir dövrün tələblərinə uyğun peşəkarcasına təşkil edilmiş dövlət ittihamının müdafiəsi işi prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlətin cəza siyasətinin prinsiplərini özündə təcəssüm etdirməklə yanaşı, məhkəmə məsuliyyətinə verilmiş şəxsləri maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan məhkəmə səhvlərindən qoruyan mühüm vasitədir. == Elektron kabinet == Elektron kabinet vasitəsilə istifadəçilər məhkəmələrə getmədən ərizə, şikayət və digər sənədləri elektron qaydada göndərə, iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət və ya protestlər barədə məlumat əldə edə bilərlər. Həmçinin "Elektron kabinet" vasitəsilə istifadəçilər məhkəmə sənədlərini hakimin elektron imzası ilə təsdiq edilmiş formada əldə etmək və məhkəmə rüsumlarını onlayn ödəmək imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etmədən də elektron kabinetin açılması mümkündür və bunun əsas əhəmiyyəti ondan ibarətdir ki, elektron kabinet olduğu halda istənilən məhkəmədə barənizdə olan məhkəmə işləri haqqında avtomatik məlumatlandırılacaq və elektron kabinetdə dərc edilmiş bütün məhkəmə sənədləri ilə operativ tanış ola biləcəksiniz.
Məhkəmə fəallığı
Məhkəmə fəallığı (ing. Judicial activism) — məhkəmələrin öz qərarlarının daha geniş sosial nəticələrini nəzərdən keçirmək üçün tətbiq olunan qanundan kənara baxa biləcəyi məhkəmə qərarlarının qəbulu fəlsəfəsi. Bəzən məhkəmə təmkininin antonimi kimi də işlənir. Bu termin ümumiyyətlə hakimlərin presedent əsasında deyil, öz baxışlarına əsaslanaraq qərarlar qəbul etmələrini nəzərdə tutur. Məhkəmə fəallığının tərifi və fəal olan konkret qərarlar mübahisəli siyasi məsələlərdir. Məhkəmə fəallığı məsələsi məhkəmə şərhi, qanunla müəyyən edilmiş şərh və səlahiyyətlərin bölünməsi ilə sıx bağlıdır. == Etimologiyası == Artur Şlezinger “məhkəmə fəallığı” terminini 1947-ci ilin yanvarında Fortune jurnalında “Ali Məhkəmə: 1947” adlı məqaləsində işlətmişdir. İfadə yaradılan gündən mübahisəli idi. Kreyq Qrinin “An Intellectual History of Judicial Performance” məqaləsində Şlezingerin bu termindən istifadə etməsi tənqid edilir; “Şlezingerin məhkəmə fəallığı ilə bağlı ilkin təqdimatı ikiqat qeyri-müəyyən idi: o, nəinki aktivlik sayıldığını izah edə bilmədi, həm də bu cür fəallığın yaxşı və ya pis olduğunu söyləməkdən imtina etdi.” İfadə ilk dəfə istifadə olunmamışdan əvvəl də ümumi anlayış artıq mövcud idi. Məsələn, Tomas Cefferson federalist federal hakimlərin, xüsusən də Baş Hakim Con Marşallın "despotik davranışına" istinad etdi.
Məhkəmə mühasibatlığı
Məhkəmə mühasibatlığı — hüquqi təcrübənin müəyyən məsələləri ilə bağlı mühasibat uçotu və digər maliyyə hesabatları fəaliyyətini öyrənən iqtisadi və hüquqi tətbiqi elm. == Tarixi == Maliyyə fəaliyyəti inkişaf etdikcə mühasibat uçotunun hüquqi tənzimlənməsinə ehtiyac yarandı. Ticarət, kənd təsərrüfatı, bank, vergi və s. hesabatların verilməsinin pozulması və saxtalaşdırılması ilə bağlı oğurluq və cinayətlərin qarşısının alınması üçün iqtisadi hüquqpozmaların araşdırılması üçün xüsusi biliklərdən istifadə etmək zərurəti yaranıb. == Məhkəmə mühasibat uçotunun vəzifələri == Məhkəmə mühasibat uçotunun əsas istiqaməti cinayət, mülki, arbitraj və inzibati proseslər üçün vacib olan maliyyə-iqtisadi pozuntuların müəyyən edilməsi və sübut edilməsidir. Məhkəmə (hüquqi) mühasibat uçotu elmi əsasları inkişaf etdirir: mühasibat auditlərinin, inventarların hüquqi təşkili və aparılması; təsərrüfat əməliyyatlarının qanuniliyi və reallığı ilə bağlı ekspert rəylərinin və audit hesabatlarının qiymətləndirilməsi; törədilmiş qanunsuz mühasibat hərəkətlərinə görə hüquqi məsuliyyət; məhkəmə-maliyyə, təsərrüfat və məhkəmə-mühasibat ekspertizalarının aparılması; hüquq-mühafizə orqanlarının cinayət işi üzrə sübut kimi mühasibat sənədləri ilə (əsl və yalan) işləmə üsulları.
Möhkəm qoz
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Azərbaycan Məhkəmə Palatası
Azərbaycan məhkəmə palatası — Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil məhkəmə hakimiyyətini formalaşdırmaq məqsədilə yaradılmış mühüm dövlət strukturu, dövlət ədliyyə orqanı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də əvvəlki hərc-mərclik dövründə dağılmış məhkəmə aparatını bərpa etmək və müstəqil dövlətin ədliyyə sistemini yaratmaq idi. Bu baxımdan, yeni şəraitdə Cümhuriyyətin ayrıca məhkəmə palatasının yaradılmasına ehtiyac vardı. Bu məqsədlə 1918 il noyabrın 14-də Cümhuriyyət Hökuməti Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnaməni təsdiq etdi. Əsasnaməyə görə, Azərbaycan Məhkəmə Palatası böyük sədr, departament sədri, 8 üzv, prokuror və onun 2 nəfər köməkçisindən ibarət tərkibdə yaradılmışdı. Hökumətin 1919 il 28 fevral və 10 may tarixli qərarları ilə vəkil Ələkbər bəy Xasməmmədov palatanın böyük sədri təyin olunmuşdur. Azərbaycan hökumətinin 10 may 1919-cu il tarixli qərarı ilə Olqred Kriçinski Azərbaycan Məhkəmə Palatasının prokuroru təyin olunmuşdur. Ali məhkəmə instansiyası olan Azərbaycan Məhkəmə Palatası dairə məhkəmələrinin fəaliyyətini yoxlayır, onların qərarlarından apelyasiya şikayətlərinə, vəzifə cinayətlərinə, mülklərə sahiblik hüququ, əmlaka qəyyumluq qoyulması haqqında işlərə baxır, notarius vəzifələrini yerinə yetirirdi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı.
Məhkəmə (veriliş, 2007)
Veriliş əsl məhkəmə prosesinin prototipidir. Verilişin efir günü bazar ertələridir.
Məhkəmə prosesi (roman)
Məhkəmə (alm. Der Prozess‎) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur. Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914–1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda Birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında teatr və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır.
Qazaxıstanın məhkəmə sistemi
Qazaxıstanın məhkəmə sistemi — respublika konstitusiyasına və digər qanunlara uyğun olaraq Qazaxıstan Respublikası ərazisində ədalət mühakiməsini həyata keçirən dövlət hakimiyyəti orqanları (məhkəmələr) sistemi. Konstitusiyaya görə Qazaxıstan demokratik, dünyəvi və hüquqi bir dövlətdir . Qazaxıstan hüquq sistemi, hüquq normalarının açıq bir sektor bölgüsü ilə xarakterizə olunan mülki hüquq sisteminə aiddir. Hakimiyyət bölgüsü prinsipi ölkə Konstitusiyasında elan edildiyindən, qanunverici funksiyaları yerinə yetirən respublikanın ali nümayəndəlik orqanı iki palatalı Parlamentdir, icra orqanları Hökumət tərəfindən tanınır, məhkəmə hakimiyyəti isə daimi hakimlər şəxsində məhkəmə, habelə cinayət prosesində iştirak edən 10 iclasçı şəxs vardır. Qazaxıstanda məhkəmə hakimiyyəti yalnız məhkəmələr və Qazaxıstan Respublikası adından həyata keçirilir . Məhkəmə sisteminə respublikanın Ali Məhkəməsi, yerli və respublikanın qanunla müəyyən edilmiş digər məhkəmələri daxildir . Hər hansı bir ad altında xüsusi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Məhkəmənin səlahiyyətləri digər orqanlara da verilə bilməz. Bölgə və ona bərabər tutulan məhkəmələrin yanında bölgə və ona bərabər tutulan məhkəmələr Ali Məhkəmə sədrinin təklifi ilə Qazaxıstan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəmə Şurası ilə razılaşdırılaraq qurulur, yenidən təşkil olunur, dəyişdirilir və ləğv edilir. Astana Beynəlxalq Maliyyə Mərkəzinin ərazisində Qazaxıstan Respublikasının məhkəmə sisteminə daxil edilməyən iki instansiyadan (birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi) ibarət olan məhkəmə qurulur və qanunvericiliyi İngiltərə və Uelsin prosedur prinsip və normalarına və (və ya) dünyanın aparıcı maliyyə mərkəzlərinin standartlarına əsaslanır.
Yaponiyanın məhkəmə sistemi
Yaponiyanın məhkəmə sistemində Yaponiya Konstitusiyası zəmanət verir ki, "bütün hakimlər öz vicdanlarını həyata keçirməkdə müstəqildirlər və yalnız bu konstitusiya və qanunlarla tabedirlər" (Maddə 76). Onlar "məhkəmə tərəfindən xidməti vəzifələrini yerinə yetirmək üçün əqli və ya fiziki qabiliyyətsiz hesab edilmədikdə" skamyadan kənarlaşdırıla bilməz və icra orqanları tərəfindən intizam tənbehi tətbiq edilə bilməz (Maddə 78). Bununla belə, Ali Məhkəmənin hakimləri hakim təyin edildikdən sonra ilk ümumi seçkidə və ondan sonra hər on ildən bir keçirilən referendumda seçicilərin əksəriyyəti tərəfindən vəzifədən kənarlaşdırıla bilər. Məhkəmə sistemi Meyci Konstitusiyasına əsasən hazırkı Konstitusiyaya nisbətən daha çox məhdudlaşdırılmışdı və inzibati və ya konstitusiya hüquq işlərində heç bir səlahiyyətə malik deyildi. Bundan başqa, Ədliyyə Nazirliyi məhkəmələrin inzibati işlərinə tam və birbaşa nəzarət edirdi. Buna baxmayaraq, professor Con Heyli iddia edir ki, məhkəmələr konkret işlərə baxılarkən tam müstəqillik nümayiş etdiriblər. "Məhkəmələrin siyasi qollardan müstəqilliyi Meidzi Konstitusiyasının 57-ci maddəsində idarəetmənin əsas prinsipi kimi qəti şəkildə təsbit edildi. Hökumətin bütün qollarından yalnız məhkəmələr "imperator adına" səlahiyyəti həyata keçirirdi. Heyli iddia edir ki, bu, yapon hakimləri üçün böyük qürur məsələsi olub və belə də qalmaqdadır və qeyd edir ki, "bütün məhkəmə zallarında yerdə "İmperatorun adına" yazısı imperatorun hakimləri və eyni zamanda imperatorun hakimləri olduğunu xatırlatmaq üçün idi. siyasi nəzarətə və ya istiqamətə tabe deyil".
Azərbaycanda məhkəmə sistemi
Azərbaycan Respublikasının məhkəmə sistemi — Azərbaycan Respublikasında ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, inzibati, kommersiya məhkəmələri, Ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir. Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır. == Azərbaycan məhkəmə sisteminin tarixi == Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə may ayının 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Görülən bütün zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmış, hazırlanmış bir çox qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır. 1920-ci il aprel ayının 27–28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi icraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
Azərbaycanın məhkəmə sistemi
Azərbaycan Respublikasının məhkəmə sistemi — Azərbaycan Respublikasında ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, inzibati, kommersiya məhkəmələri, Ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir. Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır. == Azərbaycan məhkəmə sisteminin tarixi == Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə may ayının 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Görülən bütün zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmış, hazırlanmış bir çox qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır. 1920-ci il aprel ayının 27–28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi icraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
Ali Federal Məhkəmə (Braziliya)
Braziliya Ali Federal Məhkəməsi (portuqalca: Supremo Tribunal Federal, qısaca STF) — Braziliyada ən son müraciət ediləcək məhkəmədir və aldığı qərarlar şikayət edilə bilməz. Braziliya Ali Federal Məhkəməsi Braziliya Milli Konqresinin aldığı qərarların və qəbul etdiyi qanunların Braziliya Konstitusiyasına uyğun olub-olmadığına nəzarət edir. Məhkəmə üzvləri Braziliya Senatının təsdiqi ilə Braziliya Prezidenti tərəfindən seçilir. Məhkəmə üzvlərinin maksimum yaş limiti 70-dir. == Braziliya Ali Federal Məhkəmənin binası == Məhkəmə binası Oskar Nimeyer tərəfindən dizayn edildi.
II Aleksandrın məhkəmə islahatı
II Aleksandrın məhkəmə islahatı — 1860-cı illərdə imperator II Aleksandrın həyata keçirdiyi islahatlardan biri. == Zəmin == Rusiya imperiyasında iqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi. Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi. 1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi.
Məhkəmə Ekspertizası Mərkəzi (Azərbaycan)
Məhkəmə Ekspertizası Mərkəzi — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan baş idarə. Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarınıın və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanır. məhkəmə ekspertizalarının və tədqiqatların aparılması (elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə obyektiv, hərtərəfli, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması prinsipləri əsasında tədqiqatlar aparılaraq rəy və arayışların verilməsi); elmi-tədqiqat fəaliyyəti həyata keçirmək, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlamaq və təkmilləşdirmək(aktual mövzularda elmi-tədqiqat işlərinin aparılması, ekspert praktikasının ümumiləşdirilməsi, cinayətkarlığın vəziyyəti, strukturu və dinamikasının, onun ayrı-ayrı növlərinin baş verməsinin səbəb və şəraitinin, cinayətkarın şəxsiyyətinin kompleks sistemli-struktur təhlili, cinayətkarlığın proqnozlaşdırılması ilə bağlı olan kriminoloji fəaliyyət, elm və texnikanın müasir nailiyyətlərindən istifadə etməklə ekspert tədqiqatı metodikasının təkmilləşdirilməsi); məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək(məhkəmə-istintaq orqanları işçiləri, ali məktəb tələbələri ilə metodik və praktik məşğələlər keçirmək); ekspert profilaktikasını həyata keçirmək(cinayətlərin baş verməsinə şərait yaradan halların aşkar olunması, onların qarşısının alınması üçün profilaktik tövsiyələrin işlənib hazırlanması); qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Məhkəmə Ekspertizası Mərkəzinin yaranma tarixi 1938-ci ilin avqust ayında Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığı nəzdində təşkil edilən Kriminalistika kabineti ilə bağlıdır. Bu kabinet azsaylı personaldan ibarət olmaqla qrafoloji ekspertizalar aparmaqla fəaliyyətə başlamışdır.Lakin 1951-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilmiş, kabinetin əmlakı və Azərbaycanın hüquq mühafizə orqanları üçün ekspertizaların aparılması vəzifəsi Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasına həvalə edilmişdir. Az sonra, yəni 1956-cı ilin iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası yaradılmış və bu laboratoriyada qrafoloji, ballistik, trasoloji ekspertizalar aparılmışdır. 1960-cı ilin dekabrında isə bu laboratoriyanın əsasında Azərbaycan Respublikası Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu yaradılmışdır. Cinayətkarlığın kompleks tədqiqini, hüquq pozuntularının qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış proqnozların və konstruktiv təkliflərin işlənib hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1991-ci ilin iyununda institutun adında və fəaliyyətində dəyişiklik edilərək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmış və Mərkəz baş idarə səlahiyyətli qurum kimi təsdiq edilmişdir. Hazırda Mərkəzdə 20 məhkəmə ekspertizası növü və 41 ekspert ixtisası üzrə tədqiqatlar aparılaraq rəy və arayışlar verilir.
Nyu-Yorkun məhkəmə sistemi
Nyu-Yorkun məhkəmə sistemi — şəhər qanunvericiliyi çərçivəsində Nyu-York şəhərində fəaliyyət göstərən bir sıra məhkəmələr. Əsas şəhər qanunları Nyu-Yorkun inzibati kodudur (ing. New York City, ing. Administrative Code), Nyu-Yorkun qaydaları (ing. Rules of the City of New York) və nizamnaməsi (ing. New York City Charter). İlk illərdə, Nyu-York məhkəmə sistemini, iddia və məhkəmənin qərarlarını, iki bələdiyyə başçısı və beş aldermeni dəstəkləyən prokuror təmsil etdi. Tezliklə, onunla müqayisədə Harlem və Bruklin yaşayış məskənlərinin məhkəmə sistemi qurulub. 1665-ci ildə Vali Nikols Böyük Britaniya qanununa uyğun olan bələdiyyə sədrini yaradıb. Bir bələdiyyə başçısı, beş aldermen və şerifdən ibarət idi.
Tanrıya qarşı məhkəmə işləri
Tanrıya qarşı məhkəmə işləri — həm real həyatda, həm də uydurmada tanrıya qarşı başladılmış məhkəmə işləri. 1970-cı ildə arizonalı vəkil Rassel Tensi müvəkkili Betti Penrouzun adından çıxış edərək tanrıya qarşı məhkəmə işi qaldırmış və müvəkkili üçün 100 min ABŞ dolları təzminat tələb etmişdir. Penrouz tanrını "diqqətsizlik"lə günahlandırmış və evinə ildırım düşməsinə icazə verdiyini bildirmişdir. Tanrı "məhkəmədə özünü müdafiə edə bilmədiyi" üçün Penrouz məhkəmə işini udmuşdur. 2005-ci ildə rumıniyalı Pavel M adlı şəxs 20 il məhkum həyatı yaşadıqdan sonra Rumın Ortodoks Kilsəsinə qarşı məhkəmə işi açaraq tanrını "onu şeytandan qorumamaqla" günahlandırmışdır. Tanrı şəxs və ya qurum olmadığı üçün məhkəmə işi buraxılmışdır. 2008-ci ildə ABŞ-nin Nebraska ştatının senatı Erni Çembers tanrıya qarşı məhkəmə işi qaldırmış, tanrının zərərverici fəaliyyətlərinə qarşı məhkəmə əmri istəmişdir. Məhkəmə "tanrının dəqiq ev ünvanı olmadığı üçün məhkəmə işi ilə bağlı xəbərdalıq edilə bilmədiyini" əsas gətirərək məhkəmə işini buraxmışdır. Çembers tanrının hər şeyi gördüyünü və məhkəmə işindən xəbərdarlıq olduğunu bildirərək bir məhkəmə işi daha qaldırmışdır. Hindistanın Bihar ştatından olan vəkil Çandan Kumar Sinğ hinduizm tanrısı Ramanı həyat yoldaşı olan ilahə Sitaya pis davrandığını əsas gətirərək onu məhkəmə vermişdir.