Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müntəsir (xəlifə)
Əbu Cəfər Məhəmməd (ərəb. أبو جعفر محمد‎) və ya Əl-Müntəsir (ərəb. المنتصر بالله‎) (23 mart 838, Səmərra, Səlahəddin mühafəzəsi – 7 iyun 862, Səmərra, Səlahəddin mühafəzəsi) — 11-ci Abbasi xəlifəsi. Kraemer, Joel L., ed. (1989). The History of al-Ṭabarī, Volume XXXIV: Incipient Decline: The Caliphates of al-Wāthiq, al-Mutawakkil and al-Muntaṣir, A. D. 841–863/A. H. 227–248. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-874-4 Kennedy, Hugh (2006). When Baghdad Ruled the Muslim World: The Rise and Fall of Islam's Greatest Dynasty.
Müqtədir
Yaşayış məntəqələri Müqtədir (qəsəbə) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Müqtədir bələdiyyəsi — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində bələdiyyə.
Hüseynəli Müntəziri
Hüseynəli Müntəziri (22 sentyabr 1922, Nəcəfabad, İsfahan ostanı – 20 dekabr 2009, Qum) — din xadimi, müctəhid. == Həyatı == Ayətullah Hüseynəli Müntəziri 1922-ci ildə İsfahan şəhərində dünyaya gəlib. O, 1979-cu ildə İranda baş verən islam inqilabının ideoloqlarından biri olub. Ayətullah Hüseynəli Müntəziri 19 dekabr 2009-cu ildə vəfat edib. Müqəddəs Şiə şəhəri olan Qumda təhsilini bitirən Müntəziri, Ayətullah Ruhullah Xomeyninin kurs halqasından keçərək Fəvziyyə Mədrəsəsində müəllimlik etməyə başlamışdır. 1963-cü ildə Ayətullah Xomeyninin çağırışı ilə Şah Rza Pəhləvinin Ağ inqilabına qarşı çıxdı və sonradan İran İslam İnqilabının aparıcı simalarından biri oldu. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən həbs olunan Müntəziri, 1974–1978-ci illər arasında 4 il həbs cəzası çəkmişdir. İnqilabdan əvvəl Ayətullah Taleqani ilə birlikdə etdiyi xütbələr kitab versiyasına çevrildi. İran İnqilabından sonra Dirasat fi Vilayah əl-Faqih (Vilayəti-Fəqih Dərsləri) adlı dərs vəsaiti yazmışdır. Ayətullah Xomeyni, Müntəziri üçün, "Özüm onda gizlənmişəm" ("Yəni məndən sonra varis odur") demişdi.
Müqtədir (qəsəbə)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Müqtədir (xəlifə)
Müqtədir (13 noyabr 895, Bağdad – 1 noyabr 932, Bağdad) — Abbasi xəlifəsi. Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir. Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub dünyasını dəyişmişdir. Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər.
Müqtədir Aydınbəyov
Müqtədir Aydınbəyov (1884, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1918, Tağaroba) — inqilabçı 1884-cü ildə Samur dairəsinin Axtı kəndində anadan olmuşdu. 1898-ci ildə iş ardınca Bakı şəhərinə gəlmişdi. Salam Aydınbəyov atasıdır. Müqtədir Aydınbəyov 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman o, Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi. Müqtədir Aydınbəyov ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada müsavatçılar tərəfindən öldürülmüşdür.
Müqtədir bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müqtədir qəsəbəsi
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Əl-Müntəqim
Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur.
Əl-Muntəkim
Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur.
Əl-Muqtədir
Əl-Muqtədir (ər. المقتدر) - Allahın adlarından biri.
Tomas Müntser
Tomas Münser(alm. Thomas Müntzer‎, eləcə də Münzer; təq. 1489[…] – 27 may 1525) — alman vaizi, Reformasiya dövründə alovlu çıxışları ilə yadda qalmışdı. Tomas Münser təxminən 1490-cı il dolaylarında Almaniyada anadan olmuşdu. Əvvəlcə Leypsiq Universiteti, sonra Frankfurt Universiteti təhsil almışdı. Yunan, İbrani və Latın dilləri üzrə mütəxəssis oldu. 1516-cı ildən 1518-ci ilədək monastrda yaşadı. Martin Lüterin 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi yayıldıqdan sonra kilsədən ayrılıb, Vittenberqə getdi. Mayın ortalarına üsyançılar ümumi proqramın və sonrakı hərəkət planını müzakirə etmək üçün kəndli nümayəndələrinin Geylbronn qurultayını çağırmaq niyyətində idilər. Onun layihəsi "Geylbronn proqramı" adı aldı.
Müxtəsər vurma düsturları
Müxtəsər vurma — çoxhədlilərin hesablanmasında tez-tez istifadə edilən cəbri eynilik. ( a ± b ) 2 = a 2 ± 2 a b + b 2 {\displaystyle (a\pm b)^{2}=a^{2}\pm 2ab+b^{2}} ( a + b ) 2 = a 2 + 2 a b + b 2 {\displaystyle (a+b)^{2}=a^{2}+2ab+b^{2}} ( a − b ) 2 = a 2 − 2 a b + b 2 {\displaystyle (a-b)^{2}=a^{2}-2ab+b^{2}} a 2 − b 2 = ( a − b ) ( a + b ) {\displaystyle a^{2}-b^{2}=(a-b)(a+b)} a 2 + b 2 = ( a ± b ) 2 ± 2 a b {\displaystyle a^{2}+b^{2}=(a\pm b)^{2}\pm 2ab} a 2 + b 2 = ( a + b ) 2 − 2 a b {\displaystyle a^{2}+b^{2}=(a+b)^{2}-2ab} a 2 + b 2 = ( a − b ) 2 + 2 a b {\displaystyle a^{2}+b^{2}=(a-b)^{2}+2ab} a 3 ± b 3 = ( a ± b ) ( a 2 ∓ a b + b 2 ) {\displaystyle a^{3}\pm b^{3}=(a\pm b)(a^{2}\mp ab+b^{2})} a 3 + b 3 = ( a + b ) ( a 2 − a b + b 2 ) {\displaystyle a^{3}+b^{3}=(a+b)(a^{2}-ab+b^{2})} a 3 − b 3 = ( a − b ) ( a 2 + a b + b 2 ) {\displaystyle a^{3}-b^{3}=(a-b)(a^{2}+ab+b^{2})} ( a ± b ) 3 = a 3 ± 3 a 2 b + 3 a b 2 ± b 3 {\displaystyle (a\pm b)^{3}=a^{3}\pm 3a^{2}b+3ab^{2}\pm b^{3}} ( a + b ) 3 = a 3 + 3 a 2 b + 3 a b 2 + b 3 {\displaystyle (a+b)^{3}=a^{3}+3a^{2}b+3ab^{2}+b^{3}} ( a − b ) 3 = a 3 − 3 a 2 b + 3 a b 2 − b 3 {\displaystyle (a-b)^{3}=a^{3}-3a^{2}b+3ab^{2}-b^{3}} ( a ± b ) 4 = a 4 ± 4 a 3 b + 6 a 2 b 2 ± 4 a b 3 + b 4 {\displaystyle (a\pm b)^{4}=a^{4}\pm 4a^{3}b+6a^{2}b^{2}\pm 4ab^{3}+b^{4}} ( a + b ) 4 = a 4 + 4 a 3 b + 6 a 2 b 2 + 4 a b 3 + b 4 {\displaystyle (a+b)^{4}=a^{4}+4a^{3}b+6a^{2}b^{2}+4ab^{3}+b^{4}} ( a − b ) 4 = a 4 − 4 a 3 b + 6 a 2 b 2 − 4 a b 3 + b 4 {\displaystyle (a-b)^{4}=a^{4}-4a^{3}b+6a^{2}b^{2}-4ab^{3}+b^{4}} a 4 − b 4 = ( a 2 − b 2 ) ( a 2 + b 2 ) {\displaystyle a^{4}-b^{4}=(a^{2}-b^{2})(a^{2}+b^{2})} a n − b n = ( a − b ) ( a n − 1 + a n − 2 b + a n − 3 b 2 + . . . + a 2 b n − 3 + a b n − 2 + b [ log 10 ⁡ n − 1 − ] {\displaystyle a^{n}-b^{n}=(a-b)(a^{n-1}+a^{n-2}b+a^{n-3}b^{2}+...+a^{2}b^{n-3}+ab^{n-2}+b[\log _{10}n-1-]} a 2 n − b 2 n = ( a + b ) ( a 2 n − 1 − a 2 n − 2 b + a 2 n − 3 b 2 − . . . − a 2 b 2 n − 3 + a b 2 n − 2 − b 2 n − 1 ) {\displaystyle a^{2n}-b^{2n}=(a+b)(a^{2n-1}-a^{2n-2}b+a^{2n-3}b^{2}-...-a^{2}b^{2n-3}+ab^{2n-2}-b^{2n-1})} , burada n ∈ N {\displaystyle n\in N} a 2 n + 1 + b 2 n + 1 = ( a + b ) ( a 2 n + a 2 n − 1 b + a 2 n − 2 b 2 − . . .
Müxtəsər Ədəbiyyat Ensiklopediyası
Müxtəsər Ədəbiyyat Ensiklopediyası (rus. Краткая литературная энциклопедия) — "Sovet ensiklopediyası" nəşriyyatında 1962—1978-ci illərdə çapdan çıxmış 9 cildli ədəbi ensiklopediya. Əsas 8 cild 1962—1975-ci illərdə, əlavə 9-cu cild isə 1978-də çıxıb. Ensiklopediyada 12 mindən artıq müəllifin məqalələri var (yazıçıların şəxsiyyətləri, dövrlərin tədqiqi, ədəbi terminlərin, cərəyanların, ədəbi qrupların, ədəbiyyatşünaslığın və mətbuatın xarakteristikaları və s.); əlifba göstəricisi 35 000-ə yaxın adların və terminlərin olduğunu göstərir. Tirajı 100 000 nüsxəyə çatmışdır. Baş redaktor vəzifəsini SSRİ Yazıçılar İttifaqının katibi Aleksey Surkov tuturdu, faktiki rəhbərliyi isə baş redaktor müavini Vladimir Jdanov edirdi, 1969-cu ildə isə onu A. F. Yermakov əvəz etdi. Birinci cildin ön söz bölməsində ensiklopediyaya "qısa" adının verilməsinin izahı belə verilib: "ədəbi biliklərin ətraflı toplusu deyil", həmçinin əlavə edilib ki, fundamental ədəbi ensiklopediyasının yaradılması "gələcəyin işi"di, lakin sonradan daha ətraflı ensiklopediya çap olunmadı. Ümumiyyətlə ensiklopediya "yüksək peşekarlıq və səylə hazırlanmış nəşrdi". Birinci cild.Aarne — Qavrilov 1962. İkinci cild.
Müstənsir (Abbasi-Məmlük xəlifəsi)
Müstənsir, Tam adı: Əbül Qasım Əhməd bin Zahir əl-Müstənsir Billah ( ərəb : ‏أبو القاسم أحمد المستنصر بالله الثاني‎) (ö. 1262) 58. 58-ci İslam xəlifəsi . O, həmçinin əl-Müstənsir Billah ət-Sani (İkinci Müstənsir Billah( kimi də tanınır. Abbasilər sülaləsinə mənsubdur. O, 1261-1262-ci illər arasında Qahirədə Məmlük dövlətinin himayəsi altında xəlifəlik etmişdir.
Şəki xanlarının müxtəsər tarixi
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII–XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. == Tədqiqi == "Şəki xanlarının müxtəsər tarixi" elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B. Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B. Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: "1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: "Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın "Maarif işçisi" jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi "Tənqid və mülahizələr" adlı məqaləsində aşkara çıxarıb.
Şəki xanlarının müxtəsər tarixi (kitab)
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII–XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. "Şəki xanlarının müxtəsər tarixi" elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B. Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B. Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: "1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: "Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın "Maarif işçisi" jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi "Tənqid və mülahizələr" adlı məqaləsində aşkara çıxarıb.