Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bebras müsabiqəsi
İnformatika üzrə Beynəlxalq Bebras Müsabiqəsi bütün dünyada orta məktəb şagirdləri üçün hər ildə bir dəfə keçirilən informatika müsabiqəsidir. 2024-ci ildə 93 üzv ölkə və 2,5 milyondan çox tələbənin iştirak etdiyi müsabiqə kompüter elmləri üzrə dünyanın ən böyük yarışması sayılır. == Tarixi == Bebrasın ideyası ilk dəfə Litvada Vilnüs Universitetinin professoru Valentina Dagiene tərəfindən düşünülüb. Bebras Litva dilində "qunduz" deməkdir. İlk Bebras müsabiqəsi Litvada 2004-cü ildə keçirilmişdir. Daha sonra digər ölkələrdə qoşulmuşdur. Hazırda dünyanın 50-dən çox ölkəsində hər il Bebras müsabiqəsi keçirilməkdədir. == Müsabiqənin formatı == Bebras müsabiqəsi zamanı şagirdlərə 15 tapşırıq verilir. Onlar 40-45 dəqiqə ərzində bu tapşırıqları yerinə yetirməlidirlər. Tapşırıqlar hər biri 5 ədəd olmaqda “asan”, “orta” və “çətin” kateqoriyalarına bölünür.
Gözəllik müsabiqəsi
Gözəllik müsabiqələri ənənəvi olaraq qadınların fiziki xüsusiyyətlərinin qiymətləndirildiyi müsabiqələrdir. Ancaq zamanla bu müsabiqələrin çoxunda müsabiqə iştirakçılarının şəxsi xüsusiyyətləri, zəkaları, bacarıqları və münsiflər heyətinin suallarına verdikləri cavabları da qiymətləndirmə meyarlarına daxil edilmişdir. “Gözəllik müsabiqəsi” termini çox vaxt subay qızların iştirak etdiyi milli və beynəlxalq müsabiqələri təsvir etmək üçün istifadə olunur. == Tarixi == === Qədim dövrlər === Homerin “İliada”sına görə, tarixdə məlum olan ilk gözəllik müsabiqəsi eramızdan əvvəl 2000-ci ildə indi Kaz dağları kimi tanınan İda dağında keçirilmişdir. Müsabiqənin iştirakçıları Eris, Hera, Afina və Afrodita olmuşdur. Gözəllərin hər biri Parisə onu seçməsi üçün öz təkliflərini vermişdirlər, lakin sonda Paris əlindəki almanı Afroditaya (Venera) verir. Müsabiqədən sonra Paris aşiq olduğu Heleni Afroditanın köməyi ilə qaçırır və Troya müharibəsinə səbəb olur. === Müasir dövr === Müasir dünyanın ilk gözəllik müsabiqəsi 1888-ci il sentyabrın 19-da Belçikada Concours de Beaute adı altında 350 namizədlə keçirilmiş və axırda 18 yaşlı Berta Soucaret ilk gözəllik kraliçası elan edilmişdir. İlk rəsmi və beynəlxalq müsabiqə 1908-ci il avqustun 14-də İngiltərənin Folkestone şəhərində, ilk Dünya Gözəllik Kraliçası müsabiqəsi isə 19 aprel 1951-ci ildə London festivalı çərçivəsində keçirilmişdir. == Tənqidlər == Gözəllik müsabiqələrini mənfi nöqteyi-nəzərdən tənqid edənlərin fikrincə, bu müsabiqələr gənc qızların və qadınların fiziki görünüşünə görə qiymətləndirilməli olduğu fikrini müdafiə edir.
Avroviziya Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Avroviziya Musiqi Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Avroviziya Rəqs Müsabiqəsi
Avroviziya Rəqs Müsabiqəsi (ing. Eurovision Dance Contest) — Avroviziya müsabiqələrindən biri. 2007, 2008-ci illərdə Böyük Britaniyada keçirilən rəqs müsabiqəsi. Müsabiqədə telesəslərlə yanaşı münsif səsləri də hesablanır. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə qalib ölkənin növbəti il müsabiqəyə ev sahibliyi etməsi məcburi deyil.
Avroviziya Xor Müsabiqəsi
Avroviziya Xoru Müsabiqəsi (ing. Eurovision Choir) — Avropa Yayım Birliyinə (EBU) üzv olan ölkələr arasında, xor ifaçıları üçün təşkil olunan beynəlxalq yarışma. Dünya Xor Oyunları və Latviyanın təşkil etdiyi daxili xor konserti sözügedən müsabiqənin ilham qaynağı olmuşdur. == Mənşəyi == Avroviziya Xoru Müsabiqəsi, Avropa Yayım Birliyinin (EBU) ən yeni Avroviziya tədbiridir. 2014-cü ildə, Latviyanın milli yayım şirkəti Latvijas Televīzija(LTV) və "Arte" şəbəkəsinin birgə yayımladığı xüsusi müsabiqə xarakterli konsertin müsbət rəylər almasından sonra, LTV daha geniş izləyici kütləsinə xitab edən yeni tədbirin yaradılması ilə bağlı, EBU və İnterkultur da daxil olmaqla bir çox yayımçıya müraciət ünvanlamışdır. Beynəlxalq tədbirin yaradıcısı Latviyalı musiqi prodüseri Yeva Rozentaledir. O, yarışmanın ideyası və bütün təşkili məsələləri AYİ-yə təqdim etmiş və nəticə olaraq, 22 iyul 2017-ci il tarixində, müsabiqə elə təklif sahibi Latviyada ilk buraxılışını yayımlamışdır. Avroviziya Xoru Müsabiqəsinin qurucusu Yeva Rozentale, sözügedən yarışma haqqında: "Avroviziya Xoru geniş kütləyə xitab edən Avroviziya ilə, daha kiçik auditoriyaya yönəlmiş Avroviziya Gənc Musiqiçilər layihələri arasında körpü yaratmaqdadır" ifadələrini söyləmişdir. == Yarışma qaydaları == Yarışmada təmsil olunan və Avropa Yayım Birliyinə (EBU) üzv olan hər bir ölkə, müsabiqədə iştirak üçün peşəkar xor və ya kapella ansamblı təyin etməlidir. Hər bir xor təqribən altı dəqiqə davam edən, tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət olan musiqi əsərlərini, xüsusi dirijor müşayiəti ilə canlı olaraq ifa edir.
Eurovision Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Muğam Televiziya Müsabiqəsi
Muğam Televiziya Müsabiqəsi — Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilən televiziya müsabiqəsi. İlk Televiziya Muğam Müsabiqəsi 2005-ci ildə keçirilib. Müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilib və "Space" televiziyasında yayımlanıb. Tamaşaçıların və münsiflər heyətinin səsverməsinin yekununa görə Təyyar Bayramov 1-ci, İlkin Əhmədov 2-ci, Babək Niftəliyev 3-cü yerə layiq görüldülər. Onlara Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu adından diplomlar, mükafatlar, müvafiq olaraq 2000, 1500 və 1000 manatlıq çeklər təqdim olunub. II Televiziya Muğam Müsabiqəsi 2007-ci ildə keçirilib. 3 ay davam edən müsabiqəyə bütün bölgələr təmsil olunaraq 160-a yaxın gənc qatılıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yerə Elməddin İbrahimov və Güllü Muradova layiq görülüb. İkinci yerə Ehtiram Hüseynov və Abgül Mirzəliyevə, üçüncü yerə isə Rəvanə Qurbanova (Ərəbova) və Nasir Ətapur layiq görülüb. Qaliblərin qala-konsertində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyib.
Slavyan Ulduzu Müsabiqəsi
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Türkviziya Mahnı Müsabiqəsi
Türkviziya — Türkiyənin TMB telekanalı tərəfindən qurulan yeni beynəlxalq mahnı müsabiqəsi. İlk müsabiqə Türkiyənin şəhərlərindən biri olan Əskişəhərdə Anadolu Universitetində keçirilmişdir. Müsabiqəni 210 xalla Azərbaycan təmsilçisi Fərid Həsənov "Yaşa" mahnısı ilə qazanmışdır. Müsabiqənin ikincisi Tatarıstanın paytaxtı Kazan şəhərində baş tutmuş, 25 ölkə qatılmış və qalib 225 xalla Qazaxıstan təmsilçisi Janar Duqalova "Izin Körem" mahnısı ilə olmuşdur.
Yeni Fikir Müsabiqəsi
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
"Avropada ilin muzeyi" müsabiqəsi
"Avropada ilin muzeyi" müsabiqəsi (ing. European Museum of the Year Award - EMYA) — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri. == Tarixi == Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir. Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. == Şərtləri == Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.
"Ən yaxşı müəllim" müsabiqəsi
2002 Avroviziya Mahnı Müsabiqəsi
2002 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2002; fr. Concours Eurovision de la chanson 2002) — sayca 47-ci Avroviziya Mahnı Müsabiqəsidir. Tanel Padar, Deyv Benton və 2XL qrupunun ifa etdikləri "Everybody" adlı mahnı ilə 2001 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2002-ci ildə Estoniya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Estoniyanın paytaxtı Tallin şəhərində Saku Suurhall arenasında keçirilmişdir. Müsabiqə 2002-ci ilin 25 may tarixində baş tutmuşdur. 2002-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş altı ölkə İrlandiya, İslandiya, Niderland, Norveç, Polşa və Portuqaliya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Avstriya, Belçika, Finlandiya, İsveçrə, Kipr, Makedoniya və Rumıniya əvəz etmişdir. Bu ölkələrin hər biri bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. Ümumilikdə 24 ölkənin iştirak etdiyi Avroviziya 2002-də Latviya təmsilçisi Marie N ifa etdiyi "I Wanna" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir.
2003 Avroviziya Mahnı Müsabiqəsi
2003 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2003; fr. Concours Eurovision de la chanson 2003) — sayca 48-ci Avroviziya Mahnı Müsabiqəsidir. Marie N-in ifa etdiyi "I Wanna" adlı mahnı ilə 2002 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2003-cü ildə Latviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Latviyanın paytaxtı Riqa şəhərində Skonto Hall arenasında keçirilmişdir. Müsabiqə 2003-cü ilin 24 may tarixində baş tutmuşdur. Latviyaya Avroviziya 2002-də qalibiyyət gətirən Marie N müsabiqəyə aparıcılıq etmişdir. 2003-cü ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Danimarka, Finlandiya, İsveçrə, Litva və Makedoniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə İrlandiya, İslandiya, Niderland, Norveç, Polşa və Portuqaliya əvəz etmişdir. Bu ölkələrin hər biri bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır.
2004 Avroviziya Mahnı Müsabiqəsi
2004 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2004; fr. Concours Eurovision de la chanson 2004) — sayca 49-cu Avroviziya Mahnı Müsabiqəsidir. Sərtab Ərənərin ifa etdiyi "Everyway That I Can" adlı mahnı ilə 2003 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2004-cü ildə Türkiyə ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Türkiyənin İstanbul şəhərində Abdi İpekçi Arenasında keçirilmişdir. İştirak etmək istəyən ölkələrin çoxluğu səbəbindən bu ildən etibarən Avroviziyada yarımfinal mərhələsi təşkil olunmuşdur. Müsabiqənin yarımfinalı 2004-cü ilin 12 may, final isə 15 may tarixində baş tutmuşdur. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin təşkil olunması ilə birlikdə bir çox ölkələr müsabiqəyə qoşulmuşdur. Bu Albaniya, Andorra, Belarus və Serbiya və Monteneqronun Avroviziyada ilk iştirakları idi. Eyni zamanda Danimarka, Finlandiya, İsveçrə, Litva və Makedoniya bir illik, Monako isə iyirmi beş illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür.
2005 Avroviziya Mahnı Müsabiqəsi
2005 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2005; fr. Concours Eurovision de la chanson 2005) — sayca 50-ci Avroviziya Mahnı Müsabiqəsidir. Ruslananın ifa etdiyi "Wild Dances" adlı mahnı ilə 2004 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2005-ci ildə Ukrayna ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində Kiyev İdman saraında keçirilmişdir. Müsabiqənin yarımfinalı 2005-ci ilin 19 may, final isə 21 may tarixində baş tutmuşdur. 2005-ci ildə Bolqarıstan və Moldova ilk dəfə Avroviziyaya qoşulmuşdurlar. Livanın da müsabiqədə debüt edəcəyi gözlənilsə də, ölkə Avropa Yayım Birliyi ilə İsrailin Avroviziya çıxışının Livan telekanalında yayımlanmaması ilə bağlı razılığa gələ bilmədiyi üçün Livanın müsabiqədə iştirakı baş tutmamışdır. 2005-ci ildə eyni zamanda Macarıstan beş illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqədə ümumilikdə 39 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
2006 Avroviziya Mahnı Müsabiqəsi
2006 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2006; fr. Concours Eurovision de la chanson 2006) — sayca 51-ci Avroviziya Mahnı Müsabiqəsidir. Elena Paparizunun ifa etdiyi "My Number One" adlı mahnı ilə 2005 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2006-cı ildə Yunanıstan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Yunanıstanın paytaxtı Afina şəhərində Nikos Qalis Olimpik zalında keçirilmişdir. Müsabiqənin yarımfinalı 2006-cı ilin 18 may, final isə 20 may tarixində baş tutmuşdur. 2006-cı ildə Ermənistan ilk dəfə Avroviziyaya qoşulmuşdur. Avstriya və Macarıstan isə maliyyə problemlərini səbəb kimi göstərərək müsabiqədə iştirakdan imtina etmişdirlər. Serbiya və Monteneqro ilkin olaraq müsabiqədə iştirak etməyi planlaşdırsa da, ölkənin müsabiqə üçün hazırladığı seçim turunda baş verən qalmaqal Serbiya və Monteneqronun müsabiqədən kənarlaşdırılması ilə nəticələnmişdi. Belə ki, seçim turunda qalib gələn qrupa etiraz olaraq, zalda əyləşən izləyicilər qrupun üzərinə müxtəlif əşyalar atmağa başlamış və qrupu səhnədən qovmuşdurlar.
2007 Avroviziya Mahnı Müsabiqəsi
2007 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2007; fr. Concours Eurovision de la chanson 2007) — sayca 52-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Lordi" rok qrupunun ifa etdiyi "Hard Rock Hallelujah" adlı mahnı ilə 2006 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2007-ci ildə Finlandiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Finlandiyanın paytaxtı Helsinki şəhərində Hartwall Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalı 2007-ci ilin 10 may, final isə 12 may tarixində baş tutmuşdur. 2006-cı ildə Serbiya və Monteneqro dövlətinin iki müstəqil ölkələrə parçalanmasından sonra Monteneqro və Serbiya müstəqil olaraq ilk dəfə Avroviziyaya 2007-ci ildə qoşulmuşdurlar. 2007-ci ildə eyni zamanda Çexiya və Gürcüstan da ilk dəfə müsabiqəyə qoşulmuşdur. Avstriya və Macarıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Monako maliyyə problemlərini və müsabiqədəki uğursuz nəticələrini səbəb kimi göstərərək Avroviziya 2007-də iştirakdan imtina etmişdir.
2007 Avroviziya Rəqs Müsabiqəsi
2007 Avroviziya Rəqs Müsabiqəsi (ing. Eurovision Dance Contest 2007) — ilk dəfə təşkil olunan Avroviziya Rəqs Müsabiqəsi. Bu müsabiqə sentyabrın 1-i Londonda təşkil olundu. Müsabiqədə 16 ölkə iştirak etdi. Bu ölkələrdən İsveçrəyə heç bir ölkə xal vermədi və nəticədə İsveçrə müsabiqəni xalsız yekunlaşdırdı. Müsabiqənin qalibi isə Finlandiya oldu.
2008 Avroviziya Mahnı Müsabiqəsi
2008 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2008; fr. Concours Eurovision de la chanson 2008) — sayca 53-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahısı ilə 2007 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2008-ci ildə Serbiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Serbiyanın paytaxtı Belqrad şəhərində Belqrad Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2008-ci ilin 20 və 22 may, final isə 24 may tarixində baş tutmuşdur. 2008-ci ildə Azərbaycan və San-Marino ilk dəfə Avroviziyaya qoşulmuşdur. Avstriya isə sonuncu müsabiqədəki nəticələrə narazılığını bildirərək, Avroviziya 2008-də iştirakdan imtina etmişdir. Müsabiqədə ümumilikdə 43 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi. Avroviziya 2008-in qalibi "Believe" mahnısı ilə Rusiya təmsilçisi Dima Bilan seçilmişdir.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə. == Tarixi == Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir. == Məqsəd == Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir. Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın. Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir. == İştirakçıları == Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8 sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır. 2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir. 1-ci yer : -Məhəmməd Fətullayev Rafis Oğlu -Maksimal bal=120 -Topladığı bal=30 == Təşkilatçılar == Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.
Slavyan Ulduzu Müsabiqəsi 2009
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
2024 Avroviziya Mahnı Müsabiqəsi
2024 Avroviziya Mahnı Müsabiqəsi 68-ci Eurovision Mahnı Müsabiqəsidir. 2024 Avroviziya Mahnı Müsabiqəsi İsveçin Malmö şəhərində keçirildi, Loreen 2023 Avroviziya Mahnı Müsabiqəsində "Tattoo" mahnısı ilə qalib gəldi. Yarış Avropa Yayım Birliyi və Sveriges Televiziyasının (SVT) birgə təşkilatçılığı ilə 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə Malmö Arenada keçirilmişdir. Müsabiqənin aparıcıları Malin Akerman və Petra Mede olub. Mede əvvəllər bu vəzifəni 2013 və 2016-cı illərdə tutub. Otuz yeddi ölkənin qatıldığı müsabiqəyə sonuncu dəfə qatılan Lüksemburq 1993-cü ildə 31 ildən sonra geri qayıdıb, Rumıniya isə müsabiqədən çəkilib. Hollandiya finala vəsiqə qazansa da, finala qədər yarışdan kənarlaşdırılıb. Hollandiyalı tamaşaçılar isə səsvermə hüququnu özündə saxlayırdı. Həmas-İsrail müharibəsi səbəbindən İsrailin iştirakçı ölkələr sırasına daxil edilməsi çox müzakirə mövzusu olub və tədbir üçün əlavə təhlükəsizlik tədbirləri görülüb. Qalib Nemonun ifa etdiyi, sözləri Benjamin Alasu, Lasse Midtsian Nymann və Linda Dale tərəfindən yazılmış "The Code" mahnısı ilə İsveçrə oldu.
2008 Avroviziya Rəqs Müsabiqəsi
2008 Avroviziya Rəqs Müsabiqəsi (ing. Eurovision Dance Contest 2008) — sentyabrın 6-sında Şotlandiyanın Qlazqov şəhərində keçirildi. Bu il müsabiqədə 14 ölkə iştirak etdi. Bu ölkələrdən Azərbaycan müsabiqədə ilk dəfə iştirak edirdi. Səsvermədə telesəsvermə ilə bərabər münsif xalları da hesablanırdı. Müsabiqə iştirakçısı olmayan 4 ölkə hərəsi 1 münsif göndərmişdi. Hər münsif rəqqaslara ən azı 1 ən çoxu 12 xal verə bilərdi. Müsabiqənin qalibi Polşa oldu. Polşa Avroviziyalarda ilk dəfə qalib olurdu.
Müsabiqə
Müsabiqə (lat. concursus) — bir neçə nəfərin və ya komandanın incəsənətdə, elmdə, idmanda, gözəllik yarışmasında birincilik əldə etmək üçün rəqabətli yarışı. Müsabiqə bir neçə mərhələdə keçə bilər — seçmə, əsas və final. Ali məktəbəblərə daxil olmaq üçün müsabiqə. İncəsənət yarışması. Layihə müsabiqəsi. Tender müsabiqəsi.