Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhbubə Hacıyeva
Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı. == Həyatı == Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.
Məhbubə Məlikova
Məhbubə Məlikova — Azərbaycan aktrisası. == Həyatı == Səhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.
Məhbubə Paşayeva
Məhbubə İbad qızı Paşayeva (20 may 1905, Şuşa – 16 yanvar 1970, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Paşayeva Məhbubə İbad qızı 1913-cü ildə Şuşa şəhərində anadan olub. Təxminən 5–6 yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə — dayısının (Üzeyir Hacıbəyovun) yanına köçüb. Burada Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Yalnız bundan sonra onun müğənnilik fəaliyyəti başlayıb. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. 1929-cu ildə dram teatrı nəzdindəki opera studiyasına daxil olmuş, burada Ü. Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış etmişdir (1930). Sonradan "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli və s. rolları oynamışdır. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, "Koroğlu" operasında xanəndə qızın partiyasını oxumuşdur.
Məhbubə xanım Mahmudbəyova
Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova (11.6. 1902, Şuşa — 13.1.1976, Bakı) — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı. == Həyatı == Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb.
Məhbub Hüseynzadə
Məhbub Hüseynzadə (ing. Mahboub Hosseinzadeh; fars. محبوب حسین زاده‎Xoy, İran) – iranlı aktivist. == Həyat və fəaliyyətlər == 1990-cı ildə Xoy -da May anadan olub. 2008-ci ilin iyulunda velosiped ilə dünya səyahətinə başlamış və 2017-ci ildə 300 şəhər və ölkədə 22 min kilometr səyahət etmişdir.
Məhbub Şüküroğlu
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır. == Mənbə == Tacir Səmimi. "Qaradağ aşıqları", "Elimiz. Günümüz" qəzeti, 2012.
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir.1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir."Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir. Bu sübut Liviyalıların Buşmenləri köləyə çevirdiyini nümayiş etdirirdi. == Psixoloji təsirlər == === Təkbaşına məhkumluq === Məhbuslara mənfi təsir edən başlıca səbəblər sırasında onların uzun müddət məhkumluqda təkbaşına qalması qeyd edilir.
Məhluqə Sadıqova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Məhluqə Sadıxova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Məqubə Sırtlanova
Məqubə Sırtlanova (tam adı: Sırtlanova Məqubə Həsən qızı, tatar. Мәгубә Хөсәен кызы Сыртланова, rus. Магуба Гусейновна Сыртланова; 15 iyul 1912, Bələbəy, Ufa quberniyası – 1 oktyabr 1971, Kazan) — baş leytenant və İkinci dünya müharibəsində 46-cı Taman qvardiyası gecə bombardmançıları aviasiya alayında komandirin köməkçisi. Müharibə zamanı 780 hücumu başa vurduğuna görə 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == 15 iyul 1912-ci ildə Rusiya İmperiyasının Başqırdıstan ərazisində Bələbəy şəhərində anadan olmuş Məqubə Sırtlanova 1932-ci ildə Başalov Uçuş Məktəbini bitirmiş və Tbilisidə uçuş klubu planer məktəbinə qatılmışdı. İkinci Dünya müharibəsi başladıqdan sonra 1941-ci ilin iyulunda ordu sıralarına çağırılmışdır. O, mənşəcə tatardır və 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdurİkinci Dünya müharibəsindən sonra, o, 1951-ci ildən 1962-ci ilə qədər Kazanda bir zavodda işləmişdir. Kazanda onun adına bir küçə, abidə və idman zalı var. 1 oktyabr 1971-ci ildə vəfat etmiş və Novo-Tatar Sloboda qəbiristanlığında dəfn edilmişdir. == Hərbi karyerası == Sırtlanova 27 dekabr 1942-ci ildə ön cəbhəyə vuruşmağa göndərilmişdi.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.
Harri Potter və Azkaban Məhbusu (roman)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan üçüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Ovsun məktəbi Hoqvartsda üçüncü ili təsvir olunur. Dostları Ron Uizli və Hermiona Qreyncer ilə birlikdə Harri, Azkabandan qaçmış və Lord Voldemortun köməkçisi olduğuna inandığı Sirius Blekin kimliyini araşdırır. Kitab Birləşmiş Krallıqda 8 iyul 1999-cu ildə "Bloomsbury" nəşriyyatı, ABŞ-də isə 8 sentyabr 1999-cu ildə "Scholastic Inc." Nəşriyyatı tərəfindən, Azərbaycanda isə 2014-cü ildə nəşr edilmişdir. Roulinq kitabın yazılmasının öhdəsindən çox rahatlıqla gəlmiş və cəmi bir il içində tamamlamışdır. Birləşmiş Krallıqda üç gün ərzində 68,000 nüsxə ilə satılan kitab, ümumilikdə ölkə ərazisində 3 milyon nüsxədən çox satılmışdır. 1999-cu ildə Kosta Kitab Mükafatı, Brem Stoker Mükafatı, 2000-ci ildə Lokus Ən Yaxşı Fentezi Romanı Mükafatına layiq görülən roman, Hüqo mükafatı da daxil olmaqla bir çox nüfuzlu ədəbiyyat mükafatlarının qısa siyahısına salınmışdır. Romanın 2004-cü ildə çıxarılmış film adaptasiyası $796 milyon gəlir əldə etmiş və tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. "Harri Potter və Azkaban Məhbusu" romanı əsasında müxtəlif platformalar üçün nəzərdə tutulmuş oyunlar da hazırlanmışdır.
Harri Potter və Azkaban Məhbusu (film)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — 2004-cü ildə Alfonso Kuaronun rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından üçüncü film olan "Azkaban Məhbusu"nun ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüsserliyini isə Kristofer Kolumbus (ilk iki filmin rejissoru), Devid Heyman və Mark Redkliff etmişdir. Filmdə Harri Potterin Hoqvartsda üçüncü tədris ili, təhlükəli cinayətkar Sirius Blekin Azkabandan qaçmasından sonra baş verən hadisələr təsvir olunur. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Devid Tülis, Maykl Qembon (Albus Dambldor rolunda debütü), Emma Tomson və Timoti Spoll kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Sirlər Otağı" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Alov Kuboku" filmində davam etdirilir. Film, 31 may 2004-cü ildə Birləşmiş Krallıqda, 4 iyun 2004-cü ildə isə Şimali Amerikada çıxarılmışdır. "Azkaban Məhbusu" Harri Potter filmlər seriyasından IMAX texnologiyası ilə çəkilmiş və IMAX kinoteatrlarında çıxarılmış ilk filmdir.
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi. Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir. == Zəmin == Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803).
Harri Potter və Azkaban Məhbusu (film, 2004)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — 2004-cü ildə Alfonso Kuaronun rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından üçüncü film olan "Azkaban Məhbusu"nun ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüsserliyini isə Kristofer Kolumbus (ilk iki filmin rejissoru), Devid Heyman və Mark Redkliff etmişdir. Filmdə Harri Potterin Hoqvartsda üçüncü tədris ili, təhlükəli cinayətkar Sirius Blekin Azkabandan qaçmasından sonra baş verən hadisələr təsvir olunur. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Devid Tülis, Maykl Qembon (Albus Dambldor rolunda debütü), Emma Tomson və Timoti Spoll kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Sirlər Otağı" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Alov Kuboku" filmində davam etdirilir. Film, 31 may 2004-cü ildə Birləşmiş Krallıqda, 4 iyun 2004-cü ildə isə Şimali Amerikada çıxarılmışdır. "Azkaban Məhbusu" Harri Potter filmlər seriyasından IMAX texnologiyası ilə çəkilmiş və IMAX kinoteatrlarında çıxarılmış ilk filmdir.
Harri Potter və Azkaban Məhbusu (film musiqisi)
“Harry Potter and the Prisoner of Azkaban: Original Motion Picture Soundtrack” - 25 may 2004-cü ildə satışa çıxarılmış albom. Film musiqisinin müəllifi Con Vilyamsdır. Film musiqisinə iki əsas mövzu daxildir: "Window to the Past" və "Double Trouble", digər musiqilər isə digər filmlərdə də istifadə olunmuşdur. Digər iki məşhur mövzu isə zaman çevirici və Sirius Blekin Harrini izləməsini təsvir etmək üçün istifadə olunmuş musiqilərdir. Film musiqisi “Abbey Road Studios”, Londonda yazılmışdır. “Billboard 200” hit-paradında 68-ci yerdə debüt edən albom “Top Soundtracks Chart”da üçüncü yerə yüksəlmişdir.Albom “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Oskar mükafatına, “Vizual Mediada Ən Yaxşı Musiqi” nominasiyasında Qremmi mükafatına və “İlin Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Dünya Film Musiqisi Mükafatına namizəd göstərilmişdir. == Kompozisiyaların siyahısı == Bütün musiqilər Con Vilyamsa məxsusdur. tərəfindən bəstələnmişdir. == Kompozisiya detalları == === Double Trouble === Bu mövzu Con Vilyams tərəfindən filmin istehsalı ərəfəsində yazılmışdır, çünki, bəstəkar Hoqvartsa geri qayıdan uşaqların isti qarşılanmalı olduqlarını düşünürdü. Mövzunun mətni Şekspirin “Maqbet” əsərindən götürülmüşdür.