1. Hazırlığı (2-ci mənada) olmayan. Hazırlıqsız tələbə.
– [Mürsəl] çətin suallara tutulan hazırlıqsız bir məktəbli vəziyyəti almışdı.
// zərf Qabaqcadan hazırlaşmamış, hazırlaşmadan, hazır olmadan. Hazırlıqsız imtahana girmək. Hazırlıqsız cavab vermək.
2. Qabaqcadan hazırlığı görülməmiş, qabaqcadan hazırlanmamış, qabaqcadan tədbirləri görülməmiş. Hazırlıqsız iclas.