Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məlaikə namazı
Məlaikə namazı, Rəbbin Mələyi duası və ya Angelus (/ˈændʒələs/ ; Latın dilində "mələk" deməkdir) – Mücəssəmə və Müjdəni xatırladan bir katolik sədaqəti. Bir çox katolik dualarında olduğu kimi, Angelus adı da onun başlanğıcından — mətnin ilk bir neçə sözündən götürülmüşdür: Angelus Domini nuntiavit Mariæ (" Rəbbin mələyi Məryəmə xəbər verdi"). Sədaqət sirri izah edən üç Bibliya ayəsini oxumaq və cavab olaraq " Salam Məryəm " duası ilə əvəz etməklə həyata keçirilir. Angelus, "abid duası" adlanan bir növ dua nümunəsidir. İbadət ənənəvi olaraq Roma Katolik kilsələrində, monastırlarda, şapellərində və möminlər tərəfindən gündə üç dəfə oxunurdu: səhər, günorta və axşam (adətən Vespersdən əvvəl və ya sonra). Sədaqət bəzi Anqlikan, Qərb Riti Ortodoks və Lüteran kilsələri tərəfindən də icra edilir. Angelus adətən dua çağrısı və hər kəsə xoş niyyət yaymaq üçün çağırış olan Angelus zənginin çalınması ilə müşayiət olunur. Duada bəhs edilən mələk Allahın Oğlu olan İsaya hamilə qalacağını Məryəmə vəhy edən Allahın elçisi Cəbrayıldır (Luka 1:26–38). == Mətn == === Latın dilində === Ave Maria, gratia plena, Dominus tecum. Benedicta tu in mulieribus, et Benedictus fructus ventris tui, Iesus.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Məlik-Aslanovlar
Məlik-Aslanov nəsli — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hələlik, bu gün etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir. == Soyun yaranması == 1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq — albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. == Soyun nümayəndələri == Fərhad bəy Məlik-Aslanov Firudin bəy Məlik-Aslanov Xudadat bəy Məlik-Aslanov Lütfəli Məlik-Aslanov Məlik Aslan bəy Muxtar Aslanov (Məlik-Aslanov) Püstə xanım Məlik-Aslanova Ramiz Məlik-Aslanov Sadıx bəy Məlik-Aslanov == Həmçinin bax == Məlik-Aslanovlar [+] == Mənbələr == Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi.
Məlik-Yeqanovlar
Məlik-Yeqanovlar — Azərbaycanda yaşayan alban əsilli bir qolu qriqoryanlığı qəbul etməklə erməniləşmiş, digər qolu isə islamlaşma və türkləşmə nəticəsində azərbaycanlılaşmış zadəgan sülaləsi. Azərbaycanda Stalin repressiyaları dövründə Məlik-Yeqanovlar ailəsinin bir çox üzvləri “Vətən xaini” damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və s. ilə əvəz etməyə məcbur olmuşlar. == Soyun yaranması == Məlik Yeqan Məlik-Yeqanovların, Məlik-Aslanovların və Məlik-Abbasovların ulu babası hesab edilir. == Soyun tanınmış nümayəndələri == Cavad bəy Məlik-Yeqanov — Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru === Sülalənin erməniləşmiş nümayəndələri === Məlik Aram — Dizaq mahalının II məliki. Qaqik Azatoviç Yeqanyan — tibb elmləri professoru, Ermənistanın baş terapefti.
Məlik Adi
Məlik Adi — Dövlət qarşısındakı xidmətlərinə və sədaqətinə görə 1607-ci ildə I Şah Abbasın xüsusi fərmanı ilə Buduq kəndinin sahibi olmuşdur.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. == Həyatı == Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat etmişdir. == Ailəsi == Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
Məlik Ağamalov
Məlik Arif oğlu Ağamalov — Qərbi Avropa ənənələri altında, Barokko üslubunda, əsasən natürmort janrında işləyən rəssam, Azərbaycanın əməkdar rəssamı (2015). == Həyatı == 1962-ci ildə Bakıda rəssam ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşması və, təbii, özünün şəxsiyyət kimi yetkinləşməsi Rəssamlar İttifaqının üzvü olan yaxın qohumları ilə sıx ünsiyyət şəraitində keçirdi. Orta məktəbi bitirdikdən sonra rəssam 1978-ci ildə Ə.Əzimadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra isə 1982-ci ildə o, ciddi seçmə imtahanlarından müvəffəqiyyətlə çıxıb Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinə professor Tahir Salahovun yaradıcılıq emaltxanasına qəbul olundu. Xarici ölkələrdə səfərlərdə olması onun yaradıcılığına bilavasitə təsir edir. Təşkil ounan bir çox sərgilərin iştirakçısı olur. 1997-ci ildə Məlik Ağamalov Azərbaycan Rəssamlar İttifaqına daxil olur və yenidən qrup sərgilərində iştirak etməyə başlayır. Muzeyimizdə rəssamın “Mantis” (kətan, yağlı boya), “Oyun-3” (kətan, yağlı boya) adlı əsərləri nümayiş olunur. Məlik Ağamalov Azərbaycanın müasir sənətinin "intellektual qanadı"nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır.
Məlik Dadaşov
Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır. == Həyatı == Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Məlik Dinar
Məlik Dinar (v. 1195) — Kirman əmiri. Oğuz türklərindən idi. == Sərəxs hakimi == 1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı. Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu. == Kirman hakimi == 1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.
Məlik Mansurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Məlik Məhərrəmov
Məlik Məhərrəmov (tam adı: Məhərrəmov Məlik Məlik oğlu; 29 avqust 1920, Bıçaqçı, Zərdab rayonu – 16 iyul 2004, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Məlik Məhərrəmov 1920-ci il avqustun 20-də Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. İkinci dünya müharibəsində Dnepr çayı ətrafında gedən döyüşlərdə göstərdiyi rəşadətə görə onun özünə və 17 nəfər döyüşçüsünə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. 1946-cı ildən Azərbaycan SSR hərbi komissarı Hizinskogo rayon idi və 1950-ci ildə Karachuhure (Bakı keçmiş Kagshanovsky rayonu) hərbi komissarı idi. 1954-cü ildə, o, MV adına Hərbi Akademiyasını bitirmişdir Frunze. Sonra 68-ci Piyada Alayı, Zaqafqaziya hərbi dairəsinin 216th atıcı diviziyasının qərargah rəisi vəzifəsində çalışıb. 1956–58 ci illərdə Azərbaycan Ağdaş rayonunun hərbi komissarı idi. yanvar 1958-ci ildən mart 1961-ci illərdə SM adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq hərbi şöbəsinin müdiri olmuşdur Kirov. Illər 1961–65-ci illərdə — il 1965–73 illərdə Azərbaycan SSR və Bakının Nərimanov rayon hərbi komissarı Sabirabad və Kürdəmir rayonlarında — Azərbaycan Dövlət Universitetinin hərbi şöbəsinin müdiri. 1973-cü ildən polkovnik MM Mageramov -.
Məlik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Məlik Orucov
Məlik Həsən oğlu Orucov - tarix elmləri doktoru, professor == Həyatı == Məlik Orucov 1905-ci ildə anadan olmuşdur. O, 1917-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hərbi kafedrasının rəisi vəzifəsində çalışmış, 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak etmişdir Məlik Orucov 1946-1948 və 1960-1966-cı illərdə Tarix fakültəsinin dekanı olmuş 1948-1951-ci illərdə BDU-nun prorektoru, 1960-1966-cı illərdə Ümumi tarix kafedrasının müdiri vəzifələrində çalışmışdır. Məlik Orucov 1954-cü ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Məlik Orucov 4 monoqrafiyanın və “Yeni tarix” dərsliyinin müəllifi olmuşdur. Məlik Orucov 14 dəfə Dövlət mükafatı, orden və medallarla təltif olunmuşdur.
Məlik Yeqan
Məlik Yeqan (Tuğ – 1744, Tuğ) — dövlət xadimi, Dizaq mahalının məliki, Məlikyeqanovların, Məlik-Aslanovların və Məlikabbasovların ulu babası. == Həyatı == Məlik Yeqan Luka oğlu Qarabağ bəylərbəyliyinin Loru qəzasının Artu kəndində anadan olmuşdu. Bəzi tarixçilərə, xronistlərə görə Məlik Yeqanın doğum yeri fərqlidir. Bir çox tarixçilərin tanıqlığına görə Məlik Yeqan Dizaq mahalına Gəncə-Qarabağ bəylərbəyliyinin Loru nahiyəsindən gəlmişdir. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: "Bu mahalların biri—Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır". Məlik Yeqan 1717-ci ildə Tuğ kəndinə köçmüşdü. Tarixçi Mirzə Yusif Qarabaği isə Məlik Yeqanın Rumdan gəldiyini qeyd edir. Məlik Yeqan öncə Tuğ kəndinin kovxası olmuşdu.
Məlik Ziyaəddin
Məlik Zülfüqarov
Məlik qazi
Məlik qazi — Danişməndli bəyliyinin üçüncü hökümdarı. Onun dövründə Danişməndli bəyliyi Anadolunun ən böyük dövləti idi. Məlik qazinin ölümündən sonra bəylik yavaş-yavaş öz gücünü itirməyə başladı.
Məlik İsay
Məlik İsay (1720-1781) — Dizaq Məlikliyinin bilinən 3-cü məliyi, Məlik Yeqanın ikinci oğlu. Qafqaz Albaniyası dövlətinin qurucuları olan qafqaz mənşəli alban. Məlik İsay 1745-ci ildə qardaşı Məlik Aramın ölümündən sonra məliklik vəzifəsinə keçmişdir. Məlikliyi dövründə Qarabağ xanı İbrahimxəlil xan ilə çəkişməyə girir və 1781-ci ildə öldürülür. Onu Dizaq Məlikliyinin son xristyan məliyi hesab etmək olar. Məlik İsaydan sonra Məlikyeqanovlar sülaləsinin böyük bir hissəsi islamlaşır, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında nəslin iki böyük nümayəndəsi Xudadat bəy Məlik-Aslanov və Cavad bəy Məlik-Yeqanov iştirak edirlər. Nəslin digər hissəsi ilə xristiyan dinində qalaraq sonradan erməniləşirlər.
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi == Həyatı == O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Qənati-Məlik
Qənati-Məlik (Kirman) — İranın Rabor şəhristanında kənd. Qənati-Məlik (Fars) — İranda kənd.
Ramiz Məlik
Ramiz Məlik (tam adı: Ramiz Ağarza oğlu Məlikov; 4 avqust 1943, Bakı – 14 dekabr 2023, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.
Tahir Məlik
Tahir Məlik (əsl adı Habilov Tahir Əbduməlikoviç) — tanınmış özbək yazıçısı. Özbək ədəbi fantastikasının yaradıcılarından biri, maarif xadimi. "Dostluq" ordeni və "Özbəkistan xalq yazıçısı" fəxri adının sahibi. == Tərcümeyi-halı == 1946-cı ilin 27 dekabrında Daşkənd şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Daşkənd Dövlət Universiteti (indiki Özbəkistan Milli Universiteti)nin jurnalistika fakültəsində təhsil almışdır. 1966-cı ildən etibarən Özbəkistan radiosunda, qəzet və jurnallarda, Özbəkistan yazıçılar ittifaqında, nəşriyyatlarda fəaliyyət göstərmişdir. İlk hekayəsi 1960-cı ildə Gulxan jurnalında çap olunmuşdur. == Fəaliyyəti == Tahir Məlik ona yaxın radiopyes, film ssenariləri müəllifidir. Bədii tərcümə sahəsində də xidmət göstərmişdir. Tohir Malik 1966-cı ildən etibarən mətbuat sahəsində işləmişdir.
Tuğay Məlik
Tuğay Məlik — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Azərbaycanın bir çox bölgələrində müxtəlif vaxtlarda uşaq və gənclər arasında tez-tez oynanılan "Tuğay Məlik" oyunu da çox maraqlıdır. "Tuğay Məlik" mahnısını vaxtilə toy gecəsi, gəlin gərdəyinin qabağında da oxuyarmışlar: == Oyunun qaydaları == Qaydaya görə, bu oyunda da iştirakçılar iki dəstəyə bölünər, 5–10 (bəzən 20–30 nəfər) nəfərdən ibarət olan dəstələr sıra ilə qarşı-qarşıya durardı. Birinci dəstə qaval və əl çala-çala rəqs edər, oxuya-oxuya o biri dəstəyə yaxınlaşardı. Oyunda böyük bir canlanma, şux əhvali-ruhiyyə yaranardı: Birinci dəstə şeri oxuyub geri qayıdardı. İkinci dəstə "öz" şerini oxuya-oxuya birinci dəstəyə tərəf yaxınlaşar və cavab olaraq oxuyardı: Oyun beləcə davam edərdi. Ənənəyə görə, cavab sözü tapmayan dəstənin bir üzvü o biri dəstəyə, yəni qalib dəstəyə keçərdi. Üzvünü itirmiş məğlub dəstə "Ay zəri" adlı mahnı ifa edərdi: Oyunun sonunda iştirakçılarını itirmiş dəstə oyunu uduzmuş sayılırdı. Onun son iştirakçısı qalib dəstədən xahiş edərdi: Qalib dəstə bir nəfəri geri qaytarardı. Bu iki iştirakçı yuxarıdakı bəndi təkrar edərdi.
Xosrov Məlik
Xosrov Məlik (XII əsr – 1191, Qövr) – Qəznəvilərin sonuncu sultanı idi. Sultan Səncərin Oğuzlar tərəfindən əsir edilməsini fürsət bilən Qurilər Qəznəviləri məğlub etməyə davam etdilər və Qəznə şəhərini ələ keçirdilər. 1186-cı ildə Qurilərin sultanı Şəhabüddin Məhəmmədə əsir düşdü və 5 il sonra əsirlikdə vəfat etdi. Qəznəvilər dövləti dağıldı.
Şah Məlik
Şah Məlik (d.?, Oğuz Yabquluğu - ö. 1042, Mekran, Bəlucistan) — Otrar və Cənd oğuzları yabquluğunun rəhbəri, Xarəzmşahlar dövlətinin valisi və daha sonra da hökmdarı (1041-1042). 1042-ci ildə Çağrı bəy tərəfindən öldürüldü. Sonradan Böyük Səlcuqlu imperiyasının imperatoru Toğrulun həyat yoldaşı olacaq Altuncan Xatunun ilk həyat yoldaşı olmuşdur. == Həyatı == Şah Məlik Yabqu titulunu daşımaqda idi. 1034-cü ildə Yabquların düşməni olan səlcuqlular Qəznə valisi Harunun dəvəti ilə Xarəzmə girdilər. === Xarəzm valiliyi və şahlığı === Qəznəvilərin türk kölə komandanı və Xarəzm valisi Altuntaş 15 illik valiliyi dövründə Qəznəvi Mahmud ilə Məsuda bağlı qalmışdı. Xarəzm əyalətinin sərhədlərini şimaldan gələn Oğuz və Qıpçak hücumlarına qarşı uğurlu formada müdafiə etmişdir. Buxara yaxınlığında Debusiye adı verilən mövqedəki döyüşdə ağır yaralanan Altuntaşın qısa müddət sonra ölümündən sonra Altuntaşın oğlu Harun Xarəzmdə onun yerinə de-fakto canişin olaraq keçdi. Harundan şübhələnən Məsud onu sadəcə canişin olaraq təyin etdiyi oğlunun müavini olaraq təyin etdi və tanıdı.
Yaroslav Melnik
Yaroslav Melnik (ukr. Ярослав Йосипович Мельник, lit. Jaroslavas Melnikas, 6 fevral 1959) — Ukrayna və litvalı yazıçısı, filosof və tənqidçi. == Bioqrafiya == Yaroslav Melnik 6 fevral 1959-cu ildə Ukraynanın Rovno vilayətinin Dubenski rayonunun indiki qəsəbədə statusu almış Smıqa kəndində anadan olmuşdur. O, Lvov Universitetini və Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını Ukrayna filologiyası ixtisası üzrə bitirib. 1997-ci ildə Parisin ən böyük nəşriyyatlarından biri olan Robert Laffont Yaroslavın "Les Parias d'Eden" ((fr. Парии Эдема) romanını nəşr etdirir. O, fransız ədəbiyyatşünasları tərəfindən tanınıb və ölkə mətbuatı tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Ukrayna Təhsil və Elm Nazirliyi onun "Uzaq kosmos" (ukr. Далекий простір) romanını ölkənin orta məktəblərinin 11-ci sinfi üçün Ukrayna ədəbiyyatı üzrə icbari kurrikuluma daxil edib.
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Məlcək
Məlcək — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Kənd əhalisi 421 nəfərdir ki, onunda 210 nəfəri kişi, 211 nəfəri isə qadınlar təşkil edir., 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1886 ilin siyahıyaalma sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Meysəri kənd icması daxilində Məlcək adlı kənd (19 ailə, 89 nəfər) qeydə alınmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə edilə bilər. == Etimologiya == "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Çəltik
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Meljak
Meljak (fr. və oks. Meljac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12144. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 26 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 74 yaşda (15-64 yaş arasında) 55 nəfər iqtisadi fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,3%, 1999-cu ildə bu 62.5%).
Selanik
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki , translit. Saloniki) ya da Səlanik (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. == Tarixi == Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Xmelnik
Xmilnık— Ukraynanın Vinnitsa vilayətində regional əhəmiyyətli şəhər, Xmilniki rayonunun inzibati mərkəzi, milli əhəmiyyətli balneoloji kurort. Vinnitsa rayonundan 67 kilometr uzaqlıqda, Vinnitsa rayonunun şimal-qərbində yerləşir. 1448-ci ildə Magdeburg qanununu aldı. == Gəzinti == 4 pravoslav kilsəsi. (1801-1910) türk məscidi. == Məşhur insanlar == Boriseviç, İqor Vladimiroviç - rus immunoloq, mikrobioloq, tibb elmləri doktoru, professor. Dvorkis, Dmitri Vladimiroviç - 1992-ci ildən 2000-ci ilə qədər Ukraynanın Verkitsa şəhərinin Vinnitsa bələdiyyə başçısının III çağırışının Xalq müavini. Zdebski, Anatoli Dmitriyeviç - Sovet raketləri zabiti. Nayko, Sergey Fedoroviç - "Rusiya Federasiyasının əməkdar artisti", pedaqogika üzrə aparıcı mütəxəssislərdən biri, professor. Stessel, Anatoli Mixayloviç - rus general-adyutant (1904), general- leytenant (24 aprel 1901), Rus-Yapon müharibəsi zamanı Port-Artur komandiri.
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. == Mənbə == Rhead, G. Wooliscroft.
Melanix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Melamp
Melampod və ya Melamp (q.yun. Μελάμπους, «qara ayaq») — qədim yunan mifologiyasında İolk padşahı Amifaon və İdomenanın oğlu. Bir versiyaya görə, anası Rodop idi və o, Melampodu hündür yerə atmış, onun ayaqları yanmışdı və beləliklə, bu adı almışdır. Heyvanların dilini bilən keşiş idi. O, peyğəmbərlik hədiyyəsi ilə bəxş edilən ilk insan olan Dionisin şərəfinə məbədlər tikdirmişdir. O, oğlu İfikli sağaltdıqdan sonra Filakdan hədiyyə olaraq bir inək sürüsü almışdır. Homerin sözlərinə görə, o, Pilosda yaşayıb, sonra Arqosda təqaüdə çıxmışdır.