Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədəli
Məmmədəli — azərbaycanlı adı. Məmmədəli Məhərrəmov — azərbaycan psixoloqu. Məmmədəli Hüseynov — Azərbaycanlı alim, paleontoloq, professor (1987) Məmmədəli Mehdiyev — Azərbaycan cüdoçusu. Məmmədəli Əliyev — tanınmış müğənni, "Kor ərəbin mahnısı"nın ilk ifaçısı. Məmmədəli Məhzun — Azərbaycan şairi. Məmmədəli Abbasov (snayper) — Böyük Vətən müharibəsi iştirakçısı Məmmədəli Vəlixanlı — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1949).
Məmmədəli Abbasov
Məmmədəli İsmət oğlu Abbasov — Böyük Vətən müharibəsi iştirakçısı, "Qızıl Ordu"nun serjantı
Məmmədəli Ağayev
Ağayev Məmmədəli Hüseyn oğlu — Moskva Akademik Satira Teatrının direktoru, Rusiya Federasiyası əməkdar mədəniyyət işçisi. == Həyatı == Məmmədəli Ağayev 3 sentyabr 1952-ci ildə Naxçıvanın Qaraxanbəyli kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1975-1979-cu illərdə Naxçıvan Musiqili Dram Teatrında baş administrator işləmişdir. 1981-ci ildə Moskva Akademik Teatrında işləməyə başlamışdır. 1992-ci ildən Moskva Akademik Satira Teatrının direktorudur.
Məmmədəli Balayev
Balayev Məmmədəli Bəşir oğlu (23 mart 1939, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2014), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən), "Qızıl Dərviş" mükafatçısı. == Həyatı == Məmmədəli Balayev 1939-cu ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə Qərbi Azərbaycandan Daşkəsən rayonuna deportasiya olunmuşdur. 1954-cü ildə Mədənçilərin Mədəniyyət evində bədii özfəaliyyət dərnəyi təşkil etmişdir. Sonra Məmmədəli Balayev Moskva Dövlət İncəsənət Universitetinin iki illik rejissorluq kursunu və həmçinin Pedoqoji İnstitutun "Dil-ədəbiyyat" fakültəsini bitirmişdir.1961-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır.Gəncə Dövlət Dram Teatrının səhnəsində "Məhəbbət əfsanəsi"ndə Xosrov, "Pələng dərisi geyinmiş pəhləvan"da Tariyel, "Qaramanlı Qamboy"da Hacı Zeynəlabdin Tağıyev, "Komsomol poeması"nda Cəlal, "Nəriman ata"da Nəsif bəy Yusifbəyov, "Sokratla söhbətlər"də Anit, "Üç qəpiklik opera"da Gənc,"Dağlı qızı"nda Yusif, "O olmasın bu olsun"da Qoçu Əsgər, "Qatır Məmməd"də Əziz, "Qaçaq Nəbi"də Səlim bəy, "Ağıllılar və dəlilər"də Ədhəm Tağıyev,"Bu dünyanın adamları"nda Qulaməli, "Eşq və intiqam"da Piri baba, "Oktay Eloğlu"nda Hacı Zaman, "Qana qan"da Tacir, "Bəxtsiz cavan"da Hacı Səməd ağa, "Əsrin möçüzəsi"ndə Ədalət, "Qəribə oğlan"da Barsuq, "Son məktub"da Vahid, "Məhəbbətin qənimi"ndə Həkim, "Dan yeri söküləndə"də Cəlil ağa və digər başqa maraqlı obrazları yaratmışdır. Eyni zamanda 1990-cı ildə Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, N. Gəncəvinin Xəmsəsi motivləri əsasında hazırlanmış tamaşalarda Nizami Gəncəvi obrazının əvəzolunmaz ifaçısı kimi tamaşaçıların hörmət və rəğbətini qazanmışdır. Məmmədəli Balayev həmçinin "Bu dünyadadır", "Sizi unutmarıq" və "Qəza" pyeslərinin müəllifidir. 28 oktyabr 2000-ci il tarixində Respublikanın əməkdar artisti, 10 mart 2002-ci il tarixində "Qızıl Dərviş" mükafatını almışdır. 13 fevral 2014-cü ildə xalq artisti fəxri adına layiq görülmüşdür.
Məmmədəli Hüseynov
Məmmədəli Hüseynov — Azərbaycanlı alim, paleontoloq, Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq. Tarix elmlər doktoru (1985), professor (1987), Azərbaycan arxeologiya elminin patriarxlarından, Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı, 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. O, eyni zamanda 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur. == Həyatı == Məmmədəli Murad oğlu Hüseynov 3 aprel 1922-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur Məmmədəli Hüseynov 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində ali təhsil almışdır. O, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Tarixi Muzeyində (indiki Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi) əmək fəaliyyətinə başlamışdır. Məmmədəli Hüseynov 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. O, eyni zamanda 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur.Məmmədəli Hüseynov 1960-cı ildə Tbilisidəki Arxeologiya, Etnoqrafiya və Tarix institutunun Elmi Şurasında "Aveydağ paleolit düşərgələri"adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1985-ci ilin oktyabr ayında Kiyev şəhərində "Azərbaycanın qədim paleoliti" adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini almışdır. Ona 1987-ci ildə professor adı verilmişdir.Məmmədəli Hüseynov 5 iyul 1994-cü ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Məmmədəli Hüseynovun rəhbərliyi altında 1956-cı ildə Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində paleolit arxeoloji ekspedisiyası təşkil olunmuşdur.Onun rəhbərliyi altında 1956-1958-ci illərdə Qazax rayonu ərazisində olan Damcılı mağarası düşərgəsində arxeoloji qazıntı işləri aparılmış və paleolit mədəniyyətinə aid zəngin maddi-mədəniyyət nümunələri tapılmışdır.
Məmmədəli Həsənzadə
Məhəmmədəli Həsənzadə (Məhəmmədəli Hörmət oğlu Həsənzadə; 1 may 1999 - 6 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cu ildə may 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir. 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2016-cı ildə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq, Menecment ixtisasına yiyələnib. 2020-ci ilin iyul ayında SHXÇÜDX-nin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Sentyabr 27-də başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hadrutda gedən döyüşlərdə, döyüş yoldaşının yaralandığını görərək, onun həyatını xilas edib. Ağdam, Hadrut, Füzuli və Xocavən uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub.
Məmmədəli Mehdiyev
Məmmədəli Mehdiyev — Azərbaycan cüdoçusu. == Həyatı == Məmmədəli Mehdiyev 1993-cü il 9 apreldə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub.
Məmmədəli Meybəliyev
Meybəliyev Məmmədəli Tələt oglu — t.f.d., dosent. == Həyatı == Meybəliyev Məmmədəli Tələt oglu 1974-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitar-gigiyena fakültəsinə qəbul olunub, 1980 –cı ildə bitirmişdir. İnstitutu bitirdikdən sonra İmişli rayonunda uşaq və yeniyetmələrin gigiyenası üzrə həkim vəzifəsinə təyin edilmişdir. 1984-cü ilin oktyabr ayında MLO HTİ-nun uşaq və yeniyetmələrin gigiyenası kafedrasında məqsədli aspiranturaya daxil olmuşdur. 1987-ci ildə aspiranturanı bitirib, Ə.Əliyev adına ADHTİ-nun “İctimai sağlamlıq və səhiyyənin təşkili, gigiyena kafedrasına assistent vəzifəsinə qəbul olunmuşdur. 1988-ci ildə Moskva şəhərində “Гигиеническое обоснование физического воспитания с активным развитием функций, значимых для трудового обучения школьников” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990–cı ildə kafedranın dosenti vəzifəsinə keçirilmişdir. Həmçinin 1991-ci ildə əvəzçilik üzrə institutun elmi katibi vəzifəsində çalışmışdır. 2009-cu ildən Gigiyena kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2006-cı ildən institutun elmi işlər üzrə prorektoru vəzifəsində çalışır.
Məmmədəli Müsəddiq
Məmmədəli Müsəddiq Hüseyn oğlu (21 mart 1922-?) — tanınmış şərqşünas, tarixçi və filoloq. == Həyatı == Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Gərmərud mahalının Yengicə kəndində (Bərvana Yenkicəsi) anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt olmadığı üçün ata-ana bütün mehrini balaca Məmmədəliyə saldı. Bu elə bir vaxta təsadüf edirdi ki, atası Hacı Hüseyn Cənubi Azərbaycanın böyük, yorulmaz mübarizlərindən olan Ş.M.Xiyabaninin sədaqətli silahdaşlarından idi. Böyük təcrübəyə, möhkəm iradəyə malik olan Ş.M.Xiyabani 1917-1920-ci illər hərəkatına qədər 1905-1914-cü illərdə böyük mübarizə məktəbi keçmiş və 1917-1920-ci illərdə həmin mübarizəni davam etdirərək şah üsul-idarəsinə qarşı böyük bir qəhrəmanlıq hərəkatına rəhbərlik etmişdir. Şeyxi digər rəhbərlərdən fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə M.C.Pişəvəri yazırdı: «Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş... Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi.
Məmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. == Həyatı == Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məmmədəli Məhərrəmov
Məmmədəli Məhərrəmov (1909-1970) — azərbaycan psixoloqu. Psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır. == Elmi həyatı == Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur. Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Məmmədəli Məmmədov
Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh;1 fevral 1983, Bakı). Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq" və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, "Oğlan evi 1" və "Oğlan evi 2" filmlərinin ssenari həmmüəllifi. 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür. == Bioqrafiya == Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb. == Yaradıcılığı və iş fəaliyyəti == 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı kimi fəaliyyətə başlayıb.
Məmmədəli Novruzov
Məmmədəli Novruzov — Azərbaycanın dilçi alimi, türkoloq, türk dillərinin araşdırıcısı, filologiya elmləri doktoru, professor == Bioqrafiyası == 1956-cı il mart ayının 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuşdur. 1973–1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1981–1984-cü illərdə ADU-nun Türkologiya kafedrasının aspirantı olmuşdur. 1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləmiş, 2006-cı ildən ömrünün sonuna qədər professor vəzifəsini tutmuşdur. 15 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Təhsili == 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1989-cu ildə "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı mövzusunda namizədlik, 2003-cü ildə "Kəmiyyət anlayışının dildə ifadəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Tədqiqat sahəsi == Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat aparır. == Əmək fəaliyyəti == Bakı Dövlət Universiteti. 1985-ci ildən türkologiya kafedrasında çalışır."Türkologiyaya giriş", "Qədim türk dili", "Qədim türk yazılı abidələri", "Türk dillərində kəmiyyət *kateqoriyası", "Türk əlifbaları" fənlərindən mühazirə və seminar dərsləri aparır.
Məmmədəli Rəhimli
Rəhimli Məmmədəli Paşasadıq oğlu (10.4.1899, Tiflis -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Tiflis gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini maşınqayırma sahəsində davam etdirmək üçün Darmştadt İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Məmmədəli Rəsulzadə
Məhəmməd Əli Əbdüləziz oğlu Rəsulzadə (7 aprel 1882, Novxanı, Bakı qəzası – 3 fevral 1952, İstanbul) — ictimai xadim, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. == Haqqında == Məhəmmədəli Rəsulzadə 7 aprel 1882-ci il tarixdə Novxanıda anadan olmuşdur. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağı oğlu və Abbasqulu Kazımzadə ilə birlikdə Müsavat Firqəsini qurmuşdur. 3 fevral 1952-ci il tarixdə İstanbulda vəfat etmişdir. == Fəaliyyəti == İlk təhsilini din xadimi olan atasından almış, sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış 2-ci "rus-müsəlman" məktəbində oxumuşdur. Siyasi fəaliyyətə 1902-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Azərbaycanında Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı"nda başlamışdır. 1904-cü ilin axırında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində Mirhəsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan ilk müsəlman sosial-demokrat təşkilatın əsası bu təşkilatla qoyulmuşdur. Həmin "Hümmət" təşkilatına ilk daxil olanlardan biri də Məhəmməd Əli Rəsulzadə idi. O, "Hümmətin "Təkamül" (1906–1907) və "Yoldaş" (1907) qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış etmişdir.1907-ci ildə Balaxanı neft rayonunda P. Caparidze, M. Əzizbəyov, İ. Fioletov, S. Əfəndiyev və başqalarının iştirakı ilə təşkil olunan "Neft sənayesi fəhlələrinin ittifaqı"nın sədri P. Caparidze, texniki katibi isə Məhəmməd Əli Rəsulzadə idi.
Məmmədəli Vəlixanlı
Məmmədəli Vəlixanlı (15 mart 1899, Fatmayı, Bakı qəzası – 12 aprel 1969, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1949). == Həyatı == Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı Teatr sənətinə marağı uşaq vaxtlarında gördüyü dini şəbih tamaşalarından, "Qaravəlli", "Kosa-kosa" məzhəkəli xalq oyunlarından oyanan Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 15 mart 1899-cu ildə Bakıda doğulub. Baqqallıqla məşğul olan atası onu "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbə qoyub. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov "Səfa"nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının tamaşasında Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırıb. Bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb. == Səhnə fəaliyyəti == 1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. Həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. İşə başladığı ilk illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927–1930).
Məmmədəli Şərifli
Məmmədəli Xəlil oğlu Şərifli (20 mart 1909-5 oktyabr 1969) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, 1950-1951-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitu­tu­nun direktoru, 1952-1969-cu illərdə Tarix İnstitutu­nun “Orta əsrlər tarixi” şöbəsinin müdiri. == Həyatı və elmi fəaliyyəti == Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il mart ayının 20-də Göyçayda anadan olmuşdur. Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 1924-cü ildən 1935-ci ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir. 1931-ci ildə Ali Pedoqoji İnstitutun tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmiş M.X.Şərifli elmə böyük maraq göstərmiş, Azərbaycanın orta əsrlər tarixi ilə daha çox maraqlanmışdır. Elmi-tədqiqat fəaliyyətinə həvəsi, tarixə ciddi marağı sonralar onun bütün həyatının əsas işinə çevrilmişdir. 1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir. 1944-cü ildə M.X.Şərifli “Azərbaycan Qazan xanın hakimiyyəti dövründə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir. Professor M.X.Şərifli təkcə tarix sahəsində deyil, həm də ədəbiyyat, dilçilik, poeziya, astronomiya sahəsində geniş bilikləri olan alim idi.
Məmmədəli Əliyev
Məmmədəli Əliqulu oğlu Əliyev (ədəbi təxəllüsü Sail; 8 mart 1936, Bakı – 1983) — tanınmış müğənni, "Kor ərəbin mahnısı"nın ilk ifaçısı. == Həyatı == Erkən yaşlarında atasını itirir, anası Xədicə xanım hər gün 7 uşağı evdə tək qoyub işləmək məcburiyyətində qalır. Məmmədəli kiçik yazşlarından oxumağı sevərdi, bu səs ona səsiylə ün qazanmış toy xanəndəsi atası Dərviş Əliqulu kişidən keçmişdi. Bir gün oxumağından məktəbdə də xəbər tutdular. Bir tədbir olan kimi gəlirdilər anasının üstünə ki, qoy, Məmmədəli oxusun. Müəllimləri anasına tapşırırdı ki, nəbadə oğlunu başqa sənətin dalınca düşməyə qoyasan. Ondan yaxşı xanəndə çıxar. Bu sözü qonşuları Əhməd Bakıxanov da deyirdi. Gözəl səsindən əlavə, Məmmədəlinin şeir, qəzəl yazmağı da vardı. Şeirlərini "Sail" (dərdli avara) təxəllüsü ilə yazardı.
Qazaxlı Məmmədəli
Məmmədəli İbrahimov - Məşhur pəhləvan, Yunan-Roma güləşi üzrə SSRİ çempionu, xeyriyyəçi, əməkdar incəsənət xadimi. == Həyatı == Məmmədəli İbrahimov 1914-cü ildə Qazaxda anadan olmuşdur. 1930-cu ilde Bakı təyyarəçilik məktəbini bitirmişdir. 1933-cü ildə Ali Hərbi Akademiyaya daxil olmuşdur. Oranı bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir. Qazaxın müxtəlif kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1946-cı ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olmuşdur. 1949-cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır. Ömrünün sonuna qədər orada çalışmışdır. Əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşdur.
Məmmədəli İsmayılov
Məmmədəli İsmayılov (tam adı: Məmmədəli Novruz oğlu İsmayılov; 1946, Bakı, Azərbaycan SSR, SSRİ – 8 fevral 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1946-ci ildə Bakı şəhərində anadan olmuşdur.Taksimotor parkında sürücü işləmişdir. Ailəli olmuş, 3 övladı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Fevralın 8-dən 9-na keçən gecə yoxa çıxmışdır. Sürdüyü AQB 34–03 nömrəli nömrəli maşın bir gün sonra Qaladakı 28001 nömrəli hərbi hissənin həyətindən, meyidi isə martın 16-sı Mərdəkan çöllüyündə tapılmışdır. Meyidin üzərində süngü zərbələri və üç güllə yarası olmuşdur.
Məmmədəli Şıxnəbiyev
Məmmədəli Şıxnəbiyev (tam adı: Məmmədəli Mədət oğlu Şıxnəbiyev; 1946, Bakı, Azərbaycan SSR, SSRİ – 2004) — "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş Qanlı Yanvar qurbanı. == Həyatı == 1946-cı ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1963-cü ildə Süleyman Sani Axundov adına 172 nömrəli məktəbi bitirmişdir. 1971-ci ildə isə Xalq təsərrüfatı texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur. Orada təhsilini bitirdikdən sonra, öz fəhlə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. Ayağı zədəli olduğundan, hərbi xidmətdən azad olunmuşdur. Ailəli olmuş, ailə həyatından 1 qızı və 1 oğlu dünyaya gəlmişdir. Oğlu Aydın avtomobil qəzasında həlak olmuşdur. == Qanlı Yanvar faciəsi == Yaralıları xəstəxanaya apararkən tankla rastlaşmışdır. Maşını saxlayıb silahsız olduğunu bildirsə də, rus polkovniki Məmmədəliyə atəş açaraq başından yaralamışdır.
Məmmədəli Abbasov (nazir)
Məmmədəli Məmməd oğlu Abbasov (7 yanvar 1907, Vladiqafqaz – 22 noyabr 2000, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti naziri (1962–1967) və Azərbaycan SSR sənaye tikintisi naziri (1967–1969). == Həyatı == Məmmədəli Məmməd oğlu Abbasov 7 yanvar 1907-ci ildə Orconikidze (hazırkı Vladiqafqaz) şəhərində anadan olmuşdur. Əslən Naxçıvandandır. 1924–1929-cu ildə Leninqrad Dəmiryol İnstitutunun dəmiryol-inşaat fakültəsində təhsil almışdır.Məmmədəli Abbasov 1930–1931-ci illərdə Bakı və Kirovabad şəhərlərində Azərbaycan Baş Su Qurğuları Tikintisi İdarəsinin baş sahə mühəndisi olmuşdur. 1932–1934-cü illərdə Sovet Ordusunda xidmət etmiş, 1935–1945-ci illərdə Bakı şəhərinin müxtəlif tikinti təşkilatlarında mühəndis işləmişdir. O, burada yol mühəndisi, yerli yollar inspektoru, sahə rəisi, sonra isə Bakı tikinti trestinin baş mühəndisinin müavini vəzifəsində çalışmışdır.1937-ci ildə Azərbaycanın həmin dövrdəki ən böyük istilik elektrik stansiyası olan Sumqayıt İES-in tikintisinə başlanılarkən Məmmədəli Abbasov tikinti işlərinin baş mühəndisi təyin edilmişdir. Böyük Vətən müharibəsi illərində "Azərneft" neft kombinatı sistemində bir sıra məsul vəzifələrdə işləmişdir. 1946-cı ildən 1950-ci ilədək SSRİ Neft Sənayesi Nazirliyində Əsaslı Tikinti İdarəsinin rəisi və baş idarənin rəisi olmuşdur. 1951-ci ildən Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, 1957-ci ildən isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1962-ci ildən Azərbaycan SSR tikinti naziri olmuşdur.Məmmədəli Abbasov 1964–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1966-cı ildən isə üzvü olmuşdur.
Məmmədəli Abbasov (snayper)
Məmmədəli İsmət oğlu Abbasov (rus. Абасов Мамедали Исматович; 1920, Bərdə – ən geci 1990) — Böyük Vətən müharibəsi iştirakçısı, "Qızıl Ordu"nun serjantı, snayper. İkinci Dünya müharibəsi zamanı düşmənin bəzi mənbələrə görə 187, hərbi sənədlərə görə isə 199 əsgər və zabitini məhv edib. O, Böyük Vətən müharibəsinin ən məhsuldar sovet snayperləri yüzlüyünə daxil olub. == Həyatı == Məmmədəli Abbasov 1920-ci ildə Bərdədə kəndli ailəsində anadan olub. Milliyətcə azərbaycanlıdır. Müharibədən əvvəl Bərdə rayonunun Lənbəran kəndində müəllim işləyib. 1940-cı ildə Qızıl Ordunun sıralarına qoşulub. Burada o, snayper ixtisası üzrə hazırlıq keçib. Onun snayper olmasında boyunun balaca olması da müəyyən rol oynayıb.
Məmmədəli Manafzadə Sabit
Məmmədəli Manafzadə (təxəllüsü: Sabit; 1888 – 1940) ― Azərbaycan şairi, yazıçı və publisist. == Həyatı == XX əsrin əvvəlləri – Azərbaycan ədəbiyyatının yeniliklərlə zəngin, ədəbi-mədəni oyanışın ən əlamətdar dönəmidir. 1905-ci il inqilabından sonra çar Rusiyasının mətbuata verdiyi nisbi azadlıqlardan istifadə edən Azərbaycan ziyalılarının təşəbbüsü ilə bir sıra mətbuat orqanları fəaliyyətə başlamışdır. Xüsusən, “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması ilə yeni bir ədəbi məktəbin əsası qoyulmuş, yeni bir ədəbi nəsil formalaşmışdır. Bu dövrün yetişdirdiyi Azərbaycan ədəbiyyatının tanınmış şəxsiyyətlərindən biri Məmmədəli Manafzadə Sabitdir. O, 1888-ci ildə Təbrizdə doğulmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra fransızların Təbrizdə açdığı Pedaqoji institutu bitirmişdir. 1908-ci ildən etibarən jurnalist kimi fəaliyyətə başlayan Sabit Təbrizdə öz təşəbbüsü ilə “Şəkər” adlı qəzetin nəşrinə başlamış, milli birlik, bərabərlik, azadlıq ideyalarının carçısı olmuş, Məşrutə inqilabına və Səttarxan hərəkatına dəstək verdiyinə görə İran mürtəcelərinin təqiblərindən qaçaraq Bakıya gəlmişdir. Onun Azərbaycan mətbuatında görünməsi də buraya gəlişindən sonra – 1910-cu ildən sonrakı mərhələyə aiddir. M.M.Sabit bir qədər sonra Aşqabada dəvət olunmuş, uzun illər “Müzəffəri” məktəbində müəllim işləmişdir.
Məmmədəli Məhərrəmov (psixoloq)
Məmmədəli Məhərrəmov (1909-1970) — azərbaycan psixoloqu. Psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır. == Elmi həyatı == Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur. Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Akademik Yusif Məmmədəliyev qısametrajlı sənədli televiziya filmi rejissor Tahir Əliyev tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Bədii obrazları Azad Şükürov, Şəlalə Şahvələdqızı, Leyla Məmmədova və Elşən Rafiqoğlu canlandırırlar. == Məzmun == Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Vaxtilə SSRİ EA-nın prezidenti V. L. Komarov əbəs yerə deməmişdir : Təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır.
Heydər Məmmədəliyev
Məmmədəliyev Heydər Nurəddin oğlu (rus. Гейдар Нураддин оглы Мамедалиев) — Azərbaycan əsilli Rusiya güləşçisi, Yunan-Roma güləşi üzrə Azərbaycan və Rusiya çempionu, Rusiya milli güləş komandasının tərkibində 55 kq-lıq çəki dərəcəsində dünya çempionu, 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Yunan-Roma güləşi üzrə əməkdər idman ustası. == Həyatı == Heydər Məmmədəliyev 2 aprel 1974-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Bakıdakı Olimpiya rezervli məktəbi bitirib. İlk məşqçisi sonralar Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Əliyar Əliyev olub. 1996, 1997 və 1998-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Rusiya milli güləş komandasının tərkibində dünya çempionu, 2003-cü ildə Dünya kubokunun sahibi, 2004-cü ildə Afina olimpiadasının gümüş mükafatçısı olub. 1994-cü ildən Yekaterinburqda yaşayır və Verx-İsetsk idman mərkəzində çalışır. Məşqçisi Sergey Novakovskidir. 1999-cu ildən Rusiya komandası heyətində çıxış edir.
Həbib Məmmədəliyev
Həbib Məmmədəliyev (tam adı: Məmmədəliyev Həbib Mehdi oğlu;v. 14 may 1975) — AMEA-nın müxbir üzvü, kimyaçı alim, texniki elmlər doktoru, professor == Həyatı və təshili == Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhə­rində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur. Şərqşünas Vasim Məmmədəliyevin qohumudur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sə­naye İnstitutunu muhəndis-kimyaçı tex­noloq ixti­sası üzrə bitirmişdir. === Vəfatı === 14 may 1975-ci ildə Moskva şəhərində vəfat etmişdir. Bakı şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Məmmədəli Nazim oğlu Məmmədov
Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh;1 fevral 1983, Bakı). Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq" və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, "Oğlan evi 1" və "Oğlan evi 2" filmlərinin ssenari həmmüəllifi. 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür. == Bioqrafiya == Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb. == Yaradıcılığı və iş fəaliyyəti == 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı kimi fəaliyyətə başlayıb.
Məmmədəli Sidqi Səfərov
Məmmədəli Sidqi Səfərov (tam adı: Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov; 1888, Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1956, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — müəllim, yazıçı, jurnalist. "İrşad" qəzetinin əməkdaşı (1906–1908), "Molla Nəsrəddin"in müvəqqəti redaktoru (1910–1911) olmuşdur. == Həyatı == Məmmədəli Sidqi Səfərov 1888-ci ildə Ordubad şəhərində məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açmışdır. Ailə çoxuşaqlı olmuşdur. Ordubadda qısa müddətdə müəllim kimi şöhrətlənən Məhəmməd Tağı Sidqi 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunmuş, maarifçilik fəaliyyətini burada davam etmişdir. Məmmədəli Sidqinin qeydlərindən öyrənirik ki, atası əvvəlcə Naxçıvana tək gəlmiş, bir il sonra, yəni 1895-ci ildə onu da yanına gətirərək "Məktəbi-tərbiyə"də təhsil almağa qoymuşdur. Ailə isə 1896-cı ildə Naxçıvana köçmüşdür.1894–1900-cü illərdə "Məktəbi-tərbiyə"də ilk təhsilini almış, sonra isə Naxçıvan şəhər rus-müsəlman məktəbində oxumuşdur. Tərcümeyi-halında yazır: "Mən o zaman 6 sinifli şəhər məktəbində rus dilində oxuyurdum. O zaman mənim 16 yaşım hələ tamam olmamışdı. Atamın vəfatından sonra mən hələ iki il o məktəbdə oxumalı idim.
Məmmədli
Məmmədli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Şurəddin Məmmədli — filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Nadir Məmmədli — Filologiya elmləri doktoru, professor (2004) Arif Məmmədli — müəllim, şair, jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru Qulam Məmmədli — publisist, teatrşünas, salnaməçi, İmir Məmmədli — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Cahangir Məmmədli — Jurnalist, kino redaktoru, filmlərdə iştirak edən. Elnur Məmmədli — Azərbaycan cüdoçusu. Elxan Məmmədli — filologiya elmləri namizədi, "Əməkdar mədəniyyət işçisi" (2008), İsmayıl Məmmədli — Azərbaycan filoloq-alimi, filologiya elmləri doktoru, professor, İlham Məmmədli — yazıçı-publisist, filоlоgiyа üzrə fəlsəfə dоktоruKəndlər Məmmədli (Abşeron) — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Məmmədli (İmişli) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Məmmədli (Bərdə) – Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədvəli (dağ)
Məmmədvəli — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Şəmkir və Şamxor çayları arasında yerləşir. Hündürlüyü 2645 m. Oronim Məmmədvəli şəxs adı ilə bağlıdır. Görünür, dağın ərazisi həmin şəxsə məxsus yaylaq yurdu olmuşdur.
Məmmədvəli Kəminə
Məmmədvəli Kəminə (1770 - 1840) — XIX əsr türkmən klassik ədəbiyyatının ən böyük nümayəndələrindən biri. == Həyatı == Məmmədvəli Kəminə 1770 - 1840-cı illər arasında yaşamışdır. Təkə türkmənlərinin Toxtamış boyunun Toxlular qoluna mənsub olan Kəminə maddi imkansızlıq səbəbiylə istədiyi təhsili ala bilməmiş, buna baxmayaraq yaşadığı bölgənin mədəniyyət mərkəzlərini diyar-diyar gəzmiş, görərək və söhbətlərdə iştirak edərək öz-özünü yetişdirməyə çalışmış və bunu bacarmışdır. Kəminənin akademik səviyyədə şərq ədəbiyyatına bələd olmamasına baxmayaraq, bu sahənin ədəbiyyatı haqqında əhəmiyyətli məlumatlara malik idi. Onun ərəb və fars dillərində təhsil verən ədəbi məktəblərdən xəbərsiz olduğunu söyləmək mümkün deyil. Kəminənin türk ədəbiyyatının əhəmiyyət kəsb edən şəxsiyyətlərindən başqa fars dilində əsərlər qələmə alan Firdovsidən, Nizamidən, Dəhləvidən, Sadidən, Rumidən, Hafizdən, Məscididən, Müşfiqidən təsirləndiyini söyləmək olar. Türkmən şairi Kəminə həmçinin Yunus İmrə, Bürhanəddin Sivaslı, Lütfü, Nəvai, Füzuli, Nəsimi, Qaracaoğlan kimi böyük şəxsiyyətlərin əsərlərini bilmiş və onun sənət anlayışının meydana gəlməsində bu şairlərin yaradıcılığının böyük təsiri olmuşdur. Kəminə, Türkmən klassik ədəbiyyatının ən böyük xəlifəsi olan Maxdımqulunun şagirdidir. Kəminə Maxdımqulunu söz sənətinin, ədəbiyyatın şeyxi kimi dəyərləndirmişdir. Bir məclisdə ondan "Necə yazmaq lazımdır?" deyə soruşulduğunda belə cavab vermişdir: "Ustadımız Maxdımqulu şairlik meydanının dənələrini orağıyla yığdı.
Allahverdi Məmmədli
Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;26 iyun 1956, Nehrəm, Naxçıvan rayonu) — Filologiya üzrə elmlər doktoru, professor == Həyatı və təhsili == 26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. === Elmi fəaliyyəti === 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
Məhəmmədəli
Məhəmmədəli — ad. Məhəmmədəli Tərbiyət — ziyalı, jurnalist Məhəmmədəli şah Qacar — İran şahı, Müzəffərəddin şahın oğlu Məhəmmədəli bəy Məxfi — azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü.
Məmmədsəfi
Məmmədsəfi — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zivel kənd Sovetindən Məmmədsəfi kəndi Çıraq kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən gəlmiş Məmmədsafi adlı şəxs saldığı üçün belə adlandırılmışdır.Kəndin bünövrəsini Məmməd adlı bir şəxs qoymuşdur. Bu yerlərdə qış şəraiti çəx sərt keçdiyindən Məmməd fikirləşir ki, qış 3-4 ay çəkər, ona görə də mal qoyuna 3-4 aylıq ot-yem tədarükü görür. Ancaq qış 5-6 ay çəkir, mal-qoyunun otu, yemi qurtarır və mal-qara məhv olur. El arasında onun bu hərəkətinə Məmmədin səhfi deyirlər və kəndin adını da Məmmədsəfi adlandırırlar. == Coğrafiyası və iqlimi == Kənd Məmmədsəfi çayının sahilində, dağətəyi ərazidə yerləşir. === Yaylaqları === Tələlər yurdu, Dağ biçənəklərinin yurdu, Taxtadüz yurdu, Göl yurd, Yarpızlı yurd, Mehmanın hasarının yurdu, Qonaqgörməz yurd, Ələmağacı yurdu, Hacıməmmədcəfər dərəsinin yurdu, Ceyranbulağı yurdu, Qocanın yurdu, Qurbaneşən yurd, Alışın çüxuru yurd, Əyri yurd, Mürvətin yurdu, Ələstanın yurdu, Göbələkliyal yurdu, Attutulan yurd, Gəz yurdu, Palçıqlı yurd, Şeylinligəzi yurdu, Tirtökülən yurd.
Məmmədəmin
Məmmədəmin — Azərbaycanlı kişi adı. Məmmədəmin Rəsulzadə — Məmmədəmin Ramazanov — Məmmədəmin Əfəndiyev — Məmmədəmin Əfəndiyev (professor) — Tibb elmləri doktoru, professor Məmmədəmin Şəkinski — Bakı Şəhər Baş Milis İdarəsinin rəisi Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi.