Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mandarin
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. == Təbii yayılması == Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.
Madagiz
Suqovuşan (əvvəlki adı: Madagiz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Coğrafiyası == Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur. == Tarixi == Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi.
Madaqiz

Mandarin (məmur)
Mandarin (port. mandarim – nazir, məmur, sanskr. mantrin – məsləhətçi) — portuqalların Çin imperiyasında, daha sonradan həm də Koreya və Vyetnamdakı məmurlara verdiyi ad. Ad ("nazir" mənasını verən mandarim) portuqal dili vasitəsilə sanskritdən (mandari – rəhbər, komandir) gəlib və müvafiq olaraq Çin dilindəki quan (官) sözünə uyğundur. Məşhur yanlış düşüncənin əksinə olaraq bu söz yalnız Mançjur sülaləsinin məmurlarını nəzərdə tutmurdu. Çində 1300 il ərzində sərt təhsil senzi mövcud olmuşdur. Mandarin təyin olunmaq üçün ağır imtahan prosedurundan keçmək tələb olunurdu. == Tarixi == Çin imperiyasında dövlət xidməti Çjou sülaləsindən bəri mövcud idi, lakin o dövrdə ən yüksək hökumət postlarını əsasən monarxın yaxınları və ya zadəganların nümayəndələri tuturdu. 605-ci ildə Suy sülaləsi dövründə doqquz rütbəli sistemin Ketszüy sistemi ilə əvəzlənməsindən sonra mandarinlər təbəqəsinin meydana çıxması üçün zəmin yarandı və artıq Tan sülaləsi dövründə tamamilə formalaşdı. Mandarinlər Çində şenşi adlandırılan dövlət qulluqçuları təbəqəsinin yaradıcısı və özəyi oldular.
Mandarin çincəsi
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Mandarin ördəyi
Mandarin ördəyi — Şimali Amerikada yaşayan meşə ördəyinə bənzəyir. Dünyanın ən gözəl quşlarındandır. Nəsli tükənmə təhlükəsi yoxdur. Çünki bu ördəyin dadının pis olması ovçuları onu ovlamaqdan çəkindirir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. == Haqqında == Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. == Həmçinin bax == Volcano Live == İstinadlar == == Xarici keçidlər == Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Mandarin (film)
Mandarin (ing. Tangerine) — 2015-ci il ABŞ istehsalı komediya-dram filmi. Şon Beykerin rejissorluğu ilə çəkilib. Ssenari müəllifi Beyker və Kris Berqoçdur. Baş rollarda Kitana Kiki Rodriqes, Mia Teylor və Ceyms Renson çıxış edir. Film sevgilisinin ona xəyanət etdiyini öyrənən transgender seks işçisindən bəhs edir. Film üç ədəd iPhone 5S smartfonu ilə lentə alınıb.
Mandarin dili
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Masarik Universiteti
Masarik Universiteti (çex. Masarykova univerzita; lat. Universitas Masarykiana Brunensis) — Çexiyanın Brno şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1919-cu ildə qoyulmuşdur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Tomaş Masarik
Tomaş Masarik (çex. Tomáš Garrigue Masaryk; 7 mart 1850[…] – 14 sentyabr 1937[…]) — çex filosofu, tarixçi, siyasətçi, Çexoslovakiyanın ilk prezidenti (1918–1935). Tomaş Masarik 7 mart 1850-ci ildə doğulmuşdu. Atası Yozef Masarik (1823–1907) Slovak əsilli Avstriya-Macarıstanın macar tərəfindən bir şəxs idi. Anası Tereza Masarikova (qızlıq soyadı — Kropaçkova) (1813–1887) — Moraviyalı alman idi. Tomaş Masarik müəllim məktəbini bitirdisə də, çilingər yanında şagird işləməyə başladı. Tomaş Masarik 14 sentyabr 1937-ci ildə vəfat edib. Ideály humanitní; Problém malého národa; Demokratism v politice. Praha: Melantrich, 1990 Masaryk T. G. Svobodni zednari, Nase doba 1925. Masaryk T. G. Katolicke povery o zednarstvi a satanismus, Svobodny zednar VIII/1934.
Mandarin Çin dili
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Madagiz su anbarı
Suqovuşan su anbarı (sovet və işğal dövrü: Madagiz su anbarı) — Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Madagiz su anbarı Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi. 3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su-elektrik stansiyası 4.8 mqvt və Suqovuşan-2 su-elektrik stansiyası isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar QSC tərəfindən istismar edilmişdir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aid olmuşdur.