Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Daniel Manin
Daniel Manin (13 may 1804 – 22 sentyabr 1857) — İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi,çox İtalyan tarixçısı tərəfindən İtaliya Birliyinin (isorgimento) qəhrəmanı kimi qəbul edilir. == Erkən həyatı == Daniel Manın 1804-cü ilin 13 mayında Ramo Astoridə, Anna Mariya və Bellotto Pietronun ailəsində dünyaya gəlmişdir, hal-hazırda da onun anadan olduğu evdə bu memorial lövhə elə qeyd olunmuşdur.Danielin ailəsi yəhudi mənşəyə malik olmuşdur.Babası Samuele Medina idi və Veronada qalırdı, Medina 1759-cu ildə xristianlığı qəbul etdi və Manın adını qəbul etdi.Buna səbəb varlı şəhər sakini olan Lodoviko Manının ona sponsor olması idi.Daniel Manın Paduyada mükəmməl səviyyədə hüquq elmini öyrənir və işləmək üçün doğma şəhəri olan Venesiyaya geri dönür.Həyatının erkən çağlarından Daniel Manın Lombardiya və Venesiyanı işğal altında saxlayan Avstriya İmperiyasına dərin nifrət hissləri ilə tərbiyə olunmuşdur. == İnqilabı Lider == Qəhrəmancasına lakin sonda nəticəsiz qalan Bandiera Qardaşları təşkilatının ümidsiz cəhdləri Venesiyada azadlıq uğrunda mübarizəni daha da qızışdıran birinci hadisə idi.Daniel Manın 1844-cü ildə Neopalitan Burbonlarına qarşı Avstriya hərbi donanmasında xidmət etmişdi.Manın 1847-ci ildə Venesiya konqresinə imperatora petisiya ünvanlamaq və imperatoru xalqın istəyi barədə xəbərdar etmək barədə tələb irəli sürdü.Lakin o, 1848-ci ildə dövlət satqını ittihamı ilə həbs olundu.Lakin bu 1848-ci ilin yanvar ayının 12-də Palermodan başlanmış İtaliya inqilabının ən qızğın nöqtələrindən olan Venesiyada da inqilabı başlatdı.Daniel Maninin həbsinə etiraz olaraq Venesiyalılar kütləvi etirazlara qalxdılar, Maninin xalq arasında olan nüfuzu daha da yüksəldi.Artıq 2 aydan sonra Avropanın çox hissəsi kimi İtaliyada bütünlüklə inqilablar içində idi.Xalqın artan təzyiqi nəticəsində Venesiyanın Avstriya canışını (qubernatoru) Qraf Erdody Pallfy Alajos Daniel Manini həbsdən azad etməyə məcbur oldu(17 martda).Avstriyalılar tezliklə şəhərə nəzarəti itirdilər.Hərbi arsenal inqilabçıların əlinə keçdi.Manın Müvəqqəti Hökumətin rəhbəri seçıldı.26 martda San-Marko Respublikasının yaradıldığı elan olundu(San-Marko meydanında elan olunduğu üçün belə adlanır).Manın respublikanın prezidenti oldu.7 avqustda Manın hakimiyyətindən Piemont krallığının xeyrinə əl çəkdi.Lakin Kustozo düyüşündə Piomont krallığı Avstriya tərəfindən məğlub edildi və Salasko sülhünə görə Venesiya və Lombardiya Avstriyaya geri qaytarılırdı.Bundan sonra Venesiyalılar şəhərdə olan ali komissarlarını daş-qalaq etdilər,Manın onların həyatını çətinliklə qorudu.Bundan sonra Venesiyada Triumvirat yaradıldı və Manın onun başçısı oldu.1848-ci ilin sonuna doğru şəhər materik tərəfdən mühasirəyə alındı.1849-cu ilin əvvəlində Manın yenidən prezident seçildi.Şəhərin müdafiəsinin rəbəri təyin olundu. Avstriya ilə yenidən müharibəyə başlayan Karl Albert 1849-cu ilin martında yenidən məğlub oldu(Novara döyüşü). Bundan sonra yığıncaq "Müqavimətin Hər Hansı Qiyməti" adlı qərar qəbul etdi.Bu qərara əsasən Manınə qeyri-məhdud səlahiyyətlər verilirdi. Bu anda Avstriya qoğunları şəhəri tamamilə mühasirəyə aldı.Şəhərin müdafiəsinə köməyə Neopol krallığından general Guglielmo Pepenin başçılığı ilə hərbi qüvvələr göndərilmişdi.Ancaq may ayınnı 26-da Venesiyalılar Marghera portunu tərk etməyə məcbur oldular, iyulda şəhərdə vəba yaılmağa başladı.Bu zaman Avstriya qoşunları şəhəri bombardman etməyə başladılar.Sardiniya hərbi donanması Adriatik dənizini tərk edən kimi, Avstriya hərbi donanması şəhərə həmçının dəniz yolu ilə hücuma başladı.Artıq şəhər əhalisi arasında da narahatlıq artırdı.1849-cu ilin 24 avqustunda şəhərdə silah-sursat tükəndi, ‘alicənab razılaşma ’ imzalandı.Manın, Pepe və başqa rəhbər şəxslər şəhəri tərk etdilər.27 avqustda Manın fransız gəmisində həmişəlik Venesiyanı tərk etdi. == Sürgün illəri == Onun həyat yoldaşı Marseldə vəfat etdi.Özü isə Fransaya gələn zaman dənizdə xəstələndi.Parisdə yaşamağa və işləməyə başladı.Orada İtaliyalı sürgünlər arasında lider oldu.Orada o, respublikanizmdən monarxizmə doğru ideologiyasını dəyişdi.O, inanırdı ki, İtaliya yalnız Kral Viktor Emmanuelin himayəsi altında birləşə bilər.O, Georgi Pallavicini və Giuseppe La Farina ilə Piemont krallığı altında birləşmək ideyasını yaymaq üçün ‘Societa Nazionale İtaliana’ təşkilatının əsasını qoydu.Buna baxmayaraq, qızının acınacaqlı həyatı ona təsir etdi.Onun qızı 1854-cı ildə vəfat etdi.Özü isə, 1857-ci ildə 22 sentyabrda vəfat etdi, Ary Schefferin ailə qəbirstanlığında dəfn olundu.Venesiyanın azad edilməsindən sonra onun qalıqları Venesiyaya gətirildi, Santa Krokenin Bazilikasında basdırılır. Vəfat etdiyi dövrdən bu günədək o,ona müxtəlif heykəllər və memoral abidələr həsr olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == H.Rövşən, "Yeni dövr Avropa tarixi" Bakı,); Jonathan, "The Siege of Venice" Keates, 2005); == Xarici keçidlər == Errera, A, Vita di D. Manin (Italian), Venke, 1872. de la Farge, P, Documents, &c., de D. Manin (French), Paris, 1860.
Syzygium manii
Syzygium manii (lat. Syzygium manii) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Volfqanq Maniq
Volfqanq Maniq (1958) — Almaniyalı diplomat. 2019-cu ilin iyul ayından Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri kimi çalışır. == Həyatı == Maniq Erlanqen, Lozan və Münhen şəhərlərində hüquq təhsili alıb və 1987-ci ildə öz təhsilini 2-ci dövlət imtahanı ilə başa vurur. 1993-cü ildə isə Bilefeld Universitetində doktorluq dərəcəsi əldə edir. Diplomatik fəaliyyətə 1987-ci ildə başlamışdır. Avropa Birliyinin ictimai hüquq məsələləri şöbəsində çalışdıqdan sonra, onun ilk xarici təyinatı 1989–1992-ci illərdə İslamabaddakı (Pakistan) Alman Səfirliyinə olmuşdur. 1994-cü ildən 1996-cı ilə kimi Brüseldə NATO baş katibinin idarəsində işləmişdir. 1996–1998-ci illərdə Maniq Riqadakı (Latviya) Alman Səfirliyində daimi müvəkkil vəsifəsində fəaliyyət göstərmişdir. 1998-ci ildə Federal Xarici İşlər Nazirliyinin NATO şöbəsində çalışmış, 1998-ci ildən isə Xarici İşlər Nazirliyində Miqrasiya və Sığınacaq şöbəsində müdir müavini vəzifəsini icra etmişdir. Sözügedən vəzifəsindən irəli gələrək o, viza məsələləri ilə əlaqədar Viza istintaq komitəsinin məşvərətçi kimi də fəaliyyət göstərmişdir.
Mani yarımadası
Mani yarımadası (yun. Μάνη) — Yunanıstanda yerləşən yarımada. Peloponnes yarımadasının cənubunda yerləşən üç yarımadadan biridir. Sahillərini qərbdən Aralıq dənizi və onun körfəzləri olan Mesiniakos və Lakonikos yuyur. Maniu yarımadası iki hissədən ibarətdir:Daxili və Xarici Mani. Xarici Mani təbiət baxımından zəngindir. Çimərliklərə sahibdir. Tayqet dağı turistlər və alpinistlər arasında məşhurdur. == Tarixi == Mani yarımadasında antik dövrdə Spartalır aid kəndlər olmuşdur. Burada sərt qanunlar hökm sürmüş, hərbi qaydalar tətbiq olunmuşdur.
Misere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Missere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Əl-Mani
Əl-Mani (ər. المانع) — Allahın adlarından biri.
Böyük Maneə rifi
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir.
Manic Street Preachers
Manic Street Preachers ( (ing.) «Menik strit priçerz» kimi oxunur — «Ağılsız küçə vaizləri») — 1986-ci ildə Betty Blue adı altında Uelsin cənubunda, kiçik şaxtaçı şəhərciyi Blekvudda yaradılan Britaniyalı (Vall) rok-qrupu. Manic Street Preachers fəaliyyətə pank-qruppa kimi başlamış lakin, sonradan nəticə olaraq rok-meynstrim səslənməsinə yaxınlaşmışlar. Qrup hər zaman mahnı mətnlərinin siyasiliyi və qrupüzvlərinin çıxışları ilə fərqlənmişdir. == Tarix == Qrup 1986-cı ildə iştirak üçün üç sinif yoldaşını da dəvət edən: Ceyms Din Bredfild (vokal, gitara), "Fliker" (ritm-gitara, əsl adı - Maylz Vudvord) və Şon Muru (zərb alətləri) Niki Uayer (əsl adı - Nikolas Cons) tərəfindən yaradılmışdır. Ceyms Din Bredfild və Şon Mur əmioğludular. == Heyət == Ceyms Din Bredfild - baş vokal, ritm-gitara, fortepiano, sintezator (1986-bugünədək) Niki Uayr - ritm-gitara (1986-1988), piano, vokal, bek-vokal (1988-bugünədək) Şon Mur - zərb, boru, bek-vokal (1986-bugünədək)Keçmiş üzvlərMaylz Vudvord - bas gitara (1986-1988) Riçi Edvards - ritm-gitara, piano, bek-vokal (1989-1995) === Zaman Şkalası === == Diskoqrafiya == === Studiya albomları === Generation Terrorists (1992) Gold Against the Soul (1993) The Holy Bible (1994) Everything Must Go (1996) This Is My Truth Tell Me Yours (1998) Know Your Enemy (2001) Lifeblood (2004) Send Away the Tigers (2007) Journal for Plague Lovers (2009) Postcards from a Young Man (2010) Rewind the Film (2013) Futurology (2014) Resistance Is Futile (2018) The Ultra Vivid Lament (2021) === Sinqllar === === Toplular === Forever Delayed (ing.Əbədi təxirə salınmış) - 2002 Lipstick Traces - A Secret History Of Manic Street Preachers (ing. Dodaq boyası izləri)- 2003 National Treasures – The Complete Singles (ing.
Manə və Səməlqan şəhristanı
Manə və Səməlqan şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aşxanə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 91,884 nəfər və 23,040 ailədən ibarət idi.
Manye
Manye (fr. Magnet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03157. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 478 nəfər (15–64 yaş) arasında 357 nəfər iqtisadi fəal, 121 hərəkətsiz (fəaliyyət göstərici 74,7%, 1999-cu ildə 72,1%) olmuşdur. Fəal olan 357 nəfərdən 320 nəfər (179 kişi və 141 qadın), 37 nəfər işsiz (17 kişi və 20 qadın) idi. Fəal olmayan 121 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 49 nəfər təqaüdçü, 40 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Manqe Sisse
Manqe Sisse Cibrila (fr. Mangué Cissé Djibrila, d. 17 oktyabr 1945 — ö. 30 sentyabr 2009, Abican, Kot-d'İvuar) — Müdafiəçi mövqeyində oynamış olan keçmiş Kot-d'İvuar futbolçusu. Manqe Sisse 17 oktyabr 1945 tarixində Fransanın koloniyalarından biri olan Kot-d'İvuarın Abican şəhərində anadan olmuşdur. 1970-ci ildə Afrika Millətlər Kubokunun yarı finalında oynamışdır. 7 uşağı olan Manqe Sisse, Fransa peşəkar futbolçusu Cibril Sissenin atasıdır. Manqe Sisse 30 sentyabr 2009 tarixində, 63 yaşında uzun çəkən bir xəstəlikdən vəfat etmişdir.
Manıç-Qudila
Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur.
Marie Claire
Marie Claire — aylıq qadınlar üçün moda jurnalı. Əsası 1937-ci ildə Fransada qoyulmuşdu. Jurnal dünyanın 26 ölkəsində çap olunur. == Tarix == Jan Pruvo 1937-ci ildə Fransada jurnalın ilk nömrəsini yaratmışdı. O vaxtlar jurnal hər həftə satışa çıxarılırdı. Fransız oxucuları şəhər kiosklarında izdihamla alaraq orada böyük kütlə halı yaradırdılar. Ancaq 1942-ci ildə, Fransanın alman işğalından sonra, bir sıra jurnal nəşriyyat evlərinin bağlanılması Marie Claire-yə də toxundu. Jurnal 1954-cü ilə kimi buraxılmırdı. Sonradan yenidən satışa çıxdıqdan sonra, jurnalın satış-formatı dəyişilir; o artıq hər həftə deyil, ayda 1 dəfə buraxılırdı. Jurnalın 50 illiyi 2004-cü ildə qeyd edildi, jurnalın üz qabığını Vanessa Paradi bəzədi.
Marie Kondo
Marie Kondo (yaponcaː 近藤 麻 理 恵, 9 oktyabr 1984, Tokio[d]) — Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi. == Haqqında == Marie Kondo 1984-cü il, oktyabrın 9-da anadan olub. Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi və bestsellerlərin müəllifidir. O, koreya, çin, fransız, alman və ingilis, rus dilinə tərcümə olunaraq, kütləvi şəkildə milyonlarla nüsxəsi satılmış təşkilatçılıq haqqında 4 kitab yazıb. Xüsusilə, onun “Həyatı dəyişən “yığışdırma” (toplamaq) möcüzəsi”: yaponların lazımsız əşyaları atma və təşkilatçılıq sənəti” (2011) adlı kitabı 30-dan çox ölkədə çap olunub. Kitab Yaponiyada və Avropada bestseller olub və 2014-cü ildə ABŞ-da nəşr edilib. Marie Kondo 2015-ci ildə “Times”ın “100 ən nüfuzlu insanları” siyahısına daxil edilib.Kondo uşaqlıqdan təşkilatlandırma işlərinə maraq göstərirdi. Orta məktəbdə oxuyanda sinif yoldaşları bədən tərbiyəsi dərsində oynayarkən Kondo kitab rəflərini düzəltmək üçün sinifdə qalardı. Sinifdə müəyyən vəzifələri görmək üçün namizədliyi seçilərkən də o, nə sinif nümayəndəsi və ya ev heyvanlarını yemləyən şəxs olmaq və bu kimi öhdəlikləri götürmək istəmirdi. Bunun əvəzində, o, kitabları düzəltməyə davam etmək üçün kitab rəfi meneceri olmaq istəyərdi.
Marie Under
Marie Under (est. Marie Under 27 mart 1883[…], Tallin – 25 sentyabr 1980[…], Stokholm) — Eston, rus, isveç şairəsi və tərcüməçisi. == Bioqrafiyası == Maria Under 25 sentyabr 1883-cü ildə müəllim ailəsində anadan olur. Valideynləri Hiyumaa adasından idi. 1891–1900-cü illərdə Reveldəki xüsusi alman qadın məktəbində oxuyur. 1902-ci ildə evlənir və 1906-cı ilə qədər yaşadığı Moskvaya yollanır. Bundan sonra Revelə qayıdır. On dörd yaşında şeir yazmağa başlayır. Alman dilində yazdığı şeirlərini yaxın dostu, eston sənətçisi Ants Laykmaaya təqdim edir. Laykmaa şairi estonca yazmağa həvəsləndirir.
Sen-Mande
Sen-Mande (fr. Saint-Mandé) — Fransanın şəhər və kommunası. İl-de-Frans regionunun Val-de-Marn departamentində yerləşir. Sen-Mande kantonunun mərkəzi. Dairəsi — Nojan-sür-Marn. Kommunanın INSEE kodu 94067. Sen-Mande 1790-cı ildə kommuna olmuşdur. == Əhalisi == 2009-cu ildə kommuna əhalisinin sayı 22 627 nəfər təşkil edirdi. Sen-Mandenin əhali sıxlığı Avropada ən yüksək dərəcələrindən biridir. == Görməli yerləri == Notr-Dam kilsəsi (1883—1885 illər).
Eduard Mane
Eduard Mane (fr. Édouard Manet; 23 yanvar 1832[…] – 30 aprel 1883[…], Parisin 8-ci rayonu[d] və ya Paris) — fransız impressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanından impressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard Mane Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsəri modern mədəniyyətin başlanğıcı hesab olunur. == Həyatı və fəaliyyəti == === Gənclik illəri === Eduard Mane 1832-ci ilin 23 yanvar tarixində Paris şəhərində kasıb və kibar bir ailədə anadan olmuşdur. Anası (fr. Eugénie-Desirée Fournier) İsveç kralı Tural Bernadotun nəvəsi idi. Atası Aprel Mane (fr.
Olimpiya (Mane)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Banin
Əsədullayeva Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı (Banin); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. == Həyatı == Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır.
Bankə
Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində Bankə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir. Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb. == Tarixi == Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub. 1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.XIX əsr rus mənbələri içərisində Nikolay Kalaşevin 1884-cü ildə yazdığı “Местечко Саляны Джеватского уезда» əsərində tarixi mənbələr içində Bankənin də adı çəkilir.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Börü (بُرى / 𐰋𐰇𐰼𐰃) sözü bütün türk dillərində müxtəlif formalarda işlənilir (büre, börö, böri və s.) və tarixdəki ən əski qaynağı 731-ci ildə ölən Kültəkinin qəbirüstü yazısıdır. == Qısa məlumat == Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63–65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5–6 bala doğurlar.
Jolene Marie Rotinsulu
Jolene-Marie Cholock-Rotinsulu (tam adı: Jolene-Marie Cholock-Rotinsulu, ind. Jo'lin-Ma'ri Cho'lok-Rotin'sulu; 15 may 1996, Santa Ana[d], Kaliforniya) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "I am Hope" sabun operası ona müvəffəqiyyət qazandırdı.
Kumo-Manıç çökəkliyi
Kumo-Manıç çökəkliyi (rus. Кумо-Манычская впадина) — Ergeninskaya və Stavropol alçaq dağlıqlarını ayıran dar ovalıq. Geoloji keçmişdə Qara və Xəzər dənizlərini birləşdirən qədim boğazdır. Hazırda Kuban-Priazovskaya və Xəzər ovalıqlarını birləşdirir. Kumo-Manıç ovalığı və Kumo-Manıç bərzəxi kimi də tanınır. Eni 20-30 km (mərkəzi hissədə 1-2 km-ə qədər), uzunluğu 500 km-dən çoxdur. Asiya ilə Avropa arasında sərhəd çəkmə seçimlərindən biri də Kumo-Manıç çökəkliyi boyunca uzanır. 17-15 min il əvvəl Novoevsin hövzəsi Manıç-Kerç kanalı vastəsi ilə Erkən Xvalın hövzəsi ilə əlaqələnirdi. == Relyefi və geoloji quruluşu == Kumo-Manıç çökəkliyi tektonik mənşəlidir və çökəklikdə yerləşir. Tarixi İskit lövhəsinin platforma örtüyünün meydana gəlməsinin başlanğıcına qədər davam etmişdir.
Omoide no Marnie
Omoide no Marnie ( 思い出のマーニー; Marninin xatirələri) Hiromasa Yonebayasinin Studio Ghibli studiyasında yaratdiği tam metrajli animasiya filmi. Məzmun Coan Robinsonun «When Marnie Was There» («Marni orada olanda») kitabı əsasinda qurulub. Filmin premyerası 2014-cü ilin iyulun 19-da baş tutub. == Məzmun == On iki yaşlı Anna özünə qapanmış və dostu az olan bir qızdır. Yeganə hobbisi rəssamlıqdır. Orqanizmi zəif olduğundan onu Hokkaydonun kiçik bir şəhərinə yollayırlar. Orada o böyük və zəngin evdə yaşayan Marni ilə tanış olur. Tədricən onlar yaxin dost olurlar. Bu dostluq Annaya özünü və Marninin onun həyatında oynadıği rolu ilə tamaşaçıları tanış etdirəcək. == Musiqisi == === Fine on the Outside === "Fine on the Outside" Amerikan musiqiçisi Priscilla Ahn tərəfindən yazılan mahnıdır.
Qərbi Manıç çayı
Manıç (Qərbi Manıç) — Kalmıkiya, Stavropol diyarı və Rastov vilayətində çay. Don çayının sol qolu. Kalaus çayının keçmiş bifurkasiya etdiyi yerdən, Manıç və Şərqi Manıç çaylarının hövzəsindən başlanır. Avropa və Asiya arasında olan coğrafi sərhəd variantlarından biri Manıç çayından keçir. Uzunluğu — 420 km, şərti sutoplayıcı sahəsi — 35,4 min km², bundan 2,1 min km² göllərlə əhatələni. Göllər əsasən duzlu və şordur. Kalaus çayı ilə birlikdə Manıçın uzunluğu 856 km-dir. Sutoplayıcı sahəsi isə — 48,45 min km²-dir. Çayın qidalanması əsasən qar suları ilədir. Minerallaşma — 2—8 il/l.
Ust-Manıç su anbarı
Ust-Manıç su anbarı — Rusiyanın Rostov vilayətinin ərazisində Manıç çayının yatağında yerləşən su anbarı. Su anbarı Manıçskaya stansiyanında 1936-cı ildə atılan bənd sayəsində mrydana gəlmişdir. Ümumi uzunluğu 60,5 km, orta dərinliyi 1,2 m, maksimal dərinliyi isə 3,5 m təşkil edir. Hazırda axınlı şəraitdə hündürlüyü 2,8 metrdir. Sahəsi idə 80 km²-dir. Həcmi 72 mln m³-dir. == Fiziki-coğrafi xüsusiyyətləri == === Relyef === Ust-Masiysk su anbarı ensiz bir ərazidə yerləşir. Burada üç iri liman vardır: Şaxaevski, Zaoadenski, Pesçanı. Cənub və qərb sahilləri alçaq, şimal və şərq sahilləri isə hündürdür. === Hidroqrafiya və iqlim === Su təminatı Vesyolovskoe su anbarı, Podpolnoy çayı və bir sıra çay və bulaq suları axır.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Faciə
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Maddə
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq , fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Maddədən cisimlər əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranmışlar.Onları xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardı. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur. == Maddələrin xassəsi == Maddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər.
Madia
Madia (lat. Madia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Madia chilensis (Nutt.) Reiche Madia citrigracilis D.D.Keck Madia citriodora Greene Madia elegans D.Don ex Lindl. Madia elegans var. densiflora (Greene) D.D.Keck Madia exigua (Sm.) A.Gray Madia filipes A.Gray Madia glomerata Hook. Madia gracilis (Sm.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov Mahir Hüseynov (əsgər) — Mahir Hüseynov (zooloq) — Mahir Hüseynov (çavuş) — Mahir Əliyev Mahir Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) - Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı.
Majin
Majin — İranın İlam ostanının Dərəşəhr şəhristanının Majin bəxşində şəhər və onun mərkəzi.
Malik
Malik — kişi adı.
Manas
Manas — qırğız dastanı. == Ümumi məlumat == Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur. Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. "Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Danae
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.
Daniel
Daniel - kişi adı. Daniel Alves - Braziliya futbolçusu. Daniel Batti - peşəkar İngiltərə futbolçusu Daniel Bell - Harvard Universitetinin professoru Daniel Berli Vulfoll - FİFA prezidenti Daniel Brül - Almaniya aktyoru. Daniel Defo - İngilis yazıçısı. Daniel Dixes - ispan müğənni. Daniel Franks - Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Deniel Kaneman - iqtisadçı və psixoloq Daniel Karvaxal - İspaniya futbolçusu, Daniel Kiz - Amerika yazıçısı. Daniel Kristian Çiobanu - Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Quisa - İspaniya futbolçusu Daniel Libeskind - yəhudi əsilli ABŞ memarı. Daniel Manin - İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi Daniel Muşitu - peşəkar İsveçli futbolçu Daniel Nikolov - Bolqarıstanı təmsil edən kişi badmintonçu. Daniel Orteqa - Nikaraqua prezidenti.
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası – 14 sentyabr 1321, Ravenna, Papa dövləti) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).