Marie Kondo
Marie Kondo (yaponcaː 近藤 麻 理 恵, 9 oktyabr 1984, Tokio, Yaponiya) — Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi.
== Haqqında ==
Marie Kondo 1984-cü il, oktyabrın 9-da anadan olub. Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi və bestsellerlərin müəllifidir.
O, koreya, çin, fransız, alman və ingilis, rus dilinə tərcümə olunaraq, kütləvi şəkildə milyonlarla nüsxəsi satılmış təşkilatçılıq haqqında 4 kitab yazıb. Xüsusilə, onun "Həyatı dəyişən "yığışdırma" (toplamaq) möcüzəsi": yaponların lazımsız əşyaları atma və təşkilatçılıq sənəti" (2011) adlı kitabı 30-dan çox ölkədə çap olunub.Kitab Yaponiyada və Avropada bestseller olub və 2014-cü ildə ABŞ-də nəşr edilib. Marie Kondo 2015-ci ildə "Times"ın "100 ən nüfuzlu insanları" siyahısına daxil edilib.
Kondo uşaqlıqdan təşkilatlandırma işlərinə maraq göstərirdi. Orta məktəbdə oxuyanda sinif yoldaşları bədən tərbiyəsi dərsində oynayarkən Kondo kitab rəflərini düzəltmək üçün sinifdə qalardı. Sinifdə müəyyən vəzifələri görmək üçün namizədliyi seçilərkən də o, nə sinif nümayəndəsi və ya ev heyvanlarını yemləyən şəxs olmaq və bu kimi öhdəlikləri götürmək istəmirdi. Bunun əvəzində, o, kitabları düzəltməyə davam etmək üçün kitab rəfi meneceri olmaq istəyərdi.