Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karlos Marin
Karlos Marin (13 oktyabr 1968, Rüsselhaym[d], Hessen – 19 dekabr 2021[…]) — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. == Həyatı == Marin Hessendə anadan olmasına baxmayaraq, İspaniyanın Madrid şəhərində böyüyüb. O musiqi karyerasına çox erkən başlayıb, o artıq səs yazmalar ilə məşğul olub və hətta səkkiz yaşında 800 tamaşaçının qarşısında çıxış edib. 12 yaşında İspaniyaya köçüb hansı ki, burada o televiziya proqramlarında bir neçə mükafat qazanıb. O uşaqlığından musiqi sahəsində olub və bir neçə baritondan da dərslər alıb. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, amerikalı tenor David Miller və isveçrəli tenor Urs Büler yer alırlar. Qrupun ilk albomu İl Divo adlanırdı . Albom 2004-cü ilin noyabrında işıq üzü gördü və bir ildən də az bir vaxtda beş milyondan çox satış həyata keçirildi. İkinci albom — Ankora 7 noyabr 2005-ci ildə Birləşmiş Krallıqda, üçüncü albom Siempre isə 21 noyabr 2006-cı ildə ABŞ-də, 27 noyabr 2006-cı ildə isə beynəlxalq satışa çıxarıldı.
Marin Mittus
Marin Mittus (4 aprel 1960, Tallin)— Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən)
Marin Anastasoviçi stadionu
Marin Anastasoviçi stadionu (rum. Stadionul Marin Anastasovici) — Rumıniyanın Curcu şəhərində yerləşən stadion. 8500 tamaşaçı tutumuna malikdir. "Astra" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Marin Le Pen
Marin Le Pen (fr. Marine Le Pen; 5 avqust 1968, Neuilly-sur-Seine, Fransa) Fransız siyasətçisi. Atası Fransiz siyasətçi Jan-Mari Le Pen. Qatı sağyönümlü milli siyasi partiyanın "Milli Cəbhə" (16 yanvar 2011-ci ildən indiyə qədər) lideridir. 2012-ci il Fransa Prezident seçkilərində öz partiyasından namizədliyini irəli sürmüş və birinci turda üçüncü yerdə qərarlaşmışdır. 1991-ci ildə Pateon-Assas universitetində hüquqdan magistr səviyyəsini bitirib, növbəti il isə cinayət hüququ üzrə magistr səviyyəsi alıbdır. 1992-ci ildə hüquq sertifikatı aldı və 1998-ci ilə qədər parisdə vəkil işləmişdir. == Həyatı == O 1992-1998-ci hüquqşünasi, 2004-dən Avropa Parlamentinin üzvü, 16 yanvar 2011-dən Milli Cəbhənin prezidenti. == Siyasi Karyera == Əsasını atası Janım-Mari Le Penın 1972-ci ildə qoyduğu "Milli Cəbhə" Partiyasına Marina Le Pen 18 yaşı olanda üzv olmuşdur(1986cı il). 2003-cü ildən "Milli Cəbhə" partiyasında vitse-prezident vəzifəsini icra etməyə başladı.
Marin qraflığı (Kaliforniya)
Marin — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 252,409 nəfər olmuşdur. Mərkəzi San Rafael şəhəridir.
Mayk Marin
Mayk Marin (ing. Mike Mareen) – Alman ifaçısıdır. Ken Laszlo və Fred Ventura ilə əməkdaşlıq etmişdir.
Sanna Marin
Sanna Mirella Marin (16 noyabr 1985, Helsinki) — 10 dekabr 2019-cu ildən 2023-cü ilə qədər Finlandiyanın Baş naziri. O, 2015-ci ildən Sosial Demokrat partiyasından Finlandiya Parlamentinin üzvü və 6 iyun 2019 – 10 dekabr 2019-cu il arasında Nəqliyyat və Rabitə Naziridir. Antti Rinne baş nazir vəzifəsindən ayrıldıqdan sonra Finlandiya Sosial Demokrat Partiyası 8 dekabr 2019-cu ildə Marini yeni baş nazir vəzifəsinə namizəd seçdi. Parlament tərəfindən təsdiqləndikdən sonra, 34 yaşında Marin həm dünyanın ən gənc baş naziri, həm də Finlandiyanın ən gənc baş naziri oldu. O, həmçinin Mari Kiviniyemi və Anneli Yattenmyakidən sonra ölkəsinin üçüncü qadın baş naziridir. Marin 16 noyabr 1985-ci ildə Helsinkidə anadan olub və Tampereya köçməzdən əvvəl Espoo və Pirkkalada yaşayıb. Marin 2004-cü ildə 19 yaşında Pirkkala liseyini bitirib. 2017-ci ildə Tampere Universitetində inzibati elmlər magistri dərəcəsinə yiyələnib. Marin 2006-cı ildə Sosial Demokratik Gənclik partiyasına qoşulub və 2010-cu ildən 2012-ci ilə qədər birinci vitse-prezident vəzifəsində çalışmışdır. Marin 2008-ci ildə Finlandiya bələdiyyə seçkilərində namizəd idi, lakin seçilmədi.
Tirli Marin
Tirli Marin — qədim coğrafiyaçı, kartoqraf, riyazi kartoqrafiyanın banisi hesab olunur. Marin I əsrin II yarısında Tiranada anadan olmuşdur. O dövrdə Suriya Roma imperiyası müstəmləkəsi idi. Bundan əlavə, onun həyatı haqqında məlumat yoxdur. Onun əsərləri bizim dövrümüzə gəlib çatmayıb. Ptolomeyin Coğrafiya kitabında adı çəkilir. Ptolomeyə görə Marin dəniz xəritəsini işləmişdir. O ilk dəfə coğrafi uzunluq və enliyi elmə gətirib. ptolemoy onun bir çox əsərlərinin adlarını çəkir. Marin ilk dəfə ekvatorun uzunluğunun 180000 stadiyev olduğu demişdir.
Marin (Val-d'Uaz)
Marin (fr. Marines) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 2.925 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimal-qərbdə, Serji belediyyənin 14 km şimal-qərbdə yerləşir.
Marin (Val-d’Uaz)
Marin (fr. Marines) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 2.925 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimal-qərbdə, Serji belediyyənin 14 km şimal-qərbdə yerləşir.
Marina
Marina — qadın adı. Latın adı Mariusun formalarından biri olan Marinusun qadın versiyasıdır. Mariusun mənası Roma müharibə tanrısı Marsla və ya latınca erkək mənasını verən "maris" sözü ilə əlaqələndirilə bilər. O, həmçinin sonralar latınca "dəniz" mənasını verən marinus sözü ilə əlaqələndirilir. Bir çox Avropa dillərində, eləcə də Yapon dilində rast gəlinir.
Filippo Tommaso Marinetti
Filippo Tomasso Marinetti (22 dekabr 1876 - 2 dekabr 1944) — italyan şair, ədəbiyyatda futurizm cərəyanının banisi. Marinetti keçmişi xatırladan hər şeyi, muzeylər və kitabxanalar da daxil olmaqla, məhv etməyin tərəfdarı olan, inqilabçı bir sənəd olan Futurist Manifestini hazırladı. Manifest, 20 fevral 1909-cu ildə Fransız qəzeti Le Fiqaroda dərc olundu. Marinettiyə görə, "sənət şiddət, zülm və ədalətsizlikdən başqa bir şey deyil"."İşləmə, zövq və üsyanla coşan kütlənin mahnısı oxunmalıdır". Marinetti , Faşizm tərəfdarı idi və İtalyan Faşist partiyasının ilk üzvlərindən biri idi. == Uşaqlıq və yetkinlik dövrü == Emilio Angelo Carlo Marinetti (bəzi sənədlər adını "Filippo Açille Emilio Marinetti" kimi verir) həyatının ilk illərini, atası (Enrico Marinetti) və anası (Amaliya Grolli) birlikdə daha yaşadığı Misirin İsgəndəriyyə şəhərində keçirdi. evlidirsə). Enrico Piedmont'dan bir vəkil idi və anası Milandan gələn bir ədəbiyyat professorunun qızı idi. 1865-ci ildə Khedive Isma'il Paşanın dəvəti ilə Misirə, onun modernləşdirmə proqramında iştirak edən xarici şirkətlərə hüquqi məsləhətçi kimi gəlmək üçün gəlmişdilər. Onun ədəbiyyata olan sevgisi məktəb illərində inkişaf etmişdir.
Galium aparine var. marinum
İlişkən qatıqotu (lat. Galium aparine) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Hordeum marinum
Hordeum marinum (lat. Hordeum marinum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü.
Horkelia marinensis
Potentilla marinensis (lat. Potentilla marinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Horkelia bolanderi var. marinensis Elmer Horkelia marinensis (Elmer) Crum ex D.D.Keck Potentilla kelloggii var. marinensis (Elmer) Jeps.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. == Haqqında == Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. == İstinadlar == == Ətraflı oxu == Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.
Kseniya Marinkoviç
Kseniya Marinkoviç (tam adı: Kseniya Marinkoviç, xorv. Ksenija Marinković; 18 aprel 1966, Virovitiça) — Xorvatiya kino, televiziya və teatr aktrisası. == Həyatı == Kseniya Marinkoviç 1966-cı ildə Virovitiça şəhərində anadan olmuş və burada orta məktəbi bitirmişdir. Hələ səkkiz yaşından etibarən Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olanadək Virovitiça teatrında həvəskar aktrisa kimi çıxış etmişdir. Akademiyanın tələbəsi kimi Qavella Dram Teatrı və Histrioni truppası ilə əməkdaşlıq etməyə başlayır. Akademiyadan məzun olduqdan sonra Teatar u gostimada bir il çalışır və 1989-cu ildə Zaqrebdəki ZKM Teatrında işə düzəlir. Elə ən mühüm rollarını da həmin teatrda canlandırmışdır. O, əhəmiyyətli bir neçə rollarını həm də teatrdan kənarda ifa etmiş, televiziya və bədii filmlərə çəkilmişdir.
Maksim Marinin
Maksim Marinin (rus. Максим Маринин; d. 23 mart 1977, Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. Totmyanina və Marinin cütlüyü, həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub. Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü, onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif ediliblər.
Marina-Alta
Marina-Alta (isp. Marina Alta) — İspaniyada yerləşən rayon.
Marina-Baxa
Marina-Baxa (isp. Marina Baja) — İspaniyada yerləşən rayon.
Marina (rəssamlıq)
Marinistika (ital. marina - su) - dəniz görünüşü, dəniz döyüş səhnəsin və ya digər dənizdə hadisələri təsvir edən incəsənət janrı. == Rəssamlar == İvan Ayvazovski - erməni əsilli rus marinist.
Marina Akobiya
Marina Akobiya (d. 12 yanvar 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Akobiya, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Marina Anisina
Marina Vyaçeslavovna Anisina (rus. Марина Вячеславовна Анисина; d. 30 avqust 1975, Moskva, Sovet İttifaqı) — rus əsilli Fransa buzüstü rəqs üzrə xanım fiqurçusu. Marina Anisina, Qvendal Peyzera ilə birgə 1998-ci ildə baş tutan XVIII Qış Olimpiya Oyunlarında bürünc medal, 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında isə qızıl medal qazanıb. Anisina və Peyzera cütlüyü həm də 2000-ci ildə Dünya Çempionatının, 2000 və 2002-ci illərdə isə Avropa Çempionatının qalibi olub. Marina Anisina 1998-ci ildə Fransanın Xidmətlərə görə ordeninin Kavaler dərəcəsi ilə, 2003-cü ildə isə Fəxri Legion ordeninin Kavaler dərəcəsi ilə təltif edilib.
Marina Bay Sands
Marina Bay Sands — Sinqapurun Mərkəzi rayonunda, Marina Bay körfəzi sahilində yerləşən otel və kazino. Ssangyong Engineering & Construction şirkəti tərəfindən tikilmiş, sifarişçi isə Las Vegas Sands qrupudur. == Ümumi məlumat == 2010-cu ildə istifadəyə verilən bu tikili qısa zamanda Sinqapurun simvoluna çevrildi. Marina Bay Sandsın diqqət çəkən cəhtlərindən biri 191 metr hündürlükdə geniş müşahidə meydançasına və hovuza malik olmasıdır. Məhz bu ərazidən Marina Bay körfəzinə və şəhərin digər göydələnlərinə gözəl mənzərə açılır.. Tikili dünyada torpaq sahəsinin çəkilən xərci ilə birlikdə ən bahalı kazino hesab olunur. Üç binadan ibarət olan Marina Bay Sandsda 2561 otaqlıq otel, 120000 kvadrat metr sahəyə malik konqress-sərgi mərkəzi, 74000 kv.m-lik Marina Bay Sands ticarət mərkəzin, muzey, iki böyük teatr, restoranlar, iki üzən istirahət köşkü, buz meydançası, dünyada ən böyük, 500 stolluq və 1600 avtomatlıq atrium kazino yerləşir. Komlpeksdə 340 metr uzunluğa malik SkyPark yerləşir. == Tarixi == Otelin tikintisi dörd il sürmüş — 2006-cı ilin ortalarından 2010-cu ilə qədər. Ümumən 8 milyard dollar sərf olunmuşdur.
Marina Bay körfəzi
Marina Bay (Marina Bay) — Sinqapur şəhərinin cənub hissəsində yerləşən dəniz körfəzi. Bu bölgə şəhərin işgüzar ərazisi hesab olunur. Məhz körfəz boyu şəhərin ən gözəl hissəsi yerləşir. Sinqapurun bütün dünyaca məşhur binaları, restoranları və istirahət mərkəzləri Marina Bayda yerləşir. Marina Bay dörd əsas hissədən ibarətdir: Mərkəzi, Şərq, Cənub və Straits View.. == Ümumi məlumat == Marina Bay körfəzi bir neçə çayın(kanal) mənsəbində formalaşıb — Kallanq, Sinqapur, Roçor və Cilanq. Ərazinin tikintisinə 1969–70-ci illərdə başlanılıb. Bölgədə geniş meliorativ işlər görülmüş və 360 hektar ərazidə çoxlu arxitektur inciləri tikilmişdir. Müasir dövrdə Marina Bay körfəzi sutka boyu fəaliyyət göstərən şəhər ərazisidir. Burada insanlar yaşayır, işləyir və istirahət edirlər.
Marina BerBeryan
Marina BerBeryan (ing. Marina BerBeryan; 22 sentyabr 1980, İrəvan) — amerikalı aktrisa, model və jurnalist. == Həyatı == Amerika aktrisası Marina BerBeryan 22 sentyabr 1980-ci ildə İrəvandə anadan olub. Marina ailənin böyük uşağı idi. == Filmoqrafiya == 2015: Beverly Hills Pawn 2013: Tia & Tamera 2011: RMs.
Marina Diamandis
Marina Lambrini Diamandis (yun. Μαρίνα-Λαμπρινή Διαμαντή; 10 oktyabr 1985, Brinmavr[d]) keçmiş səhnə adı ilə Marina and the Diamonds — uelsli müğənni-mahnı yazarı. Marina Diamandis Brinmavrda anadan olub və Aberqavennidə böyüyüb. O, musiqi təhsili olmamasına baxmayaraq, müğənni kimi karyera qurmaq üçün Londona köçür. 2009-cu ildə o, BBC-nin tərtib etdiyi "Sound of 2010" sorğusunda ikinci yeri tutaraq məşhurlaşır. Marina 2010-ci ildə indi-pop və yeni dalğa musiqi üslublarının qarışdıraraq yaratdığı "The Family Jewels" adlı ilk studiya albomunu təqdim edir. Albom UK Albums Chart-da beşinci pilləyə yüksəlir və Britaniya Fonoqrafik Sənayesi tərəfindən qızıl sertifikat alır. Albomdan ikinci sinql olan "Hollywood" UK Singles Chart-da 12-ci sırada qərarlaşır. Marina 2012-ci ildə özünün sayca ikinci olan "Electra Heart" adlı konsept albomunu çıxarır. Bu albomda öz fikirlərini eyniadlı alter eqosunun dili ilə çatdırır.
Marina Durunda
Marina Durunda (12 iyun 1997, Sevastopol) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Marina Durunda 1997-ci il iyunun 12-də Sevastopol şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olur. 2002-ci ildən Kiprda yaşayır. Evlidir. 1 uşağı var. == Karyerası == Marina Durunda 2006-2012-ci illərdə Kipr Çempionatlarında qızıl medalların sahibi oldu. Bununla belə Marina Durundanın Kipr vətəndaşlığı olmadığına görə o, beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2012-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Marina Durunda Azərbaycan yığmasının heyətinə cəlb edildi. Marina Durunda 2012-ci ilin mayında Rusiyanın Nijni Novqorod şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.
Majin
Majin — İranın İlam ostanının Dərəşəhr şəhristanının Majin bəxşində şəhər və onun mərkəzi.
Mardin
Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Zarin
Zarin — adi halda rəngsiz və ya zəif sarı rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır. Göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir. Xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Xlorlu əhəng (CaOCl2) xlor iyi verən ağ və ya sarımtıl rəngdə tozdur. Suda qismən həll olur.
Marino
Marino — soyad. Cambattista Marino — İtalyan şair. Valentina Marino — İtaliyanı təmsil edən bədii gimnast. Marino Anelli — İtalyan anarxist, mühacir.
Mario
Mario (yap. マリオ, ing. Mario) - Yaponiya şirkəti "Nintendo" tərəfindən yaradılmış oyun personajı. Personajın yaradıcısı Şiqeru Miyemotudur. O, eyniadlı video oyun franşizasının baş personajı və Yapon video oyun şirkəti Nintendo-nun maskotu və talismanı sayılır. == Haqqında == Mario italyan-amerikan əsilli olan su kəməri işçisidir. "Göbələk krallığı"nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir.
Sarin
Sarin (fr. Sarine, it. Sarina, alm. Saane) — İsveçrədə çay. Uzunluğu 128 km (80 mil) və 1,892 km² (731 kv mi) olan drenaj sahəsinə malikdir. Sarin, İsveçrədə Fribourq kantonunu uzununa istiqamətdə kəsən çaydır. Onun mənbəyi Vale kantonunda yerləşir. Aare çayının bir qoludur və buna görə də Reyn çayının drenaj hövzəsinin bir hissəsidir. Çayın uzunluğu 126 km, hövzəsi 1900 km²-dir. Çay Vale kantonunda 2284 m hündürlükdə Diablerets dağ silsiləsindən başlayır.
Mari
== Toponimlər == Mari (Suriya) — indiki Suriyada qədim sami şəhəri. Mari (şəhər, Suriya) — Suriyada şəhər. Mari (Braziliya) — Mari (Fransa) — Mari (çay) — Mari (ad) — == Digər == Mari (rus. мари, ing. mari) — səthi 0,5-1,0m yüksəkliyində təpəciklər və tirəciklərlə mürəkkəbləşən və ara­ları cil və mamır-ot bitkiləri ilə örtülü, maili və ya üfqi səthlər.
Kodi Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Karin (imperator)
Mark Avreli Karin (lat. Marcus Aurelius Carinus), Roma tarixşünaslığında daha çox Karin kimi tanınır (250, bilinmir – iyul 285, Moziya) — 283–285-ci illərdə hökmranlıq etmiş Roma imperatoru. Karin pretorian prefekti Karın böyük oğlu idi. Kar imperator elan edildikdən sonra Karini sezar titulu ilə özünə şərik təyin etmişdir. Karin atası və qardaşı Numerianın ölümündən sonra şərq legionlarının Diokletianı imperator elan etməsinə qarşı çıxmışdır. O, Marqa vadisində gedən ümumi döyüşdə məğlub olmuş və öldürülmüşdür. Karin 283-cü ildən "Ən böyük german" və "Ən böyük pers", 284-cü ildən isə "Ən böyük britan" titullarını daşıyırdı. == İstinadlar == == Xarici keçidlər == "Roman Imperial Coins of Carinus" (ingilis). Wildwinds. İstifadə tarixi: 2014-05-25.
Karin Koypers
Karin Koypers (d. 18 iyul 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karin Koypers, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Kimvaua Makin
Kreyq Mazin
Kreyq Mazin (ing. Craig Mazin) — ABŞ ssenaristi və kinorejissoru. == Erkən həyatı == Nyu York şəhərinin Bruklin bölgəsində doğulub. Staten-Aylend bölgəsində böyümüşdür.
Laqoa-Mirin
Laqoa-Мirin (port. Lagoa Mirim, isp. Laguna Merín) — Braziliya cənubunda, Uruqvayın isə şərqində olan şirinsulu göl. Uruqvarda göl Laquna-Merin olaraq adlanır. Uzunluğu 220 km, maksimal eni 42 km təşkil edir. Ümumi sahəsi 3750 km² olan göl dünyada sahəsinə görə 54-cüdür. Atlantik okeandan bataqlılaşmış qumlu sahə ilə ayrılır. Ensiz San-Qonsalo axarı Laqoa-Mirin gölünü Patus gölü ilə birləşdirir. Dayazdır. Gölə tökülən ən iri çay Jaquarandır.
Mahın
Mahın (fars. ماهین‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 340 nəfər yaşayır (124 ailə).
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.) Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Marı
Marı — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Marı vilayətinin inzibati mərkəzi.