Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marina
Marina — qadın adı. Latın adı Mariusun formalarından biri olan Marinusun qadın versiyasıdır. Mariusun mənası Roma müharibə tanrısı Marsla və ya latınca erkək mənasını verən "maris" sözü ilə əlaqələndirilə bilər. O, həmçinin sonralar latınca "dəniz" mənasını verən marinus sözü ilə əlaqələndirilir. Bir çox Avropa dillərində, eləcə də Yapon dilində rast gəlinir.
Marika Qombitova
Marika Qombitova (12 sentyabr 1956, Tarani nad Ondava[d]) — Slovakiya müğənnisi.
Marina-Alta
Marina-Alta (isp. Marina Alta) — İspaniyada yerləşən rayon.
Marina-Baxa
Marina-Baxa (isp. Marina Baja) — İspaniyada yerləşən rayon.
Marina (rəssamlıq)
Marinistika (ital. marina - su) - dəniz görünüşü, dəniz döyüş səhnəsin və ya digər dənizdə hadisələri təsvir edən incəsənət janrı. == Rəssamlar == İvan Ayvazovski - erməni əsilli rus marinist.
Marina Akobiya
Marina Akobiya (d. 12 yanvar 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Akobiya, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Marina Anisina
Marina Vyaçeslavovna Anisina (rus. Марина Вячеславовна Анисина; d. 30 avqust 1975, Moskva, Sovet İttifaqı) — rus əsilli Fransa buzüstü rəqs üzrə xanım fiqurçusu. Marina Anisina, Qvendal Peyzera ilə birgə 1998-ci ildə baş tutan XVIII Qış Olimpiya Oyunlarında bürünc medal, 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında isə qızıl medal qazanıb. Anisina və Peyzera cütlüyü həm də 2000-ci ildə Dünya Çempionatının, 2000 və 2002-ci illərdə isə Avropa Çempionatının qalibi olub. Marina Anisina 1998-ci ildə Fransanın Xidmətlərə görə ordeninin Kavaler dərəcəsi ilə, 2003-cü ildə isə Fəxri Legion ordeninin Kavaler dərəcəsi ilə təltif edilib.
Marina BerBeryan
Marina BerBeryan (ing. Marina BerBeryan; 22 sentyabr 1980, İrəvan) — amerikalı aktrisa, model və jurnalist. == Həyatı == Amerika aktrisası Marina BerBeryan 22 sentyabr 1980-ci ildə İrəvandə anadan olub. Marina ailənin böyük uşağı idi. == Filmoqrafiya == 2015: Beverly Hills Pawn 2013: Tia & Tamera 2011: RMs.
Marina Diamandis
Marina Lambrini Diamandis (yun. Μαρίνα-Λαμπρινή Διαμαντή; 10 oktyabr 1985, Brinmavr[d]) keçmiş səhnə adı ilə Marina and the Diamonds — uelsli müğənni-mahnı yazarı. Marina Diamandis Brinmavrda anadan olub və Aberqavennidə böyüyüb. O, musiqi təhsili olmamasına baxmayaraq, müğənni kimi karyera qurmaq üçün Londona köçür. 2009-cu ildə o, BBC-nin tərtib etdiyi "Sound of 2010" sorğusunda ikinci yeri tutaraq məşhurlaşır. Marina 2010-ci ildə indi-pop və yeni dalğa musiqi üslublarının qarışdıraraq yaratdığı "The Family Jewels" adlı ilk studiya albomunu təqdim edir. Albom UK Albums Chart-da beşinci pilləyə yüksəlir və Britaniya Fonoqrafik Sənayesi tərəfindən qızıl sertifikat alır. Albomdan ikinci sinql olan "Hollywood" UK Singles Chart-da 12-ci sırada qərarlaşır. Marina 2012-ci ildə özünün sayca ikinci olan "Electra Heart" adlı konsept albomunu çıxarır. Bu albomda öz fikirlərini eyniadlı alter eqosunun dili ilə çatdırır.
Marina Durunda
Marina Durunda (12 iyun 1997, Sevastopol) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Marina Durunda 1997-ci il iyunun 12-də Sevastopol şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olur. 2002-ci ildən Kiprda yaşayır. Evlidir. 1 uşağı var. == Karyerası == Marina Durunda 2006-2012-ci illərdə Kipr Çempionatlarında qızıl medalların sahibi oldu. Bununla belə Marina Durundanın Kipr vətəndaşlığı olmadığına görə o, beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2012-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Marina Durunda Azərbaycan yığmasının heyətinə cəlb edildi. Marina Durunda 2012-ci ilin mayında Rusiyanın Nijni Novqorod şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.
Marina Hmelevskaya
Marina Hmelevskaya (30 iyul 1990) — Özbəkistanlı marafonçu. Marina Hmelevskaya Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marina Hmelevskaya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 45 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 77-ci yeri tutdu.
Marina Kanetta
Marina Kanetta (1 aprel 1989, San-Paulu, Braziliya) — Braziliyalı oxatan. Marina Kanetta Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marina Kanetta birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Xalq Respublikasının nümayəndəsi Qi Yuhong ilə üz-üzə gəldi. Həmin görüşdə Marina Kanetta rəqibinə 1:7 hesabı ilə uduzdu.
Marina Kanetti
Marina Kanetti (d. 24 yanvar 1983) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Kanetti, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Marina Kuzmina
Marina Kuzmina (d. 7 oktyabr 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Marina Kuzmina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Marina Kuzmina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Marina Litvinenko
Marina Nikolayevna Litvinenko — Azərbaycan aktrisası. == Həyatı == Marina Litvinenko 25 sentyabr 1956-cı ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. 1989-cu ildə A.Zeynallı adına Musiqi məktəbini bitirib. 1987-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində "Filumena Marturano"da Rozaliya, "Pominalnaya molitva"da Qodl, "Qırmızı papaq"da Qırmızı papaq, "Düyməcik"də Düyməcik, "Odnajdı v Baqdade"də Afət, "Sıqan premyer"də Yulişka, "Silva"da Stassi, "Maritsa"da Liza, "Vesyolaya vdova"da Valentina, Elqa, "Arşın mal alan"da Asya, "İki küpə girən qarı"da Duni, "Nu volk poqodi"də Dovşan kimi rolları ifa etmişdir. Həmçinin uzun illərdir Parni iz Baku teatrında da çıxış edir. Subaydır, 1 övladı var. == Filmoqrafiya == Güllələnmə təxirə salınır!...
Marina Mnişek
Marina Mnişek (pol. Maryna Mniszech, rus. Марина Мнишек; 1588, Murovanoye[d], Lvov vilayəti – 24 dekabr 1614, Kolomen Kremli[d], Kolomna), rus folklorunda Cadugər Marinka olaraq tanınır — siyasi avanturist. XVII əsrin əvvəllərində Polşanın Rusiyaya qarşı hərbi müdaxiləsinin təşkilatçılarından biri olan Yeji Mnişekin qızı. Əvvəlcə I Yalançı Dmirti, sonra isə II Yalançı Dmitri ilə nikahlanmışdır. II Yalançı Dmitri 1610-cu ilin dekabrında vəfat etdikdən sonra Mnişek ataman İvan Zarutskinin simasında özünə himayədar tapmışdır. Lakin Zarutskinin Mnişekin II Dmitridən olan oğlu İvanı Rusiya taxt-tacına sahib etmək cəhdləri boşa çıxmışdır. 1614-cü ildə kazaklar Həştərxanda Mnişeki, oğlunu və Zarutskini taparaq Rusiya hökumətinə vermişdir. Zarutski və Mnişekin oğlu Moskvada edam edilmiş, Mnişek özü ilə zindanda vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Костомаров Н. И. Русская история в жизнеописаниях её главнейших деятелей.
Marina Nekrasova
Marina Nekrasova (19 aprel 1995, Voronej) — Rusiyanı və Azərbaycanı təmsil edən idman gimnastı. == Karyerası == Marina Nekrasova 1998-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Olqa Barlalavadır. Rusiyada ciddi rəqabətə görə Marina Nekrasova yığmanın əsas heyətində yer almağı bacarmırdı və buna görə də Dünya və Avropa Çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilmirdi. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) Marina Nekrasovanı Azərbaycan yığmasının heyətinə cəlb elədi. Həmin ildə Marina Nekrasova Azərbaycan Çempionatının qalibi oldu. Marina Nekrasova 2015 və 2019-cu illərdə Azərbaycanı Avropa Oyunlarında təmsil elədi. 2016-cı ildə AGF Trophy beynəlxalq turnirinin bürünc medalına sahib olan Marina Nekrasova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. 2019-cu ilin iyulunda İtaliyanın Neapol şəhərində Universiada Oyunlarının qalibi olan Marina Nekrasova daha sonra Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Marina Nekrasova 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Marina Ovsyannikova
Marina Vladimirovna Ovsyannikova (rus. Марина Влади́мировна Овсянникова; qız soyadı — Tkaçuk ; 19 iyun 1978, Odessa) — Rusiyanın Pervıy kanalında şəhərlərin xidməti bölməsində redaktor işləmiş telejurnalist. == Həyatı == Marina Ovsyannikova 1978-ci ildə Odessada anadan olub.. Anası rus, atası ukraynalıdır. Ailə əvvəlcə Qroznıda yaşayıb və 1990-cı illərin sonunda Krasnodara köçüb. Kuban Dövlət Universitetinin Jurnalistika fakültəsində, eləcə də Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında (Prezident Akademiyası) təhsil alıb.. “Kuban” Dövlət Televiziya və Radio Verilişləri Şirkətində xəbər aparıcısı işləyib. “Kuban” Dövlət Televiziya və Radio Verilişləri Şirkətindən ayrıldıqdan sonra Ovsyannikova 2002-ci ildə Moskvaya köçüb. Pervıy kanalında da İnformasiya Proqramları Direktorluğunda beynəlxalq departamentdə redaktor işləyib, sonra şəhərlərin xidmətində redaktor olub. O, müxalifət lideri Aleksey Navalnının Rusiya hökuməti tərəfindən zəhərlənməsi ilə bağlı versiyanın tərəfdarıdır.
Marina Qritsenko
Marina Qritsenko (d. 17 avqust 1980) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Marina Qritsenko, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Marina Radiş
Marina Radiş (rum. Marina Radiș 2 fevral 1982, Çadır-Lunqa, Qaqauziya) — Moldovalı müğənnisi (soprano). İlk fəaliyyətinə aktrisa kimi başlayır. 11 yaşında, Çadır-Lunqda Qaqauz xalq mahnı müsabiqəsində qalib gəlir. 18 yaşında hər il keçirilən "Qaqauz Sesi" mahnı müsabiqəsində Qran Pri mükafatına layiq görülür. Dəfələrlə Kişinyovda "Viktoriya" vətənpərvərlik mahnı müsabiqəsinin laureatı olur. 2000-ci ildə orta ixtisas musiqi təhsili olmamasına baxmayaraq, Kişinyovdakı Musiqi, Teatr və Təsviri Sənətlər Akademiyasının akademik vokal şöbəsinə (İ. Kvasyuva sinfi) qəbul edilir. Sonradan Marina Svetlana Popovanın opera oxuma sinfi Marinaya böyük təsir göstərir. 2003-cü ildə Breila şəhərində H. Derkle Beynəlxalq Vokal Müsabiqəsinin laureatı olur. 2005-ci ildə Violetta (Cüzeppe Verdinin La Traviata) partiyası ilə Moldova Milli Opera və Balet Teatrının səhnəsində debüt edir.
Marina Raskova
Marina Mixaylovna Raskova (rus. Мари́на Миха́йловна Раско́ва; 15 (28) mart 1912, Moskva – 4 yanvar 1943, Saratov vilayəti) — Sovet Sosialist Respublikaları İttifaqında peşəkar aeronaviqator diplomunu almış ilk qadın. O, bir çox rekordun müəllifi, eləcə də rekord qıran uçuşların naviqatoru və onun şərəfinə adlandırılan 587-ci borbardmançı aviasiya alayının qurucusu və komandiri olub. Raskova hərbi xidmətdə olan 800 000-dən çox qadından biri idi. O, müharibənin gedişatında üç qadın aviasiya alayı yaratmış, onlardan biri 30 000 döyüş uçuşu keçirmiş və ən azı 30 Sovet İttifaqı Qəhrəmanı yetişdirmişdir. == Erkən həyatı == Marina Malinina orta sinifə məxsus ailədə anadan olmuşdu. Onun atası opera müğənnisi təlimatçısı Mixail Malinin (Михаил Дмитриевич Малинин), anası isə müəllimə idi. Gəmiqayırma ürə mütəxəssis Boris Malinin Raskovanın ögey qardaşı (atası vasitəsilə) idi. Digər qadın pilotların əksəriyyətindən fərqli olaraq Marina aviasiyaya erkən yaşlarından maraq göstərməmişdi. Pilot olmaq onun ikinci seçimi idi.
Marina Svetayeva
Marina Svetayeva — (rus. Марина Ивановна Цветаева; 8 oktyabr 1892[…], Moskva[…] – 31 avqust 1941[…], Alabuqa, Tatarıstan MSSR[…]) Rus şairəsi, roman yazarı, tərcüməçi == Həyatı == Marina Svetayeva 1892-ci ildə Moskvada doğulub. Atası məşhur filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayev idi. İvan Svetayev xoşxasiyyət insan olsa da, işi ilə həddən çox vaxt keçirər, ailəsinə məsafəli davranardı. Bu soyuqluğun digər səbəbi birinci arvadını hələ də unuda bilməməsi idi. Anası Polşa-alman əsilli pianist, qızını da özü kimi musiqiçi görmək istəyirdi. Marina isə şair olacaqdı. Artıq 6 yaşında rus, fransız və alman dillərində şeirlər yazırdı. Anası Marinanın poetik duyumunun zəif olduğunu deyirdi. Anası vərəmdən əziyyət çəkir.
Marina Tankaskaya
Marina Verqelyuk
Marina Verqelyuk (d. 24 iyun 1978) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Marina Verqelyuk Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Marina Vladi
Marina Vladi (fr. Marina Vlady; əsl adı və soyadı — Yekatrina Marina Vladimirovna Polyakova-Baydarova, Katrin Marina de Polyakoff-Baydaroff kimi də məşhurdur (fr. Catherine Marina de Poliakoff-Baïdaroff); doğ. 10 may 1938 — rus əsilli fransa aktrisası və müğənnisi. == Həyatı == Fransanın məşhur teatr və kino aktrisası, müğənni Marina Vladi Parisin və Monte-Karlonun opera artisti Vladimir Polyakov-Baydarovun dörd qızından sonbeşiyidir. Atası Moskva Konservatoriyasını bitirsə də, Birinci Dünya müharibəsi başlayanda könüllü olaraq Fransaya döyüşməyə gedir, çünki dul anasının yeganə oğlu olduğundan ruslar onu cəbhəyə göndərmir. Pilot kimi döyüşlərdə iştirak edən Vladimir şücaətinə görə təltif olunur. Müharibədən sonra Fransada qalır, yaxşı səsi olduğuna görə Paris operasına işə qəbul olunur. Marinanın anası Milisa Envald isə mühacir rus generalının qızıdır, ailələri 1919-cu ildə Belqrada köçüb. Balet aktrisası olan Milisa Belqradda Vladimirlə tanış olur, evlənirlər.
Mariana mariana
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Marianna
Marianna (fr. Marianne) — Fransanın milli simvolu və həmçinin 1792-ci ildən Fransanın ləqəbidir. Başında frigiya papağı olan cavan qadın kimi təsvir edilir. Marianna Fransanın devizi sayılan "Azadlıq, Bərabərlik, Qardaşlıq"ın təcəssümü sayılır. Onun profili Fransanın dövlət möhürünə yerləşdirilməklə yanaşı, Fransa poçt markalarında da təsvir olunmağa başlamışdır. Avronun tətbiq edilməsinə qədər onun təsvirini müvafiq olaraq santim və frank qəpiklərinin üzərində görmək olardı. == Tarixi == 1792-ci ildə Fransanın Milli Məclisi dövlətin yeni möhürü kimi əlində nizə tutaraq başına friqiya papağı geyinmiş qadın təsvirinin olması qərarını qəbul etdi. Bu baş geyimi Roma imperiyası dövründən məlumdur. Belə ki, bu baş geyimini azad olmuş qullar geyinirdilər. O vaxtdan friqiya papağı azadlığın simvoluna çevrilmişdir.
Marinyo
Marinyö (fr. Marignieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Martinika
Martinika (fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. == Coğrafiyası == Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir.
Martinya
Martinya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Mirinda
Mirinda- 1959-cu ildə İspaniyada hazırlanmış portağal dadlı qazlı içki. Adı esperanto dilində 'heyranedici" mənasını verir. Fantanın əsas rəqibi hesab edilir. Digər rəqibləri Britvikin Tanqo və Dr. Pepper şirkətinin Sunkist içkiləridir. Mirindanın müxtəlif meyvə tamlı variantları mövcuddur. Bunlara portağal, sitrus, qreypfrut, alma, çiyələk, moruq, ananas, nar, banan, limon, hibiskus, quarana, naringi, armud, qarpız, üzüm meyvə tamları daxildir. Mirinda ilk dəfə 1958-ci ildə İspaniyada tanıdılıb, istehsalına isə 1960-cı ildən başlanılıb. İçki qısa müddət ərzində bütün İspaniyaya və Avropaya yayıldı. 1970-ci ildən isə PepsiCo şirkətinin tərkibinə qatıldı.
Morioka
Morioka (yap. 盛岡市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən İvate prefekturasının paytaxtı.
Morinda
Morinda (lat. Morinda) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Marizia
Daveaua (lat. Daveaua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Marizia Gand.
Malışka
Malışka — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.