Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mizhar
Mazar-e-Kayd
Mazar-e-Kayd (ing. Jinnah Mausoleum; urdu مزار قائد) — Cinnay mavzoleyi və ya Milli mavzoley kimi tanınan Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın , eləcə də bacısı Fatimə Cinnahın və Pakistanın birinci baş naziri Ləyaqət Əli Xanın dəfn olunduğu yer. Mavzoley Kəraçinin ətrafındakı Camşed məhəlləsində yerləşir. Mavzoleyin tikintisi 1960-cı illərdə tamamlanıb və bütün dünyada Kəraçinin simvolu kimi tanınır. Mazar-e-Kaydın ictimaiyyətə rəsmi açılış mərasimi isə 1971-ci il yanvarın 15-də keçirilib. Bu yer Kəraçiyə gələn xarici turistlər arasında ən populyar turizm istiqamətlərindən biridir. Mavzoleyin yeri ən böyük qlobal meqapolislərdən birinin ürəyində nəzərdə tutulmuş əhəmiyyətli dərəcədə sakit və rahat yerlərdən biridir. İşıqlarla bəzədilmiş türbə gecə vaxtı bir neçə mil uzaqdan görünür. 23 mart Pakistan günü, 14 avqust Müstəqillik günü , 11 sentyabr Cinnahın vəfatının ildönümü günü və 25 dekabr Cinnahın doğum günü kimi rəsmi və hərbi mərasimlər burada xüsusi hallarda həyata keçirilir. Xarici ölkələrdən olan yüksək vəzifəli şəxslər və məmurlar da rəsmi səfərləri zamanı məqbərəni ziyarət edirlər.
Kazuar
Kazuar (lat. Casuarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi.
Lazlar
Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. == Sayları == SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı. Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı. === Türkiyədə === Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi. Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir . Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir.
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər. Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s.
Mazda3
Mazda 3 — Yapon avtomobil istehsalçısı Mazda tərəfindən 2004-cü ildən bu günə kimi istehsal olunan sedan. Yaponiyada Mazda Axela adı ilə satılır.
Mazira
Mazira (fr. Mazirat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03167. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 289 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 177 nəfər (15-64 yaş) arasında 125 nəfər iqtisadi cəhətdən fəal, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,6%, 1999-cu ildə 64.5%). Fəal olan 125 nəfərdən 105 nəfər (63 kişi və 42 qadın), 20 nəfər işsiz (12 kişi və 8 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qazlar
Qazlar (gür.: g.ə. კაზლარი, l.ə. kazlari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Kaphar
Kaphar — türklərin Hələbdən Qüdsə mallarını ticarət edən xristian tacirlərə qoyduğu rüsum idi. Termin ərəbcə "müdafiə" və ya "qoruma" mənasını verən kifhara terminindən yaranmışdır. Bu postları idarə edən şəxslər və ya tacirlərə mühafizə təklif edən silahlı qrupların rəhbərləri də Kaphar kimi hüquq iddia edirdilər. Kapharı xristianlar Müqəddəs Torpağa nəzarət edərkən özləri təqdim etdilər. Ödənişlər əvvəlcə ərəblərin talan edilməsinin qarşısını almaq üçün daha çətin keçidlərdə yerləşdirilən qoşunları və qüvvələri dəstəklədi. Lakin rüsumları davam etdirən və hətta artıran türklər bu adətdən sui-istifadə edərək, xristian tacirlərindən və səyyahlarından özbaşına pul tələb edirdilər. Bu, onları tez-tez anlaşdıqları ərəblərdən qorumaq bəhanəsi ilə idi və hətta onların talan edilməsinə üstünlük verirdilər.
Masdar
Masdar (ərəb. مصدر‎ və ya Abu Dhabi Future Energy Company — BƏƏ-də dövlətə məxsus bərpa olunan enerji şirkəti. Mubadala İnvestisiya Şirkətinin törəmə şirkəti olaraq 2006-cı ildə Sultan Əl Cabir tərəfindən təsis edilmiş və sədrlik etmişdir. Şirkət Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş qərargahı olan Masdar şəhərinin inkişafına cavabdehdir. == Tarixi == 2006-cı ildə BƏƏ hökuməti bütün resursları diversifikasiya etmək və yerli iqtisadiyyatı artırmaq üçün Abu Dhabi Future Energy Company PJSC (Masdar) şirkətini təsis etdi. Sultan Əl Cabir şirkətin qurucusu və baş icraçı direktorudur. O, 2009-cu ildə Masdar-ın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş ofisinin Masdar şəhərində mövcudluğunu təmin etmək səylərinə nəzarət etmişdir. 2016-cı ilin əvvəlində Məhəmməd Camal əl Ramahi Masdarın baş icraçı direktoru təyin edildi.
Aznar
"Aznar" (tam adı: "Aznar" QSC) — Azərbaycan şirkəti. == Yeri == Şirkət Göyçay rayonunda fəaliyyət göstərir. == Rəhbərlik == Şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. O, həm də 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.
Bahar
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Dahar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır. Əhalisi tatlardır.
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini magyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov — Mahir Əliyev Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) — Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Mazda
Mazda — Mazda Motor Corporation və ya original adıyla Matsuda Kabushiki-kaisha, Hiroşima, Yaponiyanin avtomobil markası. == Tarixi == Mazdanın əsası Dzyudziro Matsuda (Jujiro Matsuda) tərəfindən 1920-ci ildə qoyulub. Şirkət yaradılarkən mantar (probka) ağacından inşaat materiallarının hazırlanması sahəsində fəaliyyət göstərirdi. 1920-ci illərdə motosikletlərin kiçik sınaq partiyasını buraxan şirkət 1929-cu ildə dəzgah istehsalına keçdi. Hətta 1930-cu ildə şirkətin istehsal etdiyi motosikletlər yarışlarda qələbə qazanmışdı. 1931-ci ildə şirkət sırf yapon üslubunda avtomobillərin istehsalına başladı. Bunlar 500 kubsantimetr həcmli mühərrikləri olan üçtəkərli yük avtomobilləri idi. Bu avtomobillər üçün ticarət markası kimi "Mazda" sözü seçildi. Bu, Zərdüşt dinində baş allahın – işıq allahının adı idi. Həm də bu ad şirkətin yaradıcısı Matsudanın adına bənzəyirdi.
Mazer
Mazer — kvant generatorları. Lazerdən fərqli olaraq, mazer sözünün birinci hərfi microwave, yəni mikrodalğa sözünün birinci hərfidir. (NH3) ammiak molekullarından təşkil olunmuş fəal mühitdə işləyən kvant generatorlarını ilk dəfə 1954‐cü ildə rus alimləri N.Q.Basov, A.M.Proxorov və onlardan asılı olmayaraq ABŞ alimi Ç.Tauns ixtira etmişdi. Ammiak əsasında mazerlər hal‐hazırda da istifadə edilir. Mazerlərin iş prinsipi lazerlərə oxşardır. Əsas proses – həyəcanlanmış molekulların məcburi şüalanmasıdır.
Məzar
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Markar Melkonyan
Markar Melkonyan (ing. Markar Melkonian; Viseyliya[d]) — Amerika ermənisi yazıçı və müəllim. Melkonyanın "Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti" adlı kitabında qardaşı, erməni terrorçusu Monte Melkonyanın həyatı, onun 1990-cı illərdə Ermənistanın müstəqilliyi uğrunda və Birinci Qarabağ müharibəsindəki rolu ətraflı təsvir edilmişdir. == Kitabları == Melkonian, Markar. Marxism: A Post-Cold War Primer. Boulder: Westview Press. 1996. ISBN 978-0-7567-6371-8. Melkonian, Markar. Richard Rorty's Politics: Liberalism at the End of the American Century.
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Manbar (Sayınqala)
Manbar (fars. منبر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (122 ailə).
Çahar-Mahal və Bəxtiyari ostanı
Çahar-Mahal və Bəxtiyari ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Şəhrikürd şəhəridir . Ostanın ərazisi 16.201 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 857.910 nəfər əhali yaşayır .
Çahar
Çahar — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.