Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Menzurka
Menzurka (ölçü stəkanı, lat. mensura "ölçü") — maye və bərk cisimlərin həcmini ölçür. İş prinsipi Arximed qanununa əsaslanır. Menzurkanın üzərində şkalalar var. Çox zaman rəngsiz, şəffaf olur. Ondan laboratoriyalarda, məişətdə istifadə edilir. Mətbəxdə tort, piroq və s. bişirəndə menzurkadan istifadə edirlər. Mayelərin həcmini ölçmək üçün onları bu qaba tökmək kifayətdir. Bərk cisimlərə gəldikdə isə onları maye doldurulmuş menzurkaya batırırıq.
Senzura
Senzura (lat. cencura) — nitqin, ictimai kommunikasiyanın və ya digər məlumatların gizlədilməsi. Bu, sözügedən materialın etiraz edilə bilən, zərərli, həssas və ya "uyğunsuz" hesab edilməsi əsasında tətbiq edilə bilər. Senzura hökumətlər, özəl qurumlar və digər nəzarət orqanları tərəfindən tətbiq oluna bilər. Hökumətlər və özəl təşkilatlar senzura ilə məşğul ola bilər. Digər qruplar və ya qurumlar senzura təklifi verə və tətbiq olunması üçün müraciət edə bilər. Müəllif və ya digər yaradıcı şəxs öz əsərlərinə və ya nitqinə senzura tətbiq etdikdə, bu, avtosenzura adlanır. Ümumi senzura, milli təhlükəsizlik də daxil olmaqla müxtəlif iddia edilən səbəblərə görə əxlaqsızlığa, pornoqrafiyaya, nifrət məzmunlu nitqlərə nəzarət etmək, uşaqları və ya digər həssas qrupları qorumaq, siyasi və ya dini baxışları təşviq etmək və ya məhdudlaşdırmaq və böhtanların qarşısını almaq üçün nitqlər, kitablar, musiqilər, filmlər və digər incəsənət növləri, mətbuat, radio, televiziya və internet daxil olmaqla müxtəlif media vasitələrində tətbiq olunur. Birbaşa senzura növündən, yerindən və məzmunundan asılı olaraq qanuni ola və ya olmaya bilər. Bir çox ölkələr qanunla senzuraya qarşı güclü müdafiə təmin edir, lakin bu müdafiələrin heç biri mütləq deyil və tez-tez nəyin senzuraya məruz qala biləcəyini və edilə bilməyəcəyini müəyyən etmək üçün ziddiyyətli hüquqların tarazlaşdırılmasının zərurət olduğu iddiası irəli sürülür.
E-senzura
Netdə senzura
Onlayn senzura
İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayder və internetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, Google və Mərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar. Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.
İnternet senzura
İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayder və internetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, Google və Mərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar. Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.
İnternetdə senzura
İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayder və internetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, Google və Mərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar. Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.
Senzura Komitəsi
Senzura komitəsi — Rusiya imperiyasında 9 iyul 1804-cü il tarixli Senzura haqqında Nizamnaməyə uyğun olaraq Xalq Maarif Nazirliyinin nəzdində yaradılmış komitə. Mərkəzi senzura komitəsi birbaşa Sankt-Peterburq təhsil dairəsinin müvəkkilinə tabe olan Sankt-Peterburq Senzura Komitəsi idi. Eyni zamanda Moskva, Vilna, Dorpat, Qafqaz rayonlarında, sonralar isə başqa yerlərdə senzura komitələri yaradıldı. Bütün çap və əlyazma nəşrləri senzuraya məruz qalırdı. XX əsrin əvvəllərində Senzura Komitələri Daxili İşlər Nazirliyinin tərkibində olmağa başlamışdı. Водовозов В. В. Цензура // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Высочайше утвержденный Устав о цензуре.
Mənzuri Xamneyi
Mənzuri Xamneyi - ədəbiyyatşünas, yazıçı, tərcüməçi. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Səməd Sərdariniya, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Nasir Mənzuri
Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçi və sahibkar. Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib. Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib. Nasir Mənzuri 2018-ci ildə İde Şenaxtəfzar şirkətini təsis edərək dilsəl və qavramsal quruluşlara moldel dizayn və istehsal edir.
Əbdülkərim Mənzuri Xamnə
Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim. 1308 günəş ilində Güney mahalının Xamnə şəhərində doğulub. İpdidai və orta təhsilini Xamnədə (Nisar məktəbində bitirir) . Həmin məktəbdə 15 il müəllim işləyir. Sonra Tehrana köçür öz ixtisası əsasında fəaliyyətini davam etdirir. Varlıq dərgisinin qurucu və təhrirə heyətinin üzvü olur . O, bir çox kitabın müəllifi köçürəni və tərcüməçisi olur. 1) Türkcə- farsca danışıq 2) Azərbaycan nağılları 3) Aşıq Qurbani və Pəri xanım 4) Azərbaycan foklorunda tapmacalar 5) Məhəbbət nağılları 6) Məzəli əhvalat 7) Xamnənin tarix və coğrafiyya kitabı Bu kimi kitabların müəllifi.
Menurae
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Menora
Menorah (ivr. ‏חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.
Mezuza
Mezuza (idiş מזוזה‎) İvrit sözü olan mezuza "qapı yamacı" deməkdir. Mezuza, qapıya vurulan ağac, plastik, metal şüşə və analoji materiallardan hazırlanmış bir parçadır. Soldan sağa tikilən bu parça, Tövratın Devarim (6: 4–9 və 11: 13–21) bölümlərində Şema və Veaya mətnlərini ehtiva edir. İstifadə olunan parça adətən bir heyvanın dərisindən hazırlanır. Orfoqrafiya qaydaları Sefer Tora proqram qaydaları ilə eynidir. Mezuza parçaları əl ilə yazılır, mətbəə yazıları istifadə edilə bilməz. Mezuzanın xarici tərəfində müqəddəs bir məna verən "Şaday" yəni "hər şeyə qadir" ifadəsi qeyd edilir. "Şaday" eyni zamanda "Şomer Dlatot Yisrael" yəni, "İsrail qapılarının keşikçisi və ya qoruyucusu" sözlərinin baş hərflərindən ibarətdir. Yəhudi evlərinin giriş qapısının sağ tərəfində, Tövratdan olan mətnlərdən ibarət qoyulmuş bir qutu və evin qapısına ilişdirilmiş bir qutu parçası. İvrit dilində "mezuza" qapıya yapışdırılan və ya quraşdırılan yamaca deyilir.
Menua
Menua — Şərqi Anadoluda Urartuların beşinci məşhur kralıdır. E.Ə. 810-cu ilə E.Ə. 786 illəri arasında hökmdarlıq etmişdir. Etdiyi fəthlərdən daha çox tikdirdiyi binalar və şəhərlər ilə ölkənin inkişafını təmin etdi və ölkənin rifahını artırdı.
Lino Ventura
Lino Ventura (it. Lino Ventura, 14 iyul 1919–22 oktyabr 1987) — fransız aktyoru, mənşəcə italyan. Fransız filmlərində çəkilərək məşhur olmuşdur. == Həyatı == Lino Ventura İtaliyanın Şimali Parma şəhərində, Covanni Ventura və Luiza Borininin ailəsində anadan olmuşdur. Səkkiz yaşında ikən təhsilini yarımçıq qoymuş və çlışdığı peşələri dəfələrlə dəyişmışdir. İlk olaraq karyerasında boks və güləşlə məşğul olurdu. 1950-ci ildə Lino yunan-Roma güləşi üzrə Avropa çempionu olur, lakin Henry Cohen (həm də aktyor) ilə mübarizə zamanı onun sağ ayağı ciddi zədə alaraq idman karyerasını dayandırmaq məcburiyyətində qaldı. 1953-cü il Jak Bekkerin "Qənimətimə toxunmayın" qanqster filmidə çəkildikdən sonra, kino aləminə daxil oldu. Həmin andan da onun aktyorluq karyerası başladı. Qanqster filmlərinin çoxunda onun tərəf müqabili dostu, məşhur fransız aktyorları Jan Qaben və Alen Delon olmuşdur.
Manpura adası
Manpura adası (ing. Manpura Island) — Banqladeşə məxsus olan, əsasən alçaq düzənlikdən ibarət olan ada. Ada Benqal körfəzinin şimalında yerləşir. İnzibati cəhətdən Barisal vilayətinin Bhola dairəsinə daxildir. adanın şimal-qərbində Manpura şəhəri yerləşir. Bhola adasından şərqdə, Hatiya adasından isə qərbdə yerləşir. adanın uzunluğu 22 km, eni 5 km, orta hündürlüyü isə 2 metr təşkil edir. Hazırda adanın sahəsi 114 km²-dir. Bununla belə ərazisi tez bir zamanda azlmağa doru gedir. 1973–2010-cu illər ərzində ərazisi 37 km² azalaraq 148 km²-dən 114 km² qədər enmişdir.
Ventura (Kaliforniya)
Ventura — ABŞ-nin Kaliforniya ştatının Ventura qraflığında yerləşən şəhər.
Mezdra burnu
Mezdra burnu (bolq. нос Мездра, ‘Nos Mezdra’ \'nos 'mez-dra\) — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimal-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Burun şimal-şərqi Bolqarıstanda yerləşən Mezdra şəhərinin adını daşıyır. Timblon burnundan 1.41 km cənub-qərbdə, İrnik burnundan 1.91 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Mənzərə
Peyzaj (fr. Paysage, pays - ölkə) ya da Mənzərə (fars. منظره‌‎)— təsviri incəsənətdə landşaftın, təbii mənzərənin rəsmi. Dənizin tabloda əks olunduğu mənzərələr isə "marina" adlanır, onu çəkənlər isə "marinist". Səttar Bəhlulzadə (1909-1974) - "Suraxanının qədim odları" (1971), "Gülüstan" (1965), "Qızbənövşəyə gedən yol" (1953), "Göyçay" (1972), "Bilgəh" (1962), "Torpağın arzusu" (1963) və s., Bəhruz Kəngərli (1892-1922) - "Türbə" (1919), "Naxçıvan, Sınıq minarəli məscid" (1920), "Nuhun məzarı" (1921), "Naxçıvanda rus kilsəsi" (1920), "Atabəyin türbəsi" (1919) və s., Nəcəfqulu İsmayılov (1923-1990) və b.
Ventura qraflığı (Kaliforniya)
Ventura — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 823,318 nəfər olmuşdur. Mərkəzi Ventura şəhəridir.
Mənsur
Mənsur (ing. Mansur) — Azərbaycan kişi adı. Mənsur ağa Vəkilov — kapitan Mənsur Vəkilov — şair, tərcüməçi, ssenarist, jurnalist. Mənsur Mənsurov — Azərbaycan tarzəni, pedaqoq, musiqi xadimi, II Mənsur (Dərbənd əmiri) — Dərbənd əmiri. Mənsur Məmmədov — Göyçay Rayon Icra Hakimiyyətinin Başçısı Mənsur xan Mənsur xan (Moğolustan xanı) Mənsur xan (qullar ağası) Mənsur Ələkbərov — şair Əbu Mənsur Əli ibn Yəzid — Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Rəcəbəli Mənsur — İranın baş naziri.
Mənzərə Məmmədova
Mənzərə Məmmədova - Filologiya elmləri namizədi, dosent Mənzərə Məmmədova 1934-cü ildə martın 25-də İrəvan şəhərində anadan olub. 1940-50-ci illərdə İrəvanda 16 nömrəli orta məktəbi bitirib. 1951-56-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Şərq şöbəsində oxuyub. 1957-1964-cü illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1964-1967-ci illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda aspiranturada oxuyub. 1968-ci ildə “XI-XVII əsr fars dilinin izahlı lüğətlərinin əsas tərtib prinsipləri” mnövzusunda dissertasiya müdafiə edib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) dosent vəzifəsində işləyir. 1969-cu ildən ADU-da (indiki BDU) İran filologiyası, Fars dili, Fars dili tədrisinin metodikası, Mətnşünaslıq, Mənbəşünaslıq, Ümumi və İran dilçiliyinin əsasları mövzularında mühazirələr aparır. Mənzərə Məmmədova İran filologiyası sahəsində tədqiqat aparır. O, 41 məqalənin, 1 dərsliyin müəllifidir.
Əl-Mənsurə
Əl-Mənsurə (ərəb. المنصورة‎) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012).
Munzur Vadisi Milli Parkı
Munzur Vadisi Milli Parkı (türk. Munzur Vadisi Milli Parkı) ― 21 dekabr 1971-ci ildə qurulan, Türkiyənin ən böyük və ən zəngin bioloji müxtəlifliyə sahib milli parkı. Park Şərqi Anadoludakı Tunceli ilində, Munzur dağ silsiləsinin Munzur vadisində yerləşir. Munzur Vadisi Milli Parkı Anadolunun ən zəngin floristik bölgələrindən biridir. Milli park bölgənin vəhşi aləmini və mənzərəli gözəlliyini qorumaq üçün yaradılmışdır. Qorunan ərazi Ətraf Mühit və Meşə Nazirliyinin Təbiəti Qoruma və Milli Parklar Ümumi Müdirliyi (türk. Doğa Koruma ve Milli Parklar Genel Müdürlüğü) tərəfindən idarə edilir. İdarəetmədən kənar olan ərazilərin landşafı belə yaxşı qorunur. Bu, təbiətə dini inanclarının bir hissəsi kimi hörmət edən Alevi xalıqı ilə əlaqəli ola bilər. Milli park Tuncəlidən 8 kilometr (5.0 mil) şimalqərbdə yeləşir Park Muzur vadisi boyunca dəniz səviyyəsindən 3,300 metr (10,800 ft) yüksəklikdə yerləşən Munzur dağına qədər uzanır.
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Məngur eli
Məngur eli — Kürd əşirəti. Osmanlı (İraq) ərazisindən köçən Məngurlar Sərdəşti, Piran eli isə Xana şəhəri və kəndlərini ələ keçirmişlər.
Maddalena Ventura əri və oğlu ilə
Maqdalena Ventura əri və oğlu ilə
Maddalena Ventura əri və oğlu ilə (isp. Maddalena Ventura con il marito e il figlio) və ya Saqqallı qadın (isp. Donna barbuta) — Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində (196 × 127) portret janrında çəkilmiş rəsm əsəridir. Əsər Madriddəki Prado muzeyinin kolleksiyasında saxlanılır. Təsvir edilən obyektin qeyri-adiliyinə görə portret XVII əsr Avropa rəssamlığının ən nadir nümunələrindən biri hesab edilir. == Təsviri == Rəsmdə üzü sıx saqqalla örtülmüş və döşündən körpəsini əmizdirən qadın təsvir edilmişdir. Sol tərəfdə zəif işıq altında onun həyat yoldaşı təsvir edilmişdir. Sənədli iş xarakteri daşıyan bu əsərdə saqqal və kişi üz cizgilərinə malik qeyri-adi qadının mümkün qədər realistik təsviri yaradılmışdır. Buna görə də əsas qəhrəman ailəsi, o cümlədən həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə birlikdə təsvir edilmişdir. Rəsmdə uşağı əmizdirən böyük döş və qadın geyimi yeganə qadınlıq göstəriciləridir.