Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mikoloq
Mikologiya göbələkləri ,onların biokimyəvi və genetik xüsusiyyətlərini ,təsnifatını, insanların həyatındakı rolunu ,insanlar üçün toksigenlik və yoluxma təhlükələrini və onların insanlar üçün tibbi,qida və enterogenlər kimi əhəmiyyətini öyrənən biologiyanın bir sahəsidir. Uzun müddət göbələklər bitkilər aləminə aid edildiyinə görə mikologiya biologiyanın müstəqil bölməsi kimi yox, botanika elmlərinə aid edilirdi. Bu insanlar ilk növbədə imana gəlməlidirhazırda da botanika üçün xarakterik olan elmi ənənələr mikologiyada da gözlənilir.Havanı təmizləyir. Mikologiyanın fitopatologiya sahəsi göbələklərin bitkilərdə yaratdıqları xəstəlikləri öyrənir .Mikologiya ilə məşğul olan mütəxəssis mikoloq adlanır.İlk mikoloqlar Elias Magnus Fries, Christian Hendrik Persoon, Anton de Bary və Lewis David von Schweinitz olmuşlar. Əksər göbələklər toksinlər,antibiotiklər və digər ikincili metabolitləri əmələ gətirirlər.Bəzi göbələklər insanlar və heyvanlarda da xəstəliklər yarada bilərlər.Mikologiyanın patoloji göbələkləri öyrənən bölməsi tibbi mikologiybitgilər 200 ə qədər Novo nəsli kəaulinba adlanır.
Filoloq
Filologiya (q.yun. φιλολογία, "sözə sevgi") — mətn vasitəsilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq və s. elmlərin məcmui adı.
Mikofaq
Mikofaq — göbələklə qidalanan orqanizm. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Mikolan
Mikolan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. Əhalisi 438 nəfərdir. Kəndin adı əslində Mikolon olmalıdır. Oykonim Miko (Mikayıl adının talış zonasında əzizləmə, kiçiltmə forması) və ion (talış dilində "yer, məkan", "ərazi") sözlərindən düzəlib, "Mikayılın (Mikonun) kəndi" mənasındadır. Yerli məlumata görə, burada ilk dəfə Mikayıl (Miko) adlı şəxs məskən saldığı üçün belə adlandırılmışdır.
Monoloq
Monoloq (yun. μόνος — bir və λόγος — nitq) tək bir personaj tərəfindən təqdim olunan əksər hallarda birbaşa, bəzən də fikirlərini səslə ifadə etmək üçün təqdim olunan nitq. Başqa bir xarakterə və ya auditoriyaya müraciət edilir. Monoloqlar dramatik mediada (pyeslər, filmlər və s.), eləcə də poeziya kimi dramatik olmayan mediada geniş yayılıb. Monoloqlar soliloqlar (özünə ünvanlanmış nitq), apostroflar (nidalı ritorik nitq fiquru) və apartda (ictimaiyyətə yönəlmiş monoloqlar və ya iradlar mənasını verən teatr termini) daxil olmaqla bir sıra digər ədəbi formalarla çox oxşardır. Bununla belə, bu formaların hər biri arasında fərqlər var. Monoloqlar şeirlərə, epifaniyalara və digərlərinə bənzəyir, ona görə ki, bir "səs" nitqini əhatə edir, lakin aralarında fərqlər var. Məsələn, soliloloq bir personajın öz düşüncələrini və hisslərini başqa personajlara müraciət etmədən özü və tamaşaçı ilə əlaqələndirməsini əhatə edir. Monoloq — insanın ucadan söylənilən fikirləridir. Monoloqlar natiqin və ya yazıçının xəyali şəxsə, cansız obyektə və ya ideyaya istinad etdiyi apostroflardan da fərqlənir.
Bioloq
Biologiya (yun. βίος "həyat", yun. λόγος) — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm. Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir. Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasının və nəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir. Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir.
Aleksandar Nikolov
Aleksandar Nikolov (18 iyun 1992) — Bolqarıstanlı üzgüçü. Aleksandar Nikolov Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Karyerası == Aleksandar Nikolov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.08 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Asen Nikolov
Asen Nikolov (bolq. Асен Николов 5 avqust 1976, Plovdiv) — Bolqarıstan futbolçusu. == Həyatı == Asen Nikolov 5 avqust 1976-cı ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Maritsa Plovdiv, Levski Sofiya, Slaviya Sofiya, Turan Tovuz, Partizan, Bakı, Qəbələ. 2009-cu ildən Slaviya Sofiyada çıxış edir. == Uğurları == Üçqat Bolqarıstan çempionu (Levski Sofiya — 2001, 2002, 2003) Bolqarıstan kubokunun ikiqat qalibi (Levski Sofiya — 2002, 2003) Azərbaycanın ən yaxşı futbolçusu (Turan Tovuz — 2005).
Daniel Nikolov
Daniel Laçezarov Nikolov (26 avqust 1998-ci ildə anadan olub) — Bolqarıstanı təmsil edən kişi badmintonçu.
Mikolas Yosef
Mikolas Yosef (çex. Mikolas Josef; d. 4 oktyabr 1995, Praqa, Çexiya) — Çexiya müğənnisi, bəstəkarı və keçmiş modeli. O, ifa etdiyi "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mikolas Yosef 4 oktyabr 1995-ci ildə Çexiyanın paytaxtı Praqada musiqiçi ailəsində anadan olmuşdur. Onun hər iki valideyni ingilis dili müəllimi olaraq çalışırlar və Mikolas da ingilis dilli məktəbdə təhsil almışdır. Onun Pyotr adlı gitarist qardaşı da var. Mikolas London Musiqi və Dramatik incəsənət akademiyasında təhsil almışdır. 17 yaşında ikən Mikolas model olaraq fəaliyyət göstərmiş və Diesel və Prada kimi geyim brendləri üçün təşkil edilmiş moda şoularında iştirak etmişdir. Lakin daha sonra o, çalışdığı sahədə dürüstlüyün və düzgünlüyün olmadığını bildirərək, modellik fəaliyyətini dayandırmışdır.
Monoloq (1987)
Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov Süleyman Rüstəm Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Nikoloz Barataşvili
Nikoloz Melitonoviç Barataşvili (gürc. ნიკოლოზ მელიტონის ძე ბართაშვილი; 27 dekabr, 1817, Tiflis −21 oktyabr, 1845, Gəncə) — gürcü şairi. Nikoloz Barataşvili 27 dekabr 1817-ci ildə Tiflisdə anadan olmuşdu. Anası adlı-sanlı gürcü knyazı Zurab Orbelianinin qızı idi. Dayısı Qriqol Orbeliani də gürcü romantik ədəbiyyatının əsas simalarındandır. Maraq üçün deyək ki, Q. Orbeliani də 1829-cu ildə bir müddət Naxçıvanda ezamiyyətdə olmuşdur. Nikoloz rus, fransız və alman dillərini təhsil aldığı pansionda əla öyrənmişdi. Ən çox sevdiyi müəllimi Solomon Dodaşvili Gürcüstanın tanınmış maarifçilərindən idi. Sankt-Peterburq Universitetini bitirmiş Solomon 1832-ci ildə yaradılmış gizli cəmiyyətin üzvü idi. O da istəyirdi ki, Gürcüstan azad, müstəqil ölkə olsun.
Nikoloz Lekişvili
Nikoloz "Niko" Lekişvili (gürc. ნიკოლოზ [ნიკო] ლეკიშვილი; 20 aprel 1947, Tbilisi) — gürcü siyasətçi, keçmiş dövlət naziri (Gürcüstan) və Tbilisi meri, Gürcüstan parlamentinin üzvüdür. Lekişvili 20 aprel 1947-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub. 1971-ci ildə Gürcüstan Politexnik İnstitutunu İstilik və Enerji Mühəndisliyi (Yüksək Temperatur Fiziki) ixtisasını bitirib. 1971-ci ildən 1972-ci ilə qədər Yüksək Temperatur Fizikası falültəsində elmi işçi və böyük elmi işçi kimi eyni institutda işləməyə başlamışdır. 1972–1973-cü illərdə Tbilisi şəhər komsomol komitəsinin təlimatçısı olmuşdur. 1973–1974-cü illərdə Tiflisdə Pervomayski rayon komsomol komitəsinin katibi, daha sonra birinci katibi olmuşdur. 1974-cü ildən 1977-ci ilə qədər Tbilisi Şəhər Komsomol Komitəsinin katibi və birinci katibi vəzifələrində çalışmışdır. 1977-ci ildən 1990-cı ilə qədər Gürcüstan Kommunist Partiyası və Sovet hökumət orqanlarında rəhbər vəzifələr tutmuş, Pervomayski Rayon Partiya Komitəsinin ikinci və birinci katibi, daha sonra 1977–1989-cu illərdə rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1989-cu ildən 1990-cı ilədək Partiya Komitəsinin ikinci və birinci katibi vəzifəsini tutmuşdur.
Qran-Mikelon
Lanqlad (Böyük Mikelon, fr. Grande Miquelon) — Sen-Pyer və Mikelon arxipelaqının Mikelon Lanqlad adalarının şimalında yerləşir. Sahəsi 105 km² təşkil edir. Səhra tipli iqlimə malikdir. Yaşayış məntəqəsi yarımadanın şimalında qərarlaşır (Le-Kap). Yarımada ərazisində çoxlu sayda su tutarları vardır. Onların bir qismi yağıntından asılı olaraq ərazisi dəyişir. Ancaq rütubətli iqlim səbəbindən göllər heç vaxt qurumur. Əsas etibari ilə bataqlıq bitkiləri üstünlük təşkil edir. Quruda isə Tundra bitkiləri hakimdir.
Svetiy Mikolay
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Mikloş Barabaş
Mikloş Barabaş (mac. Barabás Miklós, 10 fevral 1810, Merkuşa[d], Kovasna – 12 fevral 1898[…], Budapeşt) – Macarıstan rəssamı. Əsasən çəkdiyi portretlərlə tanınır. Ən məşhur əsərləri 1847-ci ildə Ferens Rakoçini və 1853-cü ildə İmperator I Frans Yosefi rəsm etdiyiportretləridir. Mikloş Barabaş 10 fevral 1810-cu ildə Kezdimarkoşfalvada anadan olmuşdur. İlk təhsilini Nadyenyeddə protestant məktəbində almışdır. 1829-cu ildə Vyanada Enderin tələbəsi olmuş, 1830-cu ildə isə Qabor Barradan Litoqrafiya dərsi almışdır. 1834-1835-ci illərdə Mikloş İtaliyaya səyahət edir. Onun bu səyahətinin əsas məqsədi Uilyam Leyton Leyçdən akvarel ilə rəsm çəkməyi öyrənmək idi. Mikloş Barabaş 6 il İtaliyada qalır.
Mikloş Fexer
Mikloş Fexer (mac. Miklós Fehér; 20 iyul 1979, Tatabanya – 25 yanvar 2004, Qimaraynş[d]) — hücumçu mövqeyində çıxış etmiş Macarıstan futbolçusu. 9 illik karyerasının əksər hissəsini Portuqaliyada keçirən Fexer Premyer Liqanın tərkibində 80 oyunda iştirak edib və 27 qol vurub. 2004-cü il yanvar ayının 25-də iştirak etdiyi futbol oyununda ürək tutmasından dünyasını dəyişib. Fexer Macarıstanı beynəlxalq səviyyədə təmsil edərək 1998-ci ildə 19 yaşında debüt edib. Futbol karyerasına Győri ETO futbol klubunda başlayıb. Macarıstan milli futbol komandasının tərkibində 1998-ci ilin oktyabr ayında Azərbaycana qarşı ilk oyununu çıxıb. O, milli oyunda 25 oyunda 7 qol vurub.
Mikloş Horti
Mikloş Horti (mac. Miklós Horthy; 18 iyun 1868[…] – 9 fevral 1957[…]) — 1920–1944-cü illərdə Macarıstan krallığının hökmdarı (regenti), vitse-admiral. Mikloş Horti Kenderesdə Kalvinist əsilzadə ailəsində anadan olmuşdur. Atası Stefan Horti Maqnatlar palatasının üzvlərindən idi. Mikloş ailənin 8 uşağında 4-cüsü idi. 14 yaşında Avstriya-Macarıstan Hərbi donanma akademiyaslna daxil olmuşdur. Bu dövrdə akademiyanın əsas dili alman dili idi. Buna görə də Mikloşun nitqində alman-macar aksenti hər zaman duyulmuşdur. Bunda başqa o italyan, xorvat, ingilis və fransız dillərini öyrənmişdir. 1901-ci ildə Maqdolna Pörqli ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.
Mikloş Radnoti
Mikloş Radnoti (orijinal adı Mikloş Qlatter; 5 may 1909, Budapeşt – 9 noyabr 1944, 10 noyabr 1944 və ya 6 noyabr 1944) — macar müəllim və şair. Mikloş Radnoti Budapeştdəki Brück & Grosz tekstil şirkətinin sahibinin övladı idi. Doğuş zamanı əkiz qardaşı ölü doğulmuşdu. Bir müddət sonra anası vəfat etmişdi. Uşaqlıq illərini xalasının ailəsi ilə birlikdə keçirmişdi. Radnoti ibtidai və orta təhsilini doğulduğu şəhərdə almış və 1927-28-ci illərdən başlayaraq Liberetsdəki tekstil sənayesi üçün açılan ali məktəbdə təhsilini davam etdirmişdi. Daha sonra isə 1930-a qədər tanınmış tekstil şirkətində kommersiya müxbiri olaraq çalışmışdı. Sonda isə başqa bir təhsil arzusunda olan Radnoti Seqed Universitetində fəlsəfə, macar və fransız dillərini öyrənməyə başladı. 1934-cü ildə “Marqit Kaffkanın bədii inkişafı” adlı fəlsəfi doktorluq dissertasiyasını müdafiə etdi. Təhsilini tamamladıqdan sonra babasının doğulduğu şəhərin adına uyğyn olaraq adını Radnoti olaraq dəyişdi.
Mikloş Roja
Mikloş Roja (mac. Rózsa Miklós; 18 aprel 1907[…], Budapeşt – 27 iyul 1995[…], Los-Anceles, Kaliforniya) — macar və ABŞ bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi, "Oskar" (1946, 1948, 1960), "Saturn" (1976, 1980) və "Sezar" (1978) mükafatları laureatı. Macar əsilli bəstəkar Mikloş Roja 18 aprel 1907-ci ildə anadan olmuşdur. 5 yaşından skripkada ifa etmişdir. 1925-ci ildə Macarıstanı tərk etmişdir. Leypsiq Universitetinə daxil olsa da, tezliklə təhsilini Leypsiq konservatoriyasında almağa qərar verir. Roja orada Hermann Qrabnerin tələbəsi olur. 1927-ci ildə konservatoriyanın tələbəsi olarkən ilk böyük uğuru olan "Opus 1, A String Trio" əsərini bəstələyir. Bundan sonra o, Fransada (1931-1935) və Böyük Britaniyada (1935-1940) yaşayıb yaratmışdır. 1940-cı ildə isə ABŞ-yə köçmüş, 1946-cı ildən Amerika vətəndaşı olmuşdur.
Mikloş Tatray
Mikloş Tatray (19 sentyabr 1986) — Macarıstanlı atıcı. Mikloş Tatray Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mikloş Tatray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 567 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mikloş Xorti
Mikloş Horti (mac. Miklós Horthy; 18 iyun 1868[…] – 9 fevral 1957[…]) — 1920–1944-cü illərdə Macarıstan krallığının hökmdarı (regenti), vitse-admiral. Mikloş Horti Kenderesdə Kalvinist əsilzadə ailəsində anadan olmuşdur. Atası Stefan Horti Maqnatlar palatasının üzvlərindən idi. Mikloş ailənin 8 uşağında 4-cüsü idi. 14 yaşında Avstriya-Macarıstan Hərbi donanma akademiyaslna daxil olmuşdur. Bu dövrdə akademiyanın əsas dili alman dili idi. Buna görə də Mikloşun nitqində alman-macar aksenti hər zaman duyulmuşdur. Bunda başqa o italyan, xorvat, ingilis və fransız dillərini öyrənmişdir. 1901-ci ildə Maqdolna Pörqli ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.
Mikloş Zrini
Mikloş Zrini (3 may 1620, Çakoveç – 18 noyabr 1664[…], Kurşaneç[d], mac. Zrínyi Miklós) — macar və xorvat əsilli əsgər, dövlət xadimi, şair. Mikloş Zrini 5 yanvar 1620-ci ildə dünyaya gəlmişdir. Doğum yeri barədə müxtəlif fikirlər mövcuddur. Ehtimal olunur ki, Çakoveçdə doğulmuşdur. Onun atası Kral II Ferdinandın sadiq adamlarında olan xorvat hakimi IV Mikloş Zrini, anası isə macar əsilzadəsi Maqdolna Seç olmuşdur. Mikloş Zrininin uşaqlığı Çakoveçde keçmişdi. Çox kiçik yaşda anasını itirdikdən sonra atası, Qabor Betlenə qarşı döyüşdə xəstələnib həyatını itirdi (1626). Mikloş Zrini 1628de qardaşı Piter Zrini ilə birlikdə Qrazdaki Sizvit məktəbinə göndərildi. 1633te təhsilinə Vyanada və Nadsombatda davam edən Zrini artıq 6 dildə danışa, 8 dildə oxuya bilirdi.1636-cı ildə o, qardaşı ilə birlikdə kral tərəfindən təhsil almaqları üçün İtaliyaya göndərildi.
Mikloş İbl
Mikloş İbl (mac. Ybl Miklós, 6 aprel 1814[…], Sekeşfexervar, Macarıstan krallığı – 22 yanvar 1891[…], Budapeşt) — XIX əsrdə yaşamış macar memar, Avropa memarlığında eklektikanın görkəmli nümayəndəsi. Onun məşhur işlərindən biri Budapeştdə yerləşən Macarıstan Dövlət Opera teatrıdır. Mikloş İbl 6 aprel 1814-cü ildə Sekeşfexervar şəhərində anadan olmuşdur. Vyana Texniki Universitetində ali təhsil almış və təhsilini bitirdikdən sonra Mixai Pollakın köməkçisi vəzifəsində çalışmışdır. 1836-1840-cı illər ərzində isə Henrik Koçun ofiisndə işləyən Mikloş İbl təhsilini davam etdirmək üçün əvvəl Münhenə daha sonra isə İtaliyaya köçərək bir müddət burada yaşamışdır. Macarıstana qayıtdıqdan sonra Mixai Pollakın oğlu Aqoşton ilə birlikdə Qraf Layoş Battyaninin qəsrinin bərpası ilə məşğul olmuşdur. Onun ilk əsas işi 1845-1855-ci illərdə inşa edilən Fot kilsəsi sayılır. Yaradıcılığının əvvəllərində daha çox romantik üslubda binalar inşa etsə də, İtaliyaya ikinci səfərindən sonra Renesans dövrü mədəniyyətindən təsirlənmiş və neo-renesans bina layihələri hazırlaşmışdır. Onun inşa etdiyi binaların bir çoxu günümüzdə də Budapeşt şəhərini ən önəmli mənzərələrindən birinə çevrilmişdir.
Mikola Bajan
Mikola Platonoviç Bajan (ukr. Микола Платонович Бажан, 26 sentyabr (9 oktyabr) 1904, Kamenets-Podolski – 23 noyabr 1983, Kiyev) —Ukrayna şairi, 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı . Mikolo Bajan Platonoviç 1904-cü il 9 oktyabr tarixində Ukraynanın Kamenets- Polodski şəhərində anadan olmuşdur. 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını almışdır. "On yeddinci patrul" adlı ilk şeir kitabı 1923-cü ildə nəşr edilmişdir. Böyük Vətən müharibəsi illərində Mikolo Bajan işğal edilmiş vilayətlərin əhalisi üçün buraxılan "Za Padyansku Ukrainu" (Sovet Ukraynası uğrunda) qəzetinin redaktoru olmuşdur. Müharibə illəri və ondan sonrakı illərdəki yaradıcılığının əsas mövzusu xalqlar dostluğu, sülh uğrunda mübarizədir. Mikolo Bajan Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Ə. Nəvainin "Fərhad və Şirin" poemalarını, A. S. Puşkinin, B. B. Mayakovskinin, A. Mistkeviçin əsərlərini ukrayna dilinə tərcümə etmişdir. 1978-ci ildən Ukrayna Sovet Ensiklopediyasının baş redaktoru, SSRİ Ali Sovetinin deputatı olmuşdur. 23 noyabr 1983-cü ildə vəfat etmişdir.