Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Günbəd
Günbəd (Tikantəpə)
Minkənd
Minkənd — Azərbaycan Respublikasının Laçın rayonu Minkənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyannaməsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur. Minkənd kəndi Qarabağ yaylasındadır. Etnooykonimdir. Kənd öz adında qədim türkdilli minqımın (mənbələrdə adi minqat kimi də çəkilir) tayfasının adını əks etdirir. VII-VIII əsrlərdə təkuz Oğuz konfenderasiyasına daxil olan minqlər XII-XIII əsrlərdə qipçaqların, XIII-XIV əsrlərdə isə Qızıl Ordanın iri tayfa birləşmələrindən biri olmuşlar. Teymurun dövründə (XIV əsr) baş vermiş siyasi hadisələrdə fəal iştirak edən minqlər sonralar müxtəlif ərazilərdə məskunlaşmışlar. Azərbaycanda minqlərin yeni saldiqları yaşayış məntəqələri, о cümlədən Minkənd onların adı ilə adlanmışdır. Hazırda Azərbaycanlılar yaşayan kənd əhalisinin etnik tərkibi müəyyən tarixi hadisələrlə əlaqədar bir neçə dəfə dəyişmişdir. Mincivan qəsəbəsi (Zəngilan rayonu), Mingiz məhəlləsi (Ordubad şəhəri), Minqışlaq, Minqlər, Kattaminq, Minqon (Özbekistan) və Mingistan (Tacikistan) toponimləri də minqlərlə əlaqədardır.
Mingə
Mingə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 240 nəfərdir ki onunda 115 nəfəri kişi, 125 nəfəri qadındır.
Mobəd
Mobəd (pəhl. 𐭬𐭢𐭥𐭯𐭲) — Sasanilər dövründə İranda ali rütbəli zərdüşti kahin. Dövlətin siyasi həyatında mühüm rol oynayan və geniş nüfuz sahibi olan mobədlər hər cür vergi və mükəlləfiyyətdən azad idilər. Rapp, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Ashgate Publishing, Ltd. 2014. səh. 58. ISBN 978-1472425522. Nigosian, Solomon Alexander, The Zoroastrian Faith: Tradition and Modern Research, Montreal, Quebec: McGill-Queen's University Press, 1993, səh.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Dərb Günbəd
Dərb Günbəd — İranın Luristan ostanının Kuhdəşt şəhristanının Dərb Günbəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,119 nəfər və 451 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir və lək dilində danışırlar.
Günbəd (Bostanabad)
Günbəd (fars. گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 387 nəfər yaşayır (71 ailə).
Günbəd (Tikantəpə)
Günbəd (fars. گنبد‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (37 ailə).
Günbəd (Urmiya)
Günbəd (fars. گنبد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (138 ailə).
Günbəd (Xoy)
Günbəd (fars. گنبد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (27 ailə).
Günbəd (İcrud)
Günbəd (fars. گنبد‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (31 ailə).
Günbəd (Əcəbşir)
Günbəd (fars. گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 301 nəfər yaşayır (77 ailə).
Midhəd Abbasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990). Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub. 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.
Midhəd Qəfərov
Midhəd Qəfərov (1966, Salyan rayonu) — hüquq elmləri doktoru, professor. Midhəd Seyidəhməd oğlu Qəfərov 1966-cı ildə Azərbaycan Respublikasının Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. 1973–1983-cü illərdə Salyan rayonunun Noxudu kəndindəki orta məktəbdə təhsil almışdır. O, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə ilə bitirmiş, 1994–1999-cu illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının aspirantı olmuşdur. M. Qəfərov 1993–1994-cü illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının baş laborantı vəzifəsində işləmişdir. 1994-cü ildən BDU-nun "Cinayət prosesi" kafedrasının müəllimidir. Midhəd Qəfərov 1999-cu ildən hüquq elmləri namizədi, dosent, 2009-cu ildən hüquq elmləri doktorudur. 2004–2011-ci ildən BDU-nun hüquq fakültəsinin magistratura üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən "Cinayət prosesi" kafedrasının professorudur. Təhqiqat sahəsi: Cinayət prosesində müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi; Müqayisəli cinayət prosessual hüquq;AR-in hüquq-mühafizə orqanları; Təhqiqat; Appelyasiya və kassasiya instansiyalarında icraat.
Minabad (Nəmin)
Minabad (fars. مين اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,311 nəfər yaşayır (306 ailə).
Mindək (Uçalı)
Mindək (başq. Миндәк dinlə, rus. Миндяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 27 km.
Minkənd bazilikası
Minkənd məbədi — Məbəd Laçın rayonunun Minkənd kəndinin mərkəzində yerləşir. Abidənin girişindəki lövhədə tarix olaraq 1675 göstərilib. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. 2009-cu ildə "Tufenkian Foundation"un maliyyə dəstəyi ilə "Müqəddəs Minas kilsəsi" adı altında "bərpa edilmişdir". 2020-ci il 1 dekabrdan etibarən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Yalə Günbəd
Yalə Günbəd (fars. يله گنبد‎), İmamzadə və ya İmamzadə Yeləgümbəz — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 429 nəfər yaşayır (105 ailə).
Mind of Mine
Britaniyalı müğənni Zayn Malik-in ilk solo studio albomudur. Albom 2016-cı ilin mart ayının 25-də buraxılmışdır. Əsasən janr olaraq R&B hesab olunsa da, albomda pop, folk, dub, soul, funk, electronic, Qawwali, hip hop, reggae, classical və soft rock janrında olan mahnılar mövcuddur. Albom elə çıxarılan gün 84 ölkənin iTunes sıralarına girmişdir.
Minəq (Heris)
Minəq (fars. مينق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 815 nəfər yaşayır (195 ailə).
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Məbəd dağı
Məbəd dağı (ərəb. الحرم القدسي الشريف‎; ivr. ‏הַר הַבַּיִת‏‎) — Qüdsdə olan köhnə şəhərin ən əsas dini məkanlarından biridir. Əl-Əqsa məscidi burada yerləşir.
Mənbə kodu
Mənbə kodu - hər-hansısa proqramlaşdırma dilində yazılan və insan tərəfindən oxuna bilən kompüter proqramının mətnidir. Mənbə kodu tam olaraq icraçı koda kompilyator və ya interpretator vasitəsilə translyasiya edilir. Mənbə kodu ya obyekt kodunu əldə etmək üçün ya da interpretator tərəfindən icra olunur. Dəyişiklik heç vaxt obyekt kodundan icra edilmir. Obyektin növbəti dəyişiklməsi ilə yalnız mənbə kodu üzərindən icra edilir. Mənbə kodunun digər önəmli təyinatı proqramın təsviridir. Proqramən mətni vasitəsilə onun özünüaparma məntiqini bərpa etmək olar. Mənbə kodunun anlaşılan olması üçün şərhdən istifadə edilir. Həmçinin elə alətlər var ki, mənbə kodu haqqında avtomatik kömək fayllarının qəbuluna imkan verir. Bundan əlavə mənbə kodunun bir çox digər tətbiqləri var.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
Minqei
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Minqey
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Mindel buzlaşması, Mindel
Inked
Inked — ABŞ-nin tatuirovka, həyat tərzi mövzularını özündə birləşdirən, 2004-cü ildə təsis edilmiş populyar qlyants brend jurnal. Səhifələri qlyants olduğundan, jurnal qəzet kiosklarında GQ və Vanity Fair kimi brend jurnallarla bir cərgədə durur. Jurnalda çəkilən tatuirovkalı qadınlar: Kat Von D, Avril Lavin, Diablo Kodi, Eve Malin Akerman Həmçinin bu jurnalda çəkilənlər arasında çox sayda kişilər də var: Ozzi Osborn, Treysi Morqan, Slash, Kid Kudi Billi Armstronq. və başqaları. == Tarix == "Inked" 2004-cü ilin sonlarında təsis edilmişdi, 2006-cı ildə isə jurnal Downtown Media Group adlı nəşriyyat evi tərəfindən alınmışdı. Nylon Holding, Inc. şirkətinin Prezidenti və Nylon jurnalının chef-redaktoru Donald Hellinger, 2007-ci ilin avqust ayında Inked jurnalını alaraq onun sahibinə çevrlir. O Todd Vaynberqi kreativ direktor vəzifəsinə təyin etdi və ona jurnalın dizaynında korrektə işlər görməsini tapşırdı. 2010-cu ildə isə Rocky Rakovic jurnalın redaktor vəzifəsinə təyin olundu.
Mindel buzlaşması
Kinbek xəstəliyi
Kinbek xəstəliyi (ing. Kienbock´s) – biləyin yarıaypara sümüyünün aseptik osteo-nekrozudur, peşə ilə bağlı, çox vaxtı sağ əldə peşə ilə bağlı tast gəlir.