Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirsəlim Əsədov
Əsədov Mirsəlim Mirələm oğlu (11 yanvar 1952, Neftçala) — kimyaçı, kimya elmləri doktoru, professor. MirSəlim Əsədov 11 yanvar 1952-ci ildə Neftçalada anadan olmuşdur. O, 1970-ci ildə Neftçala 1 saylı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. MirSəlim Əsədov universiteti əla və yaxşı qiymətlərlə qurtarmışdır. 1978-ci ildə Bakı Dövlət Universitetin "Fiziki-kimya" kafedrasında aspiranturya qəbul edilmişdir. Qeyri-üzvi və fiziki-kimyəvi sistemlərin nəzəriyyəsi, termodinamikası, fizikası və tədqiqi sahələrində tədqiqatlar aparmışdır. 1982-ci ildə " Civə və tallium xalkogenidlərindən əmələ gələn sistemlərin fiziki-kimyəvi tədqiqi"; 02.00.01 — Qeyri-üzvi kimya (Yeni 2303.01) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar SSSRİ Ali Attestasiyasi Komissiyası tərəfindən ona böyük elmi işçi elmi adı verilmişdir. 1990-cı ildə SSSRİ Elmlər Akademiyasının Sibir Bölməsində Novosibirskdə "Ağır nadir metalların iştirakı ilə xalkogenid materialların alınmasının fiziki-kimyəvi əsasları " mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar Azərbaycan Ali Attestasiyasi Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir.
Mirzəli
Mirzəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Mirzəli oyk. Cəlilabad rayonunda eyni adlı i.ə.v-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Xamirova olmuşdur. Tam adı Xilə Mirzəlidir. Sonralar oykonimin tərkibindən Xilə komponenti düşmüşdü. Yaşayış məntəqəsi XIX əsrin 70-ci illərində Şamaxı qəzasındakı Xilə icmasına mənsub mirzəli nəslinin maskunlaşması nəticəsində yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mircəlil Seyidov
Mircəlil Seyidov (1948, Naxçıvan) — Azərbaycanın əməkdar rəssamı. 1948-ci ilində Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin də müəllimi kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə dünyasını dəyişmişdir. Bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini əks etdirir.
Mirhəşim Seyidov
Mirhəşim Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirrəhim Vilayi
Mirrəhim İsmayılov
Mirsalam Cəfərov
Mirsalam Mirsalamov
Mirsalam Mirsalamov (tam adı: Mirsalam Ağasəlim oğlu Mirsalamov, 28 avqust 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan prodüseri, teleaparıcısı, rejissoru və aktyoru. Azad Azərbaycan Teleradio Yayım Şirkətinin Anons və Dizayn qrupunun rəhbəri, “Süfrəmiz” və ”Canlı Səs” Tele-layihələrinin aparıcı və yaradıcısı, “Planet Parni iz Baku” Studiyasının İcraçı prodüser və rejissoru, “Planet Parni iz Baku Events” şirkətinin direktoru, “Ay Brilliant”, “Ölülər 21 əsr”, “Ağanatiq”, ”Bəxt Üzüyü”, ”Məhəllə 3” filmlərinin icraçı prodüseri, “Həddən artıq uyğunluq” filmində aktyor kimi çalışmışdir.[mənbə göstərin] Mirsalam Mirsalamov 28 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 102 saylı məktəbə gedən Mirsalam 1998-ci ildə Azərbaycan Dövlət Maliyyə və İqtisad Kollecinin “Bank işi” ixtisasına daxil olmuşdur. 2002-ci ildə kolleci bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kultroloqiya fakültəsində Mədəniyyətin meneceri ixtisası üzrə təhsil almışdır. 2000-ci ildə Space Müstəqil Tele-Radio Kompaniyasında rejissor assitenti kimi fəaliyyətə başlayıb. 2006–cı ilədək Space Müstəqil Tele-Radio şirkətində administrator, prodüser və rejissor vəzifələrdə çalışıb. 2006-2009-cu illərdə Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasında icraçı prodüser, 2009-2012-ci illərdə baş prodüser və aparıcı vəzifələrində işləyib. 2012-ci ildə “Ay Brilliant” filmində icraçı Prodüser vəzifəsində çalışıb. 2012-2013-cü ildə Grand MMC nin baş direktoru vəzifəsini tutub. 2013-cü ildən bu günə qədər Planet Parni iz Balu studiyasında icraçı prodüser, Planet Parni iz Baku Events şirkətinin direktoru vəzifəsində çalışıb.
Mirsalih Bikçurin
Bikçurin(Bekçurin) Mirsalih Mirsalimoviç (16 fevral 1819 və ya 1819, Orenburq – 7 mart 1903, Orenburq) – başqırd pedaqoqu, maarifçi, etnoqraf. 1930–38-ci illərdə Orenburqdakı Neplyuev hərbi məktəbində oxumuş, 1841–78-ci illərdə orada və başqa təhsil ocaqlarında ərəb, fars, başqırd və tatar dillərindən dərs demişdir. "Ərəb, fars və tatar dillərinin öyrənilməsinə dair ibtidai vəsait" (1859, 1869) dərsliyni tərtib etmiş, başqırd dilinin digər dillərlə müqayisədə fonetik və qrammatik quruluşunun sistemli izahını verməyə çalışmışdır. Bu müsəlman təhsil müəssisələrində sxolastik tədris üsullarına qarşı çıxmış, başqırd xalqının müasir elmlərə yiyələnməsini təbliğ etmişdir. Başqırd folkloru nümunələrini ilk toplayanlardan olmuşdur; həmin nümunələri çap etdirməklə başqırd yazılı ədəbiyyatının əsasını qoymuşdur. Rus coğrafiya cəmiyyətinə üzv seçilmiş ilk başqırd olmuşdur. Bikçurin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — IV cild. Bakı, — Səh.: 31.
Mircəlil Qasımlı
Mircəlil Xəqani oğlu Qasımlı (19 mart 1992) — Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == 19 mart 1992-ci ildə anadan olub. "Bakı Məişət Maşınları" ASC-nin sədridir. O, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışıb. === İctimai-siyasi fəaliyyəti === 1 sentyabr 2024-cü ildə Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür. 21 sentyabrda Konstitusiya Məhkəməsi tərəfindən keçirilmiş seçkilərin nəticəsi təsdiqlənmiş və Mircəlil Qasımlı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. == Ailəsi == "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir.
Mirsədi Bağırlı
Mirzəli (Vərziqan)
Mirzəli Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Abbasov
Mirzəli Abbasov (aktyor) — aktyor, rejissor, dramaturq, Gürcüstanın әmәkdar artisti (1928). Mirzə Əli Abbasov (oftalmoloq) — oftalmoloq.
Mirzəli Hüseynzadə
Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu (31 dekabr 1939, Astraxanbazar rayonu – 15 mart 2002) — publisist, şair, nasir. 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü . Mirzəli Hüseynzadə 1939-cu il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir. İlk şeirləri " Yeni gün " (keçmiş " Taxılçı ") qəzetində çap olunmuşdur. O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükden sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor," Nəsimi " ("Azərbaycan dünyası") qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, " Qızıl Qələm ", mükafatı laureatı idi. Şeirləri " Ədəbiyyat ", "Azərbaycan müəllimi ", " Baki " qəzetlərində , " Azərbaycan ", " Ulduz ", " Kirpi " jurnallarinda çap olunmuşdur.
Mirzəli Kəndi
Mirzəli Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Murquzov
Mirzəli İsmayıl oğlu Murquzov (1 aprel 1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri, məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri, TQDK fizika fənni üzrə ekspert komissiyasının sədri, İlk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi. SSRİ Dövlət Komitəsinin Müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. 1937-ci ilin 1 aprelində Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailədə yeddi qardaş, bir bacı idilər. Yeddi qardaşın yaşca ən kiçiyi idi. Uşaqkən şeirlər də yazmağa başlamışdı. Tanıyanlar gənc Mirzəlinin ədəbiyyatçı olacağını düşünürdü. Lakin o, tamam başqa peşəni seçdi və ADPU-nun (keçmiş V. İ. Lenin adına APİ) fizika-riyaziyyat fakültəsində təhsil almağa başladı. Bu seçimin əsas səbəbkarı isə onun böyük qardaşı, Gəncə Pedaqoji İnstitutunun riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, mərhum professor Nəcəf Murquzov olmuşdu. 1962-ci ildə ADPU-nu bitirdikdən sonra o, Ukrayna EA-nın Materialşünaslıq İnstitutunun aspiranturasına daxil oldu.
Rəşad Mirzəli
Mirələm Mirələmov
Mirələm Mirələmov (4 noyabr 1988, Şamaxı) — müğənni, xanəndə. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistidir. 2011-ci ildə Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub. Mirələm Mirələmov 4 noyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 1996–2004-cü illərdə Şamaxı şəhərinin Məhəmməd Hadi adına 9 saylı orta məktəbində təhsil alıb. 2004-cü ildə 9-cu sinfi bitirərək mədəni marif texnikumuna daxil olub və iki ildən sonra Azərbaycan Milli Kansorvatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadənin xanəndəlik sinfində təhsilini davam etdirib. Mirələm təhsilini 2008-ci ildə bitirir. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına, Professor Arif Babayevin sinfinə daxil olur. 2016-cı ildə Konservatoriyanın bakalavır pilləsini bitirib. Alim Qasımovdan dərs alıb.
Xilə Mirzəli
Xilə Mirzəli— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Mirəli Alosmanov
Mirəli Alosmanov (Alosmanov Mirəli Seyfəddin oğlu; 4 may 1939, Ağsu – 3 noyabr 2022, Padarqışlaq, Ağsu rayonu) — Texnika elmləri doktoru. Professor Mirəli Alosmanov 1939-cu ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Sumqayıt superfosfat zavodunda texnik, mühəndis, növbə rəisi, texnoloq və sex rəisi vəzifələrində işləmişdir. 1970-ci ildə Leninqrad Texnologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1974-cü dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-cı ildə Moskva şəhəri Mendeleyev adına Texnologiya İnstitutunun Mərkəzləşdirilmiş Elmi Şurasında"Zaqafqaziya təbii-mineral birləşmələr sənayesinin əsasında fosforlu gübrə texnologiyası və prosesin fiziki-kimyəvi əlaqəsi"mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru adı almışdır. 1968-ci ildən Azərbaycan Neft Akademiyasında assistent, dosent, professor, institututun nəzdindəki elmi-tədqiqat akademiyasının direktor müavini işləmişdir. Ümumi kimya texnologiyası sahəsində 527 səhifəlik kitabı rus dilindən tərcümə edilmişdir. Neft, kimya və üzvi sintez istehsalı proseslərindən alınmış, buxarlandırılmamış aşağıqatılıqlı sulfat turşusu əsasında monokalsifosfatın alınması Zaqafqaziya təbii birləşmələri və müxtəlif sənaye tullantılarını tətbiq etməklə fosforlu gübrələrin istehsalı texnologiyasının fiziki-kimyəvi əsaslarının öyrənilməsi Faydalı qazıntıların əlavəsi ilə metallurgiya sənayesi tullantılarının əsasında gübrə və meliorantın alınması və istehsalata tətbiqinin öyrənilməsi Neft quyularının qazılmasından alınan və üzvi kompleks tullantıların modifikasiyaedici birləşmələrlə zərərsizləşdirilərək istifadə texnologiyasının işlənməsi və istehsalata tətbiqinin öyrənilməsi Təbii-mineral, müxtəlif sənaye və məişət tullantıları əsasında üzvi-mineral kompleks gübrə, meliorant və bitkimühafizəedici birləşmələrin alınma texnologiyasının işlənməsi və proseslərin fiziki-kimyəvi əsaslarının qanunauyğunluqlarının öyrənilməsi. 2005-ci ildə Böyük Britaniyanın Cambridge Universitetində 100-dən çox alimdən biri kimi tanınıb.
Mirəli Axundov
Axundov Mirəli Abdulla oğlu — BDU-nun biologiya fakültəsinin ilk məzunlarından, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi. Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi – üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir. "İnsan genetikasına səyahət" Bakı 1975 Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002.
Mirəli Hüseynov
Mirəli Mirqasımov
Mirələsgər (Mirəli) Mirəsədulla oğlu Mirqasımov (9 fevral 1924, Bakı – 9 noyabr 2003, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar İncəsənət Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu. Mirələsgər Mirqasımov tam ixtisalaşdırılmış ali təhsil almış ilk azərbaycanlı heykəltəraşdır. 1944-cü ildə Azərbaycan Rəssamlıq Məktəbindən, 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutundan fərqlənmə ilə məzun olmuşdur. Mirələsgər Mirqasımov Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirqasımovun “Neftçinin portreti”, “Qız portreti”, “Qız göyərçin ilə” kimi əsərləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Heykəltəraş 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisi də daxil olmaqla bir çox ölkələrin sərgilərində iştirak edib. Mirqasımovun əsərləri Rusiya , Polşa , Bolqarıstan , Almaniya , Misir və digər ölkələrin muzeylərində sərgilənib . Müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir. XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır: “M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.
Mirəli Mirəliyev
Mirkelam
Fergan Mirkelam (20 may 1966, İstanbul) — türk müğənni, mahnı müəllifi, bəstəkar.
Adil Mirseyid
Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş – 17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü. == Həyatı == Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.
Mirseyid Mirbabayev
Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb. Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı. Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu. Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır.
Mirseyid Sultanqaliev
Mirseyid Heydərqaliyeviç Sultanqaliev (13 iyul 1892-28 yanvar 1940)—tatar siyasi xadimi. Mirseyid Sultanqaliyev 1892-ci ilin iyulun 13-də Başqırdıstanın Kırımsakal qəsəbəsinə bitişik Elimbetova kəndində anadan olub. Atası müəllim olduğuna görə ilk təhsilini ondan alıb. Kazan şəhərində Tatar Pedoqoji İnstitutuna qəbul olunub. Ali təhsilini bitirdikdən sonra Sultanqaliyev bir müddət müəllimliklə məşğul olub. Bununla kifayətənməyən gənc Sultan Ufa bələdiyyə Kitabxanasında işləyəməyə başlayır. Burda çalışdığı dövrdə solçu İslam milliyyətçiləri və inqilabçılarıyla əlaqələr qurur. Daha sonra mətbuat mühitinə gələn M. Sultanqaliyev müxtəlif qəzetlərdə müxtəlif təxəllüslərlə yazılar yazır. Müxtəlif yerlərdə çalışmasına baxmayaraq, 1915-ci ildə yenidən müəllimlik peşəsinə qayıdır. Azərbaycana gələn ziyalı M. Sultanqaliyev Bakıda bir tatar məktəbində müəllim işləməyə başlayır.
Mirseyid Sultanqaliyev
Mirseyid Heydərqaliyeviç Sultanqaliev (13 iyul 1892-28 yanvar 1940)—tatar siyasi xadimi. Mirseyid Sultanqaliyev 1892-ci ilin iyulun 13-də Başqırdıstanın Kırımsakal qəsəbəsinə bitişik Elimbetova kəndində anadan olub. Atası müəllim olduğuna görə ilk təhsilini ondan alıb. Kazan şəhərində Tatar Pedoqoji İnstitutuna qəbul olunub. Ali təhsilini bitirdikdən sonra Sultanqaliyev bir müddət müəllimliklə məşğul olub. Bununla kifayətənməyən gənc Sultan Ufa bələdiyyə Kitabxanasında işləyəməyə başlayır. Burda çalışdığı dövrdə solçu İslam milliyyətçiləri və inqilabçılarıyla əlaqələr qurur. Daha sonra mətbuat mühitinə gələn M. Sultanqaliyev müxtəlif qəzetlərdə müxtəlif təxəllüslərlə yazılar yazır. Müxtəlif yerlərdə çalışmasına baxmayaraq, 1915-ci ildə yenidən müəllimlik peşəsinə qayıdır. Azərbaycana gələn ziyalı M. Sultanqaliyev Bakıda bir tatar məktəbində müəllim işləməyə başlayır.
Martina Mitseli
Martina Mitseli (22 oktyabr 1973, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Martina Mitseli, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Martina Mitseli, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.