MİRKƏRİM

bax: Mir və Kərim.
MİRKƏLAM
MİRQASIM
OBASTAN VİKİ
Seyidrza Mirkərim oğlu
Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı – 27 iyul 1995, Bakı) — 1963-cü ildə Azərbaycan SSR əməkdar ixtiraçısı, 1989-cu ildə isə SSRİ-nin əməkdar ixtiraçısı, iki dəfə Şərəf nişanı ordeni, Əməkdə fərqlənməyə görə, Fədakar əməyə görə medalları, Fəxri neftçi, neftçıxarma əlaçısı. == Həyatı == Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Bakıda orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsinə daxil olmuş, 1946-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, dağ-mədən mühəndisi ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra Şərqi Abşeron neft-qaz yataqlarında quyularını turbin və maili qazma üsullarının tətbiqi və genişləndirilməsi ilə məşğul olan Turbin Qazma Trestində mühəndis, sahə rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis vəzifələrində çalışmışdır. == Fəaliyyəti == Seyid-Rzanın rəhbərliyi ilə bu idarə köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq inhirafı olan bir quyu qazmışdır. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilmişdir. 1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış Gürgan dəniz yatağında istismar qazmasına rəhbərlik etmişdir. Sonralar Neft Daşlan yatağı kəşfedilmiş və burada istismar quyularının qazıl¬ması təşkil olunanda Şeyid-Rza 1950-1954-cü illərdə Neft Daşlan Qazma kontorunda baş mühəndis kimi məsul vəzifədə işləmişdir. Neft Daşları qazma kontorunda baş mühəndis vəzifəsində çalışarkən maili quyuların turbin üsulu ilə qazmanın təkmilləşdirilməsində böyük işlər görmüşdür. Onun bu sahədə apardığı nəzəri tədqiqatları mürəkkəb şəraitdə bir sahədən quyulann topa qazılmasına imkan vermişdir.
Rza Mirkərimi
Rza Mirkərimi — əslən azərbaycanlı olan iranlı kinorejissor və ssenarist. == Həyatı == 1966-cı ildə Zəncanda azərbaycanlı ailəsində anadan olub. Tehran Təsviri İncəsənət Universitetini bitirib. İlk dəfə 1987-ci ildə "Onun üçün" adlı qısametrajlı filmini çəkib. Sonradan bir müddət idman mövzulu sənədli filmlər və teleseriallar çəkib. İlk tammetrajlı filmi olan "Uşaq və əsgər" filmi 2000-ci ildə ekranlara çıxıb və çox böyük əks səda doğruraraq müxtəlif mükafatlara layiq görülüb. == Filmoqrafiya == 2000-ci il - Uşaq və əsgər (rejissor, ssenari müəllifi və prodüser) 2001-ci il - Ay işığı altında (rejissor və ssenari müəllifi) 2001-ci il - Mənim kimi yüzlərlə qadın (rejissor və ssenari müəllifi) 2002-ci il - Burada parlaq işıq (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2005-ci il - Çox uzaq çox yaxın (rejissor, ssenari müəllifi və prodüser) 2008-ci il - Daha asan (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2011-ci il - Bir kəllə qənd (rejissor, ssenari müəllifi və prodüser) 2013-cü il - Yorulma! (prodüser) 2013-cü il - Tac Mahal (prodüser) 2014-cü il - Bu gün (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2016-cı iı - Qız === Qısametrajlı filmləri === 2006-cı il - Xalça, at, Türkmən (prodüser) 2006-cı il - Mələk və xalça (prodüser) === Sənədli filmləri === 2006-cı il - İran xalçası === Seriallar === 1996-cı il - Əziz xanımın macəraları 1997-ci il - Hemmat məktəbinin uşaqları == Mükafatları == == Həmçinin bax == Cəfər Pənahi Yədulla Səmədi Hüseyn Şəhabi == Xarici keçidlər == Rza Mirkəriminin 38-ci Moskva Film Festivalınada çəkdiyi "Qız" filmi ilə bağlı müsahibəsi rus. fars.