MİRRƏHİM

bax: Mir və Rəhim.
MİRPAŞA
MİRSADIQ
OBASTAN VİKİ
Mirrəhim Vilayi
Vilayi Mirrəhim Mirəbdüləli oğlu (?-?) — Azərbaycan Demokratik firqəsinin üzvü, tədqiqatçı, publisist.
Mirrəhim İsmayılov
Mirrəhim Mirmehdi oğlu İsmayılov (2 sentyabr 1996; Çəmənli, Ağdam rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirrəhim İsmayılov 2 sentyabr 1996-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Ağdam rayon Çəmənli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Mirrəhim İsmayılov 2014-2015-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Mirrəhim İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mirrəhim İsmayılov 2 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən Kəhrilər xarabalığı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı mərmi qəlpəsindən aldığı yara ilə həlak olmuşdur. Uzun müddət tapılmayan nəşi 27 noyabr 2020-ci ildə tapılaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.