Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moldavan dili
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Moldavanlar
Moldavanlar və ya moldovalılar (mold. Moldoveni) — romandilli xalqlardan biri, Moldova Respublikasının əsas əhalisi. Moldavanlar rumınların subetnik qrupu hesab olunurlar. == İstinadlar == == Əlavə ədəbiyyat == van Meurs, Wim. The Bessarabian question in communist historiography. Nationalist and communist politics and history-writing. Columbia University Press. 1994. ISBN 0-88033-284-0. Matthew H. Ciscel (2007) The Language of the Moldovans: Romania, Russia, and Identity in an Ex-Soviet Republic", ISBN 0-7391-1443-3 — About the identity of the contemporary Moldovans in the context of debates about their language.
Moldovan dili
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Moldava Respublikası
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. == Etimologiya == Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. == Əhali == === Vətəndaşlıq === 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Moldavia
Moldavia Osmanlıların bugünkü Moldovaya və Rumıniyanın Moldovayla həmsərhəd regionlarına verdiyi bir ad idi. Bu bölgə xalqları uzun müddət Moldova adından istifadə etsələr də, Osmanlı imperiyası 1359-1365-ci illər arasında Boğdan Knyazlığını idarə edən Vojvoda I Boğdana görə Boğdan adından istifadə etmişdirlər. Moldavianın 1859-cu ildə Prut çayının qərbindəki hissəsi Valaxiya ilə birləşdi və Rumıniyanı meydana gətirdi. Zaman keçdikcə Osmanlılar tərəfindən Erdel adlanan Transilvaniya regionu da buraya qoşuldu. Moldavianın Prut çayının şərqindəki hissəsi 1812-ci ildə Rusiya tərəfindən işğal edildi və Bessarabiya adını aldı. Beləliklə, bugünkü Rumıniyanın sərhədləri müəyyən edildi. 1918-ci ildə Bessarabiya Rumıniya ilə birləşdi, lakin 1944-cü ildə Sovet İttifaqı bu bölgəni yenidən işğal etdi və onu SSRİ-nin Moldova Respublikasına çevirdi. 1991-ci ildə bu bölgə Moldova Respublikası olaraq müstəqillik qazandı. Bu gün Rumıniya və Moldova yaşayanlar əslində eyni etnik qrupdan olan insanlardır və eyni dildə danışırlar. Nəticədə Osmanlıların Boğdan adlandırdığı bölgə, bütün Moldovanı və şimali-şərqi Rumıniyanı əhatə edən bir region olmuşdur.
Molalan
Molalan (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Molalan (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Moldova
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. == Etimologiya == Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. == Əhali == === Vətəndaşlıq === 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Moldavia knyazlığı
Moldaviya knyazlığı (mold. Цара Молдовей rom. Principate Moldova) və ya sadəcə Moldaviya — Şərqi Karpat və Dnestr çayı arasında Avropada qurulan tarixi knyazlıq. Əvvəlcə müstəqil, sonra isə muxtar bir ölkə olmuşdur. Valaxiya knyazlığı ilə birləşdirildikdə müasir Rumıniyanın əsasları qoyuldu. Moldaviya knyazlığına müxtəlif dövrlərdə bütün Bukovina, eyni zamanda Bessarabiya və Bucaq da daxil idi.
Benderı (Moldova)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Molalan (Lerik)
Molalan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Molalan kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimiyası == Oykonim talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim "molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq" mənasını bildirir. == Əhalisi == Əhalisi 1150 nəfərdir. === Tanınmış şəxslər === İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı.
Molalan (Masallı)
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 431 nəfərdir. == Toponimiyası == Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Moldova Respublikası
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. == Etimologiya == Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. == Əhali == === Vətəndaşlıq === 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Moldova SSR
Moldova Sovet Sosialist Respublikası və ya Moldaviya Sovet Sosialist Respublikası (mold. Република Советикэ Сочиалистэ Молдовеняскэ, Republika Sovetike Soçialiste Moldovenyaske) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2 avqust 1940-cı ildə təşkil olunmuşdur.
Moldova bayrağı
Moldova bayrağı — Moldovanın Dövlət bayrağı Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada dövlət bayrağı haqqında qanun qəbul edilib. Moldovanın bayrağı öndən və arxadan müxtəlif formada görünür. Belə ki, bayraqdakı gerb yalnız ön hissədə həkk olunub. Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, indiki zamanını və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.
Moldova dili
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Moldova düzənliyi
Moldova düzənliyi (rum. Câmpia Moldovei ) - Molovanın şimal-qərbində yerləşən coğrafi obyekt. Düzənliyin bir hissəsi Rumıniyanın şimal-şərqinə aiddir. Moldova düzənliyi Moldova yaylasının altı komponentindən biri hesab olunur. Düzənlik adlandırılmasına baxmayaraq ərazinin relyefi yetərincə təpəlidir. Moldova düzənliyi Moldova yaylasının mərkəzi-şimal hissəsində yerləşir. Hündürlüyü 200 metr arasında dəyişir. Düzənlik aşağıdakı hissələrdən ibarətdir: 1) Jijia düzənliyi. Düzənlik Prut çayından qərbdə yerləşir. 2).Orta Prut vadisi və ya Prut orta düzənliyi.
Moldova kinematoqrafı
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. == Tarixi == 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».
Moldova kinosu

Moldova knyazlığı
Moldaviya knyazlığı (mold. Цара Молдовей rom. Principate Moldova) və ya sadəcə Moldaviya — Şərqi Karpat və Dnestr çayı arasında Avropada qurulan tarixi knyazlıq. Əvvəlcə müstəqil, sonra isə muxtar bir ölkə olmuşdur. Valaxiya knyazlığı ilə birləşdirildikdə müasir Rumıniyanın əsasları qoyuldu. Moldaviya knyazlığına müxtəlif dövrlərdə bütün Bukovina, eyni zamanda Bessarabiya və Bucaq da daxil idi.
Moldova leyi
Moldova leyi — Moldovanın pul vahidi. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Moldova memarlığı
Moldova memarlığı — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR, müasir Moldova Respublikasının və tanınmayan Dnestryanı Moldav Respublikasının memarlığı. Moldova memarlığı moldovanlar və ölkədə yaşayan digər xalqların, eləcə də Moldovanın yaxın mədəni əlaqələr saxladığı xalqların çoxəsrlik ənənələrini təcəssüm etdirir. == Tarixi == Moldova ərazisində orta əsrlərə aid çoxlu memarlıq abidəsi qalmışdır. Bunlardan Soroki və Benderıdakı daş qayalar (XVI əsr), Orgeyevdə kilsə (XVII əsr), Kişinyovda Mazaraki kilsəsi (XVIII əsr) və s. fərqlənir. XIX əsrin əvvələrindən şəhərlər müntəzəm plan üzrə inkişaf etmiş, klassisizm üslubunda bina və ansambllar yaradılmışdır (Kişinyovda kilsə, 1830-1835). Moldovada sovet hakimiyyəti qurulduqdan, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı illərdə Kişinyov, Tiraspol, Beltsı, Benderı, Orgeyev, Kaqul şəhərlərndə R. Y. Kurts, V. A. Voytsexovski, V. P. Mednek, S. M. Şoyxet, A. V. Kolotovkin, A. S. Vedenkin və başqa memarların layihəsi ilə inzibati mədəni mərkəzlərin, əsas magistiralların (məsələn, Kişikyovda Lenin prospekti) və ayrı-ayrı yaşayış rayonlarının kompleks tikintisi həyata keçirilmişdir. 1945-ci ildə Moldova SSR Memarlar İttifaqı yaradılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Колотовкин А. В., Шойхет С. М., Эльтман И. С. Архитектура Советской Молдавии. — Москва: Стройиздат, 1987.
Moldova musiqisi
Moldova musiqisi — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının musiqisi. Moldova musiqisi orijinallığı, janr və forma zənginliyi ilə seçilən xalq musiqi yaradıcılığı əsasında yaranmışdır. == Tarixi == Moldovanın musiqisi qonşu slavyan xalqlarının, eləcə də rumın və macarların musiqi yaradıcılığı ilə sıx əlaqədə yaranmışdır. Əsasən birsəsli olan Moldova xalq musiqisi 7 pərdəli diatonik məqamlar, qədim nəğmələr isə pentatonika üzərində qurulmuşdur. Əkinçilik və ovçuluqla bağlı səhnələşdirilmiş mərasimlər (paparuda, kaloyanul, kelşul və s.) mahnılarla müşayiət olunur. Ballada tipli epik və tarixi mahnılarda xalqın qəsbkarlara və istismarçılara qarşı mübarizəsi əksini tapmışdır. Məişət mahnıları, ictimai məzmunlu hayduk, muzdur, əksər mahnıları Moldova musiqi folklorunda əhəmiyyətli yer tutur. Ən səciyyəvi musiqi janrı boyna xüsusilə geniş yayılmışdır. Musiqi alətləri: fluer, kaval (çoban tütəyi növü), nay, kobza, simbal, drımba (varqan), çimpoy (tuluq zurnası) və s.; skripka, truba, klarnet, trombon Moldova xalq musiqi ənənələri leutarların (müğənni və çalıcılar) yaradıcılığı ilə təmsil olunur. Moldova peşəkar musiqisi orta əsrlərdə monastırlarda, knyaz saraylarında, hərbçilər arasında yaranmış və inkişaf etmişdir.
Moldova yüksəkliyi
Moldova yüksəkliyi (rum. Podișul Moldovei) — Rumıniyanın şərqində, Prut və Siret çayları arasında yüksəklik. Maksimum hündürlüyü 562 metrdir. Əhəngdaşı, qumdaşı və gillərdən təşkil olunmuşdur. Bitkisi, əsasən, meşə-çöl tiplidir. Çox hissəsi əkin sahəsi və üzümlüklərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Moldova yüksəkliyi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Moldova İES
Moldova İES (rum. Termocentrala de la Cuciurgan, rus. Молдавская ГРЭС, tam adı: Moldova İstilik Elektrik Stansiyası) — Moldovanın de-yuri ərazisi olan Dnestryanı Respublikasınını Dnestrovsk şəhərində, Kuçurqan estuarisinin sahilində yerləşən böyük bir istilik elektrik stansiyası. 26 sentyabr 1964-cü ildə istifadəyə verilmişdir. SSRİ-nin dağılmasından əvvəl bölgə xeyli miqdarda elektrik enerjisi istehsal edərək Rumıniya, Bolqarıstan və digər ölkələrə ixrac edirdi. Stansiyanın ümumi gücü 2520 MVt-dır. Stansiya təbii qaz, kömür və yanacaq yağı istifadə edərək elektrik enerjisi istehsal etmək imkanına malikdir. == Tarixi == 2005-ci ildə Moldova İES QSC özəlləşdirildi və sonra Rusiyanın İnter SC REŞ-ləri qrupunun bir hissəsi olur. Qeyd etmək lazımdır ki, Moldova hökuməti "Dnestryanın sol sahilində və Bender şəhərində yerləşən, Hökumətlə müəyyən edilmiş qaydada özəlləşdirilməyən obyektlərə mülkiyyət hüququnu təmin etmir". 2009-cu ildən etibarən Moldova İES QSC Moldovaya elektrik enerjisinin əsas tədarükçüsüdür.
Moldova şəhərləri
Moldova şəhərlərinin siyahısı.
Moldova ədəbiyyatı
Moldova ədəbiyyatı — dilindən asılı olmayaraq Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının ədəbiyyatı. Moldova ədəbiyyatında xalq yaradıcılığı (nağıllar, qəhrəmanlıq dastanları, tarixi nəğmələr, əfsanələr, atalar sözü və məsəllər, lirik nəğmələr, balladalar) zəngindir. == Tarixi == === Orta əsrlər === Moldovada ilk yazılı abidələr IX–X əsrlərin ayrıcından XVII əsrədək din və dövlət dili, habelə ədəbi dil olan slavyan kilcə (orta bolqar) dilində yaranmışdır. Mitropolit Varlaam ilk moldav kitabının ("Kazaniya", 1643) müəllifidir. XVII əsrdə salnaməçilərdən Qriqori Ureke, İon Nekulçe, Miron Kostin, Nikolay Milesku tanınmışlar. Dmitri Kantemirin yaradıcılığı XVIII əsr moldav mədəniyyətinin zirvəsidir. XVIII əsrin sonralarında lirik poeziya yarandı (İon Kontakuzino, Matey Milo və b.). === Yeni dövr === XIX əsrin birinci rübündə dekabristlərin ideyaları, Puşkinin azadlıqsevər poeziyası Moldova ədəbiyyatına güclü təsir göstərmişdir. A. Xıjdey rus dilində vətənpərvər ruhlu şeirlər yazmış, moldav, rus və Ukrayna xalqlarının dostluğunu tərənnüm etmişdir. K. Konaki, K. Stamati, Georqe Asaki milli ədəbiyyatı inkişaf etdirmişlər.